Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quşqana
Quşqana — Şamaxının Şimal Qərbində, Əsgəran kəndi yaxınlığında XI–XIII əsrlrə aid yaşayış yeri. Sahəsi 3–4 hektardır. Quşqanada arxeoloji tədqiqat aparılmamışdır. Təsərüfat işləri zamanı bir neçə bina qalığı aşkar edilmişdir. Binalar əhəng və kirəcdən istifadə etməklə daşdan tikilib. Quşqanadan şirli və şirsiz qab qırıqları və tünk qalıqları tapılıb. Yaşayış yerinin ətrafında bir neçə Orta Əsrlər abidəsi də var.
Quşqara
Quşqara — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl rayonunun i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Oykonim həmin ərazidən axan Quşqara çayının (indiki Qoşqar çayı) adı ilə əlaqədardır. Qoşqarçayının adı isə qədim türk dillərindəki “qoyun”, “qoç” mənasında işlədilən qoşlar sözü ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1484 nəfər əhali yaşayır.
Vulqata
Vulqata (latın dilində versio vulgata – populyar versiya) — Stridonlu Hiyeronimus (İyeronim) (340–420) tərəfindən yerinə yetirilən Bibliya tərcüməsidir. Ondan öncə Romada istifadə olunan Bibliya tərcüməsinin nöqsanlarına görə Roma Yepiskopu Damasus Bibliyanın latın dilinə tərcüməsini redaktə etməyi öz katibi Hiyeronimusa tapşırıb. Hiyeronimus öz dövrünün ən savadlı adamlarından biri idi, yunan və latın dil və ədəbiyyatlarını əla bilirdi. Redaktə ilə kifayətlənməyərək, yeni tərcüməyə başlayıb. Damasus vəfat edəndən sonra Hiyeronimus Fələstinə köçərək ibrani dilini öyrənməyə başlayıb. 382-ci ildən 402-ci ilə qədər Əhdi-Ətiqi və Əhdi-Cədidi orijinal dillərdən tərcümə etməklə məşğul olub. Hiyeronimusun tərcüməsi sonradan "Vulqata", yəni "populyar versiya" adlandırılıb. Roma klassik ədəbiyyatını əla bilən Hiyeronimus Bibliya tərcüməsinə də latın nəsrinin lakonik gözəlliyini qazandıra bilmişdir. Lakin VII əsrə kimi Vulqataya münasibət heç o qədər də müsbət deyil idi. Sevilli İsidorusun (570–636) dövründən sonra Vulqatanın avtoriteti möhkəmlənmişdir.
Qumqala (Soyuqbulaq)
Qumqala (fars. يقمقلعه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,572 nəfər yaşayır (552 ailə).
Quşqara bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quşqava (Azərşəhr)
Quşqava (fars. قوشقوا‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 205 nəfər yaşayır (56 ailə).
Quşqaya (Məlikan)
Quşqaya (fars. قوش قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 835 nəfər yaşayır (177 ailə).
Quşqara türbəsi (Göygöl)
Quşqara türbəsi — Göygöl rayonunun Quşqara kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi == Haqqında == Türbə XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədi. İnventar nömrəsi- 4291. == Yerləşməsi == Göygöl rayonunun Quşqara kəndinin cənub-qərb hissəsində yerləşir.
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.
Gülbaf
Gülbaf — İranın Kirman ostanının Kirman şəhristanının Gülbaf bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,341 nəfər və 2,039 ailədən ibarət idi.
