Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Südabə Həsənova
Südabə Cəmşid qızı Həsənova (5 fevral 1947, Yengicə, Noraşen rayonu) — Azərbaycan hüquqşünası və dövlət xadimi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2017). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000), ədliyyə nazirinin birinci müavini (1987–1992, 1993–1998) vəzifələrində çalışmışdır. == Həyatı == Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə S. Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-ci ilin 27 martında S. Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-ci ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir. S. Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur.
Südabə İrəvanlı
Südabə İrəvanlı (Südabə Tofiq qızı Kazımova; 7 yanvar 1962, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair. == Həyatı == Südabə İrəvanlı 07 yanvar 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Taymır Yazıçılar Birliyinin üzvü, Aşıq Pəri Məclisinin üzvü və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra" , "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir. == Ailəsi == Ailəlidir, üç övladı var.
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Səhabə
Səhabə — köməkçi, yoldaş, dost mənalarında işlədilir. Hətta bəzi Şiə mənbələrində[hansı?] İmam Mehdinin 313 səhabəsi olacağı qeyd edilir. İmam Sadiq həmçinin demişdir: Kim ki Sübh namazında 40 gün Əhd duasını oxuyarsa o, İmam Mehdinin səhabələrindən olar. Və əgər o, İmam Mehdinin zühurundan öncə ölsə Allah onu İmam Mehdi zühr etdikdə yenidən dirildər.
Sərdabə
Sərdabə — farsca sərdab – zirzəmi, yeraltı otaq deməkdir. Daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq abidəsi, tikilidir. Belə sərdabələrdə əsasən yüksək rütbəli şəxslər və onların ailə üzvüləri dəfn olunurdu.
Baqrationi sülalə
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. == Milli mənşəyi == Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. == İlkin Baqrationilər == == Orta əsrlərdə == XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Qacarlar (sülalə)
Qacarlar sülaləsi (az-əbcəd. قاجارلار‎ və ya قَجَرلَر, fars. سلسله قاجاریه‎) — Azərbaycan və indiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı- türk mənşəli sülalə. == Sülalənin mənşəyi == Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi) olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb.
Qüsabə (Meşkinşəhr)
Qüsabə (fars. قصابه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,110 nəfər yaşayır (488 ailə).
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (22 mart 1933, اردبیل – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). == Həyatı == Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Muradova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Sərdabə (Ərdəbil)
Sərdabə (fars. سردابه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (4 ailə).
Nüşabə Araslı
Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). == Həyatı == Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub. Akademik Həmid Araslının sonuncu övladıdır. İlk təhsilini 1947–1957-ci illərdə alıb. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayıb. 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib. Nüşabə Araslı klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir.
Nüşabə Məmmədova
Nüşabə Əsəd Məmmədli (8 dekabr 1946, Kirovabad) – müasir Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisiti və ictimai xadimidir. Psixoloji realizm üsulunda yazdığı əsərlər 21-ci əsrin vacib və aktual problemlərini qaldırır. Əsərlərin çoxsunda həyatın şəraitlər ilə savaşan bir güclü qadın obrazı yaradır. Bir neçə əsərərində Nüşabə Məmmədli tarixi motivlərə əsaslanır. (“Cavad xan”, “Süleyman peyğambərin padşaqlığı”) Əsərləri rus, inqilis, polyak, gürcü, ukrayn, fars, türk dillərinə tərcümə olunmuşdur. Azərbaycan ədəbiyyatının “İmpressionizm”in banisidir. == Həyatı == Nüşabə Məmmədova Əsəd qızı Gəncədə doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub.
Nüşabə Sadıxlı
Sadıxlı Nüşabə Ağabala qızı — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri. == Həyatı == Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Nüşabə Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). == Həyatı == Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Nüşabə Ələsgərli
Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olmuşdur. Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olmuşdur. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənmişdir. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır. 1982-ci ildə 8-ci sinfi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olmuşdur. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuşdur. Həm məktəbdə, həm texnikumda, həm də Konservatoriyada təhsil illərində Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyevdən dərs almışdır. Məktəbdə xorda oxuyarkən, təhsil məkanlarında isə bir müəllim kimi Fazil Əliyevin tələbəsi olmuşdur.
Sünik (sülalə)
Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur. Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır. == Etnogenezi == Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır: "Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər." VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi.
