Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Sayra
Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır. == Təsviri == Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür. Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q. Orta ömür müddəti 5—6 ildir.
Devi Sandra
Dewi Sandra Kilik (3 aprel 1980, Braziliya) aktyor, aparıcısı və müğənni İndoneziya. Dewi qarışıq qan var İngiltərə və İndoneziya və vətəndaşlığı olmayan qalır İndoneziya. Həmişə onun makiyaj bag içərisində Givenchy ətir və Lady Speed ​​Stik Dezodorant gətirən qadın, adlı bir aktyor evli Surya Saputra. Onlar sonra boşanmış və sonra evli müğənni Dewi Barry Manilow-də 3 aprel 2006, 2009-cu ildə, Barry Manilow boşanma Dewi Sandra üçün sue. On 11 dekabr 2011 Goddess üçüncü dəfə evləndi. O, Agus Rəhman-ci ildə London ilə evlənmişdi.
Sandra (ifaçı)
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. == Həyatı == Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Sandra Ballok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Sandra Baqariç
Sandra Baqariç (xorv. Sandra Bagarić; 5 aprel 1974) — Xorvatiya opera müğənnisi və aktrisası. == Həyatı == Zenitsa şəhərində (hazırda Bosniya və Herseqovinanın ərazisində yerləşir) anadan olmuşdur. Orada musiqi məktəbini bitirmişdir və sonra Sarayevoda təhsil almağa davam etdi, lakin Bosniya müharibəsi başladıqdan sonra 1992-ci ildə Zaqreb şəhərinə köçdü və orada musiqi akademiyasında oxudu. Lilyana Molnar-Talaiç onun müəllimi idi. "Madam Trubadur", "Qrafinya Maritsa", "Yarasa", "Bokkaççio" və "Oxuyan yanlış fikirləşmir" operalarında ariyaların ifası ilə tanınır. "Sonati od sna", "Teatar marmelade" və "Adagio" adlı üç disk buraxmışdır. 2007-ci ildə Sandra Baqariç, Helsinkidə Avroviziya üçün Xorvatiya təmsilçisini təyin edən "Dora 2007" musiqi festivalında "Kraljevi Ulice" qrupu ilə "Pjesma za novčić" mahnısı ilə çıxış etdi və 2-ci yeri tutdu. Evlidir, əri pianoçu və Zaqreb Musiqi Akademiyasının professoru Darko Domitroviçdir. Marko və Lovro adlı oğulları var.
Sandra Botiçelli
Sandro Botiçelli (təq. 1445, Florensiya, Florensiya Respublikası – 17 may 1510[…], Florensiya, Florensiya Respublikası[…]) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.
Sandra Bullock
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Sandra Bullok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Sandra Drzimalska
Sandra Drzimalska (pol. Sandra Drzymalska, 24 iyul 1993, Ueyherou[d], Pomoraniya voyevodluğu) — polyak aktrisa.
Sandra Kim
Sandra Kaldarone (d. 15 oktyabr 1972, Montenye, Belçika) və ya səhnə adı ilə Sandra Kim — italyan əsilli Belçika müğənnisi. O, ifa etdiyi "J'aime la vie" mahnısı ilə 1986-ci ildə Belçikaya Avroviziya Mahnı Müsabiqəsində ilk qələbəsini qazandırmışdır. == Həyatı və musiqi karyerası == Sandra Kaldarone 15 oktyabr 1972-ci ildə Belçikanın Montenye şəhərində anadan olmuşdur. Onun atası İtaliyanın Abruttso regionundan olan immiqrant idi. Sandra 7 yaşından oxumağa başlamış və 13 yaşında ikən Norveçin Bergen şəhərində keçirilən 1986 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanaraq müsabiqə tarixinin ən az yaşlı qalibi olmuşdur. Kim eyni zamanda Belçikanı Tokioda keçirilən Yamaha musiqi festivalında "Il était une fois... la vie" mahnısı ilə təmsil etmişdir. 2011-ci ildə onun pop rok albomu olan Make Up işıq üzü görmüşdür. Albomda Belçikanın tanınmış bəstəkarları (Salvatore Adamo, Dani Klein, Ozark Henri, Antoni Sinatra, Jak Duval və David Bartolome) tərəfindən bəstələnmiş mahnılar yer almışdır.
