Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xudaverdi Abbasov
Xudaverdi Abilov
Xudaverdi Cəbiyev
Xudaverdi Salman oğlu Cəbiyev — Sosialist Əməyi Qəhrəmanı 1886-cı ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1932-1965-ci illərdə kənddəki Əzizbəyov adına kolxozda sıravi kolxozçu olmuşdur. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1965-ci ildə İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmışdır. 1975-ci il iyul ayının 3-də Bico kəndində vəfat etmişdir.
Mirzə Xudaverdi Zərgər
Xudaverdi Xan kəndi (Urmiya)
Xudaverdi Xan kəndi (fars. خداوردي خان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 211 nəfər yaşayır (60 ailə).
Xudaverdili
Xudaverdili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Xudaverdili. Cəbrayıl qəsəbə inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə qonşu Hacılı kəndindən köçüb gəlmiş Xudaverdi adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Firuz Xudaverdiyev
Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002). == Həyatı == Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar. Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb. == Teatr səhnəsində ifa etdiyi rollar == Mingəçevir Dövlət Dram Teatrı(1969-1976) Fuad ("Almaz", Cəfər Cabbarlı) Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov) Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun) Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) Akademik Milli Dram Teatrı(1976-2017) Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə) Qoca ("Fitnə", Abdulla Şaiq) Əsgər ("Maqbet", Uilyam Şekspir) Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov) N.Kokin ("Daşqın", A. Safronov) Çolaq ("Yad adam", L. Frank) 1-ci polis ("Səhra yuxuları", Anar) Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan", İlyas Əfəndiyev) Mola ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri) Hans ("Gecənin sirri", A. Safronov) 1-ci Qanun ("İblis", Hüseyn Cavid) Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) Aşpaz Abbas ("Sehrli alma", Y. Lada) 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov) Qulam ("Aydın", Cəfər Cabbarlı) Həkim ("Kəllə", Nazim Hikmət) Molla ("Brüsseldən məktublar", Həsən Həsənov) Reynaldo ("Hamlet", Uilyam Şekspir) Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Hüseyn ("Dirilən adam", Mir Cəlal) Müəllim ("Nazirin xanımı", Branislav Nuşiç) Yaşlı kişi ("21:15 qatarı", Toyqun Orbay) Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə) Xristian İvanoviç Gibner ("Müfəttiş", Nikolay Qoqol) == Filmoqrafiya == Kişilər (film, 1979) Mənim günahım (film, 1985) Ordan-burdan (film, 1987) Pəncərədə işıq (film, 1987) Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini "Fransız" (film, 1995) Bağdada putyovka var... (film, 2000) Qeybdən gələn səs (film, 2002) Dəvətnamə (film, 2003) Sonuncu şahid (film, 2004) Cavid ömrü (film, 2007) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim! (film, 2008) Vəkil hanı? (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: baba) Bir ovuc torpaq (teleserial, 2013) Ümid işığı (film, 2014) Azərbaycan tarixinin parlaq epizodları.
