Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vakıflı
Vakıflı — Türkiyənin Samandağ bölgəsində yerləşən kənd. Vakıflı kəndi, Türkiyədə etnik mənsubiyyəti erməni olan yeganə kənddir. Musa dağının ətəklərində yerləşən kənd, Suriya sərhəddinə yaxındır. Kənd əhalisi cəmi 135 nəfərdir. Yerli əhali erməni dilinin qərb ləhçəsində danışması səbəbindən, şərq ermənilərini danışıq zamanı tam anlaya bilmirlər. Lakin ermənicə yalnız kiçik bir azlıq tərəfindən danışılmaqdadır və əksəriyyəti ana dili olaraq türk dilində danışır. Kənddə məktəb binası, tibb məntəqəsi və kilsə fəaliyyət göstərir. == Məlumat == Kəndin tarixi haqqında tarixi mənbələrdə müxtəlif məlumatlar vardır. Osmanlı mənbələrində kəndin Sultan II Mahmuddan əvvəlki vəziyyəti haqqında məlumat verilir. XIX əsrin ortalarına qədər Vakıflı yoğunolu kəndinin biçənək ərazisi olmuşdur.
Vakıfbank Günəş Sığorta İstanbul
VakıfBank QVK — 1986-cı ildə qurulan və İstanbulda fəaliyyət göstərən peşəkar voleybol komandasıdır. == Tarixi == === Adları === 1986-da qurulan "Vakıfbank" ilk öncə Ankara şəhərini təmsil edirdi. 2000-ci ildə "Güneş Sigorta SK" ilə birləşən komanda "Vakıfbank Güneş Sigorta SK" adını aldı və komanda Ankaradan İstanbula köçdü Gücünə güc qatmaq istəyən vakıfbanklılar 2009-cu ildə Türk Telekomla birləşərək Vakıfbank Günəş Sığorta Türk Telekom, daha sonra isə Vakıfbank Günəş Sığorta adını aldı. === Uğurları === Klub 2004-cü ildə Avropa Top Komandalar kubokunu qazanaraq ilk Avropa kubokuna yiyələndi. 2011-ci ildə CEV Çempionlar Liqasını məğlubiyyətsiz qapadan komanda tarixdə ilkə imza atdı. Finalda Rabitəyə qalib gələn komanda Türkiyə voleyboluna bu turnirdə ilk qızılı gətirdi. 2013-cü ildə Acıbadem Voleybol 1.liqasını finalda Eczacıbaşı Vitrayı məğlub edərək qazandı. Həmin il eyni rəqibi həm Türkiyə kubokunda həm də, superkubokunda yenərək bütün dünyada diqqəti üzərinə çəkdi.Ancaq bu da türklərə bəs etmədi. Avropadakı uğuru sayəsində dünya çempionatına çıxan komanda bu turnirdə də finalda Braziliya təmsilçisi Osaskuyu yenərək çempionluq yaşadı. Ancaq "Kubok canavarı"na bu da bəs etmədi və 2013-cü ilin martında CEV Qadınlar Çempionlar Liqasında finalda yenə də Azərbaycan təmsilçisi Rabitəni məğlub edərək ikinci dəfə bu turnirdə çempionluq yaşadı.
Vakıfbank Günəş Sığorta İstanbul QVK
VakıfBank QVK — 1986-cı ildə qurulan və İstanbulda fəaliyyət göstərən peşəkar voleybol komandasıdır. == Tarixi == === Adları === 1986-da qurulan "Vakıfbank" ilk öncə Ankara şəhərini təmsil edirdi. 2000-ci ildə "Güneş Sigorta SK" ilə birləşən komanda "Vakıfbank Güneş Sigorta SK" adını aldı və komanda Ankaradan İstanbula köçdü Gücünə güc qatmaq istəyən vakıfbanklılar 2009-cu ildə Türk Telekomla birləşərək Vakıfbank Günəş Sığorta Türk Telekom, daha sonra isə Vakıfbank Günəş Sığorta adını aldı. === Uğurları === Klub 2004-cü ildə Avropa Top Komandalar kubokunu qazanaraq ilk Avropa kubokuna yiyələndi. 2011-ci ildə CEV Çempionlar Liqasını məğlubiyyətsiz qapadan komanda tarixdə ilkə imza atdı. Finalda Rabitəyə qalib gələn komanda Türkiyə voleyboluna bu turnirdə ilk qızılı gətirdi. 2013-cü ildə Acıbadem Voleybol 1.liqasını finalda Eczacıbaşı Vitrayı məğlub edərək qazandı. Həmin il eyni rəqibi həm Türkiyə kubokunda həm də, superkubokunda yenərək bütün dünyada diqqəti üzərinə çəkdi.Ancaq bu da türklərə bəs etmədi. Avropadakı uğuru sayəsində dünya çempionatına çıxan komanda bu turnirdə də finalda Braziliya təmsilçisi Osaskuyu yenərək çempionluq yaşadı. Ancaq "Kubok canavarı"na bu da bəs etmədi və 2013-cü ilin martında CEV Qadınlar Çempionlar Liqasında finalda yenə də Azərbaycan təmsilçisi Rabitəni məğlub edərək ikinci dəfə bu turnirdə çempionluq yaşadı.
