Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fuad Məmmədov (texnik)
Fuad Faiq oğlu Məmmədov (14 sentyabr 1981, Bakı) — Texnika elmləri doktoru, dosent. == Həyatı == Fuad Məmmədov 14 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetini "istilik çeviricisi, qeyri–ənənəvi və bərpa olunan enerji mənbələri və qurğuları" ixtisası üzrə bakalavr, 2003-cü ildə isə oranın "enerjinin çevrilməsində gedən proseslərin istilik fizikası" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 2003–2006-cı illərdə aspiranturada təhsil almışdır. 2007-ci ildə "Günəş enerjisindən istifadə etməklə xam neftin emala hazırlanması üçün energetik qurğunun işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Dosent elmi adını almışdır. 2016-cı ildə "Alternativ enerji mənbələri əsasında neftçıxarma proseslərində enerji resurslarına qənaət və ekoloji təmiz texnologiyaların işlənməsi" mövzusunda elmlər doktoru dissertasiya işi ilkin müzakirədən keçərək AAK-na müdafiəyə icazə üçün təqdim edilmiş və 2020-ci ildə isə müdafiə etmişdir. 170-ə yaxın elmi əsərin (ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Afrika Respublikası, Rumıniya, Avstriya, Tayvan, Rusiya, Türkiyə, İran), o cümlədən 13 ixtiranın, eləcə də günəş və külək energetikası sahəsində tətbiq olunan bir neçə energetik qurğunun müəllifidir. 2008-ci ildən hal–hazıra kimi Dünya Bərpa Olunan Enerji Şəbəkəsinin (WREN) keçirdiyi Dünya bərpa olunan enerji konqresində (WREC) Beynəlxalq Redaksiya Heyətinin Azərbaycandan üzvüdür. Azərbaycanda ilk dəfə olaraq, 2009-cu ildə nəşr olunan yeddi dilli (Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan) "Günəş energetikası terminləri lüğəti"nin müəllifidir.
İsmayıl İsmayılov (texnik)
İsmayıl Mahmud oğlu İsmayılov (25 oktyabr 1946, Bakı) — Texnika elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017) == Həyatı == == Əsas elmi nailiyyətləri == Uçuş informasiyasının çevrilməsi və emalına tətbiqlə siqnalların diskretləşməsi və diskretləşdirmədən sonra bərpası metodlarının analizi əsasında zamanda və fəzada dəyişən parametrlərin optimal diskretləşmə tezliyinin qiymətləndirilməsi və seçilməsi metodikası təklif edilmişdir. Ölçü siqnalının geniş zolaqlı olması və xətaların mövcudluğu, həmçinin diskretləşdirmə və müşahidə intervallarının məhdudluğu şəraitində rəqəmsal dinamik ölçmələrin dəqiqliyinin yüksəldilməsi və informasiyanın qeyri-müəyyənliyində naviqasiya ölçmələri nəticələrinin qiymətləndirilməsi metodu təklif edilmişdir. Trendə (qeyri-stasionar tərtibedici) və stasionar tərtibediciyə bölünmə prinsipindən istifadə etməklə və sonradan birinciyə zaman oblastında, ikinciyə isə tezlik oblastında analiz tətbiq etməklə qeyri-stasionar siqnalların analizi üçün rəqəmsal qurğu təklif edilmişdir. Uçuşların təhlükəsizliyinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən peyk və pilotaj informasiyasının birgə emalından istifadə etməklə hava gəmisinin dəqiq nəzarətli kompleks enmə sistemi yaradılmışdır. Bu sistemdə naviqasiya və pilotaj informasiyasının çevrilməsi və emalının işlənilmiş alqoritmləri havada hərəkətin idarə olunması və nəzarətin avtomatlaşdırılması, həmçinin uçuşların təhlükəsizliyinin təmin olunması işlərini yerinə yetirərkən effektli bir metod və vasitə kimi qəbul olunmuşdur. Müxtəlif predmet oblastlarında intellektual və ekspert sistemlərinin işlənilməsi, biliklər bazasının və biliklərin təqdim olunması modellərinin yaradılması və onların tədqiqi istiqamətində elmi araşdırmalar aparılmış, süni neyron şəbəkələrindən (SNŞ) istifadənin yer aldığı intellektual-ölçmə kompleksləri yaradılmış, statistik metodlardan və süni neyron şəbəkələrindən birgə istifadə etməklə bort dinamik sistemlərin proqnozlaşdırılan nəzarət üsulu işlənilmişdir. İnsan-maşın konseptual modeli əsasında “Ekipaj-Hava gəmisi” altsistemində ölçmə məlumatı ilə mübadilənin informasiya sisteminin yaradılmasının yeni kosepsiyalarını irəli sürülmüş, erqodik inteqrallaşdırılmış naviqasiya kompleksinin çoxsəviyyəli informasiya sisteminin strukturu yaradılmışdır. Oracle VBİS-dən istifadə etməklə aviasiya və aeronaviqasiya informasiyalarının qorunması və onlarla işləmək üçün maksimal mühafizə infrastrukturunun konseptual sxemi yaradılmış və onun proqram təminatı işlənilmişdir. == Pedaqoji fəaliyyəti == MAA-nın Aerokosmik İnformasiya sistemləri kafedrasının müdiridir. == Elmi tədqiqatları == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 118; xaricdə çıxmış elmi əsərlərinin sayı - 28 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 10 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 10 fəlsəfə doktorlarının sayı - 3 == Elmi – təşkilati fəaliyyəti == MAA-nın Elmi Şurasının üzvü, MAA-nın Aerokosmik fakültəsinin Elmi Şurasının üzvü, MAA nəzdində fəaliyyət göstərən D06.001-Dissertasiya Şurasının üzvü, AMEA-nın İnformasiya texnologiyaları İnstitutu nəzdindəki müdafiə Şurasının elmi seminarının üzvü, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasının üzvü, Azərbaycan Respublikası Kosmik məsələlər üzrə Şuranın Elmi katibidir.
Antiokiya Texniki Universiteti
Tecnológico de Antioquia — Tecnológico de Antioquia Universiteti İnstitutu (TdeA) kimidə tanınan, Kolumbiyanın Antioquia bölgəsində bir akademik ali təhsil qurumudur ki, texniki təhsil xidmətləri, texnologiya və peşəkar təmin edir. Qərargahı Medellin şəhərində yerləşir. Hazırda Kolumbiyanın ən yaxşı kolleclərindən biri hesab olunur.
Azərbaycan Texniki Universiteti
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. == Maddi-texniki bazası == Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Berlin Texniki Universiteti
Berlin Texniki Universiteti (alm. Technische Universität Berlin‎) — Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi == Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir. 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun əsası qoyulur. 4 il sonra İnstitutun adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin 1821-ci ildə yaradılmış Biznes Akademiyası, 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir. Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır. Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır. 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir. 1899-cu ildə alman imperatoru və Prussiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir.
Brno Texniki Universiteti
Brno Texniki Universiteti (çex. Vysoké učení technické v Brně) — Çexiyada universitet; texniki sahə üzrə ixtisaslaşan aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi == Brno Texniki Universiteti dünyanın zəngin tarixə malik ali təhsil ocaqlarından biridir. Onun tarixi 1849-cu ildə Alman-çex texniki məktəbinin əsasının qoyulmasından başlanır. Məktəb əsasında yaradılmış Çex Texniki İnstitutunun açılışı 1899-cu ilin noyabrında olub. Professor heyəti 5 nəfərdən ibarət olan ali məktəbdə inşaat mühəndisliyi ixtisası üzrə tələbələrin ilk qrupunun təhsilinə başlanılıb. 1900-cü ildə bir sıra yeni ixtisaslar - meliorasiya mühəndisliyi, elektrik mühəndisliyi və kimya mühəndisliyi təşkil edilib. İkinci dünya müharibəsi zamanında ali məktəbin fəaliyyətində müəyyən durğunluq yaşanır. 1945-ci ildə institut müharibədən əvvəlki formada bərpa edilir və öz fəaliyyətini davam etdirir. 1956-cı ildə institut Brno Texniki Universiteti adlandırılır.
"Azərbaycan Elmi-Texniki İnformasiya İnstitutu-74" sistemi (film, 1974)
"Azərbaycan Elmi-Texniki İnformasiya İnstitutu-74" sistemi — qısametrajlı sənədli filmi Rejissor Vladimir Konyagin tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Reklam xarakterli elmi-kütləvi kinolentdir. == Məzmun == Bu, reklam xarakterli elmi-kütləvi kinolentdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: S. Qodnıy Rejissor: Vladimir Konyagin Operator: Vladimir Konyagin, Yefim Abramov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
A.N.Tupolev adına Kazan Milli Tədqiqat Texniki Universiteti
A.N. Tupolev Kazan Milli Tədqiqat Texniki Universiteti — Kazanda tanınmış bir texniki universitetdir. Kazan Dövlət Aviasiya İnstitutu, 5 mart 1932-ci il tarixində, Aviasiya Sənayesi Baş İdarəsinin qərarı ilə Kazan Dövlət Universitetinin aerodinamik şöbəsi əsasında quruldu. Başlanğıcda institut aerodinamik və təyyarə istehsalı adlanan iki şöbədən ibarət idi. 1934-cü ildə təyyarə mühəndisliyi fakültəsi rəsmi olaraq açıldı. İnstituta Nikolay Çetayev rəhbərlik edirdi. O illərdə Ümumi Mexanika Məktəbində tədqiqat işlərinə rəhbərlik etdi. 1933-cü ildən bəri institut "KAI xidmətləri" adlı elmi məqalələr toplusunu nəşr edən ilk aviasiya universitetlərindən biridir. Elə həmin il namizədlik dissertasiyaları müdafiə olunmağa başladı. 1937-ci ildə institutda doktorluq dissertasiyaları müdafiə olunmağa başladı. 1939-cu ildə mühərrik fakültəsi açılmışdır.
Astara Pedaqoji Texnikumu
Astara Pedaqoji Kolleci (əvvəlki adı: Astara Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Astara Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; İnstrumental ifaçılıq (alətlər üzrə); Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Bədən tərbiyəsi və idman.
Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A. N. Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Azərbaycan Dövlət Rəssamlıq Texnikumu
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir. Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib.
Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Azərbaycan Quru Qoşunlarının müasir texnikası
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları — Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi. Hazırda Azərbaycanda Quru Qoşunları mövcud olsa da bu qoşunların vahid komandanlığı yoxdur. Quru Qoşunları beş ordu korpusundan və bilavasitə Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir.
Azərbaycan SSR əməkdar elm və texnika xadimlərinin siyahısı
== 1960-cı illər ==
Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır. Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır. == Kollec müstəqillik illərində == Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. == Bakı Dəmiryolu Texnikumunun tarixi == Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Bakı Texniki Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: (ümumi orta təhsil bazası - 9 illik) Mühasibat uçotu; Avtomobil ve traktorqayırma; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Qaldırıcı-nəqliyyat tikinti maşın ve avadanlıqlarının texniki istismarı; Nəqliyyatda daşımaların təşkili; Sənaye avadanlıqlarının quraşdırılması ve texniki istismarı; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Ağcabədi Pedaqoji Texnikumu
Ağcabədi Pedaqoji Kolleci (əvvəlki adı: Ağcabədi Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Hazırda ən qabaqcıl orta ixtisas təhsili müəssisələrindəndir. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; Musiqi müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə.
Ağdam Musiqi Texnikumu
Ağdam Musiqi Kolleci (əvvəlki adı: Ağdam Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Ağdam Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti Aşıq sənəti Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır. Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır. == Kollec müstəqillik illərində == Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. == Bakı Dəmiryolu Texnikumunun tarixi == Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Bakı Dəmir Yolu Texnikumu
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır. Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır. == Kollec müstəqillik illərində == Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. == Bakı Dəmiryolu Texnikumunun tarixi == Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Bakı Yanğın Texniki Məktəbi
Bakı Yanğın Texniki Məktəbi — orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. == Yaranma tarixi == Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanın yanğın təhlükəsizliyi xidmətində mühüm hadisələrdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə DİN-in Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbinin yaradılması oldu. Bakı Yanğın Texniki Məktəbi Azərbaycanda yanğın təhlükəsizliyi orqanları üçün kadr hazırlayan yeganə orta-ixtisas təhsil müəssisəsi idi. 16 dekabr 2005-ci ilə qədər DİN BDYTİ-nin nəzarəti altında fəaliyyətini davam etdirmişdir. Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Azərbaycan Respublikası Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi orqanlarında Bakı Yanğın Texniki Məktəbinin yüzlərlə məzunu xidmətini davam etdirir.
Bakı Yeyinti Sənaye Texnikumu
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Peşə təlimi; Marketinq; Əmtəəşünaslıq və istehlak mallarının ekspertiziyası; Ət və süd məhsullarının texnologiyası; Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası; Konservləşdirmə və qida konsentratları texnologiyasl; İaşə məhsullarının texnologiyası; Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası; Qida sanayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi; Dizayn.
Bakı aşağı texniki məktəbi
Bakı aşağı texniki məktəbi — 1897-cı ilin 1 sentyabr tarixində fəaliyyətə başlamışdır. Bakı Sənət məktəbinin əsasında təşkil edilmişdir. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə məktəb üçün Avropa memarlığı üslubunda tədris binası tikilmişdi. Mexanika və inşaat şöbələri vardı. Məktəbin nəzdində 4 sinifli ibtidai sənət məktəbi, yaşlılar üçün kurslar, 5 emalatxana fəaliyyət göstərirdi. Ümumtəhsil və texniki fənlər (hesab, rus dili, rəsmxət və texnologiya) tədris olunurdu. Məşğələlərin üçdə iki hissəsi təcrübə dərslərindən ibarət idi. 1905-ci ildən etibarən "Bakı orta texniki məktəbi" adı ilə fəaliyyətini davam etdirmişdir.
Bauman adına Moskva Dövlət Texniki Universiteti
N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti (rus. Московский государственный технический университет им. Н. Э. Баумана (МГТУ им. Баумана)) — Rusiyada universitet. == Fəaliyyəti == Ali məktəb əsas diqqəti ölkə iqtisadiyyatının informasiya– telekommunikasiya sistemləri, nanosistem və materiallar, energetika və enerjiyə qənaət, nəqliyyat və aviakosmik sistemlər və hərbi texnika kimi önəmli istiqamətlərinin inkişafına ayırır. Tədris prosesi 19 fakültə əsasında həyata keçirilir. Ali məktəbdə aspirantura, doktorantura və iki profil liseyi fəaliyyət göstərir. Universitetdə təqribən 320-dən çox elmlər doktoru və 2000 elmlər namizədi çalışır. Ali təhsil ocağının əsas struktur bölmələrini fakültə və elmi-tədqiqat institutlarının daxil olduğu elmi-tədris kompleksləri təşkil edir. Bundan əlavə, peşəkar hazırlıq Moskvada və Moskva ətrafı şəhərlərdə - Reutov, Krasnoqorsk, Korolevdəki böyük müəssisələr əsasında, həmçinin universitetin Kaluqa şəhərində yerləşən filialında yaradılmış fakültələrdə aparılır.
Belarus Milli Texniki Universiteti
Belarus Milli Texniki Universiteti (belar. Беларускі нацыянальны тэхнічны ўніверсітэт) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Universitet Belarus Respublikası Təhsil Nazirliyinin strukturuna daxildir. == Tarixi == Universitetin əsası 1920-ci ildə qoyulmuşdur. Müxtəlif vaxtlarda adı bir neçə dəfə dəyişilmişdir. Mövcud adını 2002-ci ildən bəri daşıyır. == Mövcud vəziyyəti == 40 min tələbəsi, 18 fakültəsi, texnoparkı, aqrar-sənaye kompleksi olan Belarus Milli Texniki Universiteti ölkəsinin nüfuzlu ali təhsil müəssisəsi hesab olunur. Universitetin kafedralarının istehsalatda 71 filialı, kadrların yenidən hazırlanması və ixtisasartırma institutu, "Politexnik" təcrübə zavodu, elmi-texniki əməkdaşlıq mərkəzi vardır. == Kitabxanası == Universitetin əsas kitabxanası Elmi Kitabxana adlanır. Bu kitabxana Belarus Respublikasının ən qədim universitet kitabxanalarından biridir.
