Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitar
Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. == Quruluşu == Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
Sitarə Rəhimova
Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası. == Həyatı == Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur. Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur. Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir.
Sitarə: Qızlar xəyal edəcək (film, 2020)
"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi. == Məzmun == Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir. == Film haqqında == "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır. == Film festivalları == === Los-Anceles Animasiya Festivalı === Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır.
Sitarlar
Sitarlar (lat. Citharidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sitarə: Qızlar xəyal edəcək
"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi. == Məzmun == Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir. == Film haqqında == "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır. == Film festivalları == === Los-Anceles Animasiya Festivalı === Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır.
Gitar
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur. Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir.
SİTA
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Sifar (Vərziqan)
Sifar (fars. صيفار‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (61 ailə).
Sisar (Sərdəşt)
Sisar (fars. سي سر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 915 nəfər yaşayır (146 ailə).
Steven Sisar
Steven Sisar (9 sentyabr 1986) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Steven Sisar ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Steven Sisar 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.436 saniyəlik nəticəsi ilə 63-cü yeri tutdu.
Səlahəddin Bitar
Salahəddin Bitar (ərəb. صلاح الدين البيطار‎; 5 may 1912, Dəməşq – 21 iyul 1980[…], VIII arondisman (Paris)) — Suriya siyasətçisi. O, 1940-cı illərin əvvəllərində Mişel Əfləq ilə Ərəb Bəəs Partiyasını qurmuşdur. Onlar 1930-cu illərin əvvəllərində Parisdə təhsil alan tələbələr olaraq, milliyətçilik və sosializm aspektlərini birləşdirən bir doktrina formalaşdırmışdılar. Bitar daha sonra Suriyada bir neçə erkən Bəəs hökumətində baş nazir vəzifəsində çalışmış, lakin partiya daha radikallaşdıqca oradan uzaqlaşmışdır. O, 1966-cı ildə ölkədən qaçmış, daha çox Avropada yaşayıb və 1980-ci ildə sui-qəsdə uğrayana qədər siyasi fəaliyyətini davam etdirmişdir. == Əsərləri == Onun yazılarına aşağıdakılar daxildir: Al-Siyasah al-Arabiyah bayn al-Mabda wa al-Tatbiq (Prinsip və təcrübədə ərəb siyasəti). Beirut: Dar al-Taliah, 1960. Nida al-Ba'th (Bəəs mübarizəsi). Beirut: Dar al-Taliah, 1963–1965.
Yaqub Satar
Yaqub Satar(d. 11 mart 1898, Krım – v. 2 aprel 2008, Əskişəhər) — Türkiyə İstiqlaliyyət müharibəsində və Birinci Dünya müharibəsinin İraq cənhəsində döyüşən, İstiqlal medalı sahibi və İstiqlal veteranı. == Həyatı == Yaqub Satar 1898-ci ildə Rusiya imperiyasının müstəmləkəsi olan Krımda anadan olmuşdur. Rusiya imperiyasının türklərə göstərdiyi təzyiqlərə görə 5 yaşında ailəsi ilə birlikdə Əskişəhərə köç etmişdir. Osmanlı imperatorluğunun Birinci Dünya müharibəsinə girdiyi illərdə hərbi xidmətə çağırılmışdır. Müharibədən sonra və çavuş mayoru rütbəsinə çatdıqdan sonra Satar altı övladı ilə əkinçilikdən yaşadığı Eskişehir şəhərində 2 aprel 2008-ci ildə 110 yaşında ağciyər xərçəngindən vəfat edənə qədər yaşadı. illər. 4 Növbəti gün hərbi ehtiramla dəfn edildi.6 aprel 2008-ci ildə Əskişəhərdə dünyasını dəyişmişdir. == Fəaliyyəti == Alman komandirinin xüsusi bir missiya üçün seçdiyi 200 əsgər arasında idi və Gizli Qaz İttifaqı adlanan bu komanda ilə kimyəvi silah olaraq istifadə edilə bilən zəhərli qazlar üzərində təlimlər keçmişdir.
Conni Gitar
Conni Gitar (İngilis dilindəki orijinal adı: Johnny Guitar) — 1954-cü ildə çəkilmiş Hollivud filmidir. Film ilk dəfə Türkiyədə 20 noyabr 1956-cı ildə orijinal adı ilə nümayiş etdirilmişdir. Növbəti il, yəni ​​1957-ci il mayın 29-da bu dəfə "Dişi Qartal" adı altında yenidən nümayiş etdirilmişdir. Roy Çanslorun eyniadlı romanı əsasında Filip Yordanın hazırlamış olduğu ssenarini Nikolas Rey lentə almışdır. 1950-ci illərdə məşhur bir vesternə çevrilmişdir. Baş rollarda Coan Crawford, Sterling Hayden, Mercedes McCambridge, Scott Brady oynamışdırlar. Film üçün yazılmış və film ilə eyni adı daşıyan mahnısı da filmin özü qədər populyarlaşmışdır. Peggy Lee tərəfindən yazılmış və bəstəkarı Viktor Yanq olan "Johnny Guitar" mahnısı filmdə sanki Coan Krouford tərəfindən ifa edilirmiş kimi göstərilsə də, əslində mahnı Peggy Lee tərəfindən ifa edilmişdir. "Johnny Guitar" 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli" filmlərdən biri olaraq seçilmiş və ABŞ Milli Film Reyestrində saxlanmasına qərar verilmişdir.
Azəri Star
Azəri Star mahnı müsabiqəsi — 2004-2011-cu illər Azərbaycanda, Space telekanalında yayımlanmış musiqi televiziya müsabiqəsi Azəri Star müsabiqəsi Azəri Star Production tərəfindən hazırlanmışdı. Layihənin yaradıcısı Kemal Cenk İçten idi. İlkin müsabiqə 2004-ci ildə baş tutmuşdu. Müsabiqənin qalibləri SMS vasitəsi ilə TV izləyiciləri tərəfindən müəyyən olunurdu. Azəri Star müsabiqəsinin baş vokal məllimi – Teymur Əmrah olmuşdu.
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Euro Star
Star TV — 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə "Doğuş Yayın Grubu" adlı şirkətin tabeliyindədir. == Tarixçə == === Quruluş === Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi. Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi. === Test yayımı === Test yayımına başlayan Star 1 Almaniyanın Lüdviqshafen şəhərindən "AKK" studiyalarından "Eutelsat F-5" peyki ilə verdiyi görüntüləri bu şəhərdən Türkiyəyə ötürürdü. İlk vaxtlarda sadəcə özəl çanaq antenləri ilə izləmək mümkün idi.
Hovi Star
Hovav Sekulets (ivr. ‏חובב סקולץ‏‎; d. 19 noyabr 1986, Hayfa, İsrail) və ya səhnə adı ilə Hovi Star — İsrail müğənnisi, bəstəkarı və aktyoru. O, İsraili 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Hovav Sekulets 19 noyabr 1986-cı ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. O, altı yaşında ikən İsraildə keçirilən uşaqlar üçün musiqi yarışmalarına qatılmışdır. Hərbi xidmət zamanı Hovi İsrail Müdafiə Qüvvələri orkestrının tərkibində yer almışdır. İfaçı eyni zamanda açıq şəkildə geydir. O, musiqi ilə yanaşı həm də qrim artistidir. 2009-cu ildə Hovi İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir.
Rinqo Star
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[…], Liverpul, İngiltərə, Birləşmiş Krallıq) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Böyük Britaniya İmperiyası ordeninin kavaleri (MBE), “Oskar” və “Qremmi mükafatı” laureatı. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. 2010-cu ildə “Rolling Stone” jurnalının keçirdiyi sorğuya uyğun olaraq bütün vaxtların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub.. == Erkən illəri == Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir..
Shooting Star
Shooting Star (ing. Meteor ulduzu) - ABŞ-nin rok janrında ifa edən musiqi qrupudur.
Star-2000
STAR-2000 — Thales Group firmasının istehsalı olan bu birincili radar sistemi həm mülki həm də hərbi məqsədlər üşün istifadə oluna bilər. Radarın təyinetmə məsafəsi 111 km-ə bərabərdir. Azərbaycanda bir sıra aeroportlarda bu radar sistemi qurulub. == Özəllikləri == Metrologiya xidmətlərinin mövcud olması. Rahat Paketlənib daşına bilməsi İFF(dost-düşmən-tanıma) xidməti. 1000-ə qədər hədəfdə xətasız hədəf izləmə və tanıma İşləmə tezlikləri 2700...2900 MHz-ə bərabərdir Antennalarının dönmə sürəti 15 dönüş/dəq dir. Həmçinin proqramlaşdırıla bilən verilənlər emalına da mailkdir.
