Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrşad
İrşad (qəzet)
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Riad
"Riad" — Azərbaycan Respublikasında fəaliyyət göstərmiş özəl aviaşirkət. Şirkətin təsisçisi Rasim Rəfiyev idi. Onun qurduğu bu şirkət oğlu Riadın adını daşıyırdı. Aviaşirkət Dubay, İstanbul və digər şəhərlərə reyslər təşkil edirdi. Bu şirkətdən qazanılan pulların böyük hissəsini Rasim Rəfiyev Bakının "Neftçi" komandasına xərcləyirdi. Belə ki, o, 1995-1997-ci illərdə "Neftçi"nin əsas sponsoru olmuşdur. Məhz həmin illərdə komandanın formalarının üzərinə bu şirkətin adı yazılırdı.
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. == Mənbə == Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Riyad Sülh
Riyad əs-Sülh (ərəb. رياض الصلح‎; 1894, Sayda – 17 iyul 1951, Amman) — Livan Ərəb Respublikasının 1-ci baş naziri. == Həyatı == Riyad Sülh Livanın cənubundakı Sayda şəhərində, 1894-cü ildə anadan olmuşdur. Livana köçən Misir və qismən-Fələstin mənşəli ərəb ailəsində görkəmli bir sünni torpaq sahibi idi. Rza Sülh, Nəbətiyyədə və Sayda'da bir islahatçı sub-qubernator və bir lider millətçi ərəb lideri idi. 1915-ci ildə Rza Sülh Osmanlı qüvvələri tərəfindən mühakimə olundu və Smirna'ya, Osmanlı İmperiyasına sürgünə getdi. Sonra Osmanlı valisi olaraq vəzifə yerinə yetirdi.Həmçinin Dəməşqdə Emir Feysəl hökumətində daxili işlər naziri vəzifəsini də icra etmişdir Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı Məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi. == Karyera == Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 - 10 yanvar 1945) olmuşdur.
Riyad Türk
Riyad Türk — Suriya Kommunist Partiyasının baş katibi, Suriya müxalifətinin real liderlərindən biri. 1982-ci ildə Xama şəhərində baş verənlərə görə Hafiz Əsədi diktator adlandıran, öz silahdaşları tərəfindən "Müsəlman qardaşları"nı tənqid etmədiyinə görə, satqın adlandırılan, İtambul konferensiyasına etibarlıq votusu verən, məşhur kommunist lider. == Həyatı == Əl-Türk, tələbə ikən Suriya Kommunist Partiyasına qatıldı. İlk dəfə 1952-ci ildə dövlət çevrilişində hakimiyyətə gələn hərbi hökumətə qarşı çıxdığı üçün hüquq məktəbini bitirdikdən sonra həbs edildi. Beş ay tutuldu və işgəncələrə məruz qaldı, lakin məhkəmədə heç vaxt mühakimə olunmadı.Daha sonra partiya qəzeti olan Əl-Nur üçün məqalələr yazdı və lider partiya ideoloqu oldu. 1958-ci ildə Suriya və Misirin Birləşmiş Ərəb Respublikasında birləşməsinə qarşı çıxdığına görə Nasser altında yenidən həbs edildi və on altı ay tutuldu. Yenə işgəncəyə məruz qaldı, lakin heç bir cinayətə görə mühakimə olunmadı. Türk bir müddətdir partiyanı dəmir yumruqla idarə edən baş katib Xalid Baqdaşa qarşı çıxaraq, ərəb millətçiliyinə daha müsbət baxışı tələb edən bir qrupa rəhbərlik edirdi. 1972-ci ildə Bakdash, partiyanı hakim Ərəb Baath Sosialist Partiyası ilə müttəfiq olan təşkilatlar koalisiyası olan Milli Mütərəqqi Cəbhəyə birləşdirmək qərarına gəldi. Partiyanın radikal qanadındakı tərəfdarlarla yanaşı, Türk 1960-cı illərin sonlarından bəri görünən bir parçalanmanı birləşdirərək Suriya Kommunist Partiyasını (Siyasi Büro) yaratdı.