Sandra Kretu
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. == Həyatı == Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Sandra Lize
Sandra Lize (d. 8 iyul 1977) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Sandra Lize, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Sandra Meyson
Sandra Prunella Meyson (ing. Sandra Prunella Mason; 17 yanvar 1949, Sent-Filip[d]) — Barbados Prezidenti. == Həyatı == Sandra Prunella Meyson 17 yanvar 1949-cu ildə Barbadosun Sent Filip səmtində anadan olmuşdur. Təhsilini başa vurduqdan sonra 1968-ci ildə Şahzadə Margaret Liseyində müəllimlik etməyə başladı. Ertəsi il Barkleys Bankda katibə olaraq işə başladı. Meyson Keyv Hilldəki Qərbi Hind UUniversitetinin Hüquq Fakültəsinə daxil oldu. Meyson 1973-cü ildə təhsilini başa vurduqda bunu etməyi bacaran ən gənc şəxslərdən biri idi. Barbados Barlar Birliyinin ilk qadın üzvü olaraq 10 noyabr 1975-ci ildə fəaliyyətə başlamaq üçün Vəkillər Kollegiyasına qəbul edildi. == İlk fəaliyyəti == 1975-ci ildən Barkleys Etibarlı İdarəetmədə çalışıb və 1977-ci ilə qədər Barkleysdə müxtəlif vəzifələrdə çalışıb. 1978-ci ildə Meyson Yeniyetmə və Ailə Məhkəməsində hakim vəzifəsində çalışmağa başladı və eyni zamanda QHU-da ailə hüququndan dərs verdi.
Sandra Paoviç
Sandra Paoviç (xorv. Sandra Paović, 15 aprel 1983-cü ildə Vуkоvаr şəhərində anadan olub) — xorvatiyalı tennisçi (stolüstü tennis). 2008-ci il Olimpiya oyunlarının və 2016-cı il Paralimpiya Oyunlarının iştirakçısı. Paralimpiya Oyunlarının (2016) qalibi, paralimpiya dünya çempionu (2014) və paralimpiya Avropa çempionu (2013,2015). 2014-cü ildə ITTF versiyasına görən ən yaxşı paralimpiya tenniçisi (stolüstü tennis). == Bioqrafiyası == Vyakovarda anadan olmuş Sandra uşaqlığını Borovo icmasında keçirmişdir. Müharibə illərində Sandra ailəsi ilə Yuqoslaviya gəlmiş və Zmaevo şəhərində yerləşmişlər. Sandra yerli klubların birində stolüstü tennis karyerasına başlamışdır. Yuqoslaviya komandasına daxil olan Sandra 1996-cı ildə gənclər arasında keçirilən Avropa çempionatının bürünc medalına layiq görülmüşdür. 1997-ci ildə isə Aralıq dənizi oyunlarında Yuqoslaviyanı təmsil etmişdir.
