Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedalar
Vedalar və ya Veda təlimi — Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri. Bir sıra dinlər, xüsusilə brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm bu təlim əsasında formalaşmışdır. == Etimologiyası == "Veda" sözü "bilmək", "bilik", "görmək" deməkdir, bu söz xüsusi ali elm və mərifət mənasında işlədilir. Bu söz "Riqveda"da yalnız bir dəfə işlənilmişdir.. Veda zözü qədim Hind -Avropa dillərində "u̯eidos", yunan dilində "(ϝ)εἶδος" - ("forma"), rus dilində - ведать, отведать - ("görmək", "dadmaq"), ingilis dilində - wit, witness, wisdom, vision (sonuncu söz: latın dilindəki video, videre), alman dilində - wissen ("bilmək", "bilik", norveç dilində - viten ("bilik"), isveç dilində - veta ("bilmək"), polyak dilində - wiedza ("bilik"), latın dilində - video ("mən görürəm"), çex dilində - vím ("mən bilirəm") və ya vidím ("mən görürəm"), holland dilində - weten ("bilmək") mənasında izah olunur. Veda bəzi mənbələrdə "Apaverşiya", yəni "fövqəl-insan" da adlandırılır. == Müqəddəs kitablar == Veda təlimində dörd dini kitab vardır: Birinci kitab olan "Riqveda"nın əsаs himnlərinin yаrаnmаsını е.ə. II minilliyin sоnunа, vаhid vеdаlаr məcmuəsinin tərtibаtını е.ə. II-I minilliklərə аid еdirlər. Vedalar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi şəkildə söylənərək sonrakı nəsillərə ötürülürdü.
Venalar
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Adsız venalar
== İstinadlar ==
Aetalar
Aeta (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir. Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara Mindoro və Palavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.
Avdalar
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır. Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Benalar
Benalar, vabenalar - Tanzaniyanın cənub-şərqində (İrinda vilayəti), Rufici və Böyük Ruaha çaylarının hövzəsində bantular qrupundan xalq. Sayları 693 min nəfərdir (2005). Kinqalar, hehelər, poqololar (poqorolar), sanqular, matumbilər və dendenulelərə yaxındırlar. bantu dillərinin G zonasına aid olan bena (kibena, ekibena) dilində danışırlar. Yazıları latın qrafikası əsasındadır. Suahili və nyamvezi dilləri də yayılmışdır. Dindarların əksəriyyəti ənənəvi dini etiqadlarını saxlayırlar, müsəlman və xristianlar da var. Benaların Şərqi Afrika xalqları üçün səciyyəvi olan ənənəvi mədəniyyətləri vardır. Ənənəvi məşğuliyyətləri qırılıb-yandırılmış sahələrdə əkinçilik (maniok, qarğıdalı, çəltik, darı, batat, paxlalı bitkilər və s.) köçəbə maldarlıq (davar) və ovçuluqdur. Şəhərlərdə və sizal plantasiyalarında mövsümçülük yayılmışdır.
Qidalar
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Veddlər
Veddlər (sinh. වැද්දා — ˈvædːaː, tam. வேடுவர் — Vēṭuvar) — Şri-Lankanın yerli əhalisidir. Əsasən Şri-Lankanın şərqində yayılmışlar. Sayları 2 500 nəfər təşkil edir. Dili — Vedd dili Kreol dillərinə daxildir. Sinhal dilləri qrupuna daxildi və qədim dil hesab edilir. Dilin gizlü xüsusiyyətləri vardır. Onlar aradında Buddizm, Hinduizm və ənənəvi ədatlər qrunub saxlanılmışdır. Üstəlik onlar arasında Animizm, Şamanizm, Maqiya, və aiyin rəqslərinə rast gəlinir.
Vetslar
Vetslar (alm. Wetzlar‎) — Almaniyanın Hessen vilayətində şəhər.
Vetzlar
Vetslar (alm. Wetzlar‎) — Almaniyanın Hessen vilayətində şəhər.