Vakıfbank Günəş Sığorta İstanbul VK
VakıfBank QVK — 1986-cı ildə qurulan və İstanbulda fəaliyyət göstərən peşəkar voleybol komandasıdır. == Tarixi == === Adları === 1986-da qurulan "Vakıfbank" ilk öncə Ankara şəhərini təmsil edirdi. 2000-ci ildə "Güneş Sigorta SK" ilə birləşən komanda "Vakıfbank Güneş Sigorta SK" adını aldı və komanda Ankaradan İstanbula köçdü Gücünə güc qatmaq istəyən vakıfbanklılar 2009-cu ildə Türk Telekomla birləşərək Vakıfbank Günəş Sığorta Türk Telekom, daha sonra isə Vakıfbank Günəş Sığorta adını aldı. === Uğurları === Klub 2004-cü ildə Avropa Top Komandalar kubokunu qazanaraq ilk Avropa kubokuna yiyələndi. 2011-ci ildə CEV Çempionlar Liqasını məğlubiyyətsiz qapadan komanda tarixdə ilkə imza atdı. Finalda Rabitəyə qalib gələn komanda Türkiyə voleyboluna bu turnirdə ilk qızılı gətirdi. 2013-cü ildə Acıbadem Voleybol 1.liqasını finalda Eczacıbaşı Vitrayı məğlub edərək qazandı. Həmin il eyni rəqibi həm Türkiyə kubokunda həm də, superkubokunda yenərək bütün dünyada diqqəti üzərinə çəkdi.Ancaq bu da türklərə bəs etmədi. Avropadakı uğuru sayəsində dünya çempionatına çıxan komanda bu turnirdə də finalda Braziliya təmsilçisi Osaskuyu yenərək çempionluq yaşadı. Ancaq "Kubok canavarı"na bu da bəs etmədi və 2013-cü ilin martında CEV Qadınlar Çempionlar Liqasında finalda yenə də Azərbaycan təmsilçisi Rabitəni məğlub edərək ikinci dəfə bu turnirdə çempionluq yaşadı.
Vakıfbank İstanbul QVK
VakıfBank QVK — 1986-cı ildə qurulan və İstanbulda fəaliyyət göstərən peşəkar voleybol komandasıdır. == Tarixi == === Adları === 1986-da qurulan "Vakıfbank" ilk öncə Ankara şəhərini təmsil edirdi. 2000-ci ildə "Güneş Sigorta SK" ilə birləşən komanda "Vakıfbank Güneş Sigorta SK" adını aldı və komanda Ankaradan İstanbula köçdü Gücünə güc qatmaq istəyən vakıfbanklılar 2009-cu ildə Türk Telekomla birləşərək Vakıfbank Günəş Sığorta Türk Telekom, daha sonra isə Vakıfbank Günəş Sığorta adını aldı. === Uğurları === Klub 2004-cü ildə Avropa Top Komandalar kubokunu qazanaraq ilk Avropa kubokuna yiyələndi. 2011-ci ildə CEV Çempionlar Liqasını məğlubiyyətsiz qapadan komanda tarixdə ilkə imza atdı. Finalda Rabitəyə qalib gələn komanda Türkiyə voleyboluna bu turnirdə ilk qızılı gətirdi. 2013-cü ildə Acıbadem Voleybol 1.liqasını finalda Eczacıbaşı Vitrayı məğlub edərək qazandı. Həmin il eyni rəqibi həm Türkiyə kubokunda həm də, superkubokunda yenərək bütün dünyada diqqəti üzərinə çəkdi.Ancaq bu da türklərə bəs etmədi. Avropadakı uğuru sayəsində dünya çempionatına çıxan komanda bu turnirdə də finalda Braziliya təmsilçisi Osaskuyu yenərək çempionluq yaşadı. Ancaq "Kubok canavarı"na bu da bəs etmədi və 2013-cü ilin martında CEV Qadınlar Çempionlar Liqasında finalda yenə də Azərbaycan təmsilçisi Rabitəni məğlub edərək ikinci dəfə bu turnirdə çempionluq yaşadı.
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). Vaqif Quliyev — professor (1997), AMEA-nın müxbir üzvü (2014). Vaqif Fərəcov — Vaqif Gülməmmədov — Vaqif Məmmədov (əməkdar mühəndis) — Vaqif Süleymanov — Vaqif Səfərov — Vaqif İsaqoğlu — Vaqif Əliyev Vaqif Əliyev (nazir müavini) — Mədəniyyət nazirinin birinci müavini(2018–2023). Vaqif Əliyev (aktyor) — Azərbaycan Respublikasının xalq artisti (2002). Vaqif Əliyev (alim) — fizika-riyaziyyat elmləri doktoru. Vaqif Vəliyev Vaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) Vaqif Abdullayev Vaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Vasif
Vasif — Kişi adı. Mənası: vəsf edən, tərənnüm edən.
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif Nəcəfov Akif Mirzəyev Akif Mirzəyev (aktyor) — aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının "Əməkdar artist"i.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Vakit (qəzet)
"Vakit" və ya "Vəqt" (tatar. وقت — Вакыт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində çıxmış qəzet. == Tarixi == Birinci nömrəsi 1906-ci il 21 fevral tarixində nəşr olunmuşdur. İlk nömrədən 1917-ci ilə qədər baş redaktoru Fatih Kərimi, 9 noyabr 1917-ci ildən son nömrəsinə kimi yazıçı və dramaturq Yarulla Vəli olmuşdur. "Vakit" qəzeti XX əsrin əvvəlindəki tatar mətbuatında görkəmli yer tutan, tatar qəzetləri arasında öndə gedənlərdən biri olmuşdur. O, siyasi məsələlərdə diqqətli və ölçüb-biçilmiş yazan, dini və milli məsələlərdə onu izləyən digər milli qəzetlərə nümunədir. Geniş miqyasda təhsil, dil və ədəbi, mədəni, milli teatr və musiqi sənətinə dəstək verib və dövlət məktəblərinə daxil olmağı ardıcıl olaraq müdafiə etmişdir. O, müsəlmanların milli ticarət və torpaq satın almalarının zəruriliyi haqqında çoxlu yazılar yazmışdır. Məzmununa, texnikasına, dilinə və məqalələrinin tematik genişliyinə görə bütün Rusiyada aparıcı qəzetlərdən biri olan ən hörmətli tatar qəzetidir. "Vakit"in səhifələrində tatar qadınlarının təhsilinə və ailədəki roluna, müsəlmanlar arasında hökm sürən xurafatların tənqidinə mühüm yer verilmişdir.