Sandra Rulofs
Sandra Elizabet Saakaşvili-Rulofs (gürc. სანდრა რულოვსი) (23 dekabr, 1968) — Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı. == Həyatı == Rulofs 23 dekabr 1968-ci ildə Niderlandın Terneuzen şəhərində anadan olub, milliyətcə hollanddır. O, 1991-ci ildə Brüsseldəki Xarici Dillər İnstitutunu bitirib və 1993-cü ildə Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunda ali təhsilini davam etdirib. Həmin il Strasburq şəhərində Mixail Saakaşvili ilə tanış olub və onunla birlikdə Nyu-Yorka köçüb. Nyu-Yorkda ikən Sandra Kolumbiya Universiteti və bir Niderland hüquq şirkətində işləyib. 1996-cı ildə cütlük Gürcüstana gəlib və Sandra Rulofs Beynəlxalq Qırmızı Xaç Komitəsində və Tbilisidə Niderland Krallığının konsulluğunda işləyib. 1999-cu ildə Tbilisi Dövlət Universitetinə mühazirəçi kimi dəvət edilmiş Sandra 2003-cü ilədək burada çalışıb və eyni zamanda universitetdə Belçikada istifadə edilən fransız dilinin aspektləri üzrə doktorluq dissertasiyası üzərində çalışıb. 2003-də Tbilisi Dövlət Universitetində elmlər doktoru elmi dərəcəsini alıb. Rulofs öz ana dili Niderland dilindən başqa daha beş dildə - fransız, alman, ingilis, rus və gürcü dillərində danışa bilir.
Sandra Vayt
Sandra Vayt (ing. Sandra White; d. 17 avqust 1951, Qlazqo, Şotlandiya) — Şotlandiya parlamentinin deputatı, Şotlandiya Milli Partiyasının üzvü. == Həyatı == === Siyasi fəaliyyəti === 2016-cı il 1 mart tarixində Şotlandiya parlamentində Şotlandiya onun irəli sürüldüyü Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsünü sürüb.
Sandra Şmirler
Sandra Şmirler (d. 11 iyun 1963; Biqqar, Kanada - ö. 2 mart 2000; Reqina, Kanada) — Kanadanı təmsil edən körlinqçi. Sandra Şmirler, Kanadanı 1998-ci ildə baş tutan Naqano Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Sandra Şmirler, Kanada yığmasının heyətində 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarına qatıldı. Həmin yarışlarının həlledici, final görüşündə Kanada yığması, Danimarka yığmasını 7:5 hesabı ilə məğlub etdi və Sandra Şmirlerində çıxış etdiyi Kanada yığması, Naqano Olimpiadasının çempionu oldu. == Ölümü == Sandra Şmirler, 2 mart 2000-ci ildə uzun sürən xərçəng xəstəliyi nəticəsində həyatının 36-cı yaşında vəfat etdi.
Sandra Bem
Sandra Rut Lipsitz Bem (ing. Sandra Ruth Lipsitz Bem; 22 iyun 1944, Pitsburq, Pensilvaniya – 20 may 2014, İtaka[d], Nyu-York ştatı) — gender problemləri və psixoloji androqiniya işi ilə tanınan ABŞ psixoloqu. Gender sxemləri nəzəriyyəsinin yaradıcısı, gender rollarının, gender və cinsiyyətin dərk edilməsinə əhəmiyyətli təsir göstərmişdir. == Həyatı == Sandra Rut Lipsitz 22 iyun 1944-cü ildə Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olub. Onun atası Peter Lipsitz poçt işçisi, anası Lillian Lipsitz isə katibə işləyirdi. İbtidai məktəbdə Sandra şalvar geyinməkdə israr edirdi (ortodoksal yəhudi məktəbində oxuyurdu) və yubka geyinməkdən imtina etməsi, az qala onun məktəbdən qovulmasına səbəb olacaqdı. Bu erkən təcrübə, onun bioqraflarına görə, Sandra Bemin gender rolları, seksuallıq və androginiya məsələlərində elmi maraqlarını əvvəlcədən müəyyən etdi. Sandra 1965-ci ildə Daril Bem adlı gənc professorla tanış olduğu Karnegi Mellon Universitetinə daxil oldu. O, Bemdən müstəqil araşdırmasına nəzarət etməsini istədi və ikisi romantik bir əlaqəyə girdi. 6 iyun 1965-ci ildə evləndilər, Sandranın cəmi 20 yaşı olanda onların Emili və Ceremi adlı iki övladı vardı.
