Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yeger
Yeger (alm. Jäger‎ – hərf. ovçu, atıcı) — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa, Prussiya və Avstriya ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur.
Yever
Yever (alm. Jever‎) — Almaniyada Aşağı Saksoniya torpaqlarında yerləşən şəhər, rayon mərkəzi. Yever şəhəri Friziya rayonunun tərkibinə daxildir. Əhalusu 13 932 nəhərdir (31 dekabr 2010-cu il tarixinə). Sahəsi 42,13 kv. km.-dir. Rəsmi kodu - 03 4 55 007 == Tarixi == XVI əsrə kimi Yever şəhəri frizlərin tayfa mülkü olmuşdur. Yerli əhali feodalizmin nə olduğunu bilmirdi və orta əsrlərdə Baltik və Şimal dənizlərində fəaliyyət göstərən dəni quldurlarından ibarət "Vitali qardaşları"na həvəslə daxil olurdular. Sonuncu yerli hakimlərindən biri ölümündən bir qədər əvvəl, 1511-ci ildə Yever şəhərini bu şərtlə Şərqi friz hakimi Edzarda vəsiyyət etdi ki, o, öz oğlunu onun qızı ilə evləndirsin. Edzardın ölümündən sonra onun oğlu Mariya Yeverski ilə evlənməkdən imtina etdiyinə görə şəhər əhalisi onun nümayəndələrini şəhərdən qovdular.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Maykl Ceter
Michael Jeter (26 avqust 1952[…] – 30 mart 2003[…], Los-Anceles, Kaliforniya) Green Road, Water World (Su dünyası) və Number King Buddy (Rəqəmlər kralı Buddi) kimi filmlərdəki rolları ilə tanınan bir Amerikalı aktyor və səsləndirmə aktyorudur.
Peter Ouane
Peter Ouane (4 aprel 1998, Kinşasa) — Liqa 2 təmsilçilərindən olan "Şatoru" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Ouane Renn klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 9 may 2018-ci ildə Ouane Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Ouane peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Ouane Kinşasa şəhərində anadan olmuşdur. Valideynləri Konqo vətəndaşlarıdır. O, kiçik yaşlarında Fransaya köçmüşdür. Ouane Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmiş və 2015 FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Fransa U-18 millisinə dəvət almışdır.
Peter Palotaş
Peter Palotaş (27 iyun 1929 – 17 may 1967; ) — MTK Budapeşt klubu və Macarıstan millisinin heyətində hücümçü mövqeyində çıxış etmiş macar futbolçu. 1950-ci illərdə Qüdrətli macarlar adlanan komandanın ikinci dərəcəli üzvü olmuş və Ferents Puşkaş, Zoltan Tsibor, Şandor Koçiş və Nandor Hideqkuti kimi oyunçularla birgə çıxış etmişdir. Palotaş dərin mərkəz hücumçusu mövqeyində oynayan ilk oyunçulardan idi və 1955-ci ildə o, Çempionlar Kuboku turnirinin oyununda ilk het-trik edən oldu. 1959-cu ildə ürək xəstəliyinə görə oyunçu karyerasını başa vurdu. 17 may 1967-ci ildə həmən səbəbdən vəfat etdi. == Klub karyerası == Palotaş karyerası boyunca təkçə MTK Budapeştin şərəfini qorudu. Lakin bu müddət ərzində klub bir neçə dəfə adını dəyişdirmişdir. 1949-cu ildə Macarıstan kommunist dövlətə çevriləndə MTK gizli polisin əlinə keçdi və klubun adı "Textiles SE" oldu. Sonradan klubun adı ilk öncə "Bástya SE", sonra "Vörös Lobogó SE" oldu və nəhayət yenə köhnə MTK adına qayıtdı. Bu qarışıqlığa baxmayaraq 1950-ci illər klub üçün uğurlu dövr kimi keçdi və məhz "MTK"-nın heyətində Palotaş Nandor Hideqkuti və məşqçi Marton Bukovi ilə birgə dərin mərkəz hücumçusu mövqeyini təcrübədə tətbiq etmişdi.
Peter Pazman
Peter Pazman (mac. panaszi Pázmány Péter; lat. Petrus Pazmanus; alm. Peter Pazman‎; slovak. Peter Pázmaň; 4 oktyabr 1570[…] – 19 mart 1637[…], Bratislava) — tanınmış filosof, ilahiyyatçı, kardinal, ədəbi təndiqçi və dövlət xadimi olan macar yezuit. O, Macarıstan Krallığında Kontrreformasiyanın ən nümayəndələrindən biri idi. Peter Pazmanın ən əhəmiyyətli irsi onun macar ədədi dilini yaratmasıdır. 1867-ci ildə Vyanada Pazmanitenqass küçəsi onun şərəfinə adlandırıldı. == Bioqrafiyası == === Erkən həyatı === Pazman 1570-ci ildə Macarıstan Krallığının Transilvasiya əyalətinin Oradya bölgəsində anadan olmuşdur. Təhsilini də orada almışdır.