Vaqif Bayramov
Vaqif Bayramov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşləri şəhidi. Vaqif Bayramov (sosioloq) (d. 1957) — Sosiologiya elmləri doktoru, professor.
Vaqif Bağırzadə
Mir Vaqif Mahmud oğlu Bağırzadə (Bağır-zadə) (24 iyun 1954, Bakı – 7 mart 2021, Bakı) — Azərbaycanın tanınmış mədəniyyət işçisi, Bakı Dövlət Sirkinin direktoru (2003–2020). == Həyatı == Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb. Vaqif Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib. Sirkə rəhbərlik etdiyi illər ərzində bir çox irimiqyaslı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, tanınmış xarici sirk ustalarının qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib. Vaqif Bağırzadə mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Vaqif Behbudov
Vaqif Qulam oğlu Behbudov (3 noyabr 1938, Bakı) — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universitetini bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir. "Gözlük", "Danışan işıqlar", "Qırmızılar, qaralar və başqaları", "İlham", "Göyçək Fatma", "Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol, dostum", "Basatın igidliyi", "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy", "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" adlı cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərin hazırlanmasında işləmişdir. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli salnamələr", "Girdiman", "Yeraltı şəhərin izi ilə", "Lahıc", "Azərtac-85" sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür. Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Vaqif Ibrahimov
Vaqif İbrahimov (tam adı: Vaqif İbrahimov Rza oğlu; 9 may 1947, Cəhri, Naxçıvan rayonu) — AMEA-nın müxbir üzvü (2017), Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (30.09.2009). == Həyatı == Vaqif Rza oğlu İbrahimov 9 may 1947-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. O, hesablama riyaziyyatı sahəsində tanınmış alimdir. Onun tədqiqat sahəsi yüksək tərtib törəmələrdən istifadə edən Obreşkov tipli çoxaddımlı üsullardan və bu üsulların adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqindən ibarətdir. Fizika-riyaziyyat elmləri doktoru V.R.İbrahimov irəliyə qaçma, ekstrapolyasiya və interpolyasiya üsullarını ümumi formada tədqiq etmək məqsədi ilə Obreşkov tipli dayanıqlı k- addımlar üsulunun dəqiqlik tərtiblərinin ən böyük qiymətlərinin hesablanılması üçün bir neçə düstur qurmuş və bu düsturların effektivliyini göstərmişdir. O, irəliyə qaçma üsullarının istifadəsi üçün proqnoz-korreksiya tipli üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtləri müəyyənləşdirmişdir. Dayanıqlı irəliyə qaçma üsullarının digər üsullara nisbətən daha dəqiq olması V.R.İbrahimov tərəfindən isbat olunmuş və bu şərtləri ödəyən konkret üsullar qurulmuşdur. O, Riçardson ekstrapolyasiya üsulundan bir dəfə istifadə etdikdə, çoxaddımlı üsulun dəqiqliyinin artmasının yuxarı sərhəddini müəyyənləşdirmiş və bu məqsədlə üsulun xətası üçün xüsusi asimptotik münasibət almışdır. Daha dəqiq üsulların qurulması üçün V.R.İbrahimov hibrid üsulların qurulmasını təklif etmiş, birinci və ikinci tərtib adi diferensial tənliklərin həlli üçün hibrid üsullar qurmuş və onları tədqiq etmişdir. V.R.İbrahimov Volter tipli inteqral tənliklərin həlli üçün hər addımda inteqral nüvəsinin sabit sayda hesablanmasından istifadə edən çoxaddımlı üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtlər tapmışdır.
Vaqif Kərim
Kərimov Vaqif Həsən oğlu (Vaqif Kərim; 10 mart 1966, Ardanış, Krasnoselsk rayonu) — şair-publisist. == Həyat və yaradıcılığı == Vaqif Kərim 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində dünyaya gəlib. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstituna qəbul olub. Lakin 2-ci kursu bitirdikdən sonra təhsilini davam etdirməyib. Uzaq Şərqdə iki il əsgəri xidmət keçib. 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 1993-cü ildə universiteti bitirib. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə "525-ci qəzet" də müxbir, 1996–2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, 2005–2006-cı illərdə isə "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq və Qərb Universitetlərində pedaqoji fəaliyyət göstərib. Hazırda özəl sektorda çalışır.