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981). == Həyatı == Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Tan (sülalə)
Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan. == Tarixi == VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı.
Xan (sülalə)
Han sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı == Tarixi == Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lü Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Han hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Han hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar.
Nüşabə Məmmədli
Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) (6 yanvar 1953, Ağdam) — yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktoru. == Həyatı və yaradıcılığı == Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) 6 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olmuş və oranı ingilis dili müəllimi ixtisası üzrə uğurla bitirərək əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlamışdır. N. Məmmədli "Ədalət", "İnterfaks", "Reportar", "Karvan" qəzetlərində müxbir, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışmışdır. N. Məmmədli bədii yaradıcılığa hələ erkən yaşlarında başlamışdır (1967). N. Məmmədli çoxlu sayda esse, mənsur şeirlərin, şeirlərin, lətifələrin, satirik hekayələrin, hekayə, oçerk, pritça, rəvayət və əfsanələrin, habelə alleqorik povestlərin və irihəcmli romanların müəllifidir. Onun çoxlu sayda əsərləri Qarabağa, şəhidlərə, qaçqınlara və əsr düşmüş qadınlara həsr olunub. Nüşabə Məmmədlinin Qarabağın əsir düşmüş qadınlarından bəhs edən "Zəngulə" romanı bir sıra mükafatlara layiq görülmüşdür. Bu əsər 2005-ci ildə "İlin kitabı" elan olunmuşdur. Nüşabə Məmmədlinin "Göylərdə keçən ömür" sənədli povesti, "Bu bir oyundur" hekayələr kitabı, "Zəngulə", "Vicdan dustağı", "Sevgi xiyabanı" romanları oxucular tərəfindən maraqla qarşılanmışdır.
Rübabə Axundova
Axundova Rübabə Məmməd qızı (1907, Azərbaycan Respublikası, Şamaxı—1969)— Azərbaycanın əməkdar müəllimi, SSRİ Ali Sovetinin iki çağırışının deputatı, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru olmuşdur. == Həyatı == Rübabə Məmməd qızı Axundova Azərbaycanın Şamaxı rayonunda anadan olmuş, bir çox rəhbər vəzifələrdə çalışmış və əməkdar müəllim fəxri adlına layiq görülmüşdür. 11 yaşı olanda atası rəhmətə getmiş və o bacısının ailəsində tərbiyə almışdı. 1925-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Universiteti) Şərq fakültəsinə qəbul olmuşdur. 1928-ci ildə həmin fakültəni bitirmişdir. Rübabə xanım həmçinin Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinin də məzunudur. 1928-ci ildən Bakı şəhəri Stalin rayonunda (indiki Səbail rayonu) orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, Bakı şəhəri Voroşilov rayonu (indiki Səbail rayonu, vaxtilə ayrıca rayon olmuş, daha sonra Stalin, yəni indiki Səbail rayonuna birləşdirilmişdir) 132 nömrəli qızlar orta məktəbinin tədris bölməsinin müdiri olmuşdur. 1947-ci ilin oktyabrından Azərbaycan SSR ibtidai və orta məktəb işçilərinin peşə ittifaqı Mərkəzi Komitəsinin sədri olmuşdur. Daha sonra M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru vəzifəsində çalışmışdır. Rübabə Axundova bir sıra dövlət mükafatlarına da layiq görülmüşdür.
Sümbə (Bükan)
Sümbə (fars. ثمبه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (23 ailə).
Saudade
Saudade — portuqal sözüdür. Bu sözün eyni anda xoşbəxt və bədbəxt olmaq kimi paradoksal mənası var. Saudade optimist və pessimist hekayələrin içində yaxşı və pisin bir-birini izlədiyi kölgə kimidir. Onlar həm bir-birindən ayrılmazlar, həm də bir-birlərini tamamlayarlar. Lüğətlərdə "keçmişdə duyulan həsrət" kimi verilsə də əslində nostaljidən çox fərqli bir mənası var. Fərq sadəcə qovuşma həsrəti deyil. Başlıca fərq ondan ibarətdir ki, Saudade — keçmişdə olan üzüntü dolu həsrəti ifadə edir. Saudade portuqalların qürur duyduqları sözlərdən və duyğulardan biridir. Yüz illər boyunca portuqal qadın və qızların dənizə qurban verdikləri kişilərin ardından çəkdikləri ağrıları və əzabları, gedib dönməyələri xatırlayarkən Saudade demişlər. Saudade başqa dilə tərcümə olunmayan sözlərdəndir.