Brest Dövlət Texniki Universiteti
Brest Dövlət Texniki Universiteti — Belarusda universitet; İnformasiya resurslarının inkişafına, təhsilin yeni standartlar əsasında təqdimatı baxımından informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə önəm verən ali təhsil ocaqlarında biri. == Tarixi və fəaliyyəti == Ali məktəbin fəaliyyət tarixi 1 aprel 1966-cı ildə Mühəndislik-İnşaat İnstitutunun açılmasından başlanır. İnstitut 1989-cu ildə politexnik statusunu alıb. 1990-cı illər ərzində institut həm ənənəvi, həm də bir sıra yeni ixtisaslar üzrə mütəxəssislərin keyfiyyətli hazırlığını həyata keçirməyə davam edib. Nəhayət, 2000-ci ildə instituta texniki universitet statusu verilib. Hal-hazırda Brest Dövlət Texniki Universitetində 152 elmlər namizədi və 14 elmlər doktoru çalışır. Ali məktəbdə professor-müəllim heyətinin, aspirantların və tələbələrin elmi-texniki və innovasiya hazırlamalarının kommersiyalaşdırılması, transferi və inkişafı üzrə aktiv iş aparılır. Hazırda universitetdə 9 fakültə fəaliyyət göstərir, əyani təhsil forması üzrə təlimin tam kursu təlimin 5 il 10 ay, qiyabi forma üzrə 4 il 10 ay davam edir. Universitet şəhərciyi inzibati-tədris binaları, xidmət sferası məkanları, həmçinin yataqxanalardan ibarətdir. 1997-ci ildən universitetin kitabxanasında İNEAK kompüter proqramı vasitəsilə kitabxana proseslərinin avtomatlaşdırması işinə başlanılıb.
Texnika
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Texniki
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Hərbi texnika
Hərbi texnika — hərbi əməliyyatların aparılması və təmin edilməsi, hərbi heyətin təlim edilməsi və verilən tapşırığı yerinə yetirilməsi üçün istifadə edilən texnika.
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Ox (texnika)
thumb|200px|Maşın hissəsi — ox Ox — maşın hissəsi olub yalınz eninə (əyilməyə işləyən) yüklənən hissələrin bir-biri ilə birləşdirilməsi üçün tətbiq edilir. Oxlar momenti ötürə bilmirlər, ancaq oxboyu qüvvəni nisbətən qəbul edə bilirlər. Oxlar tərpənməz və ya hərəkətli olurlar. Tərpənməz oxlarda fırlanan hissələr bərkidilir. Hərəkətli oxlarda isə əksinə olaraq hissələr sərt bağlanır.Burada çox vaxt ox hissəyə düşən yükü yastığa ötürmək üçün tətbiq edilir. Uc hissəsində başqa hissəyə bərkidilmək üçün yastı hissə nəzərdə tutulursa buna çapfa deyilir.
Qaynaq (texnika)
Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur. Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik materialların birləşdirilməsində də bu üsuldan geniş istifadə olunur. Qaynaq növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir. Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi, ətraf mühit və üsulla aradan qaldırıla bilər. Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı 0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s.
Qayış (texnika)
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur.
Texnika (dəqiqləşdirmə)
Texnika – [yun. techne, technike – bacarıq, incəsənət, ustalıq]. Texnika termini aşağıdakı mənalarda istifadə oluna bilər: Texnika — ictimai istehsalatda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti. Məsələn, elm və texnika, texnikanın inkişafı, elm və texnikanın nailiyyətləri, qabaqcıl texnika; Texnika — insanlara maddi nemətlər əldə etmək üçün ətraf mühitə təsir etməyə imkan verən və tarixən inkişafda olan istehsal alətlərinin toplumu; Texnika — cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissəsi; Texnika — maşınlar, mexanizmlər, cihazlar, alətlər toplumu; Texnika — müəyyən bir sahədə (incəsənətdə, idmanda və s.) tətbiq olunan üsullar toplumu; Texnika — istehsal proseslərinin yerinə yetirilməsi, həmçinin istehsalla əlaqədar olmayan tələblərin ödənilməsi üçün yaradılan vasitələr məcmusu; Texnika — istehsal-iqtisadi fəaliyyətin əmək məhsuldarlığının və məhsul keyfiyyətinin yüksəldilməsi, əməyin asanlaşması, əl əməyinin azaldılması, insanların məişət xidmətinin yaxşılaşdırılması, həyat tərzinin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş texniki vasitələr toplusu. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Texnika Bank
"Texnika Bank" — Azərbaycan Respublikasında özəl bank. == Tarixi == Azərbaycanın özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. ilk fəaliyyətə başladığı zaman "RəşadBank" adı ilə xidmət göstərib. Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır. == Göstəriciləri == Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank 150 min müştəriyə xidmət göstərir. Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln.
Texniki analiz
Texniki analiz — oxşar şəraitdə keçmişdə baş verən qiymət dəyişiklikləri nümunələri əsasında mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün alətlər toplusu. Əsas əsas qiymət qrafiklərinin təhlili — "diaqramlar" (ing. chart — qrafik, diaqramma) və / və ya birja stəkanı. Nəzəri cəhətdən texniki analiz istənilən bazara şamil edilir. Lakin texniki analiz ən çox yüksək likvidli sərbəst bazarlarda, məsələn, birjalarda istifadə olunur. == Tarixi == Texniki təhlilin yaranması üçün ilkin şərtlər maliyyə bazarlarında əsrlər boyu qiymət dəyişikliklərinin müşahidəsi olmuşdur. Texniki analizin arsenalında ən qədim alət XVIII-XIX-cu əsrlərdə yapon düyü tacirləri tərəfindən hazırlanmış KEISEN metodudur (けい線). Qərbdə və Rusiyada "Yapon şamları" kimi tanınır. XIX əsrin sonlarında amerikalı jurnalist Çarlz Dou nəzəriyyəsinin əsasını təşkil edən və XX əsrin əvvəllərində texniki analiz metodlarının sürətli inkişafının başlanğıcı kimi xidmət edən qiymətli kağızlar bazarları haqqında bir sıra məqalələr dərc etdi. XX əsrin ikinci yarısında kompüter texnologiyasının inkişafı təhlil alətlərinin və üsullarının təkmilləşdirilməsinə, həmçinin kompüter texnologiyasının imkanlarından istifadə edən yeni metodların yaranmasına kömək etdi.
Texniki bitkilər
Texniki bitkilər-məhsulu sənayedə xammal kimi istifadə olunmaq üçün becərilən bitkilərdir. texniki bitkilərə adətən əyirmə, kauçuklu, efir-yağlı, yağlı, şəkərli və dərman bitkiləri aid edilir.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Yastıq (texnika)
Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir. Yastıqların əsas növləri: Yırğalanma yastıqları Sürtünmə yastıqları Hidrostatik yastıqlar Qazlı dinamik yastıqlar Maqnit yastıqları Maşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır. ==== Yırğalanma yastıqları ==== Yırğalanma yastığı iki üzükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən separatordan (müəyyən yastıqlar bunsuz da hazırlana bilirlər) ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiqliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanovlar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon və 1,5% Xrom) hazırlanırlar. Separatorsuz yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. == Təsnifatı == Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Texniki dəstək
Texniki dəstək (ing. Technical support, rus. Техническая поддержка) — Texniki dəstəyi kompüterin istehsalçısı, kompüteri aldığınız mağaza, yaxud kompüterdən "başı çıxan" tanıdığınız göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bakı Texnika Komitəsi
Bakı texnika komitəsi — Neft emalı sənayesinə dair statistika məlumatlarının hazırlanması, neft məhsullarının keyfiyyətinin yoxlanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həlli ilə məşğul olan orqan. == Yaradılması və faəliyyəti == Əsası 1887-ci il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin yoxlanmasına və ixracına nəzarət üçün Bakı brakeraj komitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiyi həmin komitəyə dövlət əmlak nazirliyinin nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli sənayeçilərin 3 nümayəndəsi daxil idi. 1891-ci il iyunun 11-də Bakı brakeraj komitəsi BTK-yə çevrildi. Ticarət, sənaye və ərzaq nazirliyi nəzdində olan komitə sədr, texnik, laborant və katibdən ibarət idi. Mədən nəzarəti idarəsinin və aksiz rüsumları idarəsinin nümayəndələri üzv hüququnda komitəyə daxil idilər. Komitənin vəzifələrinə işıqlandırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsullarının yoxlanılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yoxlanmasında texniklərlə neft sənayeçiləri arasında yaranan mübahisələrin müzakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika məlumatlarının hazırlanması və digər məsələlər daxil idi. BTK 1918-ci il mayın 13-də Bakı Xalq Komissarları Sovetinin qərarı ilə ləğv olunmuşdu. == Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyətii qurulduqdan sonra komitə bərpa olundu və yenidən öz vəzifələrinin icrasına başladı.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. == Elementlər == Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Texnikum
Texnikum — Keçmiş SSRİ dövründə xüsusi orta ixtisas təhsil müəssisəsi. Əsasən texniki ixtisaslar hazırlanması üçün nəzərdə tutulurdu. Müstəqillik dövründə bu tip təhsil müsəssisələrinin adları "kollec" ilə dəyişdirildi və eyni məzmun daşıyırlar.
