Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.
Endrü Yan
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir. 2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir. == Həyatı == Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. == Təxəllüsü == Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Vilson Yan
Vilson Yan (23 sentyabr 1979) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vilson Yan Kanadanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yan silsilə
Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə, Azərbaycanda ən hündür nöqtəsi Şahdağ zirvəsidir (4243 m). == Məzmun == Ayrı-ayrı massivlərdən ibarətdir. Hündürlüyü Bəzi yerlərdə 5000 m.-dən artıqdır. Qafqazın ən yüksək zirvəsi olan Elbrus (5642 m.) buradadır. Azərbaycandakı hissəsi Şahdağdan (4243 m.) başlayaraq şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m.) qurtarır. Cənubda Qaytarqoca, Vorofto və s. silsilələri ilə Baş Qafqaz silsiləsindən ayrılır. Baş Qafqaz silsiləsindən başlayaraq çaylarla (Qusar, Qudyal, Qaraçay, Ataçay və s.) platolara (Şahdag, Qızılqaya, Buduq və s.) bölünmuşdur. Oronim "kənar, yan tərəf, qıraq" mənasındadır.
Yan Salaka
Yan Sen
Yan Sen (16 avqust 1975) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Sen Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub.
Yan suayrıcı
Yan suayrıcı (rus. боковой водораздел, ing. lateral divide, secondary divide) — eyni çayın qolları arasında yerləşən ikinci dərəcəli suayrıcı.
Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur. 1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər. “Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.
Yan Çikker
Yan Çikker (slovak. Ján Cikker; 29 iyul 1911[…], Banska Bistritsa – 21 dekabr 1989[…], Bratislava) — müasir Slovakiya klassik musiqisinin aparıcı eksponenti olan Slovakiya bəstəkarı. Slovakiya Milli Artisti, Herder mükafatı və IMC-UNESCO Beynəlxalq Musiqi Mükafatı ilə mükafatlandırılmışdır. == Həyatı == Çikker keçmiş Avstriya-Macarıstanda, bugünkü Slovakiyada, Banska Bistritsa şəhərində anadan olub. Onun ilk musiqi müəllimi anası Mariya Psotkova və Uilyam Fiqus-Bistri idi. Orta məktəbi bitirdikdən sonra, 1930-cu ildən 1935-ci ilə qədər Praqa Konservatoriyasında oxumuş və orada Yarkoslav Kriçkanın bəstəkarlıq və orkestra kurslarına qatılmışdır. 1935-1936-cı illərdə Praqa Konservatoriyasının Magistr Peşə Liseyində oxudu, burada Vitezslav Novakın tələbəsi oldu. Daha sonra Vyanaya köçdü, 1936-1937-ci illərdə Feliks Veynqartner ilə birlikdə təhsil aldı. 1939-1949-cu illərdə Bratislava Konservatoriyasında dərs demişdir. 1945-1948-ci illərdə Slovak Milli Teatrı operasının repertuar məsləhətçisi olmuşdur.
Yan çayı
Yan çayı (serb. Јањ) — Balkanlardan axan çay. Çay Bosniya və Herseqovinanın bir hissəsi olan Serb Respublikası ərazisində yerləşir. Pliva çayının sağ qolunu təşkil edir. Yan həmcinin coğrafi, tarixi və bir mədəni bir vilayət adıdır. Burada Şipovo icması yerləşir == Çay == Yan çayı Şipovo icmasına daxil olan Babiça və Stroisa kəndləri arasındakı ərazidən başlayır. Mənbə 612 m yüksəklikdə yerləşir. Yuxarı axarlarda dərinliyi 200 metr olan kanyondan axır. Şipov şəhərinin şimalından axır. Şəhərdən 9 km aralıda çay Yan adalarını əmələ gətirir.
Yan Şefl
Yan Şefl (10 may 1990) — Çexiyalı üzgüçü. Yan Şefl Çexiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Yan Şefl birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.09 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 28-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Yan Sibelius
Yan Sibelius (d. 8 dekabr 1865 – ö. 20 sentyabr 1957) — XIX əsrin sonu ilə XX əsrin başlanğıcında klassik musiqi tarixində adı keçmiş qiymətli Finlandiyalı bəstəkar. Musiqisi Finlandiyanın milli şəxsiyyətində böyük rol almışdır. == Həyatı == Sibelius Hämeenlinnada Finlandiyanın Rus Böyük Dükalığında İsveçli bir ailənin oğlu olaraq dünyaya gəldi. Atası Christian Sibelius şəhərin həkimi, anasının adıysa Maria idi. Ailəsi arasında Janne olaraq bilinməsinə baxmayaraq, şagirdlik illərində dənizçiliklə məşğul olan əmisinin gətirdiyi yığınla kartla adının Fransızda deyildiyi kimi Yanı istifadə etməyə başladı. Yan daha 2 yaşındaykən atası tifodan həyatını itirdi. Bu kədər daha sonra iqtisadi çətinlikləriylə davam etdi. Atası həyatdaykən heç bir zaman əlindəki pulu yaxşı bir şəkildə xərcləməmiş, bu ailənin geriyə qalan üzvlərinin Marianın anasına aid bir evə daşınmasına səbəb olmuşdu.
