Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saleh
== Saleh peyğəmbər == Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur. Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi. Sonuncu fikir Quran ayələrinə daha uyğundur. == Səmud qövmünün mədəniyyəti == Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır. Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun.
Bərham Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bərhəm Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Dmitri Saleh
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. == Karyerası == Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Ləzgi Saleh
Ləzgi Saleh (XVI əsr, Yuxarı Yaraq[d] – XVI əsr) — XVII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Yuxarı Yaraq kəndində anadan olub. == Həyatı == Saleh XVII əsrdə Yuxar-Yaraq kəndində anadan olub. O, ilk təhsilini kənd mədrəsəsində alıb. Saleh daha sonra burada işləməyə başlayıb. == Yaradıcılığı == Salehin məhəbbət lirikasının bir xüsusiyyəti ondan ibarətdir ki, onun şeirlərində aşiqin təsviri, mədhiyyəsi əsas yer tutur. Onlarda lirik qəhrəmanın hissləri gizlidir. Məşuqun vəsf və mədhində əsas təsvir vasitələri şairin ənənəvi şərq poeziyasından, farsçılıqdan və ərəbizmdən götürdüyü müqayisələrdir. Şairin "Çəkərəm tabı" və "Olmuşam müştaq" misraları ikihecalı müqayisə sistemi ilə səciyyələnir. Hər sətirdə iki müqayisə var.
Roman Saleh
Roman Sergeyeviç Saleh (27 fevral 1994) — Azərbaycanı, əvvəl isə Belarusu təmsil edən üzgüçü. == Həyatı == Roman Saleh 1994-cü il fevralın 27-də anadan olub. Roman Salehin qardaşı Dmitri Saleh də üzgüçüdür. == Karyerası == === 2016-ci il Paralimpiadası === Roman Saleh və qardaşı Dmitri Saleh qardaşları 2016-cı ildə XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı. Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillədnin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.
Sadıq Saleh
Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı – 27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. == Yaradıcılığı == === Səhnə həyatı === Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır.
Saleh Ağayev
Saleh Nurəddin oğlu Ağayev (30 aprel 1992, Günəşli, Biləsuvar rayonu – 12 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Ağayev 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Saleh Ağayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2012-ci ildən "kiçik gizir" rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Ağayev oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Günəşli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Saleh Bağırov
Saleh Güllücinski
Saleh Məşədi Teymur oğlu Güllicinski (17 sentyabr 1899, Güllücə, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı) — Ermənistan SSR və Azərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru. == Həyatı == Saleh Güllücinski 17 sentybar 1899-cu ildə İrəvanın yaxınlığndakı Güllücə kəndində Məşədi Teymur və Leyli xanımın ailəsində doğulub. Onlar 5 övlad böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət. Ailə o zamanın maarifpərvər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib. Saleh Güllicinski erkən yaşında A. S. Puşkin adına İrəvan rus-tatar məktəbini,1911-1915-ci illərdə 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir. 5 mart 1916-cı ildən 6 iyun 1918- ci ilə kimi İrəvan dairə məhkəməsində tərcüməçi kimi işləyir. 1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər. Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediklərindən: 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün İrəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov, Abasqulu bəy Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir.
Saleh Hacıyev
Saleh Hacıyev (nazir) — nazir. Saleh Hacıyev (fizik) — fizik.
Saleh Həsənov
Saleh Valeh oğlu Həsənov (1986, Qızılhacılı, Qasım İsmayılov rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1986-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017–2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru Saleh Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Saleh Kamrani
Saleh Kamrani — Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu, Azərbaycan Mərkəzi Partiyasının və "AzNews TV" televiziyasının təsisçisi. == Həyatı və fəaliyyəti == Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib. Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir.