Riyad Əliyarov
Riyad Məmməd oğlu Əliyarov (20 fevral 2003; Xaçmaz rayonu, Xudat, Azərbaycan — 13 iyun 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin şəhidi. == Həyatı == Riyad Əliyarov 20 fevral 2003-ci ildə Xaçmaz rayonunun Xudat kəndində anadan olub. Subay idi. O, hərbi xidmətində mühəndis-istehkam bölməsində xidmət etmişdir. Atası Məmməd Əliyarovdur. Özündən böyük 2 qardaşı vardır. Evin son beşiyidir. Böyük qardaşı Əliyarov Mülküm Məmməd oğlu, 44 günlük Vətən müharibəsində iştirak etmişdir. == Hərbi xidməti == Riyad Əliyarov 2020-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O hərbi xidmətində Ömər aşırımı mövqeyində mühəndis-istehkam bölməsində xidmət etmişdir.
Riyad Əsəd
Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد‎‎; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki, Azad Suriya Ordusunun keçmiş hərbi komandiri. Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir. == Həyatı == === Azad Suriya Ordusu === Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir. Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir. Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir. Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir.
Rişar Berri
Rişar Berri (fr. Richard Berry; 31 iyul 1951, Paris, Fransa) — fransız aktyoru, rejissoru və ssenaristi. == Həyatı == Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə anadan olmuşdur. Onun Əlcəzair əsilli fransız valideynləri ticarətlə məşğul olurdular. O, 10-cu Paris dairəsində, sonra isə Bulon-Biyankurda böyümüşdür. 1966-cı ildə Rişarın 16 yaşı olanda teatrla maraqlanır. O, həvəskar aktyor truppasına yazılır və Jan Rasin, Pyer Kornel, Molyer, Bomarşenin yaradıcılığı ilə tanış olur. 1969-cu ildə o, dram üzrə Milli Konservatoriyanın müsabiqəsini keçə bilir. 1973-cü ildə ilk mükafatını alır. 1974-cü ildə o, Klod Pinotonun "Şillə" filmində çəkilməklə kinoya gəlir.
Rişar Marten
Rişar Marten (30 oktyabr 1943, Nitsa – 16 oktyabr 2023[…]) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. == Həyatı == == Yaradıcılığı == Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.
Rişar Vaqner
Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas. == Həyatı == Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı. Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var. == Fəaliyyəti == 1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı.
Rişard Kapuçinski
Rişard Kapuçinski (4 mart 1932[…], Pinsk – 23 yanvar 2007[…], Varşava) — tanınmış polyak jurnalisti. == Həyatı == Rişard Kapuçinski 1932-ci ildə doğulub. == Fəaliyyəti == Üçüncü dünya ölkələrində müxbir kimi çalışarkən yazdığı bədii-publisistik kitablar ona dünya şöhrəti gətirib, o hətta Nobel mükafatına namizəd irəli sürülüb. == Əsərləri == 1982-ci ildə İran təəssüratları əsasında yazdığı "Şahənşah" romanı onun ən populyar əsərlərindən biridir.
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). == Karyerası == Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. == İstinadlar == == Mənbə == Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
Rəşad Məstəliyev
Rəşad Oqtay oğlu Məstəliyev (6 iyun 1981) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvü və Gənc alimlər və mütəxəssislər şurasının sədridir. == Həyatı == Məstəliyev Rəşad Oqtay oğlu 1981-ci ilin iyul ayının 6-da Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş və universitetin 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr pilləsini bitirmişdir. 2004-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun (o zamanki Kibernetika) əyani aspiranturasına daxil olmuş və 2008-ci ildə aspiranturanı bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın27 iyun 2012-ci il tarixli qərarı ilə (protokol№22-k) riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2007-ci ildən İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2016-cı ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 14 oktyabr 2016-cı il tarixli qərarı ilə (protokol № 21-k) "dosent" elmi adı verilmişdir. Dosent attestatı DS № 05498.
Rəşad Nadirov
Rəşad Nadirov (hərbçi) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Nadirov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi.