Yan Siesierski
Yan Siesierski (8 Mart 1899 – 20 Fevral 1987) — Polşalı aktyor. O, 1938-ci il ilə 1981-ci il arasında 35-dən çox film və televiziya şousunda rol oynamışdır.
Yan Sobieski
Yan III Sobieski (17 avqust 1629[…] – 17 iyun 1696[…]) (Polyak: Jan III Sobieski, Latin: Ioannes III Sobiscius ; 17 Avqust 1629 – 17 Iyun 1696) 1674-cü ildən ölümünə (1696) qədər Polşa kralı və Reç Pospolitanın Böyük Knyazı olmuşdur. Polyak zadəgan ailəsində anadan olan Sobieski, Yagelloniya Universitetində təhsil almış və gəncliyində Avropanı gəzmişdir. Bir əsgər və daha sonra komandir olaraq, Xmelnitski Üsyanında, Rus-Polşa Müharibəsində və İsveç işğalı dövründə döyüşlərdə iştirak etmişdir. Sobieski, Osmanlı İmperiyasına qarşı müharibə əsnasında hərbi qüdrətini nümayiş etdirmiş və Polşa və Litvada hörmətli, lider bir şəxsiyyət kimi özünü göstərmişdir. 1674-cü ildə Kral Michaelın gözlənilməz ölümündən sonra Polşa-Litva Birliyinin monarxı seçildi. Sobieskinin 22 illik hakimiyyəti, əvvəlki münaqişələrin qarışıqlığından sonra çox ehtiyac duyulan Birliyin sabitləşmə dövrü oldu. Rəiyyətləri arasında populyar olan, 1683-cü ildə Vyana Döyüşündə Türklər üzərində qazandığı zəfərlə məşhur olan bacarıqlı bir hərbi lider idi. Məğlub olan Osmanlılar Sobieski'yi "Lehistan Aslanı" adlandırdılar və Papa onu "Qərbin xilaskarı" olaraq alqışladı. Sonrakı yaşlarında xəstəlikdən əziyyət çəkən Sobieski, 1696-cı ildə öldü və Krakovdakı Wawel kral qəsrində dəfn edildi. Onun yerinə Polşa və Saksoniya kralı II Augustus gəldi.
Yan Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. == Həyatı == Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. == Karyeradan əvvəl == Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Yan Streys
Yan Yansen Streys (nid. Jan Jansen Struys, 1630 — 1694) — XVII əsr Niderland səyyahı. == Həyatı == Yan Streys (1630-1694) holland dənizçisi və səyyahı idi. Səyyah Dağıstanda Qaytaq hakimi tərəfindən əsir alınmış, 1670-1672-ci illərdə qul sifəti ilə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərində yaşamışdır. O, vətənə qayıdandan sonra «Ecazkar, olduqca başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avropa ölkələrində 25 dəfədən artıq çap edilmişdir. Yan Streysin əsərində Dərbənd, Şamaxı, Ərdəbil şəhərlərinin memarlıq baxımından vəziyyətinə, maarifin inkişaf səviyyəsinə aid məlumatlar vardır. Onun Ərdəbildəki Şeyx Səfi kompleksi barədəki fikirləri də maraqlıdır.
Yan Svub
Yan Svub (20 fevral 1990) — Çexiyalı peşəkar kişi BMX velosipedçisi. Yan Svub Çexiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yan Svub 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.338 saniyəlik nəticəsi ilə 61-ci yeri tutdu.