Vaqif Kərimov
Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; 5 iyul 1949, Bakı) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri. == Həyatı == Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir. Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir. == Ailəsi == Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Vaqif Mahmudov
Vaqif Mahmudov (14 dekabr 1954, Bakı) — "Baş müəllim" (1983), "SSRİ Maarif Əlaçısı" (1983), "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı" (1989), Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqının idarə heyətinin üzvü (1997), "Akademik M. Mehdizadə diplomu laureatı" (1999), Azərbaycan Təhsil Şurası İctimai Birliyinin üzvü (2001), "Azərbaycanın Tanınmış Maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi (2004), "Pedaqogika üzrə fəlsəfə doktoru" (2010), "Qabaqcıl təhsil işçisi" (2018), "Əməkdar müəllim" (2019), "Azərbaycan bayrağı" və "Qızıl qələm" media mükafatları laureatı (2020). == Həyatı == Mahmudov Vaqif Həsən oğlu 1954-cü il dekabr ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayonunda yerləşən 13 saylı orta məktəbi bitirmişdir. Elə həmin ildə də N. Tusi adına ADPU-nun (keçmiş V. İ. Lenin adına APİ-nin) riyaziyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirərək "Riyaziyyat", "Kibernetika və həyat" ixtisaslarına yiyələnmişdir. 1975-ci ildə təyinatla Abşeron (indiki Xızı) rayonunun Şuraabad kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1983–1986-cı illərdə Abşeron Rayon Təhsil Şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, 1991–2000-ci illərdə Azərbaycan Pedaqoji Kadrlarin İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda laboratoriya müdiri, 2000–2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda İnformatika və informasiya texnologiyaları kabinetinin müdiri vəzifələrində çalışmışdır. 2006–2021-ci illərdə isə 177 saylı tam orta məktəbdə və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunda riyaziyyat və informatika müəllimi işləmişdir. İşlədiyi müddətdə səmərəli pedaqoji fəaliyyətimə görə "Baş müəllim", "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı", "Qabaqcıl Təhsil İşçisi" döş nişanları, "Akademik M. Mehdizadə diplomu laureatı", "Azərbaycanın tanınmış maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi diplomları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları və s. ilə təltif olunmuş, dəfələrlə dövlət və yerli təşkilatlar tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. 30-dan artıq elmi, metodik tövsiyə və kitabçanın, 100-dən çox jurnal və qəzet məqalələrinin müəllifidir.
Vaqif Mirzəyev
Vaqif Həsənağa oğlu Mirzəyev (5 yanvar 1953, Mərdəkan) — Azərbaycanlı aktyor. == Həyatı == Vaqif Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olunmuş, 1971-ci ildə məktəbi klarnet ixtisası üzrə bitirmişdir. Vaqif Mirzəyev 1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibətilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülmüşdür.
Vaqif Musa
Musayev Vaqif Məmmədyusif oğlu – nasir, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1964) == Həyatı == 1936-cı ilin yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). İlk hekayəsi –“Kişi, qadın və qız” 1965-ci ildə “Azərbaycan” jurnalında çap olunub. Əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamışdır (1965-1976). 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur (1991). Yeddi kitabın – o cümlədən çox saylı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi”, və s.) müəllifidir. 1996-cı il oktyabrın 24-də vəfat etmiş, Rustov kəndində dəfn edilmişdir.
Vaqif Musayev
Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998) == Həyatı == Vaqif Hacı Rəsul oğlu Musayev — 1950-ci ildə Lerik rayonunun, Lerik qəsəbəsində anadan olub. 1973–1974-ci illərdə ordu sıralarında hərbi xidmət keçmişdir. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub. == Siyasi fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1995-ci il parlament seçkilərində Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir. Vaqif Musayev isə deputat seçilə bilməmişdir. == iş fəaliyyəti == 1974-cü ildə Sovxozlar Nazirliyinin Meyvə tingliyi trestində iqtisadçı vəzifəsinə təyin olunmuşdur, daha sonra Abşeron Südçülük sovxozunda baş iqtisadçı vəzifəsində işləmişdir. 1975-ci ilin avqust ayından Azərbaycan Tədarük Nazirliyinin "2 saylı Bakı Taxıl Məhsulları Kombinatında" satış üzrə iqtisadçı vəzifəsində çalışmış, daha sonra istehsalat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub.
Vaqif Mustafayev
Vaqif Behbud oğlu Mustafayev (28 avqust 1953, Bakı) — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laueratı (1991), Şöhrət,Şərəf, II dərəcəli "Əmək" ordeni laureatı, Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Rejissor, ssenarist Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun (Eldar Ryazanovun emalatxanası) rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb və bu günə qədər də davam etdirir. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır. == Yaradıcılığı == Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Vaqif Mustafayev ilk kino mükafatını 1984-cü ildə Moskvada Beynəlxalq gənc kinematoqrafçılar kinofestivalında "Belə lazımdır" (rus. Так надо) qısa metrajlı filmində "Ən yaxşı rejissor işinə görə" qazanıb. Həmin ildə "Mosfilm" kinostudiyasının festivalında onun "Musiqili xaş" (rus.
Vaqif Mustafazadə
Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940, Bakı – 16 dekabr 1979, Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır. == Həyatı == 16 mart 1940-cı ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir.