Saleh Musayev
Saleh Sabir oğlu Musayev (7 aprel 1970, Yevlax – 14 noyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. == Həyatı == Saleh Musayev 7 aprel 1970-ci ildə Azərbaycan SSR-in Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Yevlax şəhər 4 nömrəli məktəbə daxil olmuş, 1985-ci ildə bitirmişdir. 1985-ci ildə Bakıda yerləşən fizika-riyaziyyat təmayüllü liseyə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1987-ci ildə Ukrayna SSR-in Poltava şəhərində yerəşən general N. F. Vatutin adına Zenit-Raket Komandirlər məktəbinin Quru qoşunlarının havadan taktiki müdafiəsi ixtisasına qəbul olmuş, 1991-ci ildə radio mühəndisi ixtisası ilə leytenant rütbəsində məktəbi bitirmişdir. Elə həmin il 23 iyun tarixində SSRİ Müdafiə Nazirliyinin 0641 nömrəli əmri ilə Poltavada 35705 saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilmişdir. === Döyüş yolu === 26 fevral 1992-ci il Xocalı soyqırımıdan sonra Saleh Musayev Azərbaycana gəlmək qərarı alır. Təyinatını Gəncə şəhərində yerləşən 732 saylı hərbi hissəyə alır və baş leytenant rütbəsində batalyon komandiri olaraq ön cəbhədə döyüşlərə yollanır. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayan Saleh Ağcakənd, Başkənd və bir sıra məntəqələrinon azad edilməsində fəal iştirak edir.
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. == Həyatı == === İlk illəri === Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır. Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir.
Saleh Məcidzadə
Saleh Nəriman oğlu Məcidzadə (16 iyul 1994; Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan — 11 oktyabr 2020; Daş Veysəlli, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Məcidzadə 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. == Hərbi xidməti == 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. O, 2016-cı il Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib. 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı kəndlərində dəfn olunub.
Saleh Məhərrəmov
Saleh Heydər oğlu Məhərrəmov (25 sentyabr 1965, Alışar, İliç rayonu) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Məhərrəmov Saleh Heydər oğlu 25 sentyabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1982–1987-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1990-cı illərdə aspiranturada oxumuş, 1991-ci ildə Moskvada Ümumittifaq Helmintologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1999–2000-ci illərdə NDU-da Zoologiya kafedrasının, 2000–2013-cü illərdə Təməl tibb fənləri kafedrasının, 2013-cü ildə yenidən Zoologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə AMEA Zoologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. ABŞ, Türkiyə, Rusiya və Ukraynada rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.
Saleh Məmmədov
Saleh Məmmədov (maliyyə naziri) (d. 1956) — Azərbaycan Respublikasının maliyyə naziri (1992–1993). Saleh Məmmədov (inşaatçı-mühəndis) (d. 1958) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Əməkdar Mühəndis. Saleh Məmmədov (baş çavuş) (1995—2020) — II Qarabağ müharibəsi şəhidi.
Saleh Nağıyev
Saleh Nağıyev — coğrafiya elmləri namizədi. == Həyatı == 1950-ci il mayın 5-də Gürcüstan SSR Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. 1959-1969-cu illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində oxuyub. 1969-1973-cü illərdə Lenin adına APİ-ni, 1980-1984-cü illərdə Gertsen adına Leninqrad Dövlət Pedoqoji institunun aspirantura şöbəsini, 1987-ci ildə A.Jdanov adına Leninqrad Dövlət Universitetində coğrafiya elmləri namizədliyini müdafiə edib, 1989-1995-ci illərdə N.Voznesenski adına Leninqrad Dövlət Maliyyə-İqtisad İnstituna daxil olub və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1973-1974-cü illərdə Zaqafqaziya Hərbi Dairədə hərbi xidmətdə olub. 1973-1976-cı illərdə Gəncə şəhərində orta məktəbdə müəllim işləyib.1976-1981-ci illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində müəllim və direktor müavini işləyib. 1985-1990-cı illərdə Marneuli rayonunun partiya komitəsində təlimatçı, şöbə müdüri, 1990-1998-ci illərdə Marneuli rayonunun Qullar Upravasının sədri, 1998-ci ildən BDU-da işləyir. Ailəlidir iki övladı var. == Təhsili elmi dərəcə və adları == 1987-ci ildə c.e.n. „Пути развител сельского расселения населения юго-востокa ГССР“ (на примере Марнеульского района).