Yan Teemant
Yan Teemant (est. Jaan Teemant; 24 sentyabr 1872 – 23 iyul 1940, Tallin) — Estoniya dövlət xadimi. == Təhsil == Volost məmurunun katibinin ailəsində dünyaya gəlmişdir. Uşaqlığı valideynlərinin ferma aldığı Kohila yaxınlığında keçmişdir. Hüqo Treffner özəl gimnaziyasını, sonra Peterburq Universitetinin hüquq fakültəsini bitirib (1901). Tartu Universitetinin fəxri hüquq doktoru (1932) olmuşdur. == İnqilabi fəaliyyəti və həbsi == Reveldə (indiki Tallinn) vəkil köməkçisi idi. 1904-1905-ci illərdə Revel şəhər dumasının üzvü idi. 1905-ci ildə inqilabi hadisələrdə fəal iştirak etdi, 1905-ci ilin dekabrında Tartuda Ümumestoniya Xalq Nümayəndələri Məclisinin sədri seçilir, Yuryev (indiki Tartu) Universitetinin akt zalında "aula məclisinə" rəhbərlik edir. İsveçrəyə mühacirət etmək məcburiyyətində qalır, hərbi vəziyyətə görə qiyabi ölümə məhkum edilir.
Yan Tinberqen
Yan Tinberqen (nid. Jan Tinbergen; 12 aprel 1903, Haaqa, Niderland — 9 iyun 1994, Haaqa, Niderland) — Niderland iqtisadçısı. 1969-cu ildə Raqnar Friş ilə birlikdə ilk dəfə olaraq İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin Raqnar Frişlə birlikdə ekonometrikanın qurucularından hesab olunan və zəif inkişaf etmiş ölkələrdə iqtisadi planlama mövzusunda apardığı tədqiqatlarla məşhurlaşmış bir iqtisadçıdır. == Həyatı == Beş uşaqlı bir ailənin ilk övladı idi. Demək olar ki, bütün ailə üzvləri elm sahəsində öz sözünü demiş insanlardı. Atası orta məktəbdə dil bilgisi üzrə müəllimdi. Yan Tinberqenin yazdığı əsərlərin sadə dildə olmasında da atasının xüsusi təsiri vardı. Ailəsindən təsirlənərək onda da siyasi maraq formalaşmışdı. O, ilk əvvəl Sosialist Gənclər Təşkilatına, daha sonra isə Sosial Demokrat Partiyasına qoşuldu.
Yan Tvardovski
Yan Tvardovski (1 iyun 1915, Varşava – 18 yanvar 2006[…]) — polşalı şair və keşiş. == Həyatı == Yan Tvardovski 1915-ci ildə Varşavada doğulub. 1935-ci ildə Varşava Universitetinə daxil olan Tvardovski 1939-cu ildə müharibənin başlanması səbəbindən təhsilini dayandırıb. Müharibədən sonra, 1945-ci ildən Varşava İlahiyyat Seminariyasında oxuyub, 1948-ci ildən rahiblik edib. Elə həmin illərdən ədəbi yaradıcılıqla məşğul olub. Tvardovskinin dini inanc onun poeziyasına böyük təsir göstərib. 18 yanvar 2006-cı il tarixində vəfat edib.
Yan Tyersen
Yan Tyersen (23 iyun 1970, Brest (Fransa)) — fransız musiqiçidir. Onun musiqi karyerasını studiya albomları, müşayiətlər və film musiqiləri təşkil edir. Onun musiqisinə müxtəlif növ musiqi alətləri aiddir: ilk növbədə gitara, sintizator, skripka, eləcə də piano melodika, ksilofon ,klavesin, akkordeon, daktilo, orqan, saksofon, violençel, bandjo, şeypur, klarnet, fleyta, sinc, vibrafon, marimba. == Həyatı və karyerası == === İlk illər: 1970-1992 === Yann Tyersen 1970-ci ildə, Fransanın şimal qərbindəki Britanne hissəsindəki Finisterdə yerləşən Brestdə, Norveç və Belçika mənşəli fransız ailəsində anadan olub. O, 4 yaşında piano, 6 yaşında skripkada ifa etməyi öyrənməyə başlayıb və Renne, Nantekilər də daxil olmaqla bir neçə musiqi akademiyalarında klassik dərslər alıb. 1980-ci illərin əvvəllərində,yeniyetməlik vaxtı punk mədəniyyətindən təsirlənib və Stooges, Joy Division kimi rok qruplara həvəs göstərib. 13 yaşında skripkasını sındırıb, elektro gitara alıb, rok qrup yaradıb. Daha sonra Rennedə yaşayıb və ora musiqi karyerası üçün mükəmməl yer olub. Bir neçə il sonra qrupu dağılıb və o da sintizator, sempler və barabanla solo karyerasına başlayıb. === Yüksəliş və təntənə: 1993-2000 === Öz adı altında filmlər üçün musiqi yazmamışdan əvvəl ilk öncə tamaşalar və qısa filmlər üçün fon musiqilər yazdı.