Bidens vulgata
Bidens vulgata (lat. Bidens vulgata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Gülbaba Rəhimov
Gülbala Salamov
Gülbala Salamov Ağaməmməd oğlu (d.1928- ci il Bakının Saray qəsəbəsi. ö.1985-ci il) kənd təssrüfatı üzrə fəlsəfə doktoru. == Həyatı == G.A.Salamov Bakının Saray qəsəbəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. Həmin il AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqları laboratoriyasına işə qəbul edilmişdir. == Elmi fəaliyyəti == 1957-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1964-cü ildə "Böyük Qafqazın qara torpaqları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən AMEA Coğrafiya institutuna işə keçirilmiş və baş elmi işçi vəzifəsində işləmiş, sonra isə "Meşə torpaqlarının genezisi və xəritələşdirilməsi" laboratoriyasına rəhbərlik etmişdir. O, Azərbaycanın bir sıra regionlarında meşə torpaqlarının yayılması, onların genetik-təsərrüfat xüsusiyyətləri, torpaqlardan səmərəli istifadənin yolları və başqa məsələlərə aid elmi tədqiqat işləri aparmış, irimiqyaslı torpaq xəritələri tərtib etmişdir. G.Salamovun 2 monoqrafiyası "Böyük Qafqazın alçaq və dağətəyi zonalarının qara torpaqları" (1971), "Böyük Qafqazın cənub yamacının meşə torpaqları" (1978) və 80-dən çox məqaləsi nəşr olunmuşdur.
Gülbala Əliyev
Gülbala Ağabala oğlu Əliyev (5 dekabr 1879, Bilgəh, Bakı qəzası – 27 mart 1971, Bakı) — SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR neft ustası (1940). == Həyatı == Gülbala Əliyev 5 dekabr 1879-cu ildə Bakı şəhərinin, Bilgəh qəsəbəsində anadan olmuşdur. Bikəxanım Əliyeva ile ailə həyatı qurmuş ve 8 övladı olmuşdur G.Əliyev əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamışdır. O, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçılarından biri olmuşdur. Neft mədənlərində usta və mühəndis işləmişdir. Azərbaycanda neft sənayesinin təşəkkülündə, onun texniki cəhətdən yenidən qurulmasında, mütəxəssislər hazırlanmasında G.Əliyevin böyük xidmətləri vardır. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mükafatları == İki dəfə Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və digər medallarla təltif olunmuş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. == Xatirəsi == Bakıda büstü qoyulmuş, adına küçə verilmişdir. Haqqında "Bizim Gülbala" filmi çəkilmişdir.
Gülağa Aslanlı
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu il tarixində Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Gülağa Aslanov
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu il tarixində Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Gülağa Cabbarov
Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir. == Həyatı == Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir. == İdman və əmək fəaliyyəti == Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur. 1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur.
Gülağa Məmmədov
Gülağa Allahverdi oğlu Məmmədov (28 iyun 1925, Lənkəran, Lənkəran qəzası – 7 iyun 1994, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb. Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur.
Gülağa Tənha
Gülaga Məmi oğlu Qəmbərov (d. 20 may, 1959, Ərkivan) — Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı. == Həyatı == Gülağa Tənha 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. == Təhsil == Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. == Fond == "Gülaga Qəmbərov Fondu"nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Gülağa Zeynalov
Gülağa Tapdıq oğlu Zeynalov (28 aprel 1956, Şuşa, Dağlıq Qarabağ – 2 yanvar 2015, Bakı) — milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, ustad tarzən, dosent. == Həyat və fəaliyyəti == Gülağa Zeynalov 1956-cı il aprel ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Şuşa Musiqi Məktəbini, 1974-cü ildə Xankəndi Orta İxtisas Musiqi Məktəbini və 1980-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tarzən 1980–1982-ci illərdə M. M. Nəvvab adına Şuşa Orta İxtisas Musiqi Məktəbində müəllim, 1984–1986-cı illərdə Şuşa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmış, 1993–1995-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının drijoru olmuşdur. Hər il Gürcüstan Respublikasının Dmanisi rayonunda (Başkeçid) keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti Günlərində Qarabağ Üçlük Muğam Qrupunun rəhbəri kimi Qarabağın tanınmış ziyalıları ilə birgə Qarabağ həqiqətlərinin təbliğində böyük rolu olmuşdur. Gülağa Zeynalov Rusiyanın, Ukraynanın, Qazağıstanın, Türkiyənin, Almaniyanın iri konsert salonlarında çıxış etmişdir. Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak etmişdir. == Dirijorluq etdiyi komediyalar == "Arşın mal alan" Ü. Hacıbəyov; "Durna" S. Rüstəmov; "Özümüz bilərik" S. Ələsgərov; "Nənəmin şahlıq quşu" V. Adıgözəlov. == Mükafatları == Gülağa Zeynalov respublika və Ümumittifaq festifallarının, o cümlədən 1986-cı ildə keçirilən Ü. Hacıbəyov adına xalq çalğı alətləri I respublikalararası müsabiqənin laureatı olmuşdur. == Vəfatı == Gülağa Zeynalov 2015-ci ilin 2 yanvar tarixində vəfat etmişdir.
Gülağa İslamov
Gülağa İslamov — Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Poltava Koorperasiya İnstitutunu Əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan SSR Kurortlar İdarəsi Avtomobil Nəqliyyatı Birliyində böyük mexanik kimi başlamışdır. 1967–1977-ci illərdə böyük mexanik, çilingər, mexanik işləmişdir. 1977–1995-ci illərdə Bakı Şəhər Kooperativ Ticarəti İdarəsində çeşidləyici, Qəbul Məntəqəsinin müdiri, anbardar, Estoniya Respublikasındakı "Flores" Kooperativində baş əmtəəşünas, Şüvəlan Gülçülük Sovxozunda şöbə müdiri, "Şüvəlan" İstehsal-Ticarət Assosiasiyasında 1 saylı sahənin rəisi, "Qərənfil" Fermer Təsərrüfatının müdiri, 1995–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Gülnara Qocayeva Məmmədova
Gülnara Qocayeva-Məmmədova (Gülnara Nadir qızı Qocayeva-Məmmədova; 1959, Qızılhacılı, Marneuli rayonu) – Gürcüstan alimi, assosatsion professor (dosent). == Həyatı == Gülnara Qocayeva Məmmədova 1959-cu ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin Qızılhacılı kəndində anadan olmuşdur. Qocayeva Məmmədova 1982-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı ixtisasını fərqlənmə ilə bitirmişdir. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Azərbaycan Təhsil Problemləri İnstitutunda, professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda elmlər namizədi olmuşdur. == Karyerası == 1982–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universiteti kitabxanaçı, müəllim və baş müəllim kimi çalışmışdır. 1999–2005-cı illərdə Tbilisi Humanitar Universitetində, 2003–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında, 2006–2009-cu illərdə Türkiyənin Qafqaz Universitetində, 2010–2011-ci illərdə isə Heydər Əliyev Gürcüstan-Azərbaycan Universitetində dosent (assosatsion professor) kimi çalışmışdır. == Önəmli əsərləri == Kitablar 2002 Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri – Global-Print / Tbilisi Məqalələri 1995 Tiflisdə Azərbaycan Milli Gimnaziyası. – Azərbaycan Məktəbi, Sayı 1–3 / Bakı 1999 Borçalıda Maarif Qaranquşları (Gürcüstanda Demokratik Respublika Dövründə Azərbaycanlı Müəllimlər Hazırlığı Tədbirləri). – Pedaqoji Tədqiqatlar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi məqalələr məcmuəsi, Sayı 1, s. 105–111 / Bakı 1999 ქართული ენის სწავლება აზერბაიჯანულ სკოლებში (1918-1921 წწ) = Azərbaycan məktəblərində Gürcü Dilinin Tədrisi (1918–1921-ci illərdə).
Bizim Gülbala (film, 1961)
Bizim Gülbala qısametrajlı sənədli filmi rejissor İsmayıl Xəlilov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur. == Məzmun == Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur. O əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamış, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçısı olmuş, neft mədənlərində fəhlə, usta, mühəndis işləmişdir. Neft sahəsində mütəxəssislərin hazırlanmasında Gülbala Əliyevin böyük xidmətləri vardır. Kinooçerkdə neft ustasının həyat və əmək fəaliyyətinin ayrı-ayrı anları canlandırılmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Fəhlə Gülbala Əliyev (film, 1971)