Saleh Nuriyev
Saleh Səxavət oğlu Nuriyev (18 iyul 2002, Sumqayıt, Azərbaycan — 16 oktyabr 2020, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Nuriyev 18 iyul 2002-ci ildə Sumqayıt şəhərində doğulub. Əslən Qubadandır. Onun dayısı Orucov Kamran Niyətulla oğlu məzarsız qəhrəmanlardandır. Saleh Nuriyev 2008-ci ildə 33 nömrəli tam orta məktəbdə daxil olub və həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra valideynlərinin arzusu ilə Sumqayıt Dövlət Texniki Kollecində 3 illik natamam ali təhsil alıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Saleh Nuriyev Qubadlı və Cəbrayılın azad edilməsində savaşıb. 16 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Saleh Nuriyev Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Saleh Oxumuş
Saleh Oxumuş (türk. Salih Okumuş; 1968, Rizə, Rizə ili) — Türkiyə ədəbiyyatçısı, araşdırmaçı-yazar, şair, elmlər doktoru, professor == Həyatı == Saleh Oxumuş 1968-ci ildə Türkiyənin Rizə ilçəsinin Pazar kəndində doğulmuşdur. 1857-1858-ci illərdə Krım-Rus hərbi sırasında Kefedən Türkiyəyə köç edən Səlimoğlu sülaləsinə mənsubdur. Sülalə Orta Kefelili adıyla da tanınır. Ailə Cumhuriyyətdən sonra Soyad Qanununun çıxmasıyla Oxumuş soyadını alır. Ailədə oxuyub yazan simaların çoxluğu bu soyadı almağa səbəb olur. Ailənin böyüklərindən bəziləri İstanbulda Fatih Mədrəsəsində müdərrislik etmişdir. === Təhsili === Babası əski yazını bilən dinə bağlı bir şəxs olmuşdur. Ancaq ölkədə yaşanan qıtlıq və yoxsulluq səbəbindən uşaqlarını oxuda bilməmişdir. Altı qardaşdan ancaq biri təhsil almağa müvəffəq olur.
Saleh Poladı
Saleh Poladı (azərb. Poladı Saleh Əliqulu oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1968-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 159 nömrəli orta məktəbi bitirib. Sənaye malları kooperativində işləyirdi. Ailənin yeganə övladı idi. Tək qalmışdılar. Bir ana, bir oğul. Biri-birinə həyan olmuşdular.
Saleh Qafarov
Saleh Qazıyev
Saleh Mustafa oğlu Qazıyev (16 sentyabr 1893 – 17 iyul 1971) — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi. == Həyatı == Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət–ül–Maarif" adlı məktəbdə oxumuşdur. 1928–1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935–1938-ci illərdə SSRI Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasinda oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür. S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S.Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasının (1946–1953-cü illər) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir. Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur.