Rəşad Niftalıyev
Rəşad Şakir oğlu Niftalıyev (d. 19 avqust 1993; Zəngilan, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rəşad Niftalıyev 1993-cü ilin 19 avqust günündə Zəngilan rayonunda anadan olub. == Hərbi xidməti == Əsgər Rəşad Niftalıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Rəşad Niftalıyev doğulduğu Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Niftalıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rəşad Niftalıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Rəşad Novruzov
Rəşad Elşad oğlu Novruzov (3 aprel 2002; Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Novruzov 3 aprel 2002-ci ildə anadan olmuşdur. Əslən Sabunçu rayonunun Maştağa qəsəbəsindəndir. 255 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == Rəşad Novruzov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Novruzov 9 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Novruzlu ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Nuriyev
Rəşad Nuriyev — Azərbaycan operatoru. == Həyatı == 1981-ci il 13 oktyabrda İsmayıllı şəhərində dünyaya gəlib. 1988-ci ildən 283 saylı məktəbdə ibtidai təhsilə başlamış, daha sonra isə orta təhsilini Ə. ƏLƏKBƏROV adına 244 saylı məktəbdə davam etdirmişdir. 1998 - 2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və Kino sənəti" fakültəsinin kinooperator ixtisası üzrə bakalavr təhsili almışdır. 2001-2004-cü illərdə Lider TV-də operator vəzifəsində çalışmış, "Azərbaycan" redaksiyasında çəkilən bədii-sənədli filmlərin bir çoxunun operator müəllifidir. Daha sonra, "Azərbaycanfilm" kinostudiyasında kinorejissor Eldar Quliyevin çəkdiyi "Girov" tammetrajlı bədii filminə dəvət alaraq peşəkar fəaliyyətini davam etdirmişdir. Kinostudiyada çəkilən "Günaydın mələyim", "Ölüm növbəsi", "İki sahil" bədii filmlərdə operator kimi çalışmışdır. 2013-cü ildən 2020-ci ilə qədər Bakı Media Mərkəzində çalışmış, bu illər ərzində tarixi araşdırma sənədli-dədii filmlərin, bir çox sosial və kommersiyal çarxların quruluşçu operatoru olmuşdur. Yatadıcılıq fəaliyyətinə başladığı ilk illərdən dövlət mükafatlarına və diplomlarla təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
Rəşad Nəbiyev
Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Bakı) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri (2021), Azərkosmos ASC-nin sədri (2011–2021). == Karyera == 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır. 2002–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır. 2004–2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011–2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmişdir. == Təhsil == 1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000–2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir. == Təltiflər == Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2014-cü il tarixli Sərəncamı ilə informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Rəşad Nəsirov
Rəşad Nəsirov (tam adı: Rəşad Nəsirov Barat oğlu; 24 iyul 1977, Bakı) — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sabiq sədr müavini. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri (2023-h.h.). == Həyatı == Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı şəhəri 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. ANS, "Lider" telekanallarında və İctimai Televiziyada çalışıb. 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad olunub. 24 yanvar 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Rəşad Qasımlı
Rəşad Qasımlı (31 dekabr 1991, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. HHQ qüvvələrinin N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Rəşad Qasımov
Rəşad Muxtar oğlu Qasımov — Azərbaycan kinoprodüseri, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri. == Həyatı == Rəşad Qasımov 27 may 1983-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İmir kəndində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində yerləşən 34 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin kinoşünas ixtisası qrupuna daxil olmuşdur. 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005-ci illərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasında, eyni zamanda IV və V Beynəlxalq Audiovizual Festivallarda koordinator, prodüser, icraçı direktor vəzifələrində çalışıb. Həmin müddətdə "Azərbaycanfilm" və "Mozalan" studiyalarının istehsal etdiyi bir sıra filmlərdə çalışıb. Bir çox audiovizual əsərlərdə prodüser kimi fəaliyyət göstərmişdir. 2005-ci ildə alman rejissoru Fayt Helmerin "Xəzər gəlini" qısametrajlı bədii filmində prodüser kimi fəaliyyət göstərmişdir. “İmper Qrup” Prodüser Mərkəzinin təsisçilərindən biri olmuşdur.
Rəşad Quliyev
Rəşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Rəşad Quliyev (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi.
Rəşad Qənbərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rısay (Uçalı)
Rısay (başq. Рысай, rus. Рысаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 32 km, kənd sovetliyindən (İlçə): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 25 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.