Namiq Sevdimov

Namiq Sevdimov (23 noyabr 1981, Bakı) — Azərbaycanı təmsil edən sərbəst güləşçi[1]

Namiq Sevdimov
Şəxsi məlumatlar
Tam adı Namiq Sevdimov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 23 noyabr 1981(1981-11-23) (43 yaş)
Doğum yeri
Boyu 160 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1993—2010
Məşqçisi Xosrov Cəfərov

Karyerasının birinci illərində Namiq Sevdimov 1999-cu ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu, 2000-ci ildə isə yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu.[2] Daha sonra Namiq Sevdimov 2001-ci ildə gənclər arasında Dünya Çempionatını beşinci, 2003-cü ildə isə altıncı pillədə başa vurdu.[2]

Avropa Çempionatlarında 2004-cü ildə debüt edən Namiq Sevdimov turniri yeddinci pillədə başa vurdu.[2] 2005-ci ildə isə Namiq Sevdimov İzmir şəhərində tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib olmaqla birinci uğuruna imza atdı.[2]

2006-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına, hərbçilər arasında Dünya Çempionatında isə qızıl medala sahib olan Namiq Sevdimov 2007-ci ildə Avropa və Dünya Çempionatlarında uğursuz çıxış eləsə də (müvafiq olaraq 10-cu və 30-cu pillələrdə qərarlaşdı) Hindistanda baş tutan hərbçilər arasında Dünya Oyunlarını gümüş medalla başa vurdu.[2]

2008-ci ildə İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla olimpiya lisenziyasına sahib olan Namiq Sevdimov olimpiadadan əvvəl Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2]

Namiq Sevdimov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Olimpiadanın 1/8 final mərhələsində Namiq Sevdimov Şimali Koreya nümayəndəsi Yan Kon-İl ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsi 1:1 hesabı ilə başa çatsa da, son xalı rəqib qazandığına görə Namiq Sevdimov birinci hissədə məğlub oldu.[3] Növbəti hissədə isə Namiq Sevdimov rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı.[3] Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu.[3] Sonuncu hissədə Namiq Sevdimov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Cənubi Koreya nümayəndəsi Kim Ho-Sub oldu.[3] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[3] Görüşün birinci hissəsində Namiq Sevdimov rəqibinə 1:2 hesabı ilə məğlub olsa da, növbəti hissədə 1:0 hesabı ilə qalib gəldi.[3] Həlledii hissədə də Namiq Sevdimov rəqibi üzərində qələbə qazandı (2:0) və olimpiadanın yarım-finaıl mərhələsinə adladı.[3] Finala gedən yolda onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Henri Kexudo oldu.[3] Namiq Sevdimovun ardıcıl üçüncü görüşü də gərgin idman mübarizəsi şəraitində baş tutdu.[3] Görüşün birinci hissəsində Namiq Sevdimov rəqibi üzərində 5:4 hesabı ilə qələbə qazansa da, növbəti hissədə rəqib 4:2 hesabı ilə qalib gəldi.[3] Həlledici hissədə isə Namiq Sevdimov rəqibinə minimal fərqlə məğlub oldu (4:5).[3] Bununla da Namiq Sevdimov mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[3] Bu görüşdə onun rəqibi 2006-cı il Dünya Çempionatının qalibi Bolqarıstan nümayəndəsi Radoslav Velixov oldu.[3] Görüşün birinci hissəsində Namiq Sevdimov rəqibinə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti hissədə rəqibinə 1:2 hesabı ilə məğlub oldu.[3] Həlledici görüşdə isə Namiq Sevdimov rəqibinə minimal fərqlə məğlub oldu (0:1) və olimpiadanı beşinci pillədə başa vurdu.[3]

Olimpiadadan sonra Namiq Sevdimov 2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olsa da, həmin il Dünya Çempionatını beşinci pillədə başa vurdu.[2]

2010-cu ildə Gürcüstanda Qran-Pri beynəlxalq turnirində gümüş medala sahib olan Namiq Sevdimov həmin il Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini 8-ci pillədə başa vurdu. Namiq Sevdimov 2010-cu ildə idmanla vidalaşdı.[2]

Karyerasını başa vurandan sonra Namiq Sevdimov Fövqəladə Hallar Nazirliyində çalışmağa başladı.

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1999
Yeniyetmələrin Dünya Çempionatı Polşa Polşa
1.
2
2000
Yeniyetmələrin Avropa Çempionatı Slovakiya Slovakiya
2.
3
2001
Gənclərin Dünya Çempionatı Özbəkistan Özbəkistan
5.
4
2003
Gənclərin Dünya Çempionatı Türkiyə Türkiyə
6.
5
2004
Avropa Çempionatı Türkiyə Türkiyə
7.
6
2005
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
5.
7
Tələbələrin Dünya Çempionatı Türkiyə Türkiyə
3.
8
2006
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
9
Hərbçilərin Dünya Çempionatı Azərbaycan Azərbaycan
1.
10
2007
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
10.
11
Almaniya Qran-Prisi Almaniya Almaniya
8.
12
Dünya Çempionatı Azərbaycan Azərbaycan
30.
13
Hərbçilərin Dünya Oyunları Hindistan Hindistan
2.
14
2008
Dünya Olimpiya Təsnifat Turniri İsveçrə İsveçrə
3.
15
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
16
Olimpiya Oyunları Çin Çin
5.
17
2009
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
18
Dünya Çempionatı Danimarka Danimarka
5.
19
2010
Qran-Pri Gürcüstan Gürcüstan
2.
20
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
  1. Olympedia.org. "Namiq SEVDİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 International Wrestling Database. "NAMIG SEVDIMOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Featherweight / Freestyle (55 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.