Səddam Həsənov (tam adı: Səddam Aydın oğlu Həsənov; 15 oktyabr 1992; Talıbxanlı, Beyləqan rayonu — 17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səddam Həsənov | |
---|---|
Səddam Aydın oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Talıbxanlı, Beyləqan rayonu |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Hadrut |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Talıbxanlı kənd qəbiristanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Gizir |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 20202020 |
Səddam Həsənov 15 oktyabr 1992-ci ildə Beyləqan rayonunun Talıbxanlı kəndində anadan olub.[1]
Xüsusi Təyinatlı Qüvvələrin Giziri olan qəhrəmanımız cənub istiqamətindəki bütün döyüşlərdə iştirak edən xüsusi dəstə qruplarından birini təmsil edib. Ona tapşırılan ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gəlib. Murovdağ zirvəsinin alınmasında, Füzuli rayonun azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. 17 oktyabr tarixində İkinci Qarabağ müharibəsinin Hadrut cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səddam Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səddam Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]