Vaqif Məhərrəmov
Vaqif Əli oğlu Məhərrəmov — Azərbaycan alimi, Azərbaycan Politexnik institutu "Radiotexnika" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Vaqif Əli oğlu Məhərrəmov 6 iyun 1947-ci ildə Qərbi Azərbaycanin Göyçə mahalinda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitunu (indiki Azərbaycan Texniki Universiteti — AzTU) bitirərək "Radioyayım və radiorabitəsi mühəndisi" ixtisasını almışdır. Vaqif Məhərrəmov Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında aspiranturada oxumuş, 1985-ci ildə keçmiş Sovetlər İttifaqının Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasında (Leninqrad şəhərində) namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ildə doktorluk dissertasiyaı müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini və 1998-cu ildə "Radiotexnika" kafedrası üzrə dosent 2008-ci ildə professor elmi adı almışdır. O, 1985-ci ildən 1993-cü ilə qədər Azərbaycan Texniki Universitetinin "Ümumi və nəzəri radiotexnika" (indiki Radiotexnika) kafedrasında əvəzçiliklə dosent işləmiş, dekabr 1993-cü ildən 2005-ci ilə qədər "Radiotexnika" kafedarasının dosenti və eyni zamanda 2001-ci ildən 2003-cü ilə qədər "Radiotexnika və rabitə" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2005-ci il dekabr ayından etibarən V.Ə. Məhərrəmov "Radiotexnika" kafedrasının müdiri vəzifəsində çalışır. 1985-ci ildən fizika riyaziyyat elmlzri namizədir; 2003-cü ildən fizika riyaziyyat elmlzri doktorudur; 1998-ci ildən "Radiotexnika" kafedrası üzrə dosentdir; 2008-ci ildən "Radiotexnika" kafedrası üzrə professordur; 2004-cü ildən "Avropa Astronomlar Şurası"-nın üzvüdür; 1972–1980-cı illərdə MEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük bə baş mühəndis vəzifələrində işləmş, Rəsədxananin aspiranturasında oxumuş, Günəş fizikası və astrofiziki cihazqayirma problemləri ilə məşğul olmuş, Rəsədxana tarixində ilk ixtiranin müəllifidir. 1980–1990-cı illərdə Sovetlər ölkəsinin "BAŞKOSMOS" –unun "Kosmik Tədqiqatları" Elm İstehsalat Birliyində labopatoriya və şöbə müdiri vəzifələrində işləmiş, İnfra-Qırmızı diapazonda işləyən Dövlət əhəmiyyətli yerüstü və kosmik cihazqayirma problemləri ilə məşğul olmuş, təsərüfat hesabli elmi-tədqiqat və təcrübi konstruktor işləmələrinin elmi rəhbəri və baş konstruktoru olmuşdur. 1990–1993-cü illərdə Səhiyyə Nazirliyi nəzdində Təcrübi konstruktor-texnoloji büronun direktoru vəzifəsində işləmiş, tibbi cihazqayirma problemləri ilə məşğul olmuşdur. 1985-ci ildən AzTU-nun "Radiotexnika" kafedrasinda əvəzçiliklə və 1993-cü ildən kafedranin ştatında dosent kimi dərs demişdir.
Vaqif Məmişov
Məmişov Vaqif İmamqulu oğlu (1962, Masallı) — "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri. == Həyatı == Vaqif Məmişov 1962-ci ildə Gürcüstanda, Marneuli rayonunun Kosalı kəndində anadan olmuşdur. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının hüquq fakultəsini bitirmişdir. Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir. Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir. 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur. Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə Vaqif Məmişov "Tərəqqi" medalı ilə təltif edilib.
Vaqif Məmmədov
Vaqif Məmmədov (yazıçı) — yazıçı
Vaqif Mərdanov
Vaqif Ədalət oğlu Mərdanov (10 oktyabr 2001; Suraxanı rayonu, Azərbaycan — 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vaqif Mərdanov 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Mərdanov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vaqif Nağıyev
Vaqif Mirəsgər oğlu Nağıyev (d.1941, Lənkəran — ö. 1992, Bakı) — texnika elmləri doktoru, professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru. == Həyatı == Vaqif Nağıyev 1941-ci ildə Lənkəranda doğulmuşdur. 1963-cü ildə Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisası üzrə bitirdikdən sonra bir ilə yaxın Azərbaycan EA-da işləmişdir. Daha sonra Moskvaya gedən Nağıyev 1965-ci ildə yarımkeçiricilərlə bağlı namizədlik dissertasiyası müdafiə edir, Moskva Aviasiya Texnologiya İnstitutunda radioelektron aparatların istehsalı texnologiyası kafedrasında işləyir. 1986-cı ildə kosmosda istifadə olunmaq üçün tibbi diaqnostik aparatların hazırlanma texnologiyası ilə məşğul olmuş, SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat Sınaq İnstitutunda ultrasəs diaqnostik tibbi aparatların hazırlanması və koordinasiyası şöbəsinin müdiri və həm də SSRİ Səhiyyə Nazirliyində bu sahənin rəhbəri olmuşdur. 1992-ci ildə Romada keçirilən konfransda iştitak etmək üçün gedərkən hava limanında vəfat etmiş Bakıya gətirələrək ailəsinin yanında dəfn olunmuşdur. == Fəaliyyəti == Vaqif Nağıyev eyni zamanda SSRİ Müdafiə Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə daşımışdır. Ultrasəs vazolokator, elektron qurğularının termoelektrik sərinləşdirilməsi, inteqral sxemlərin tədqiqi və sınağı üçün termoelektrik cihazlar, allergiyalı dermotozların müalicə üsulları və ultrasəs texnologiyalarının perspektiv inkişafı ilə bağlı tədqiqatlar aparmışdır. Tədqiqatlarının əsas yönümü kosmosla bağlı olmuşdur.
Vaqif Novruzov
Vaqif Novruzov (nazir) — Azərbaycanın daxili işlər naziri (1993-1994). Vaqif Novruzov (botanik) — Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017).