Sadır Japarov
Sadır Nurqojoyeviç Japarov (qırğızca: Садыр Нургожоевич Жапаров; 6 dekabr 1968, Ken-Suu[d], Tup rayonu[d]) — Qırğızıstanlı siyasətçi və dövlət xadimi. Sooronbay Jeenbekovun istefasından sonra müvəqqəti hökumətdə Qırğızıstan Respublikasının Prezidenti Səlahiyyətlərini İcra Edən kimi (15 oktyabr 2020 – 14 noyabr 2020); Qırğızıstan Respublikasının Baş Naziri (10 oktyabr 2020 – 14 noyabr 2020). Qırğızıstan Respublikasının 6-ci Prezidenti (28 yanvar 2021–hal-hazırda). == Həyatının erkən dövrü və təhsili == Japarov İssık-Göl bölgəsinin Tüb rayonuna bağlı Keng-Su kəndində anadan olmuşdur. Orta təhsilini 1986-cı ildə tamamladıqdan sonra Qırğız Milli Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu. 1987-ci ildə Japarov Novosibirskdə iki il Sovet ordusunda xidmət etdi. 1989–1991-ci illərdə isə akademiyada təhsilnə davam etdi. 2006-cı ildə Japarov Qırğız-Rus Slavyan Universitetindən hüquq ixtisası üzrə məzun oldu. == Siyasi fəaliyyəti == Japarov siyasi fəaliyyətinə 2005-ci il Lalə inqilabından sonra başladı. 2005-ci ilin martında Tyub seçki bölgəsindən Ali Şura üzvlüyünə seçildi.
Sadır Pəlvan
Sadır Pəlvan (uyğ. سادىر پالۋان) — xalq qəhrəman, 1864-cü il uyğurların İli bölgəsindəki üsyanının liderlərindən biri. == Həyatı == Sadır Palvan 1798-ci ildə Külçə rayonunun Mollatoxtiyuzi kəndində anadan olmuşdur. Əsl adı Sadır Xoşəhməddir. Palvan (Pəhləvan, İgid) adı ona xalq tərəfindən inanılmaz fiziki gücünə, iri cüssəli bədən quruluşuna malik olması və uyğurların azadlıq hərəkatındakı iştirakına və qəhrəmanlığı səbəbilə verilmişdir. Əslən Xotandan olan atası Xoşəhmət 1766-cı ildə İliyə köçmüşdür. Sadır Pəlvanın özü çox cəsur adam sayılırdı və hələ də onun haqqında uyğur və qazaxlar arasında əfsanələr dolaşır. O, gənc yaşlarından bölgədəki Çin hakimiyyətinə qarşı müxtəlif silahlı hərəkatlarda fəal iştirak etmişdir. Çin hökuməti hər dəfə bölgədə çıxışlar başlayanda birimci Sadır Pəlvanın üstünə hərbi qüvvələr göndərirdi. == İli üsyanında iştirak == Sadır Pəlvan 1864-cü ildə uyğurlar və dunqanların İli bölgəsində Tzin hakimiyyətinə qarşı üsyanının fəal iştirakçısı olmuşdur.
Sayda (dəqiqləşdirmə)
Sayda — balıq. Sayda (rayon) — Livanda rayon. Sayda (şəhər) — Livanın üçüncü ən böyük şəhəridir.
Sayda (şəhər)
Sayda (ərəb. صيدا‎‎, Sayda — hərfi mənası «balıqçılıq»), qədim zamanlarda isə Sidon (fin. 𐤑𐤃𐤍, qədim yunan dilində Σιδών) — Livanın üçüncü ən böyük şəhəridir. Aralıq dənizi sahilində yerləşir. Sur şəhərindən 25 mil şimalda, Beyrutdan isə 30 mil cənubda yerləşir. Bu şəhər Livanın paytaxtıdır. Həmçinin qədim Finikiya şəhərlərindən biri olmuşdur. X-IX əsrlərdə ən məşhur ticarət şəhərlərindən biri olmuşdur. Bibliyada Xanaana adı kimi adı çəkilir. Bu şəhərin şərəfinə Avropanın Yupiterdəki peyki belə adlanır.
