Saleh Valeh oğlu Həsənov (1986, Qızılhacılı, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Saleh Valeh oğlu Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1986 |
Doğum yeri | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Mayor |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1986-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017–2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib.[1]
Azərbaycan Ordusunun mayoru Saleh Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.