Vaqif Nəbiyev
Vaqif Rəşid oğlu Nəbiyev (30 noyabr 1947, Marneuli) — Azərbaycan Tarixi kafedrasının baş müəllimi, Humanitar Fakültələr üzrə müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2014). == Həyatı == 1947-ci il noyabırn 30-da Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhəri 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirmişdir. 1973-cü ilin aprel ayından 1974-cü ilin fevral ayınadək «Maarif» nəşriyyatnıda korrektor işləyib. 1974-ci ildən BDU Sov.İKP tarixi (siyasi tarix) kafedrasında baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəlimi işləyir. Tarix, Sosial elmlər və psixolorgiya, Əcnəbi təbələrin hazırlığı fakültələrində Azərbaycan tarixi fənnindən mühazirə və seminar məşğələləri aparır. 18 adda elmi əsəri, o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi» üzrə 3 proqramı nəşr edilmişdir. Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür.
Vaqif Nəsib
Vaqif Nəsibov (Vaqif Hüseyn oğlu Nəsibov) — şair, nasir, ssenarist, tərcüməçi, 1973-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almışdır (1957–1962). Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1962–1965). "Na boyevom postu" ("Mübariz keşikdə") qəzeti redaksiyasında məsul katib (1965–1966), "Azərbaycan pioneri" qəzeti redaksiyasında şöbə müdiri (1966–1968), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor (1968–1969), "Qobustan" jurnalı redaksiyasında məsul katib (1969–1975), "Gənclik" nəşriyyatında baş redaktorun müavini (1975–1983), "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1988-?) vəzifələrində çalışmışdır. Bədii yaradıcılığa 1957-ci ildə dərc etdirdiyi şeirləri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. == Əsərləri == 1. Çəpiş.
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. == Geomorofloji termin == Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. == Takır relyefi == Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Vakko
"Vakko" (türk. Vakko Tekstil ve Hazır Giyim Sanayi A.Ş) — Türkiyənin tekstil şirkəti; aparıcı moda evlərindən biri. Şirkət əsasən xüsusi toxuculuq geyimlərinin, dəri məmulatlarının və aksesuarların istehsalı ilə məşğul olur. == Tarixi == "Vakko" brendi Vitali Hakko tərəfindən yaradılmışdır. Belə ki, 1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması nəticəsində o, 1934-cü ildə Sultanhamamda "Şən Şapka" adlı kiçik dükanı açır. Bu arada Atatürkün "Şapka inqilabı" Türkiyədə yaşayan yəhudilərlə xristianların dəyirmanına su tökür. Milyonlarla lirə çölə axıdılır. İtaliya və Fransada yeni və köhnə şapkalar Türkiyəyə gətirilir. İki-üç frank dəyərində olan həmin mallar ən aşağısı on lirəyə (120 frank) satılır. Ölkədə başda bütün məmurlar olmaqla bütün vətəndaşlar şapka taxmağa məcbur edilirlər.
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Vakx
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Valf
Valf — cihaz. Onunla (qazlar, mayelər, bərkilmiş mayelər, duru məhlullar) axını, yönünü bağlanıb açılmasınan tənzim və idarə etmək olar. Adətən, axıcı təzyiqinin mühüm əhəmiyyət kəsb etdiyi sistemlərdə təzyiqin yüksəlməsi halında sistemdən kənara axıcı azad edərək təzyiqi salan və ya təcili bir vəziyyətdə axıcı əlaqəni kəsən təhlükəsiz vasitədir. Hidravlik sistemlərdə xüsusən təyyarələrdə olduğu kimi tək bir hidravlik sistemlə müxtəlif nəzarətlər idarə edilən hidravlik sistemlerde- şərtə bağlı olaraq hidravlik təzyiqin hansı idarəyə çatdıracağı da valfler vasitəsilə müəyyən olunur.
Bakıt Torobayev
Bakıt Erqeşeviç Torobayev (qırğ. Бакыт Эргешевич Төрөбаев, rus. Бакыт Эргешевич Торобаев; 5 aprel 1973, Cəlalabad, Oş vilayəti) — Qırğızıstan siyasətçisi, Qırğızıstan Ali Məclisinin deputatı və Önüqüü-Proqress partiyasının qurucusu və sədri. Müxtəlif təşkilati rollarda fəaliyyət göstərdikdən sonra, 2007-ci il Qırğızıstan parlament seçkiləri zamanı Torobayev Qurmanbek Bakıyevin Ak Jol partiyasına qoşulmuş və ölkənin Ali Məclisinin Deputatı seçilmişdir. 2010 Qırğızıstan qiyamının nəticəsində Bakıyev vəzifədən azad edilmiş, Torobayev isə Qırğızıstanın Respublika Partiyasına qoşulmuşdur. O, partiyanın sədri Ömürbek Babanovla münaqişəyə girmiş, partiyanı tərk etmiş və daha sonra Önüqüü-Proqress partiyası qurmuşdur. Torobayev 2017-ci il Qırğızıstan prezident seçkiləri zamanı 13 namizəddən biri idi, ancaq o və daha iki namizəd seçkilər başlamazdan əvvəl namizədliklərindən imtina etmişdir. == Həyatı == Bakıt Erqeşeviç Torobayev 5 aprel 1973-cü il tarixində SSRİ respublikası olan Qırğızıstan SSR-nin (hal-hazırkı Qırğızıstan Respublikası) cənub-qərbində yerləşən Cəlalabad şəhərində anadan olmuşdur. Torobayev 1995-ci ildə Qazaxıstan-əsaslı neft məhsullarının satışı və yanacaqdoldurma məntəqələrinin tikintisi üzrə ixtisaslaşan istehsal və kommersiya şirkəti olan "Jamliya i K"-nin rəhbəri olaraq fəaliyyət göstərmişdir. 1998–1999-cu illərdə "Asiya-Suzak" adlı bir fermanın sədri olaraq fəaliyyət göstərmişdir.
