Mahmud Əhməd oğlu Xudaverdiyev (19 iyul 2001; Dardoqqaz, Zaqatala rayonu — 14 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mahmud Xudaverdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dardoqqaz, Zaqatala rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Dardoqqaz |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Mahmud Xudaverdiyev 2001-ci il iyulun 19-da Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub.[1]
2007-2016-cı illərdə Sumaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Mahmud Xudaverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mahmud Xudaverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Mahmud Xudaverdiyev oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Dardoqqaz kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Xudaverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]