Feyruz Mustafayev (18 oktyabr 1933, Mərzili, Ağdam rayonu – 7 iyul 2018, Gəncə) — Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra edən (4 aprel, 1992[1] — 16 may, 1992[2]); Azərbaycan Baş nazirinin birinci müavini (22 may 1991[3]—18 may 1992[4]); A. R. "Azərquşsənaye" Dövlət Şirkətinin prezidenti (8 fevral 1993[5]); A. R. Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti (25 noyabr 1993[6] — 16 oktyabr 1994[7]); Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2 oktyabr 2002[8])
Feyruz Mustafayev | |
---|---|
4 aprel 1992 – 16 may 1992 | |
Əvvəlki | Həsən Həsənov |
Sonrakı | Rəhim Hüseynov |
22 may 1991 – 18 may 1992 | |
Baş nazir | Həsən Həsənov (siyasətçi) |
11 dekabr 1989 – 22 may 1991 | |
Baş nazir | Həsən Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 oktyabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyul 2018 (84 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü il 18 oktyabrda Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib.[9]
1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər. 1955-ci ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır. Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir. Bu müddətdə Moskva İqtisadiyyat insti-tunda qiyabi təhsil alır.
Kolxozda yüksək nailiyyətlər əldə edən sədr Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. 1 il sonra Xanlar RPK- nin birinci katibi seçilir. Feyruz Mustafayev daha sonra Şamaxı rayonuna təyinat alır.[10]
Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti[11] və bütün oxşar quruculuq işləri və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nin birinci katibi H. Əliyev və Sovet İttifaqı KP MK-nin birinci katibi L. İ. Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.
1975-ci ildə Azərbaycan KP Xanlar RK-nın birinci katibi olan vaxt 343 nömrəli Qızılca seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilib. Mədəniyyət komissiyasınınü üzvü olub.[12][13]
1987-ci ildə Aqrar Sənaye komitəsində sədr müavini. Sonra Qaçqınlar komitəsinin sədri, Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti, Baş Nazirin müavini işləyəndən sonra da Baş Naziri əvəz edib.
31 iyul 1992-ci il tarixində keçirilən Azərbaycan Kəndli Partiyasının təsis qurultayında partiyanın sədri seçilmişdir.[14]
4 övladı, 8 nəvəsi olub.
7 iyul 2018-ci ildə vəfat edib.[15]