Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan.
VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü.
Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi.
Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı. Ölkənin daxilində Böyük kanaldan da ticarət üçün istifadə edilirdi. Sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər böyüyüb genişlənirdi.
Feodal özbaşınalığı 874-cü ildə Xuan Çao üsyanının baş verməsinə səbəb oldu. Üsyan 884-cü ildə yatırıldı.
Monarx, sülalə və ya onların nümayəndələri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |