Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Cəbrayıl rayonu – 2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Şikar Aslanov | |
---|---|
Şikar Davud oğlu Aslanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1992 (21 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid olub |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir.
1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır.
1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur.
1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.[1]
Subay idi.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.