Rəşad Qasımov

Rəşad Muxtar oğlu Qasımov — Azərbaycan kinoprodüseri, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri.

Rəşad Qasımov
Rəşad Muxtar oğlu Qasımov
R.Qasımov Azərbaycan Dövlət Film Fondunda
R.Qasımov Azərbaycan Dövlət Film Fondunda
Doğum tarixi (41 yaş)
Doğum yeri Marneuli, Gürcüstan
Fəaliyyəti prodüser
rejissor
kinoşünas[1]
kinoarxiv üzrə mütəxəssis[2]
Fəaliyyət illəri 2004-cü ildən
Təhsili ali
İstiqamət kino
televiziya
kino arxivi
Üzvlüyü Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Mükafatları "Fəxri mədəniyyət işçisi" döş nişanı — 2017

Rəşad Qasımov 27 may 1983-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İmir kəndində anadan olmuşdur.[3] 2000-ci ildə Bakı şəhərində yerləşən 34 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin kinoşünas ixtisası qrupuna daxil olmuşdur. 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.[3]

2004-2005-ci illərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasında, eyni zamanda IV və V Beynəlxalq Audiovizual Festivallarda koordinator, prodüser, icraçı direktor vəzifələrində çalışıb.[3] Həmin müddətdə "Azərbaycanfilm" və "Mozalan" studiyalarının istehsal etdiyi bir sıra filmlərdə çalışıb. Bir çox audiovizual əsərlərdə prodüser kimi fəaliyyət göstərmişdir.[3]

2005-ci ildə alman rejissoru Fayt Helmerin "Xəzər gəlini" qısametrajlı bədii filmində prodüser kimi fəaliyyət göstərmişdir.

“İmper Qrup” Prodüser Mərkəzinin təsisçilərindən biri olmuşdur.[3] 2005-2006-cı illərdə ANS televiziyasında prodüser kimi fəaliyyət göstərmişdir.[3] 2006-cı ilin oktyabrından Azərbaycan Dövlət Film Fondunda bir sıra vəzifələrdə çalışmışdır.[4][5][6] Hazırda fondun kinoarxiv şöbəsinin müdiridir.[7][8]

2008-2012-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Bu meydan, bu ekran" qısametrajlı film layihələri müsabiqəsində prodüseri olduğu "Kor və korluq", "Qocalar" və "Mayak" layihələri qalib olmuş, onların əsasında çəkilmiş "Bir addım", "Qocalar" və "Mayak" bədii filmləri bir çox festivallarda priz və mükafatlar qazanmışdır.[9][10] Həmçinin prodüseri olduğu "Lahıc ritmləri", "Miras"[11][12] və "Əriyən ada"[13][14][15] sənədli filmləri də bir çox festivallarda qalib olmuşdur.[16]

2012-ci ildə rejissor kimi "Vətən sevgisi"[17][18][19] və "Mübarizlik zirvəsi"[19][20], 2018-ci ildə isə "Rasim Ocaqov zirvəsi" filmlərini çəkmişdir.[21]