Cüneyt Çakır
Cüneyt Çakır (23 noyabr 1976, İstanbul) — türkiyəli beynəlxalq dərəcəli futbol hakimi və sığortacı. Cüneyt Çakır köməkçiləri ilə birlikdə 6 sentyabr 2015-də Çempionlar Liqasının finalında Barselona- Yuventus matçını idarə edərək, bu turnirin finalında hakimlik edən ilk türk hakimi olmuşdur. == Hakimlik karyerası == İstanbul bölgəsi hakimi olan Cüneyt Çakır Kocaeli Universiteti işlətmə fakültəsinin məzunudur. Hazırda hakimliklə birlikdə sığortaçılıqla da məşğul olur. 1994 ildə hakimlik karyerasına başlayan Çakır, 1997 ildə C reytinqli və 1999 ildə isə B reytinqli hakim oldu. Türkiyə Futbol Federasiyasının qeydlərində olan ilk idarə etdiyi matç 18 Oktyabr 1996-cı il tarixli Beşiktaş A.Ş.-Samsunspor matçıdır, bu oyunda o, yardımcı hakim vəzifəsini görürdü. Yüksək reytinq hakimi kateqoriyasına 2001-ci ildə yüksələrkən, Türkiyə Super Liqasındakı ilk oyununa da eyni ildə çıxmışdı. Super Liqadakı ilk matçı Malatyaspor-Çaykur Rizespor matçıdır. 2006-cı ildə FİFA dərəcli hakim olan Cüneyt Çakır, göstərdiyi uğura görə 2007-ci ildə Avropanın istedadlı hakimlərinin dəvət edildiyi isveçli keçmiş hakim Karl-Erik Nilssonun rəhbərliyi altında keçirilən Mentör Proqramına dəvət edilmiş və buradakı üstün müvəffəqiyyətinə görə UEFA tərəfindən yüksək səviyyəli müsabiqələrdə tapşırıq verilmişdir. 2007-ci ildə Avstriyada təşkil edilən 19 yaşlılar arası Avropa Çempionatının final mərhələsinə dəvət olunan Cüneyt Çakır bu turnirdə Fransa-Serbiya və İspaniya-Portuqaliya arasında oynanan qrup oyunlarını idarə etmişdir.
Deniz Çakır
Deniz Çakır (31 dekabr 1981, Ankara)— Türkiyə aktrisası. == Həyatı və karyerası == Deniz Çakır 31 dekabr 1981-ci ildə Ankarada dünyaya gəlib. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Hissəsinin məzunudur. Məzun olduqdan sonra İstanbula yerləşdi. Konservatoriyadan məzun olmadan əvvəl Ankara Radiosunda, radio teatrı etdi və radio reklamı səsləndirdi. İlk televiziya təcrübəsi olan "Qadın İstəsə" dəki Alov roluyla tanındı, amma əsl çıxışını Yarpaq Dökümü serialdakı Ferhunde xarakteriylə etmişdir.
Mixayıl Çakır
Mixayıl Çakır (27 aprel 1861, Çadır-Lunqa, Qaqauziya – 8 sentyabr 1938, Kişinyov) — Qaqauz əsilli tarixçi, etnoqraf. == Həyatı == Mixayıl Çakır 1861-ci il aprelin 27-də anadan olub. Onun valideynləri Rusiyanın 1812-ci ildə Çadıra qəsəbəsinə köçürdüyü qaqauzlardandır. Mixayıl ilk təhsilini Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda müəllim işləməyə göndərirlər. Qısa bir zamanda din xadimi və müəllim kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı, keşiş vəzifəsini də yerinə yetirir. 1884-cü ildə onu məhəllə müvəkkili rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər.
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı == Həyatı == Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.
Sakız adası
Xios(yun.Χίος) — Yunanıstan ərazisinin bir hissəsi kimi Kiçik Asiya yarımadasına yaxın Egey dənizində yerləşən ada. Əhali 50 388 (2001 il siyahıyaalma). Xios adası,eləcə də Psara yaxınlığında yerləşən adalar(14,2 km şimal-qərb) və Inusses (6.3 km şərq) Yunanıstan Respublikasında inzibati vahid yaradır. Ən böyük məskunlaşma :Aya-İrmioni,Volisos,Vrondados,, Kambos,Karfas,Kataraktis, Lillikas, Megas-Limionas,Flatsia və Xios adalarında qeyd alınıb. == Coğrafiya == Egey dənizinin suları ilə yuyulur. Xios adası Türkiyə Respublikası ilə su sərhədi mövcuddur. Adanın sahəsi — 842,289 кm² təşkil edir. Ada aypara formasına malikdir. Egey dənizində yerləşən digər adalar kimi, Xios tikanlı bitki örtüyü ilə, qayalıq ərazisi və hündür olmayan təpələri ilə xarakterizə olunur. Ən yüksək nöqtəsi — Pelineon zirvələri (1297 m / 4260 ft) və Oros zirvəsidir.(1188 m və ya 3900 ft).