Yan Vermeer
Yohannes və ya Yan Vermeer (oktyabr 1632[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…] – 15 dekabr 1675[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…]) — gündəlik həyatı təsvir edən tabloları ilə tanınan hollandiyalı barokko rəssamı, holland rəssamlığının qızıl dövrünün nümayəndəsi. Vermeer həyatı boyunca müvəfəqiyyətli rəssam kimi tanındı. Nisbətən çox az tablo çəkdiyi və ölümündən sonra arvadı və uşaqlarına borc qoyduğu üçün zəngin bir adam kimi xatırlanmır.
Tan Çi Yan
Yan Son-Man
Yan Son-Man (17 avqust 1985) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Son-Man Şimali Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yan Son-Man Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Yan van Eyk
Yan van Eyk (nid. Jan van Eyck; təq. 1390[…] – 9 iyul 1441, Brügge) — erkən intibah dövründə fəaliyyət göstərmiş flamand rəssamı, portret ustadı, dini mövzuda yüzdən artıq əsərin müəllifidir. Qardaşı və müəllimi rəssam Hubert ban Eyk (1370—1426) olmuşdur.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
Yan Van-der-Vaals
Yan Van-der-Vaals (nid. Johannes Diderik van der Waals; 23 noyabr 1837[…], Leyden – 8 mart 1923[…], Amsterdam) – "Qazların və mayelərin vəziyyət tənliyi üzrə tədqiqatlarına görə" 1910-cu ildə Fizika üzrə Nobel mükafatını qazanmış niderlandlı nəzəri fizik. == Həyatı == === İlk illəri və təhsili === Yan Van-der-Vaals 23 noyabr 1827-də Hollandiyanın Leyden şəhərində anadan olub. Yakob Van-der-Vaals və Elizabet Van-den-Berqin 10 övladının böyüyü idi. Atası ixtisasca dülgər idi. Bir qayda olaraq, XIX əsrdə fəhlə ailələrinin uşaqları orta məktəbi bitirənmirdilər və uyğun olaraq, Universitetdə oxumalarına belə icazə verilmirdi. Bunun əvəzinə, o, "Qabaqcıl İbtidai Təhsil Məktəbi"ndə təhsil aldı və 15 yaşında həmin məktəbi bitirdi. Sonra ibtidai məktəbdə müəllim stajyeri oldu.1856–1861-ci illərdə kurslara qatıldı və ibtidai sinif müəllimi və baş müəllim olmaq üçün lazımi kvalifikasiyalara yiyələndi. 1862-ci ildə Leyden Universitetində riyaziyyat, fizika və astronomiya mövzusunda keçirilən mühazirələrə qatılmağa başladı. 1863-cü ildə Alman hökuməti yeni tipli məktəblər (HBS) açdı.
Yan Yosten van Lodensteyn
Yan Yosten van Lodensteyn (nid. Jan Joosten van Lodensteyn; 1556, Delft, Hollandiya qraflığı – 1623, Cənubi Çin dənizi) və ya yapon dilindəki adı ilə Yayosu (耶楊子) – Yaponiyaya gəlmiş ilk hollandlardan biri. == Həyatı == Yan Yosten van Lodensteyn 1556-cı ildə Hollandiyanın Delft şəhərində doğulmuşdur. O, 1600-cü ildə ikinci şturman kimi Niderlanda məxsus "Liefde" gəmisi ilə birlikdə səyahətə çıxmışdır. Gəmi yolda zədəli vəziyyətə düşmüş, Sakit okeanı keçərək Yaponiyanın Kyuşu adasına çatmışdır. Yan Yosten, ingilis şturman Vilyam Adams və digər sağ qalanlar Tokuqava İeyasu tərəfindən qarşılanmışdır. O və Vilyam Adams İeyasunun məsləhətçiləri və dostları olmuşdurlar. Yan Yostenə İeyasu tərəfindən Edo ərazisində iqamətgah bağışlanmış, daha sonra yapon qadınla ailə həyatı qurmuşdur. Ona xarici ticarətlə məşğul olma icazəsi verilmiş, Hiradoda holland fabrikinin qurulmasından sonra holland tacirlərlə şoqunluq arasında əlaqələndirici şəxs olmuşdur. Yan Yosten Niderlanda qayıtmaq ümidi ilə Yaponiyadan ayrılmış və Yava adasında yerləşən Bataviya şəhərinə çatmışdır.