Fəqan Xudaverdiyev
Fəqan Xudaverdiyev (şəhid)
Fərda Xudaverdiyev
Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ssenarist, aparıcı, rejissor və şoumen. == Həyatı == Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Kamal Xudaverdiyev
Kamal Ağahüseyn oğlu Xudaverdiyev (3 may 1938 – 23 aprel 2008) — Azərbaycan Respublikasının xalq artisti (1991). Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri. Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb. == Həyatı == Xudaverdiyev Kamal Ağahüseyn oğlu 3 may 1938-ci ildə Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində aşağıdakı rolları oynayıb: Raul («Orlean qızı» Fridrix Şiller), Fərman («Yalan» Sabit Rəhman), Lətif («Söz yarası» Qeybulla Rəsulov), Aslan («Kəndçi qızı» Mirzə İbrahimov), Laert («Hamlet» Vilyam Şekspir), İbad («Almaz» Cəfər Cabbarlı), Aslan («Kəndçi qızı», Mirzə İbrahimov), Otar («Qəribə oğlan»), Kamandar («Bağlardan gələn səs»), Kərim bəy («Tənha iydə ağacı»), Knyaz («Xurşidbanu Natəvan», İlyas Əfəndiyev), Maqduf («Maqbet», Vilyam Şekspir) Kral Lir («Kral Lir», Vilyam Şekspir), Denni («Qızıl», Y.O`Nil), Sezar («Kölgələrin oyunu», Y. Edlis), Şah Edip («Şah Edip», Sofokl), Çingizxan («Sokratı anma gecəsi», Ç. Aytmatov və M. Şahanov), Loğman («Yollara iz düşür»), Ulu əcdad («Hara gedir bu dünya?»), Salman Tahirov («Cəzasız günah»), Aqşin («Dar ağacı», Bəxtiyar Vahabzadə), Süpürgəçi («Ah Paris.. Paris…», Elçin), Murtuza Muxtarov («Mesenat», Əli Əmirli). Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar ifa etmişdir: İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy), Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi), Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Karlen Xudaverdiyev
Karlen Xudaverdiyev (tam adı: Karlen İsgəndər oğlu Xudaverdiyev; 27 may 1935, Bakı – 10 may 2012) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Karlen İsgəndər oğlu Xudaverdiyev 1935-ci il mayın 27-də Qərbi Azərbaycanın Vedinin Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub. 1943-1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxuyub. 1951-1953-cü illərdə Ucar şəhər orta məktəbində oxuyub və oranı qızıl medalla bitirmişdir. 1953-1958-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1958-1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində aspiranturada oxuyub. 1962-ci ildə «İkinci tərtib qeyri-xətti hiperbolik tənliklər üçün qarışıq məsələnin Furye metodu ilə həlli» mövzusunda namizədlik disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1973-ci ildə «Qeyri-xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışıq məsələlər nəzəriyyəsinə dair» mövzusunda doktorluq disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adı alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir 1958-ci ildən 2012-ci ilə qədər BDU-da çalışmışdır. 10 may 2012-ci ildə vəfat edib.
Mahmud Xudaverdiyev
Mahmud Əhməd oğlu Xudaverdiyev (19 iyul 2001; Dardoqqaz, Zaqatala rayonu — 14 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Xudaverdiyev 2001-ci il iyulun 19-da Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. 2007-2016-cı illərdə Sumaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mahmud Xudaverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mahmud Xudaverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mahmud Xudaverdiyev oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Dardoqqaz kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Xudaverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xudaverdilər
Xudaverdilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xudaverdilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Əlibala Xudaverdiyev
Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Mahmud Xudaverdiyev (Azərbaycan)
Mahmud Əhməd oğlu Xudaverdiyev (19 iyul 2001; Dardoqqaz, Zaqatala rayonu — 14 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Xudaverdiyev 2001-ci il iyulun 19-da Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. 2007-2016-cı illərdə Sumaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mahmud Xudaverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mahmud Xudaverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mahmud Xudaverdiyev oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Dardoqqaz kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Xudaverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mahmud Xudaverdiyev (Tacikistan)
Mahmud Xudaverdiyev (tacik :Махмуд Худойбердиев; 18 oktyabr 1964 – ehtimal ki, 2001) — Tacikistanda üsyançıların lideri. O, əvvəlcə Tacikistan prezidenti Emoməli Rəhmonun müttəfiqi olsa da, sonralar müxalifətçi olmuşdur. Xudaverdiyev Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Sovet Ordusunun keçmiş mayorudur. O, həmçinin Tacikistan ordusunun birinci briqadasının komandiri vəzifəsində çalışmışdır. == Həyatı == 1964-cü il oktyabrın 18-də Qorqontəpə şəhərində inşaatçı ailəsində anadan olmuşdur. O, yarı özbək və yarı tacikdir. 1985-ci ildə Almatı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirdikdən sonra Əfqanıstanda Sovet qoşunlarının məhdud kontingentinin tərkibində 70-ci Əlahiddə Mühafizə Motorlu Atıcı Batalyonunun 1-ci motoatıcı batalyonunun kəşfiyyat taqım komandiri kimi xidmət etmişdir. O, bu əsnada yaralanmışdır. 1990-cı ildə Tacikistana getmişdir. Xudaverdiyev Sovet İttifaqının yenidən qurulmasını dəstəklədiyini bildirmişdir.