Sidibe
Sidibe — Qərbi Afrikada daha çox işlədilən soyad. Cibril Sidibe — Monako klubunda çıxış edən Fransa futbolçusu. Kalidu Sidibe — Tuluza klubunda çıxış edən Fransa futbolçusu. Malik Sidibe — Mali fotoqrafı. Konimba Sidibe — Mali siyasətçisi. Odiya Sidibe — Fransa sprint atleti. Mamadi Sidibe — Fransa futbolçusu. İssaka Sidibe — Mali siyasətçisi. Rafan Sidibe — Mali futbolçusu.
Suidae
Donuzlar (lat. Suidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. 8 növü var. Donuzkimillər orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox səyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarından daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur.
Altıncı sülalə (Misir)
VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347–2216-cı illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir. == Ümumi məlumat == === Sülalənin ilk üzvü Teti === Sülalənin ilk üzvü Teti V sülalə hökmdarı Unisin qızı Iputla evlənmişdi.Manefonun fikrinə görə Teti öz muhafizəçiləri tərəfindən öldürülmüşdü. === I Pepi === Tetinin oğlu I Pepi Sinay yarımadası və Nubiya yürüşləri ilə tanınmışdır.Dövrümüzə çatmış yazılı məlumatlara görə I Pepiyə qarşı sui-qəsd təşkil olunsada uğurlu olmayıb.I Pepi və oğlu II Pepi Qədim Misirin ən qüdrətli fironlarından olmuşdur. == Fironlar == Manefona görə xanədanlıq 203 il hakimiyyətdə olmuşdur. Turin siyahısına görə bu müddət 181 il təşkil edir. Altıncı xanədanın məlum fironları aşağıdakı cədvəldə verilmişdir.
Beşinci sülalə (Misir)
V sülalə — Qədim Misirdə Qədim Çarlıq dövrünə aid sülalə. Təxminən e.ə 2504–2347 illərdə hakimiyyətdə olmuşdur. == Ümumi məlumat == Bu sülalənin hakimiyyəti dövründə dini inanclarda mühüm dəyişikliklər baş verir. Piramidalarda mətnlər həkk olunmağa başlayır. Bu yazılar Misirdə cənazə ədəbiyyatının ilk nümunələridir. Baş Allah Ranın kultu daha da inkişaf edir. Absirdə baş allahın şərəfinə məbədlər tikilir. Osirisə inam genişlənir.
Birinci sülalə (Misir)
I sülalə — Qədim Misiri idarə edən ilk sülalə. == Ümumi məlumat == Yuxarı Misir nomu Narmer (Manefonun fikrincə onun adı Mina idi) Aşağı Misiri məğlub edərək Misiri vahid halda birləşdirir və adını tarixə birinci firon kimi yazdırmışdır. Bu dövrdə padşahlığın mərkəzi Tinis şəhəri idi. I sülalənin dəqiq olaraq hansı dövrdə hakimiyyətdə olmasını dəqiq olaraq demək mümkün deyil. Güman edilir ki, bu sülalə XXXIV və XXX əsrlərdə hökmdarlıq edib. Radiokarbon üsulu ilə aparılan analizə əsasən I xanədanlığın hakimiyyət illəri təxminən e.ə. 3218–3035 illər kimi göstərirlir. Təəssüf ki, bu dövrə aid yazılı abidələrin azlığından baş verən hadisələr yaxşı öyrənilməmişdir. Əsas məlumat mənbəyi "Narmer paleti" adlandırılan daş löhvədir. Ümumiyyətlə ilk sülalələrlə bağlı məlumatlar dəqiq deyildir və müəyyən mənada əfsanəvi xarakter daşıyır.
Rudab
Rudab — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,470 nəfər və 883 ailədən ibarət idi.