Star TV
Star TV (Rusiya) (və ya Zvezda telekanalı)
Star Walk
Star Walk Vito texnologiyası tərəfindən mobil proqram bazarında 2001-ci ildən təqdim olunan iOS, Android, Amazon üçün təkmilləşdirilmiş tətbiqetmədir. Star Walk proqramının məqsədi həvəskar kosmonavtlara, tələbələrə və peşəkarlara gecə səmasında 200.000-dən çox olan ulduzlar, planetlər, bürclər və peyklərin yerləşməsini bilməyə və müəyyən edilməsinə kömək etməkdir. Çıxdığı vaxtdan bəri Star Walk 5 milyon dəfədən çox yüklənmişdir. == Funsionallığı == Tətbiqetmə istifadəçilərə real vaxtda göy cismləri, ayın fazaları, meteor yağışları, iridium parlamalarını tədqiq etməyə, gündəlik gün doğuşu və batımı vaxtlarını, yüksəlmə bucağı və günün uzunluğunu bilməyə imkan verir. Tətbiqetmədəki cisimlərin çoxu geniş informasiyası ilə tamamlanıb. Star Walk istifadəçilərə təqvimə xatırlamaq üçün əlavə edilə bilən, gələcək astronomik hadisələrin siyahısını göstərir. Həmçinin tətbiqetmə zaman maşını xüsusiyyəti ilə təchiz olunmuşdur ki, bu keçmiş və gələcək səmanın xəritəsini kəşf etməyə şans tanıyır. Bununla yanaşı Star Walk artırılmış şəffaflıq üçün iOS kamera istifadə edir. Özündə ulduz xəritəsi ilə birlikdə şəkil və məlumatı birləşdirməklə istifadəçilərə səma cisimlərinin real zaman görüntüsünü göstərir. == Buraxılışı == Star Walk İphone və İPod üçün noyabrın 8-i 2008-ci ildə təqdim olunub.
Patrik Star
Patrik Star (ing. Patrick Star) — Süngər Bob Kvadrat Şalvar cizgi serialının əsas personajlarından biri. Bu cizgi serial Nickelodeon telekanalında ilk dəfə olaraq 1 may 1999-cu ildə yayımlanmışdır. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılıb. Patrik Star obrazını aktyor Bill Faqerbeyk səsləndirir. Patrik cizgi serialında ilk dəfə 1 may 1999-cu ildə "Köməkçi axtarılır" adlı seriyada görsənir, bu seriya ümumiyyətlə Süngər Bob Kvadrat Şalvar cizgi serialının ilk seriyasıdır. O, 2004-cü il istehsalı tammetrajlı cizgi filmi olan "Süngər Bob Kvadrat Şalvar:Film" və 2015-ci il istehsalı olan "Süngər Bob 3D" filmlərində də yer alıb.
Star Wars
Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 May 2005-ci ildə tamamlanmışdır. 2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır.
İştar
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
İştar darvazası
İştar darvazası (ərəb. بوابة عشتار‎) —Babilistanda daxili şəhərin səkkizinci darvazası. == Quruluşu == İştar darvazası tərəflər üzrə nəhəng divarlarla məhdudlanmış və yarımdairəvi qövsü təşkil edir, hansı ki, divarlar boyu davam edir. Darvaza İştar ilahəsinə həsr olunmuş və kərpicdən tikilmişdir, açıq-mavi, sarı, ağ və qara şirlə örtülmüşdür. == Təsvirlər == Darvazanın divarlarında və Nümayiş Yollarında təbiiyə çox yaxın olan pozalarda heyvanları təsvir edən qeyri-adi gözəllik barelyeflərdə göstərilmişdir. Kənar divarlarda təxminən şirlərin 120-yə yaxın barelyefi mövcuddur. Qapıların divarları bir sıra sirruşey və öküz təsvirləri ilə örtülmüşdür. Qapılarda heyvanların təxminən 575 təsviri vardır. Darvazanın dam və qapıları sidr ağacından istehsal olunmuşdur. Yeni ilin bayram edildiyi gündə bu tağdan Allahların surəti olan heykəllər keçirilərək nümayiş etdirilirdi.
Şikar Aslanov
Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Cəbrayıl rayonu – 2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Subay idi. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Şikar Qasımov
Şikar Qasımov (9 fevral 1958, Cicimli, Laçın rayonu) — Azərbaycanın tarixçi alimi, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru (2008), professor. == Həyatı == Şikar Qasımov 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub. 1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirmiş, sonra isə Güləbird kənd orta məktəbində təhsilini davam etdirmiş 1976-cı ildə oranı bitirmişdir. 1981-ci ildə Stepanakert Pedaqoji İnstitunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1985-ci illərdə təyinatla Laçın aryonunda tarix müəllimi, 1985–1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində işləmişdir. 1987-ci ildən Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Sov. İKP tarix kafedrasında (indiki Azərbaycan Texniki Universitet) işləyir. Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent və kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. 1990-cı ildə AE Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928–1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Şikar Şikarov
Şikar Şikarov (tam adı: Şikarov Şikar Şükür oğlu; 3 dekabr 1953, Bakı – 13 iyun 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini (1992). == Həyatı == 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır. 1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir. === Ailəsi === Ailəli idi. İki övladı var. == Döyüşlərdə iştirakı == 1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir.
Şikar Bədəlov
Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi. == Həyatı və təhsili == Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. == İdmançı kariyerası == 2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub. 2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb. 2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.
Axtar məni (kitab)