Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sevdim (albom)
Sevdim – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Vaqif Gərayzadənin əsərləri daxildir. Aygün Kazımova albomdakı "Sevdim", "Qəlbimin şəklini çək", "Tez gəl", "Uyma" mahnılarına klip çəkmişdir. == Mahnıların Siyahısı == == Albomdakı video kliplər == "Sevdim" - albomdan yayımlanan ilk sinqldır. Klip çox böyük marağa səbəb olmuşdur. Azneft dairəsində aparılan çəkilişlər zamanı 10 dəqiqə ərzində yüzlərlə insan kadr arxasına toplanması ilə proses sürətləndirilmişdir. "Şəklimi çək" - adı çəkilən sinqlı ilk dəfə "Sevdim" klipinin təqdimat gecəsində Aygün Kazımova ifa etmişdir. Klip bir şantajçı qadın və sevgilisinin həyatından bəhs edir. Klipin rejissoru Ülviyyə Könüldür. Klip Azərbaycan tarixinin ən möhtəşəm kliplərindən biri hesab olunur.
Sevdim (mahnı)
Namiq Sevdimov
Namiq Sevdimov (23 noyabr 1981, Bakı) — Azərbaycanı təmsil edən sərbəst güləşçi == Karyerası == Karyerasının birinci illərində Namiq Sevdimov 1999-cu ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu, 2000-ci ildə isə yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Namiq Sevdimov 2001-ci ildə gənclər arasında Dünya Çempionatını beşinci, 2003-cü ildə isə altıncı pillədə başa vurdu. Avropa Çempionatlarında 2004-cü ildə debüt edən Namiq Sevdimov turniri yeddinci pillədə başa vurdu. 2005-ci ildə isə Namiq Sevdimov İzmir şəhərində tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib olmaqla birinci uğuruna imza atdı. 2006-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına, hərbçilər arasında Dünya Çempionatında isə qızıl medala sahib olan Namiq Sevdimov 2007-ci ildə Avropa və Dünya Çempionatlarında uğursuz çıxış eləsə də (müvafiq olaraq 10-cu və 30-cu pillələrdə qərarlaşdı) Hindistanda baş tutan hərbçilər arasında Dünya Oyunlarını gümüş medalla başa vurdu. 2008-ci ildə İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla olimpiya lisenziyasına sahib olan Namiq Sevdimov olimpiadadan əvvəl Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Namiq Sevdimov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Olimpiadanın 1/8 final mərhələsində Namiq Sevdimov Şimali Koreya nümayəndəsi Yan Kon-İl ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsi 1:1 hesabı ilə başa çatsa da, son xalı rəqib qazandığına görə Namiq Sevdimov birinci hissədə məğlub oldu. Növbəti hissədə isə Namiq Sevdimov rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı.
Yusif Sevdimalıyev
Yusif Məmmədəli (Yusif Məmmədəli oğlu Sevdimalıyev; 8 yanvar 1951, Çaykənd, Krasnoselsk rayonu) — Sumqayıt şəhər İcra hakimiyyətinin keçmiş başçısı, Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri. == Həyatı == Yusif Sevdimalıyev 1951-ci il yanvarın 8-də Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Universitetdə müəllim, Azərbaycan Sənaye İnstitutunda assistent, baş müəllim, dosent işləyib. 1984-cü ildən 1992-ci ilədək kafedra müdiri olub. Fizika-riyaziyyat elmləri namizədidir. 60-a yaxın elmi məqaləsi nəşr olunub. 1958–1964-cü illərdə Çaykənd kəndində, 1964–1966-cı illərdə Azərbaycan Respblikasının Qazax şəhərində, 1966–1968-ci illərdə isə Bakı şəhəri fizika- riyaziyyat təmayüllü 1 saylı internat məktəbində oxuyub. Əliyevin dövrünə təsadüf edib. Belə ki, Heydər Əliyev Yusif Sevdimalıyevi 12 sentyabr 1993-cü il tarixli sərəncamı ilə vəzifədən azad edib.