  • 2012 — "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin mükafatı ("Vətən sevgisi" filminə görə)
  • 2017 — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" medalı[22]
  • 2018 — "Şəki, mən səni sevirəm" müsabiqəsinin Xüsusi Mükafatı ("Rasim Ocaqov zirvəsi" filminə görə)[23][24]
  • 2020 — Ankarada TÜRKSOY mükafatı
  1. Xəzər gəlini (film, 2005) — icraçı prodüser
  2. Nəfəs (film, 2007) — redaktor
  3. Qocalar (film, 2008)prodüser
  4. Lahıc ritmləri (film, 2008) — icraçı prodüser
  5. Bir addım (film, 2009)prodüser
  6. Miras (film, 2010) — prodüser
  7. General Mustafa Nəsirov (film, 2011) — prodüser
  8. Mayak (film, 2012)prodüser
  9. Mübarizlik zirvəsi (film, 2012)rejissor
  10. Vətən sevgisi (film, 2012)rejissor
  11. Əriyən ada (film, 2013)prodüser
  12. Rasim Ocaqov zirvəsi (film, 2018) — rejissor
  13. Haqq aşığı (film, 2021)xətt prodüseri
  14. Qara talelər (film, 2022) — prodüser
  1. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı. "Совет Государственной Поддержки Неправительственных Организаций при Президенте Азербайджанской Республики совместно с Союзом Кинематографистов Азербайджанской Республики (СКАР) проводит Фестиваль Фильмов" (rus). ARKİ. 15.11.2017. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  2. Валентина Резникова. "Киномэтры о кинометре" (rus). Regionplus. 01.08.2020. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  3. 1 2 3 4 5 6 Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 - səh. 624.
  4. FIAF. "2019 FIAF Symposium" (ingilis). FIAF. 09.04.2019. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  5. Jan-Christopher Horak. "FIAF Symposium: Film Archives in Emerging Nations" (ingilis). Cinema Ucla. 24.05.2019. 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  6. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi. "Azerbaijan took part at the Congress of the International Federation of Film Archives" (ingilis). Embassy of the Republic of Azerbaijan to the Swiss Confederation and Principality of Liechtenstein. 14.04.2019. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  7. Moderator.az. "Sənətkarların şəxsi əşyalarının və kino lentlərinin qorunduğu Film Fondundan reportaj" (az.). Moderator.az. 18.07.2021. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  8. Banu Hüseynli. "Dövlət Film Fondunun bu günü" (az.). Hafta.az. 22.05.2021. 2021-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  9. Джани Бабаева. "Азербайджанский фильм "Маяк" удостоен двух наград кинофестиваля "Шелковый путь"" (rus). Trend. 28.10.2014. 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  10. ann.az. "Азербайджанский "Маяк" в России" (rus). Ann.az. 13.08.2015. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  11. С. Алиева. "Киномания" (rus). Anl.az. 12.11.2010. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  12. Н.Е. "Азербайджанский фильм участвует в кинофестивале в Боснии и Герцеговине" (rus). 1news. 01.10.2011. 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  13. Azərbaycanfilm. ""Степняк" и "Тающий остров"" (rus). "Azərbaycanfilm" kinostudiyası. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  14. Российский фестиваль антропологических фильмов. "IX Российский фестиваль антропологических фильмов г. Екатеринбург 2015 г." (PDF) (rus). wordpress.com. 2021-10-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-30.
  15. НП "Гильдия Неигрового Кино и Телевидения". "Тающий остров" (rus). Rgdoc.ru. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  16. "Азербайджан примет участие в международном фестивале «Святая Анна»" (rus). Aze.az. 12.03.2011. İstifadə tarixi: 2021-10-30.
  17. Kinobülleten. VI buraxılış. Bakı: Tərəqqi, 2013, səh. 23
  18. Milli Qəhrəmanlar haqqında sənədli filmlər təqdim olunub: [Rəşad Qasımovun Muxtar Qasımovdan bəhs edən “Vətən sevgisi” sənədli filminin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.7.
  19. 1 2 Aydın Kazımzadə. Kino və zaman. Bakı: Şərq-Qərb, 2016 - səh. 587.
  20. Kinobülleten. VI buraxılış. Bakı: Tərəqqi, 2013, səh. 22
  21. AzərTAc. "Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyi Şəkidə təntənə ilə qeyd olunub" (PDF) (az.). Anl.az. 25.11.2018. 2022-04-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-30.
  22. Ülviyyə Vahidqızı. "QHT-lər üçün film festivalı" (az.). Anl.az. 19.11.2017. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  23. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı. ""Şəki, mən səni sevirəm!" müsabiqəsinin nəticələri açıqlanıb" (az.). ARKİ. 20.11.2018. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  24. Azərbaycan Dövlət Film Fondu. "Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyi Şəki şəhərində təntənəli şəkildə qeyd olunub" (az.). ADFF. 18.12.2018. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.