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Suyab
Suyab və ya Ordukənd - Qırğızıstan ərazisində erkən orta əsrlərdə Böyük ipək yolu üzərində yerləşən Çuy vadisində şəhər. == Haqqında == Suyab şəhərinin xarabalıqları Tokmak şəhərindən 6 km cənub-qərbdə Ak-Beşim kəndi yaxınlığında yerləşir. Suyab türk tacirləri tərəfindən Böyük ipək yolu üzərində ən şərq yaşayış məskəni kimi V-VI əsrlərdə meydana gəlmişdir. Suyab Çu çayının İran dilində adıdır. 629-cu ildə Suyaba gələn Çin buddist monarxı Syunszyan burada münbit torpaqlar, çəltik və üzüm yetişdirmək üçün əlverişli şəraitin olduğunu qeyd etmişdir. Sartların dövründə türk tacirləri xaqana xərac ödəyirdilər. Suyab şəhəri Qərbi-türk xaqanlığının paytaxtı olmuşdur. Yayda xaqan Talas vadisindəki Navaketdə öz qərargahına çəkilirdi. Türklər dövlətin təklükəsizliyini, sartlar isə ölkənin iqtisadi rifahını təmin edirdilər. 648-719-cu illərdə Suyab Tan imperiyasının ən qərb qalası rolunu oynayırdı.
Şunbə
Şunbə— İranın Buşehr ostanının Dəşti şəhristanının Şunbə və Təsuc bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,414 nəfər və 505 ailədən ibarət idi.
Şurab
Şurab-i Hacı (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Şurab-i Hizarə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Badabe Surt
Badabe Surt — İranın Mazandaran ostanında Sari şəhristanının Orost kəndindədir. 2009-cu ildə İranın ikinci milli təbiət abidəsi kimi qeydə alınmışdır.
Cibril Sidibe
Cibril Sidibe (Fransızca tələffüz: [dʒibʁil sidibe]: 29 iyul 1992) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Fransa milli futbol komandasında müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Fransa Sudanı
Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir. == Tarixi == 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur. 11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir.
Kalidu Sidibe
Kalidu Sidibe (28 yanvar 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Tuluza === Sidibe Paris şəhərinin müxtəlif klublarında çıxış etdikdən sonra 2017-ci ildə Tuluza klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Sidibe peşəkar karyerasında debütünü 31 oktyabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Fransa Kuboku görüşündə Tuluza rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. O, Liqa 1-də debütünü isə 3 noyabr 2018-ci ildə Strasburq klubuna qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə Con Bostok ilə əvəz olunmuşdur. Liqa görüşündə Tuluza rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == Sidibe Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır.
Kudalə (Sərdəşt)
Kudalə (fars. كودله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (11 ailə).
Rafiq Subaye
Rafiq Subaye (ərəb. رفيق السبيعي‎‎; 9 Fevral 1930 – 5 Yanvar 2017) — Suriyalı film aktyoru, yazıçı və direktor. == Karyerası == Subaye qədim Dəməşqin ən qədim rayonlarından birində anadan olmuşdur. O, Suriyada dram filmlərində aktyor kimi fəaliyyət göstərmişdir. Subaye həmçinin Əbu Səyyah adı ilə tanınır. Bu ləqəb ona pyeslərdə və televiziya seriallarında oynadığı surətlərin xarakterlərinə görə verilmişdir.
Robert Muqabe
Robert Muqabe (şo. Robert Gabriel Mugabe [muɡaɓe], ing. Robert Gabriel Mugabe [muːˈɡɑːbiː]; 21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[…]) — Zimbabvenin ikinci prezidenti (21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[…]), diktator. == Həyatı == 21 fevral 1924-cü ildə Kutama qəsəbəsində anadan olan Muqabenin atası dülgər, anası isə Britaniya müstəmləkəsi olan Cənubi Rodeziyadan (indiki Zimbabve) müəllimə idi. == Təhsili == Muqabe ibtidai təhsilini katolik məktəbində almış, ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulmuş universitetdə davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləmişdir. == Siyasi fəaliyyəti == Ölkəsinə geri qayıdarkən burada irqi mübarizənin gərginləşdiyini görən Muqabe müəllimlik işini buraxaraq, siyasi fəaliyyətə başlayır və Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına qoşulur. 1963-cü ildə Coşua ilə gərgin münasibətlərinə görə Coşuadan ayrılıb özünə yeni partiya qurur. === Həbsi === Yeni partiya rəhbəri olduqdan qısa müddət sonra həbs edilərək 11 il cəza çəkir. Bu illər o, çox əziyyət çəkir, işgəncələr görür, hətta xəstəlikdən dünyasını dəyişmiş üçyaşlı oğlunun dəfninə də onu buraxmırlar.