Peter Pokornı
Peter Pokornı(8 avqust 2001, Slovakiya) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Trençin === Pokornı Trençin akademiyası vasitəsilə inkişaf etmişdir. 14 yaşı olarkən o, Trençin U-16 komandasına çağırılmışdır. Pokornı Trençin klubunda 2015-ci ilin iyun ayında Ayın Gənc Futbolçusu mükafatına layiq görülmüşdür. 2012-ci ildən verilən mükafatı qazandıqdan sonra Pokornu əsas komandaya dəvət almışdır. === Liferinq === Pokornı 18 noyabr 2017-ci ildə Red Bull Zalsburq klubu ilə 2022-ci ilin may ayına kimi müqavilə imzalamışdır. Pokornı öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Vorvats Steyr klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Nikola Stoşiç ilə əvəz olunmuşdur. Avstriya Birinci Liqası görüşündə Liferinq rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 5 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Peter Akinlabi
Peter Akinlabi (28 avqust 1973) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Akinlabi Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Peter Akinlabi Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Peter Bartşi
Peter Bartşi (d. 23 dekabr 1935) — İsveçrəli keçmiş üzgüçü. Peter Bartşi İsveçrəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Peter Bartşi birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.9 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Peter Bence
Peter Bence (macar dili: Péter Bence; 5 sentyabr 1991, Debretsen) — macar pianoçusu, bəstəkar və musiqi istehsalçısıdır. 500 milyondan çox video hit toplayan "Despacito" (Fonsi / Yankee / Ender), Maykl Cekson , Queen və Sianın fortepiano aranjımanları ilə çox populyarlıq qazandı. Onun hər zaman ən çox izlədiyi videosu "Despacito" nun canlı ifasıdır. == Həyatı == Peter Bence, pianoda erkən yaşlarında ifaya başladı və Motsart, Şopenin musiqisindən güclü təsirlənərək ilk dəfə 7 yaşındak kompozisiyasını bəstələdi. 2002-ci ildə, 11 yaşında ilk musiqisini "Yaşıl musiqi" adlandıran ilk solo fortepiano albomunu nəşr etdi. 2008-ci ildə "Nightfall" adlı ikinci albomunu buraxdı. 2009-cu ildə səsləndirilən Fibonacci Sequence əsasında hazırlanmış "Piano Piece" kompozisiyası üçün vərəq musiqisi bir çox pianoçu tərəfindən tələb edildi. Müəllimlər və həmyaşıdları tərəfindən musiqili bir prodigy hesab edildi və hələ ibtidai məktəbdə oxuyarkən Debreçendəki Franz Liszt Musiqi Universitetində qəbul edildi. Yeniyetməlik illərində Peter kino musiqisinə, xüsusən onun üçün yeni bir dünya açan və özünü musiqi ilə daha da araşdırmağa vadar edən Con Willyamsın musiqisinə böyük maraq göstərməyə başladı. Macarıstanda klassik fortepiano və kompozisiya təhsili aldıqdan sonra, ABŞ-da Berkli Musiqi Kollecində bir film rejissoru və fortepiano ixtisası üzrə bir magistr kimi təhsilini davam etdirdi.
Peter Cekson
Peter Cekson (22 oktyabr 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Cekson Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 29-cu pillənin sahibi olub. Daha sonra Peter Cakson Yeni Zelandiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Peter Cakson Yeni Zelandiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Peter Eyzin
Peter Eyzin (çuvaşca: Петĕр Эйзин, pasportda: Pyotr Yeqoroviç Dmitriyev, 1 sentyabr 1943, Enexmet[d]) — çuvaş şairi, tərcüməçisi, Rusiya Yazıçılar Birliyinin üzvü. == Həyatı == Peter Eyzen 1 sentyabr 1943-cü ildə Çuvaşıstan Respublikasının Alikovsk rayonu, Enexmet kəndində anadan olmuşdur. 1965-ci ildə İ.Y.Yakovlev adına Çuvaşiya Dövlət Pedaqoji İnstitutunun (indiki Çuvaşiya Dövlət Pedaqoji Universitetinin) tarix-filologiya fakültəsini bitirmişdir. 1967-1968-ci illərdə Krasnoarmeysk rayon qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor vəzifələrində çalışmışdır. 1968-2005-ci illərdə Çuvaşiya Kitab Nəşriyyatında korrektor, redaktor,şöbə müdiri, baş redaktor vəzifələrində işləmişdir. 2005-2008-ci illərdə “Doğma Volqa” («Тӑван Атӑл») dərgisində poeziya bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. Hazırda Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Fəaliyyəti == === Yaradıcılığı === Peter Eyzen bədii yaradıcılığa 1962-ci ildə başlamışdır. İndiyədək onun on kitabı nəşr olunmuşdur.
Peter Farmer
Peter Farmer (1941–2017) — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Farmer 1941-ci ildə Luton şəhərində anadan olmuşdur. Farmer 2010-cu ildə Prix Benois de la Danse Ömürlük Nailiyyət mükafatını qazanmışdır.
Peter Qutyan
Peter Sattmann
Peter Sattmann (26 dekabr 1947, Svikkau[d], İşğal Almaniyası) — Alman aktyor və musiqiçi. "Le Grand Secret" fransız-alman birgə istehsal televiziya miniseries-də əlaçı oldu. Aktrisa qızı Paula Rimann evliliyindən aktrisa Katya Rimann ilə anadan olub. == Filmoqrafiyası == 1993 : Charlemagne, le prince à cheval (TV) 2009 : ''Lass es Liebe sein (TV) 2009 : ''Mia und ihre Schwestern (TV) 2009 : Hochzeitsreise nach Marrakesch (TV) 2010: Vater aus heiterem Himmel 2011: Löwenzahn – Das Kinoabenteuer 2011: Die Samenhändlerin 2011: Tante Inge haut ab 2012: Zu schön um wahr zu sein 2012: Mann tut was Mann kann 2013: Die Erfinderbraut 2013: Danni Lowinski 2013: Utta Danella – Wer küsst den Doc? 2013: Bella Familia – Umtausch ausgeschlossen 2014: Dora Heldt: Herzlichen Glückwunsch, Sie haben gewonnen! 2014: Bella Casa – Hier zieht keiner aus!
Peter Sellers
Peter Sellers (ing. Richard Henry Sellers, 8 sentyabr 1925-ci il - 24 iyul 1980-ci il) — ingilis komediya aktyoru. Daha çox Pink Panter filmlərindəki "Müfəttiş Clouseau", "Doctor Strangelove, ya da bombadan qorxmamağı necə öyrəndim və onu sevdim" filmində oynadığı üç ayrı rola və Lolita (1962) filmində " Clare Quilty" rolları ilə tanınır. 1972-ci ildə Alisa möcüzələr ölkəsində filminə çəkilmişdir. Axırıncı filmi olan Being there filmində uşaq saflığına malik olan "Bağban Chance" rolu ilə o günə kimi oynadığı bütün obrazlardan fərqli bir iş yaratdı. Həmişə gülməli obrazlar yaradan atkyor bu rolla necə güclü dram oynaya bildiyini də göstərmişdi. == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Peter Stamm
Peter Stamm (18 yanvar 1963, Münsterlingen[d], Turgau[d]) — yazıçı, jurnalist. == Həyatı və yaradıcılığı == 1963-cü ildə İsveçrədə anadan olmuşdur. Ticarət təhsildən sonra ingiliscə öyrənməyə başlasa da, sonra bir neçə semestr psixologiya, psixopatologiya və iqtisadi informatika üzrə oxumuşdur. Paris, Nyu-York və Skandinaviya ölkələrinə uzunmüddətli səfərləri olmuşdur. 1990-cı ildən isə sərbəst yazar və jurnalist olaraq çalışır. İsveçrə alman radiosu, Bremen radiosu və qərbi alman radiosu üçün çoxlu proqramlar hazırlamışdır. Bir teatr tamaşası, müxtəlif kitablara resenziyalar yazmışdır. 1997-ci ildən isə "Ədəbiyyat naminə məzəmmət" ədəbi jurnalının redaktorudur. "Agnes" (1998) adlı romanına görə 1999-cu ildə Rauris Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2018-ci ildə "Dünyanın sakin biganəliyi" kitabıyla yenidən mükafat qazandı.
Peter Stormare
Peter İnqvar Rolf Storm (27 avqust 1953[…]). isveçli aktyor. Atasının adı Teolinda, anasının adı isə Renato Stormdur. Əsl adı Peter İnqvar Rolf Storm olan sənətçi aktyorluq akademiyasının başqa bir tələbəsi ilə eyni soyadlı olduğunu başa düşəndə soyadını dəyişdirmişdir. Retep Mrots adı ilə bağlı tələbi rədd edildikdən sonra, o, Stormare soyadını götürmüşdür.
Peter Vays
Peter Vays (alm.