Adalar
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Ağciyər venaları
Ağciyər venaları lat. Venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.
Peter Vetzlar
Peter Vetzlar (d. 27 fevral 1997) — Zimbabveli üzgüçü. Peter Vetzlar Zimbabveni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Peter Vetzlar birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.08 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 59-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Medallar kabineti
Medallar kabineti və ya Kral kabineti (fr. Cabinet des Médailles) — Fransanın qədim muzeylərindən hesab edilən və Fransanın ən qədim muzeyi sayılan Fransa Milli Kitabxanasının sikkələr, medallar və qədim əsərlər bölməsinin qeyri-rəsmi adı. Medallar kabineti Rue de Rişelye küçəsindəki əsas kitabxana binasında yerləşir. == Tarixi == Kral medalları və qədim əşyaların qoruyucu vəzifəsi Kral IX Çarlz tərəfindən yaradılmışdır. Hər bir yeni monarx kamolar, qiymətli daşlar və medallar kolleksiyasını, eləcə də Avropanın ən zəngin sayılan numizmatik kolleksiyasını genişləndirirdi. 1765-ci ildə ilk arxeoloqlardan biri olan Qraf Kelus antik əşyalar kolleksiyasını kabinetə vəsiyyət etdi. Kral hakimiyyəti ləğv edildikdən sonra, Sent-Şapel müqəddəsliyindən xristianlıqdan əvvəlki artefaktlar Medallar Kabinetinə verildi. Həmin illərdə muzeyə müasir numizmatikanın banilərindən biri olan Teofil Marion Dumersant rəhbərlik edirdi. 1846-cı ildə Gurdon xəzinəsi, 1862-ci ildə isə Luynes hersoqu Yunan sikkələrinin unikal kolleksiyasını kabinetə təhvil verdi. Kolleksiyanın qüruru Baktriya kralı I Evkratidin çəkisi 169,2 q və diametri 58 mm olan qızıl sikkəsidir.
Qaraciyər venaları
Qaraciyər venaları — qaraciyər parenximasında portal elementlərə çəp şəkildə (iki əl barmaqlarının iç-içə keçirilmiş vəziyyətinə bənzər şəkildə) yerləşən damarlar olub, qaraciyərin pay və sektorlarının sərhədlərinin müəyyən olunmasında həlledici rol oynayırlar. İki qrup qaraciyər venaları var: böyük yuxarı venalar və kiçik aşağı venalar.
Adalar adası
Adalar adası (Adalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. == Etimologiya == Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. == Coğrafiya == Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Adalar krallığı
Dəmir Adalar krallığı — vikinqlərin hücumları nəticəsində Hebrid adaları və Men adası ərazisində yaradılmış dövlət. Hökmdarları əslən Norveç kralları nəslindən gəlirdi. Vikinqlər bu adalara "Cənub adaları" mənasında Suðreyjar deyirdilər. Dövlətin son hökmdarı Maqnus Olafsson 1265-ci ildə şotlandlar tərəfindən öldürüldü və Adalar Krallığı Şotlandiyaya birləşdirildi.
Adalar qövsü
Adalar qövsü — əsasən bir-birinə yaxınlaşan iki tektonik plitə arasındakı sərhəd, paralel və yaxın olaraq yerləşdirilmiş, bir qövsdə düzülmüş, vulkan zəncirlərindən və bir çox adadan ibarət arxipelaq. Adalar qövsü konvergent tektonik plitə sərhədləri boyunca aşkar olunan intensiv seysmik aktivliyə malik aktiv vulkanların uzun zəncirləridir. Adalar qövslərinin əksəriyyəti okean yer qabığından yaranır və subduksiya zonası boyunca litosferin mantiyaya enməsi nəticəsində yaranmışdır. Bu adalar kontinental böyümənin əldə edilməsinin əsas yoludur. == Adalar qövsü == Zirvəsi su səthindən qalxaraq qövsvari adalar sırası əmələ gətirən sualtı dağ silsiləsi. Adalar qövsü tək və qoşa olur. Sonuncular iki bir-birinə paralel sıra dağlardan ibarətdir: daxili — vulkan və xarici — qırışıqlıq dağlardan təşkil olub dağarası novla ayrılırlar. Adalar qövsü müasir mütəhərrik əyalətlərin bir hissəsi olub, qitədən okeana keçid zonasında yerləşir; bunlarla kənar geosinklinal dənizlərin dərin çökəklikləri, dərin okean novları və kənar okean tirələri (valları) əlaqədardır. Adalar qövsü aktiv vulkanik (əsasən andezit tərkibli) və seysmik fəaliyyətlə, eləcə də Yer qabığının kəskin şaquli hərəkətləri və parçalanmış relyeflə səciyyələnir. Bunlar qədim geosinklinal əyalətlərin geoantiklinal qalxımlarının və ya dağ silsilələrinin analoqu hesab edilir.