Saleh Qocayev
Saleh Balay oğlu Qocayev (12 sentyabr 1899, İlisu, Zaqatala dairəsi – 4 may 1984, Bakı) — azərbaycanlı ixtiraçı alim; texnika elmləri namizədi (1949); Azərbaycan SSR Ali Sovetinin (1–4-cü çağırış) deputatı; Zaqafqaziya Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini; Neft İnstitutunun rektoru (1941–1960). == Həyatı == Saleh Qocayev 1896-cı ildə İlisu kəndində anadan olmuşdur. Zaqatala sənət məktəbində təhsil almağa başlasa da, valideynləri vəfat etdiyi üçün Bakıya köçür. O, 15 yaşında Bakıda Nobel qardaşlarının zavodunda işləməyə başlayır. 1925-ci ildə Bakıda fəhlə fakültəsini bitirərək Neft İnstitutunun Texnologiya fakültəsinə daxil olmuş, eyni zamanda S.Budyonnı adına zavodda çilingər işləmişdir. Bir müddətdən sonra partiya səfərbərliyi xətti ilə rayonlara göndərilmiş, yalnız 1928-ci ildən dərslərə davam edərək 1932-ci ildə maşınqayırma şöbəsi üzrə mühəndis diplomu almışdır. == Siyasi fəaliyyəti == 1917-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına qatılan Saleh Qocayev Balakən Rayonu Fəhlə Gənclər İttifaqının sədr seçilmişdir. O, 1918-ci ildə Bakı Sovetinin deputatı seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həbs olunsa da, həbsxanadan qaçaraq İlisuya getmişdir. O, İlisuda Azərbaycan Kommunist Partiyasının özəyini yaratmışdır.
Bosniyalı Saleh Paşa
Bosniyalı Saleh Paşa (ö. 15 sentyabr 1647) ― Sultan İbrahim dönəmində 1 il 9 ay günlük Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən boşnaq olub, dəvşirilərək Əndəruna gətirilmişdir. Dəftərdar Mustafa Paşanın oğlu olub, təhsilini tamamladıqdan sonra divan katibliyində xidmət etməyə başladı. Sarayda müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1643-cü ildə baş miraxur, 1644-cü ilin iyununda yeniçəri ağası, 1644-cü ilin iyulunda baş dəftərdar olaraq təyin olundu. Bu vəzifədə ikən 17 dekabr 1645-ci ildə sədarətə gətirildi. 15 sentyabr 1647-ci ildə vəfat etdi.
Elçin Saleh oğlu Abbasov
Elçin Saleh oğlu Abbasov (1975 – 1994, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Elçin Saleh oğlu 1975-ci ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olmuşdur. 1982-ci ildə Gədəbəy Şəkərbəy kənd orta məktəbinin birinci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Sonra isə Bakıda texniki peşə məktəbində təhsilini davam etdirmiş və oradan da hərbi xidmətə göndərilmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. == Kitabları == Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Mehdi Seyid Salehi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Ramiz Sadıq Saleh oğlu Bağırov
Ramiz Bağırov (müəllim)
Saleh Hacıyev (dövlət xadimi)
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981). == Həyatı == Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir. Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir. Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir. Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır. 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.
Saleh Hacıyev (fizik)
Saleh Hacıyev — azərbaycanlı fizik. == Həyatı və təhsili == Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib.
Saleh Hacıyev (nazir)
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981). == Həyatı == Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir. Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir. Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir. Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır. 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.
Saleh Hacıyev (siyasətçi)
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981). == Həyatı == Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir. Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir. Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir. Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır. 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.
Saleh Hulusi Paşa
Saleh Hulusi Paşa (d. 1864 — ö. 1939) — VI Mehmed Vahidəddinin səltənətində 1 ay 3 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1864-cü ildə İstanbulda dünyaya gəldi. İstanbul liman rəisi Dilavər Paşanın oğludur. İlkin təhsilini aldıqdan sonra hərbiyyə məktəbi və Hərbi Akademiyanı bitirdi (1888) və ardından kapitan rütbəsinə yüksəldi. 1891-ci ildə hərbi təhsilini tamamlamaq məqsədilə Almaniyaya göndərildi. Döndükdən sonra 1894-cü ildə Hərbi Akademiyada müəllimliyə başladı. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsinə qatıldı. 1901-ci ildə dönəmin önəmli siyasi fiqurlarından Dəli Fuad Paşanın qızıyla evləndi ancaq 2 il sonra qaynatasının Dəməşqə sürgün edilməsiylə o da gözdən düşdü və Diyarbəkirə sürgün edildi.