Kəmrəz — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
kənd | |
Kəmrəz | |
---|---|
Gəmris | |
40°14′09″ şm. e. 44°41′38″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Qırxbulaq mahalı]] |
Rayon | [[Ellər rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.530 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 0222 |
Vikianbarda əlaqəli mediafayllar |
KƏMRƏZ — İrəvan xanlığının Qırxbulaq nahiyəsində[2], sonra İrəvanquberniyasının İrəvan qəzasında kənd adı[2][3][4]. 1590-cı ilə aid türkcə mənbədə[5][6] və 1728-ci ilə aid mənbədə Kəmris kimidir[7][8]. XIX əsrin sonlarına aid mənbədə Qəmriz kimidir[3][4]. 1978-ci ildə kənd ermənicə Kamaras adlandırılmışdır. XVII əsrə aid ermənicə mənbədə isə Qəmrəs[9] yazılmışdır. Yerli əhali içərisində tələffüz forması Kəmrizdir. Lakin XIX əsrin sonlarına aid ədəbiyyatda da kənd Qəmriz yazılmışdır.
Türk dillərində qəm, kəm, "çay", "dərə" və arıs "tayfanın hissəsi" sözlərindəndir. Toponimin tərkib hissəsini təşkil edən kəm sözü XIX əsrdə Stavropol quberniyasının Açi-Kulak dairəsində Kəm-Tübə (dağ adı), Ter əyalətinin Nalçik dairəsində Kəm (kənd adı), İrəvan quberniyasının Novobayazid qəzasında Kəm dərəsi (dərə adı), Zəngəzur qəzasında Kəm-Bil, Kəmdağı toponimlərində də vardır.[3][10]