Sevim Gözay
Sevim Gözay (türk. Sevim Gözay; 19 dekabr 1972, İstanbul – 14 yanvar 2021, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və televiziya proqramçısı. == Həyatı və karyerası == Gözay 19 dekabr 1972-ci ildə İstanbulda anadan olub. 1993-cü ildə media sənayesinə qədəm qoydu. Hazırlamış və təqdim etdiyi; CNN Türk-də yayımlanan "Cosmopolis" və TV8-də yayımlanan "Cinematic Portağal" aktual xəbərləri ilə tanındı. Kanal D, TV8, ATV, Show TV, Xəbərtürk, Sky 360, CNN Türk və TRT kanallarında çalışıb. 2001 və 2002-ci illərdə iki dəfə Türkiyə Jurnalistlər Cəmiyyəti Televiziya Mədəniyyət Sənət Uğur Mükafatı ilə mükafatlandırıldı. Son verilişi 2020-ci ildə Allianz Motto Music kanalında Sevim Gözay ilə Maraq Edirəm oldu. == Ölümü == Gözay, 14 yanvar 2021-ci ildə İstanbulun Kartal şəhərində, 48 yaşında limfa xərçəngi səbəbiylə öldü. Cənazəsi, Samandıra'daki Veysəl Qarani qəbiristanlığında dəfn edildi.
Sevim Arbana
Sevim Arbana (1951) — Albaniya qadın hüquqları müdafiəçisi və "Alban Qadınlarına Faydalı" və "Sülh və Anlaşma üçün Qadın Körpüsü" adlı qeyri-hökumət təşkilatlarının təsisçisi. == Həyatı == Sevim Arbana 1951-ci ildə anadan olub. Sevimin atası Albaniyadakı Azadlıq Ordusunun üzvü kimi İkinci Dünya müharibəsində almanlara qarşı vuruşub. O, müharibədən sonra anti-kommunist Qanunçuluq Partiyasına qoşulmuş və nəticədə "xalq düşməni" kimi damğalanaraq Ənvər Xocanın hakimiyyəti dövründə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Atasının siyasi baxışlarına görə Arbananın ailəsi Albaniya hökuməti tərəfindən daim təqiblərə məruz qalırdı; bununla da Sevimin Tirana şəhərində yerləşən İncəsənət Məktəbində təhsilini başa vurmaqla bağlı çətinliyi yaranmışdı. 1991-ci ildə Arbana Kosovoda keçirilən bir forumda özünün qadın hüquqları təşkilatlarının aldığı maliyyə çatışmazlığına etiraz edərkən Serbiya polisi tərəfindən həbs olunmuşdu. Bundan əlavə, Sevim Arbana əvvəllər MJAFT! (azərb. Bəsdir!‎) hərəkatında iştirak etmiş Tirana meri Eryon Veliay ilə birgə çalışmışdı. Arbana onu qadın hüquqlarını dəstəkləmədiyinə görə tənqid etmiş və Veliayın həmin vəzifəyə seçilməsindən sonra onunla əməkdaşlığını dayandırmışdı.
Sevdi ürək (albom)
Sevdi ürək – Azərbaycan müğənnisi Aygün Kazımova və meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun studiya albomu. Alboma 15 mahnı daxildir. == Hazırlanması == Sevdi ürək Xalq artisti Aygün Kazımova və meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun 2005-ci ildə birgə təqdim etdikləri video-CD albomudur.
Sevdi Can Səni (albom)
Sevdi Can Səni – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın debüt albomu.
Sevgi, sevgi, sevgi
"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir. == Film haqqında == Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır.
Devrim
Devrim (türk. Devrim "inqilab" və ya "çevriliş") — Türkiyə Respublikasının 4-cü prezidenti olmuş Camal Gürsəlin əmri ilə 1961-ci il Respublika günü münasibətilə hazırlanmış 4 nümunəlik avtomobil. Yüngül avtomobillər sinfinə daxil bir avtomiobil olmuşdur. Uzunluğu 4.5 , eni 1.8 m, hündürlüyü 1550 mm olan bir avtomobil. Avtomobilin ümumi çəkisi 1250 kq olmuşdur. Bu avtomobillər 4 ay yarıma hazırlanmış və istifadəyə verilmişdir. Gələcəkdə seriya buraxılışları planlaşdırılırdı. Layihə əsasında yalnız avtomobilin ümumi raması və xarici quruluşu işlənə bilir. Mühərrik və idarəetmə qurğusu isə xaricdən alınır. Cəmi dörd nümunə hazırlanır.
Neodim
Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir. == Tarixi == Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir. == Alınması == Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir. == Fiziki xassələri == Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.
Sedum
Sedum (lat. Sedum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Sevgi
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Sevil
Sevil (ad) — qadın adı. Əsərlər Sevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera. Filmlər Sevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film. Digər Sevil (ansambl) — musiqi qrupu.