Sandra Aguilar Navarro
Sandra Aguilar Navarro (d. 9 avqust 1992) — İspaniyanı təmsil edən bədii gimnast. Sandra Aguilar Navarro, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Sandra Aguilar Navarro, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu. Sandra Aguilar Navarro, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Lordes Mohedano və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Sardina
Sardina — Siyənəkkimilər fəsiləsinə daxil olan üç bioloji balıq cinsinin sənaye əhəmiyyətli ovunu nəzərdə tutur — avropa sardinası (Sardina), Sardinops (Sardinops) və Sardinella (Sardinella). Sardelka və sardel (it. sardella — sardina) — sardina sözünün köhnəlmiş variantıdır. == Miqrasiya == Bu yaxınlarda əldə edilən məlumata görə 5 milyard balıq, uzunluğu 7 km olan böyük bir dəstə yaradır. Sardinalar soyuq cərəyanlarla hərəkət edir. Bu balıq sürüsünü minlərlə delfin, köpəkbalığı, balina, quş təqib edir.
Sayeria
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Satira
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur. Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir.
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. == Quruluşu == Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. == İstifadə == Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Mumiya sağdır (film, 1993)
Mumiya sağdır (ing. The Mummy Lives) — 1993-cü ildə istehsal olunmuş "Mumiya" haqqında çəkilmiş filmlərdən biridir. Film ABŞ yazıçı və fantastçısı Edqar Allan Ponun əsəri əsasında çəkilmişdir. Filmin mövzusu həm keçmişdə, həm də gələcəkdə baş verən hadisələri əhatə edir. == Məzmun == Film "Nə vaxt ki, səmalar bir-birnə birləşəcəksə, Zot, qisas allahı sevgilisinin qayıdışını gözləyəcək və gecə yarısında peyda olacaqdır" ifadəsi ilə başlayır və bürclər haqqında qısa məlumat verilir. Varlı olan eksentrik arxeoloq lord Makston (Cek Koen) Misir səhrasında qəbir aşkar edir. Bu qəbir yuxarı Misir rahibi Əzizə (Toni Körtis) məxsusdur. Həmin rahib Allah Zotun qulluqçusu Kiaya (Lesli Hardi) aşiq olur. Bu səbəbdən Zot onu cəzalandırır. Rahib Əziz diri-diri qəbirdə basdırılır.
Sayeria atroviolacea
Dendrobium atroviolaceum (lat. Dendrobium atroviolaceum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Latouria atroviolacea (Rolfe) Brieger Latourorchis atroviolacea (Rolfe) Brieger Sayeria atroviolacea (Rolfe) Rauschert === Heterotipik sinonimləri === Dendrobium macgregorii F.Muell.
Sayeria macrophylla
Dendrobium macrophyllum (lat. Dendrobium macrophyllum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista macrophylla (A.Rich.) Kuntze Latourorchis macrophylla (A.Rich.) Brieger Sayeria macrophylla (A.Rich.) Rauschert == Yarımnövləri == Dendrobium macrophyllum var. macrophyllum Dendrobium macrophyllum var.
Jandira Martini
Jandira Martini (isp. Jandira Martini; 10 iyun 1945, Santos, San-Paulu ştatı – 29 yanvar 2024, San Paulo) — braziliyalı aktrisa, ssenari müəllifi. == Həyatı == 1945-ci il 10 iyul tarixində San-Paulu ştatının Santos şəhərində dünyaya gəlib. 2024-cü ilin yanvar ayında ağciyər xərçəngindən vəfat edib.
Sayeria pseudotokai
Dendrobium macranthum (lat. Dendrobium macranthum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista macrantha (A.Rich.) Kuntze Durabaculum macranthum (A.Rich.) M.A.Clem. & D.L.Jones === Heterotipik sinonimləri === Dendrobium arachnostachyum Rchb.f. Dendrobium pseudotokai Kraenzl. Dendrobium tokai var.