Texnion
Texnion – İsrail Texnoloji İnstitutu (ivr. ‏הטכניון - מכון טכנולוגי לישראל‏‎) — İsrailin Hayfa şəhərində universitet. İsrailin ən qədim və nüfuzlu universitetlərindən biri. Texnion dünya universitetlərinin və mühəndis məktəblərinin reytinqində yüksək yerlərdən birini tutur. == Yaranma tarixi == Texnionun ilk binasının inşası 1913-cü ildə başlayıb, universitet 1924-cü ildə açılıb. Binanın memarı Aleksandr Bervalddır. Bina Hayfada karmel dağının ətəyində yerləşir. İlk açılışında yeganə fakültəsi mülki tikinti fakültəsi olub. Rəsmi tədris dili ivrit dilidir. Universitetin açılışında müəllimlərin əksəriyyəti Mərkəzi Avropadan olduqlarına görə, tədris dili kimi alman dili də təklif edilirdi.
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Turnik
Turnik bədii gimnastika sahəsində kişi gimnastları tərəfindən istifadə edilən bir aparatdır. Əsasən bədənin üst hissəsidəki əzələ qrupları üçün nəzərdə tutulur. Ənənəvi olaraq silindrik bir metal (adətən polad) ibarətdir ki, bu da möhkəm şəkildə yuxarıda tutulmuş və mərtəbələrə paralel bir kabellər sistemi və sərt şaquli dəstlərdir. Gimnastlar çıxış edərkən adətən dəmir dəri tutacaqlar olur. Hazırkı elit səviyyəsində rəqabət qadınların qeyri-bərabər və kişilərin paralel dəmir aparatında istifadə olunan relslərə bənzər daha elastik fiberglas əsas dəmirdən istifadə edilir. Horizontal çubuğunda yerinə yetirilən gimnastika elementləri bir Qaydalar Məcəlləsi ilə tənzimlənir. Üfüqi çubuq, gimnastika dövründə gimnastlar tərəfindən nümayiş etdirilən gərginliklər və möhtəşəm hava yayımları və səpilmələri zamanı tez-tez birdən çox sürüşmə və ya bükülməni və bəzi hallarda havada səyahət etmələri səbəbindən ən maraqlı gimnastika tədbirlərindən biri sayılır. == Tarixi == Turnikdən ilk dəfə kim tərəfindən nə zaman və harada istifadə olunması məlum olmamaqla bərabər, Qədim Yunanıstanda və Qədim Romada gimnastların turnikdən istifadə etdikləri məlumdur. == Turnikin faydaları == Əzələləri gücləndirir; Bədən yağlarınını yandırılmasına kömək edir; Boyu uzadır; Onurğa xəstəliklərinə müsbət təsir göstərir (sallanma). == Çəkilmə zamanı işləyən əzələ qrupları == Turnik çəkilmənin növündən asılı olaraq biseps, triseps, sinə və kürək əzələlərini inkişaf etdirir.