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Sevgi, sevgi, sevgi (film, 1989)
"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir. == Film haqqında == Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Sevgil Musayeva
Sevgil Musayeva (ukr. Севгіль Мусаєва, krımtat. Sevgil Musayeva 18 iyun 1987) — Ukraynalı jurnalist, "Ukrayna həqiqəti" onlayn nəşrinin baş redaktoru. 2011-2013-cü illərdə "Forbes Ukrayna" jurnalının müxbiri, 2014-cü ildə "Hubs" onlayn biznes dərcinə başlamış və onun baş redaktoru olmuşdur. Neft və qaz və yanacaq-enerji kompleksi mövzularında ixtisaslaşmışdır. Serqey Kurçenkonun biznesi, Nestor Şufriç və Nikolay Rudkovskinin neft və qazla bağlı işləri və Yuri İvanyuşçenkonun gəlirləri barədə öz araşdırmalarını aparmışdır. Beş dəfə "PRESSzvanie Business mükafatı" almışdır. == Bioqrafiyası == Sevgil Musayeva 18 iyun 1987-ci ildə Çümə şəhərində (Özbəkistan) anadan olub. 1989-cu ildə Krım tatarlarının Krıma qayıtmasına icazə verildikdə, ailəsi Kerçə köçür. Məktəbdə oxuyarkən 9-cu sinifdən yerli jurnalistika məktəbində oxuduğu Sevgil respublika mətbuatında dərc olunmağa başlayır.
Çevrim dışı
Devrim Özkan
Devrim Özkan (2 sentyabr 1998, Muğla[d], Muğla ili) — türk kino və teatr aktyoru. == Bioqrafiyası == 2 sentyabr 1998-ci ildə Muğlada anadan olub, Bodrumda böyüyüb. Muğla Sıtkı Koçman Universitetinin İncəsənət fakültəsində bir il oxuduqdan sonra məktəbi tərk edərək İstanbula köçür və ilk film işi olan "Röya" serialı ilə aktyorluğa başlayır. Daha sonra Vatanım Sensin, Vuslat, Ramo kimi film layihələrində iştirak edib. Gelsin Hayat Bilip Gibi serialında canlandırdığı "Songül Acarerk" obrazı ilə daha çox tanınıb. Daha sonra Ne Gemiler Yaktım serialında "Fidan Hersekli" obrazını canlandırıb.
Aralıq seçim
Aralıq seçim nəzəriyyəsi — istehlakçı seçimini təsvir edərkən zaman amilinin açıq şəkildə nəzərə alınması lazım olduğu nəzəriyyəsi. Gəlirlərin bölüşdürülməsinə qərar verərkən istehlakçı yalnız mövcud dəyərini deyil, həyatı boyu alacağı bütün gəliri də nəzərə alır. Müvəqqəti seçim nəzəriyyəsində istehlakçı indi nə qədər istehlak edəcəyinə və daha sonra istehlak etmək üçün nə qədər qənaət edəcəyinə qərar verir. Onun qərarına gözlənilən gəlir və bazarda faiz dərəcələri təsir göstərir. Nəzəriyyə istehlakçı davranışını təsvir etmək üçün makroiqtisadi modellərdə istifadə olunur. Bənzər bir problem investisiya qərarları verərkən ortaya çıxır. İnvestorun fərqli investisiya variantları arasında seçim etməsi lazımdır. Layihələrin dəyərini müqayisə edərkən zaman amilinin nəzərə alınmasını tələb etdiyi üçün maliyyə riyaziyyatında ən yaxşı investor seçimi qaydaları nəzərə alınır. == Tarixi == Bu nəzəriyyə Irving Fisher tərəfindən irəli sürülmüş və sonradan makroiqtisadi modelləri əsaslandırmaq üçün istifadə edilmişdir. 20-ci əsrin ortalarında iqtisadiyyatda Keynes baxışları üstünlük təşkil etdiyi üçün o qədər də populyar deyildi.