Süleyman Çakır
Süleyman Çakır — Qurdlar Vadisi serialında Oqtay Qaynarca tərəfindən canlandırılmış obraz. == Uşaqlığı == Kiçik yaşda məscid həyətində gözü qarşısında atasının öldürüldüyünü görüb və bundan sonra dünyaya həmişə nifrətlə baxmışdır. Atası öldükdən sonra anasının evdə bişirdiyi plov və noxudu sataraq həm bacısı Dəryaya həm də anası Əminəyə baxmışdır. Bir gün polis gəlib qadağan olunmuş yerdə satış etdiyi üçün həm onu, həm də onun bacısını çox pis döymüşdür. Bu zaman gözü dönmüş və polisi bir-birinin ardınca bıçaqlayıb öldürmüşdür. Sonra cinayət işlədiyinə görə məhkum olunub, türməyə düşmüşdür. Türməyə düşəndə anası və bacısı çöldə qalmışdır. Bunun üçün ona Duran Əmmini bıçaqlamağı təklif etmişdilər və o da anası və bacısı pis vəziyyətdə olduğu üçün razı olmuşdur. Duran Əmmi dəstəmaz alarkən əlində bıçaqla onu öldürməyə getmiş ancaq atasının da dəstəmaz alarkən öldüyü gözünə gələndə etməmişdir. Duran Əmmi sayəsində mafiyaya girmiş və əhəmiyyətli bir mafiya başçısı olmuşdur.
Uğurcan Çakır
Uğurcan Çakır (5 aprel 1996, Antalya) — Türk futbolçu. "Trabzonspor" klubunun qapıçısıdır. == Klub karyerası == === Trabzonspor === Futbolçu 16 yaşında Trabzonspor ilə peşəkar müqavilə imzalayıb. 2015-16 sezonunun əvvəlində "Rabotniçki"yə qarşı ilk peşəkar oyununa çıxan qapıçı, 2017-18 sezonunun 6-cı həftəsində Super Liqada debüt edib. Onur Kıvrağın heyətdən kənarlaşdırılmasından sonra Trabzonsporun 1 nömrəli qapıçısı olmuşdur. === 1461 Trabzon === 16 yanvar 2016 tarixində "1461 Trabzon" klubuna icarəyə verilib. Orada 9 oyuna çıxıb.
Vahıb Əliyev
Əliyev Vahıb Ramiz oğlu (24 mart 1997, Bulduq, Sabirabad rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliyev Vahıb Ramiz oğlu 1997-ci il mart ayının 24- də Sabirabad rayonu Bulduq kəndində anadan olmuşdur. 2014-cü ildə Sabirabad rayonu Bulduq kənd tam orta məktəbini müvəffəqiyyətlə başa vurmuşdur. == Döyüş yolu == Vahıb Əliyev 2015-ci ilin iyun ayında Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Vahıb hərbi xidmətini Gəncə, Qazax və Ağstafa bölgələrində keçmişdir. Komandirləri həmişə ondan razılıqlar edib. Vahıb ailədə 4 bacının tək qadaşı olub. 2020-ci il sentyabr ayının 27-də könüllü olaraq İkinci Qarabağ müharibəsinə yola düşüb. İlk döyüş yeri Füzuli istiqamətində olub. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.
Vakaş dilləri
Vakaş dilləri − Şimali Amerika hindi dilləri qrupu. Sakit okeanın sahillərində, Amerikanın Vaşinqton ştatının sərhəd rayonlarında və Kanadanın Britaniya Kolumbiyasında yayılmışdır. Təqribən bir milyondan artıq daşıyıcı vardır. Vakaş dilləri əsasən iki qrupa bölünürlər: kvakiutl və nutka, və yeddi dildən ibarətdir.
Vanın mühasirəsi
Van Mühasirəsi — Səfəvilər Dövlətinin əlində olan Vanın 1548-ci ildə Osmanlı İmperatorluğu tərəfindən mühasirəyə alınması. 1548-ci ilin 25 avqustunda başa çatan mühasirənin ardından şəhər, Osmanlı İmperatorluğunun hakimiyyəti altına girir. == Arxa plan və mühasirə == Səfəvi Şahı I Təhmasibə qarşı üsyan başladan qardaşı Əlqas Mirzə, 1547-ci ildə İstanbula gələrək Osmanlı Padşahı I Sülüymandan kömək istədi. Həyat yoldaşı Xürrəm Sultan ilə birlikdə 1544, 1545 və 1546-cı illəri Ədirnədə keçirən Süleyman, İstanbula geri qayıtdıqdan sonra Əlqas Mirzəni şərqə göndərdi və 1548-ci il 29 mart tarixində Səfəvilər üzərinə yürüşə çıxdı. Yürüşdə Süleymana, Fransa Krallığının İstanbuldakı səfiri Qabriel de Luetz de, Jak Gassut və Jan Çesneau adlı iki nəfər köməkçisi ilə birlikdə müşayiət edirdi. Süleymanın idarəsindəki qoşun, əvvəlcə Səfəvilər Dövlətinin əlində olan Təbrizi ələ keçirdi. Ancaq Səfəvilərin geri çəkilərkən həyata keçirdikləri yandırılmlş torpaq siyasəti ilə əlaqədar olaraq Süleyman, qüvvələrini geri çəkmək məcburiyyətində qaldı. Qısa bir müddət sonra, yenidən Səfəvilərin əlində olan Van mühasirəyə alındı. Daha sonra mühasirəni Ərzurum bəylərbəyi Üləma Paşa təhvil alarkən, 1548-ci ilin 25 avqustunda şəhər Osmanlı İmperatorluğunun tərkibinə qatıldı. Digər tərəfdən isə Şirvanşahlar Dövlətinin də Osmanlı İmperatorluğuna birləşdirilməsi ilə əlaqədar olan yürüş, 1549-cu ilin 21 dekabrında başa çatdı.