Sədd adalar
Sədd adalar (Baryer adalar) — sahilə paralel uzanan, ensiz və uzun formaya malik olaraq əsasən qumdan ibarət olan ada. Adəti üzrə bu adalarda zəncirvari şəkildə bir necə və yaxudda onlarla adanın bir istiqamət üzrə düzülməsini müşahidə etmək olar. Bu tip adaları eni və uzunluğu sahilin quruluşu, axınlar, dalğanın güçü, dənizin səviyyəsi və suxurun tərkibindən asılıdır. Onlar bəzən 100 kilometrlərlə uzana bilir. Dünyada ən uzun və enli sədd adası Padredir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Odalar Məscidi
Odalar Məscidi — ya da Kemankeş Mustafa Paşa məscidi, əvvəllər Konstantinopol Müqəddəs Məryəm Kilsəsi İstanbulda bir Osmanlı məscidi idi. Otaqlar öz adlarını 18-ci əsrdə yaxınlıqda yerləşən yenicərilərin yaşayış məskənlərindən almışdır. Məlumdur ki, mahiyyət etibarilə Bizans dövrünə aid pravoslav kilsəsi olan bu bina ilk dəfə 1475-ci ildə İstanbulun fəthindən sonra 1640-cı ildə məscidə çevrilənə qədər Müqəddəs Məryəmə ithaf edilmiş katolik kilsəsi kimi fəaliyyət göstərmişdir. . 1919-cu ildə baş verən yanğın nəticəsində ciddi ziyan görən məscid zamanla xarabalığa çevrilib. 2011-ci ildə müasir tikililər arasında itən bəzi divarlardan başqa binadan heç nə qalmadı.
Dalar pallenis
Dalar pallenis - (lat. Pallenis spinosa) == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 35-60 (70) sm olan, gövdəsi düz, yuxarıdan qalxanvari budaqlı, tüklü bitkidir. Kökyanı yarpaqları uzunsovkürəkvari, saplağa daralır, gövdəyanı yarpaqları isə uzunsov-lansetvari, kənarları xırda diş-dişlidir. Səbətlərinin eni 13 mm, çoxsaylı deyillər. Sarğısı əsasından seyrəktüklü, xarici yarpaqcıqları lansetvari, ucu tikanlı, səbətlərdən xeyli böyükdür və ulduzvari sərilmişdir. Çiçəkaltlığı uzunsov, qayıqvari, ucu bizdir. Dilcikləri dar xəttvari, açıq sarı rəngdədir. Qıraqdakı toxumcaları 3 mm uzunluqda, ellipsvari, enli qanadlı, ortadakılar isə xırda, sıxılmış 3 tərəflidir. == Yayılması == BQ Quba sahəsinin dağətəyi və aşağı dağ qurşağlarında yayılmışdır. Kolluqlarda, quru və tullantılı yerlərdə bitir.