Evrim Akın
Evrim Akın — Türkiyə kino və teatr aktrisası, teleaparıcı. == Həyatı == Evrim Akın 12 iyun 1979-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Boyu 160 sm-dir. O, 17 yaşında ikən atası dünyasını dəyişmişdir. == Karyerası == Karyerasına İzmirdə Konak Bələdiyyə Teatrında başlayan Evrim Akın daha sonra Müjdət Gəzən Sənət Məktəbinə daxil olmuşdur. === Filmləri === ==== Bədii filmləri ==== Şaşqın | 2006 | Zeynəb rolunda ==== Televiziya filmləri ==== Memleket Hikayeleri - Ana Beni Eversene | 2006 | Handan Karadağ rolunda === TV serialları === Güldür Güldür | 2019 | Özge rolunda Alemin Kralı | 2011 | Jülide Mermercin rolunda Bez Bebek | 2007 | Bez Bebek Nana rolunda Avrupa Yakası | 2004-2006 (cəmi 52 bölümdə) | Selin Yerebakan rolunda Estağfurullah Yokuşu | 2003 | Gümüş rolunda Analık | 2003 | ...
Evrim Ağacı
Evrim Ağacı (azərb. Təkamül Ağacı), 5 Noyabr 2010 tarixində Çağrı Mert Bakırcı rəhbərliyi ilə Yaxın Şərq Tekniki Universitetində "Biologiya və Genetika Cəmiyyəti" tərəfindən qurulmuş bir markadır. Evrim Ağacı, Türkiyə təkamül biologiyasında ən böyük təşəbbüsdür. İşi Avropa Təkamül Biologiyası Cəmiyyəti (ESEB) tərəfindən dəstəklənir. Rəsmi veb saytı, Türkiyənin ən çox ziyarət edilən elm saytları arasında. Sosial media və veb saytı ziyarətçiləri baxımından Türkiyənin ən çox ziyarət edilən elmi veb saytıdır. Azərbaycan, ziyarətçilər baxımından ilk 3 ölkə arasındadır.
Romantik sevgi
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Sedum stenopetalum
Sedum stenopetalum (lat. Sedum stenopetalum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü.
Sedum ternatum
Sedum ternatum (lat. Sedum ternatum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü.
Səddam
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti. Səddam Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Sadıq Şəndil
Sadıq Şəndil (d. 1913, İstanbul - ö. 28 İyul 1986, İstanbul) — Türkiyə yazıçısı və ssenaristi. Peşəkar sənət həyatına 1953-cü ildə ssenari yazmaqla başlayan Sadiq Şendil, Türk kinosuna 200 yaxın filmi ssenarisi yazaraq böyük bir iştirak etmişdir. Türk teatr və kino tarixinin əhəmiyyətli əsərlərini çıxaran Şendil, 8 əsər yazmış, məşhur serial-film ssenarilərinə da imza atmışdır. Sənətçi, xüsusilə Kamal Sunal filmləri və Hababam Sınıfı ardıcıllığıyla tanınır. Sadiq Şendil, bir dövr Müjdat Gezen'le birlikdə "Güldürü İstehsal Mərkəzi" 'ndə çalışdı. Məşhur İldə Bir Gün mahnısının sözlərini yazan Şendil `ssenariləri, ağırlıqlı olaraq Ertem Eğilmez və Sırrı Gültekin tərəfindən filmə alındı​​. == Mükafatları == 7. Antalya Film Şənliyi, 1970, Ən Yaxşı Ssenari, Ürəyimin Əfəndisi 7.
Səddam Bayramov
Səddam Ələddin oğlu Bayramov (29 yanvar 2002, Təzəkənd, Beyləqan rayonu – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səddam Bayramov 29 yanvar 2002-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səddam Bayramov 29 yanvar 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. O, Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səddam Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səddam Bayramov 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. 16 noyabr tarixində nəşi tapılmış və 22 noyabrda doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
Səddam Hüseyn
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2005), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2005), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. == Həyatı == === Uşaqlıq illəri === 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. === Gənclik illəri === Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Səddam Hüseynov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Səddam Həsənov
Səddam Həsənov (tam adı: Səddam Aydın oğlu Həsənov; 15 oktyabr 1992; Talıbxanlı, Beyləqan rayonu — 17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səddam Həsənov 15 oktyabr 1992-ci ildə Beyləqan rayonunun Talıbxanlı kəndində anadan olub. == Hərbi xidməti == Xüsusi Təyinatlı Qüvvələrin Giziri olan qəhrəmanımız cənub istiqamətindəki bütün döyüşlərdə iştirak edən xüsusi dəstə qruplarından birini təmsil edib. Ona tapşırılan ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gəlib. Murovdağ zirvəsinin alınmasında, Füzuli rayonun azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. 17 oktyabr tarixində İkinci Qarabağ müharibəsinin Hadrut cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səddam Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səddam Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.