Peter Verigin
Peter Verigin (rus. Веригин, Пётр Васильевич; 11 iyul 1859, Slavyanka, Tiflis quberniyası – 29 oktyabr 1924) — Rus əsilli filosof, aktivist və Duxoborlar təriqətinin əsas dini liderlərindən biri. == Həyatı == === Zaqafqaziyada === Peter Verigin 1859-cu ilin 12 iyul tarixində Rusiya imperiyasının Tiflis quberniyasına daxil olan Yelizavetpol qəzasının Slavyanka kəndində anadan olmuşdur. Slavyanka kəndi 1840-cı illərdə Rusiya və Ukrayna ərazisindən buralara köçürülümüş etnik təriqətçilər tərəfindən salınmışdır. Həmin təriqətçilərin formalaşdırmış olduğu duxoborlar tərqitənin əsas mərkəzlərindən biri də, Slavyanka kəndi olmuşdur. Kənd sakinlərinin dediklərinə görə, Peter Veriginin atası olmuş, Vasili Verigin savadsız bir şəxs osla da, kənd bələdiyyəsinin başçısı seçildikdən sonra kənd ərazisində bir sıra talançılıq və despotik hərəkətlər törətmişdir. 1882-ci ildə Lukerya duxoborların yaşadığı Slavyanka kəndini ziyarət edir və burada varlı ailədən olan gənc Pyotr Veriginlə tanış olur. O zaman Veriginin cəmi 25 yaşı var idi və o, evli idi. Lakin buna baxmayaraq, Lukerya ona öz katibi olmağı və Qorelovka kəndinin icma mərkəzinə köçməyi təklif edir. Pyotr razılaşır və qısa müddətdə Kalmıkovanın sağ əlinə çevrilir.
Peter Vetzlar
Peter Vetzlar (d. 27 fevral 1997) — Zimbabveli üzgüçü. Peter Vetzlar Zimbabveni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Peter Vetzlar birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.08 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 59-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Peter Şelte
Peter Şelte - Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan dünyanın ən iri yük gəmisi. Cənubi Koreyadan ilk səfərinə çıxan gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir. == Haqqında == Eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən Peter Şelte 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir. == Digər sifariş == Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 min ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Peter Şmeyxel
Peter Bolesław Schmeichel (dan. Peter Schmeichel; 18 noyabr 1963[…], Gladsaxe[d], Danimarka paytaxt bölgəsi[d]) — Danimarkalı keçmiş qapıçı. O, aktiv olduqda dünyanın ən yaxşı qapıçılarından biri sayılırdı. Xüsusilə son dəqiqələrdə qolları ilə tarixə düşüb. Onun oğlu Kasper Şmeyxel hazırda Leicester City FC-ın qapıçısıdır."Mançester Yunayted"-ə 505 min funt sterlinqə transfer edilib. Bayern Münhen - Mançester Yunayted oyununda Çempionlar Liqasının kubokunu məhz komandasına özü qazandırmışdı. Mançester tərəfdarları üçün ən böyük futbolçulardan biridir.Pelenin hazırladığı ən yaxşı 100 oyunçu-un da siyahısındadır. Peter Şmeyxel hazırda təqaüdçüdür və Discovery Channel-də çalışır.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Yəhər
Yəhər — Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. == Yəhərin növləri == Palan - Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi samanla dolu primitiv yəhər.
Hande Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. == Həyatı == Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. == Kariyerası == İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. === 2000–2003-cü illər === 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Handə Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. == Həyatı == Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. == Kariyerası == İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. === 2000–2003-cü illər === 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Qətər Dövləti
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qətər Fondu
== İstinadlar ==
Qətər bayrağı
Qətər bayrağı — Qətərin Dövlət bayrağı
Qətər coğrafiyası
== Sahəsi və sərhədləri == Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir. Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85 km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl- Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir. Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80 km-dir.
Qətər gerbi
Qətər gerbi (ərəb. شعار قطر‎‎; ing. State of Qatar) — Qətərin dövlət rəmzlərindən biri. == Haqqında == Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan Qətər şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub Bu ölkənin dövlət rəmzləri: Qətər bayrağı, Qətər gerbi və Qətər himnidir. Çevrə (və ya dairə) formasında olan Qətər gerbindəki sarı dairədə iki iç-içə keçmiş ağ əyri qılınc vardır. Qılıncların arasında iki xurma ağacı olan bir adanın yanında mavi və ağ dalğalarda üzən bir gəmi var. Dairə üfüqi olaraq bölünən yuvarlaq bir obyektlə əhatə olunmuşdur. Ağ bölmədə Qətər dövlətinin adı qara kufi xətti ilə yazılmış, tünd qırmızı rəngli bölməsində isə ingiliscə Qətər dövləti sözü ("ing. State of Qatar") yazılmışdır.
Qətər himni
"Əmirə səlam" (ərəb. السلام الأميري‎‎) — Qətər dövlət himni.
Qətər iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin "neft erasından" bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin "taleyini" əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə ən yeni texnika və avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. "Neft dolları" adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə və dövlətin digər ehtiyaclarına istiqamətləndirilir.
Qətər rialı
Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir. == Tarixi == 28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi. Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı.
Qətər şəhərləri
== Həmçinin bax ==
Qətər Əmirliyi
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.