Adalar arası dəniz
Adalar arası dəniz — halqavari şəkildə adalarla ( və ya qayalıqlarla) əhatələnmiş və okeanın digər hissələrindən ayrılmış dənizlərə deyilir. Adalar arası dənizlərin böyük qismi Malay arxipelaqına daxil adaların arasında yerləşir. Adalar arası dənizlər: Filippin dənizi, Yava dənizi, Banda dənizi, Sulavesi dənizi, Solomon dənizi, Daxili Yapon dənizi, Aki dənizi, Sulu dənizi, Bismark dənizi, Halmahera dənizi, Mindanao dənizi, Koro dənizi, İrland dənizi və s. Geostruktur baxımından çağdaş Geosinknal bölgələrdə yerləşir.
Aldabra (adalar qrupu)
Aldabra adaları — Xarici Seyşel adalarının bir hissəsidir. Aldabra qrupu adaların cənub-qərbində, Mae adasında yerləşən paytaxt Viktoriyadan 1000 kilometr (620 mil) məsafədə yerləşir. == Əhali və ərazi == Qrupda 3 məskubnlaşılmış və 1 məskunlaşılmamış ada var. Hazırda əsas yaşayış məskəni böyük bir hərbi bazanın inşasının davam edildiyi Assampşen adasında yerləşir. Digər kənd isə Aldabradakı Aldabra Araşdırma Stansiyasıdır. Yalnız 2 nəfərdən ibarət olan ən kiçik kənd Astov adasındadır. Menai adasında isə tərk edilmiş kənd, Kosmoledo yerləşir. Aldabra adalar qrupunun ümumi sahəsi 180,03 km²-dir.
Bədalan (Xoy)
Bədalan (fars. بدلان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Demoqrafiya == === Əhali === 2006-cı il məlumatına görə kənddə 569 nəfər (110 ailə) yaşayır. === Dil və din === Kənd əhalisi Azərbaycan türklərindən ibarətdir. Əsas ünsiyyət vastəsi azərbaycancadır. Əhali islam dininin şiə məzhəbində etiqat edir.
Texnogen qəzalar
Texnogen qəza (ing. Industrial disaster) — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Vəfadar Eminov
Vəfadar Eminov (tam adı: Vəfadar Osman oğlu Eminov; 1 may 1966, Kirəç Muğanlı, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olmuşdur. 1983-cü ildə doğulduğu Kirəc-Muğanlı kəndində məktəbi bitirmiş, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Universitetdə axşam şöbəsində oxuyur, 1 nömrəli tikiş fabrikində isə fəhlə işləyirdi. == Qanlı Yanvar faciəsi == Yanvarın 23-də təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralı dostuna baş çəkib və yaralılara vurulmaq üçün qan vermişdir. Xəstəxanadan çıxıb "Olimp" mağazasına tərəf piyada düşərkən güllələnmişdir. Şahidlərin sözlərinə görə, onlar Vəfadara güllələnəcəyi yerdən keçməməyi desələr də, Vəfadar həmin yerdən keçməyə çalışmışdır. Vəfadarın sön sözü müxtəlif mənbələrdə müxtəlif cür qeyd edilsə də ("Yaşamaq istəyirəm, sağalacağammı?", "Ölmək istəmirəm.", "Ölürəm, qoymayın."), son sözü ilə ölmək istəmədiyini bildirmişdir. Lakin atılan güllə qaraciyərə dəymiş, nəticədə Vəfadar 4 litr qan itirmiş, 3 litr qan vurulsa da, aldığı xəsarətdən vəfat etmişdir. Həlak olandan sonra cibindən çıxan sənədlər bunlardır: tələbə bileti, qiymət kitabçası, cib dəsmalı, pencəyinin düyməsi, "Qarabağ" siqareti (maraqlıdır ki, o, siqaret çəkməyib), "Azadlıq" qəzetinin ikinci nömrəsi və 30 qəpik pul.
Vəfadar Quluzadə
Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001, Bünyadlı, Beyləqan rayonu – 3 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vəfadar Rzayev
Vəfadar Əziz oğlu Rzayev (d. 20 sentyabr 1933, Xızı, Azərbaycan SSR, - ö. 21 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı == Həyatı == Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub. Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb. 1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb. 1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub. 1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb. 1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub. Qeyd edək ki, mühim dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.