Rəhim Yar Xan
Rəhim Yar Xan — Pakistanın Pəncab əyalətində şəhər.Pakistanın ən böyük 17-ci şəhəridir.Rəhim Yar Xan rayonun inzibati-mərkəzidir.Şəhərin rəhbərliyi doqquz Birlik Şurasına bölünür.1881-ci ildə Bahavalpurlu Nəvab şəhərə tək oğlu Rəhim Yar Xanın adı verdi.
Törə Zeynalova
Törəxanım Zeynalova (1895, Bakı – 1974, Bakı) — aktrisa. == Həyatı == Törəxanım Zeynalova 1895-ci ildə Bakıda İçərişəhərdə dünyaya gəlib. Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Amma Törə xanım özünü aktrisa kimi də sınamış, filmlərdə epizodik rollara çəkilmişdir. O, filmdə özünü, öz hislərini oynayırdı. Onun ən yaddaqalan obrazı "Uşaqlığın son gecəsi" filmindəki nənə obrazıdır. == Filmoqrafiya == Bakılılar (film, 1938) Əsl dost (film, 1959) Gün keçdi (film, 1971) Kəndlilər (film, 1939) Qaraca Qız (1966) Qızıl qaz (film, 1972) Mollanın sərgüzəşti (film, 1960) Poçt qutusu (film, 1967) Şərikli çörək (film, 1969) Torpaq. Dəniz. Od.
Yörg Rossopf
Yörg Rossopf (22 may 1969) — Qərbi Almaniyanı və Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yörg Rossopf Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Yörg Rossopf Almaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Yörg Rossopf Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Yörg Rossopf Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Yörg Rossopf Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Əlixan Törə
Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ) — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular. 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar. == Həyatı == Əlixan Törə Karabaltada digər mənbələrə görə (indi Qırğızıstanda) Tokmak şəhərində dindar bir ailədə anadan olmuşdur. Buxara mədrəsəsində yüksək dini təhsil almışdır. İlahiyyat biliklərinə görə ətrafdakılardan "Törə" ləqəbini almışdır.
Yörq Rossopf
Yörg Rossopf (22 may 1969) — Qərbi Almaniyanı və Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yörg Rossopf Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Yörg Rossopf Almaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Yörg Rossopf Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Yörg Rossopf Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Yörg Rossopf Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. == Vyetnam müharibəsi == Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Böre
Börü (başqurdca: Börö, rus.
York
York — Böyük Britaniyada, İngiltərədə şəhər.
Yoru
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Tyan Şan dağları
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Çan Van Hıonq
Çan Van Hıonq (vyet. Trần Văn Hương, tı-nom 陳文香) (1902, Vinlonq[d] – 27 yanvar 1982, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, Vyetnam Respublikasının prezidenti və baş naziri. == Həyatı == İki dəfə Sayqonun meri seçilmişdir. 1960-cı ildə Nqo Din Zyemin prezidentliyi dövründə dövlət başçısını tənqid edən Karavel Manifestini imzaladığına görə həbs olunmuşdur. Bununla belə, o, prezident Nqonun öldürülməsi nəticəsində çevrilişin iştirakçılarını da tənqid edərək, bunu həyata keçirən generalların heç bir istedadı, mənəvi keyfiyyətləri və siyasi dəstəyi olmadığını qeyd etmişdir. 1965-ci ildə ABŞ-nin təzyiqi ilə prezident Nquyen Khan Ali Milli Şuranı çağırmış, burada Hıonq Vyetnam Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilmişdir. Bu zaman Sayqon və Vaşinqton Şimali Vyetnama qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırırdılar, lakin bu, cənubda sabitlik tələb edirdi. 1965-ci ilin yanvarında hökumət hərbi xidmətə çağırış müddətini uzatmış və bu, tələbələr və buddistlər arasında kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə hökumət könüllü olaraq istefa vermiş və hakimiyyəti Fan Hui Kuatın başçılıq etdiyi kabinetə vermişdir. O, 1967-ci il prezident seçkilərində 10% səs toplamışdır.
What More Can I Give
What More Can I Give (isp. Todo para ti) - Pop musiqisinin kralı Maykl Cekson tərəfindən yazılmış və 2001-ci il 11 sentyabr terror aktlarına həsr edilmiş mahnı.Mahnı ən məşhur müğənnilərdən ibarət qrup tərəfindən ifa edilmiş və Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnı iki dildə ingilis dili və ispan dilində ifa edilmişdir.İspan dilində sözlərin müəllifi Rubén Bladesdir.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Bora Van
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.