AYYAR-UYYAR
AZARGƏZDİRƏN
OBASTAN VİKİ
Aza
Aza (Ordubad) Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə. Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Aza (Ordubad)
Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə.
Aza (hökmdar)
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı. Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim.
Aza Rəhmanova
Aza Həsən qızı Rəhmanova (rus. Аза Гасановна Рахманова; 17 sentyabr 1932, Bakı – 18 noyabr 2015, Sankt-Peterburq) — Azərbaycan əsilli sovet və Rusiya həkim-infeksionisti, HİV-infeksiya və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri (1986–2001), Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti (1984-cü ildən ömrünün sonunadək), tibb elmləri doktoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi (1998). O, Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi. "QİÇS. Seks. Sağlamlıq" (rus. СПИД. Секс. Здоровье) jurnalının təsisçisi və baş redaktoru, "HİV infeksiya və immunosupressiyalar" (rus. ВИЧ-инфекция и иммуносупрессии) jurnalının isə baş redaktorunun müavini olub. 11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqaləsinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir. Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub.
Aza körpüsü
Aza körpüsü — Ordubad rayonunun Aşağı Aza kəndində yerləşən qədim körpü. == Tarixi == Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587–1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir.
Aza kəsilişi
Aza kəsilişi Naxçıvan MR Ordubad rayonunun ərazisində təşəkkül tapmış paleosen-alt eosen çöküntülərinin mötəbər kəsilişlərindən biridir. Foraminifer faunası və nannoplanktonla zəngin olan bu çöküntü qatı Aza kəndinin ətraflarında üzə çıxır və Ordubad riftogen qatlamının paleosen-alt eosen dəstəminin istinad kəsilişi kimi qəbul edilmişdir.
Aza piri
Aza piri — Ordubad rayonunda, Aşağı Aza kəndinin şimal-şərqində orta əsrlərə aid ziyarətgah. == Haqqında == Pirin içərisindəki kitabə və ətraf qəbiristanda qalmış kitabələr tarixi əhəmiyyətli abidə kimi diqqəti cəlb edir. Pirin keçmiş görkəmindən, yəni orada mövcud olmuş binalardan əsər əlamət qalmamışdır. Aşkar olunmuş üç qoç daşdan ikisi yazısızdır, başı sınmış üçüncü abidənin yan tərəflərində ərəbcə kitabədə yazılmışdır: "Onun sahibi Səfərdir. Səkkiz yüz yetmiş yeddinci il (1472/73)". Pirin giriş qapısının sağ və solundakı iki məzar daşı inşaat materialı kimi işlənmişdir. Daşların çoxu hörgüdə qalmışdır. Tədqiqatlar nəticəsində vaxtilə pirin ətrafında qəbiristanlıq olduğu aydınlaşdırılmışdır. İçəridə qəbirüstü sinə daşının üzərində həkk olunmuş çatma tağlı taxça hissəsində kitabə motivi – Qurandan ayələr, aşağı hissədə isə süls elementli nəsx xəttilə ərəbcə kitabədə "… əzəmətli … mömin … Mövlana Şəmsəddin Məhəmməd səkkiz yüz doxsan ikinci il zilhiccə ayında fani dünyadan əbadi dünyaya köçdü…". Zilhiccə 892 (18.
Aza rayonu
Aza rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Aza kəndi olmuşdur. Aza rayonuna 11 kənd daxil idi. == Tarixi == 1921-ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Aza rayonu Yuxarı Aza, Aşağı Aza, Kələntər Dizə, Der, Baş Dizə, Sumbatan Dizə, Qoşadizə, Düylün, Düylün Dizə, Gilançay və Dəstə kəndlərini əhatə etmiş və 1930-cu ildə təşkil olunan Ordubad rayonunun tərkibinə daxil edilmişdir.
Aşağı Aza
Azadkənd (əvvəlki adı: Aşağı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Aza kəndi Azadkənd adlandırılmışdır. Düzənlikdədir.Araz və Gilançayın birləşdiyi ərazidə yerləşir. Oykonim "Aşağıda yerləşən Aza kəndi" mənasındadır. 2003-cu ildən kəndin adı Azakənd kimi rəsmiləşdirilmişdir..Kənddə əsasən əkinçilik,meyvəçilik və maldarlıq inkişaf etmişdir. Kənddə 510 yerlik məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi fəaliyyət göstərir. == Tarixi == == Əhalisi == Əhalisi 1095 nəfərdir.
Mannalı Aza
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı. Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim.
Aza (Türk mifologiyası)
Aza (kənd, Ordubad)
Aza (əvvəlki adı: Yuxarı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsinin mərkəzi Yuxarı Aza kəndi Aza kəndi adlandırılmışdır. == Tarixi == Aza Ordubad rayonunun Aza inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın ən qədim Şəhərlərindən olan Azanın adındandır. Bu Şəhər Culfa Şəhərinin 20 km.-liyində, Gilançayın sahilində idi. Müxtəlif mənbələrdə Aza, Azar, Azat, Azad adı ilə təqdim edilən bu obyekt kicik Şəhər kimi təsvir olunur. Həmin Şəhərin yerində indi Aşağı və Yuxarı Aza adlı iki kənd var. Qədim türk dillərində aza "kicik, kiçildilmış" mənalarında işlənmışdir. Beləliklə, Aza oykonimi "kicik yaşayış məntəqəsi" deməkdir. Qəsəbənin yerləşdiyi ərazinin keçmış adı Uluçaydır.
Aza (qədim şəhər)
Aza — Azərbaycanda qədim şəhər. Culfa şəhərinin 20 kilometrliyində, Gilançayın sahilində yerləşirdi. İran tarixçisi Həmdullah Qəzvini (1281–1350) və başqaları Aza haqqında məlumat vermişlər. Aza ilə Ordubad rayonunda yerləşən indiki Aza kəndinin adları və coğrafi mövqeləri arasında əlaqə var. Azanın şimal-şərqindəki qədim qəbiristanlıqda pir, qoyun formalı qəbirüstü daş, minarə mövcuddur. Orta əsrlərdə Azada sənəkarlıq, ticarət, üzümçülük, şərabçılıq inkişaf etmişdi. Azanın monqol hücumları zamanı tənəzzül etdiyi ehtimal olunur.
Aza (qəsəbə, Ordubad)
Aza — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aza qəsəbəsi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Aza yaşayış yeri
Аzа yаşаyış yеri — Аzа kəndinin şimаlındа, Gilаnçаyın sоl sаhilində, hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеri hər tərəfdən dаşdаn hörülmüş divаrlаrlа əhаtə оlunmuşdur. Lаkin divаrlаrın əksər hissəsi uçub dаğılmışdır. Divаr qаlıqlаrı yаlnız аbidənin cənub hissəsində, Gilаnçаyın sаhilində sаlаmаt qаlmışdır. Qаlаnın içərisindəki binаlаr tаmаmilə dаğılmışdır. Tikinti qаlıqlаrınа əsаsən, оnlаrın dаşdаn və möhrədən tikildiyini dеmək оlаr. Аbidənin ərаzisindən аşkаr оlunаn yеrüstü mаtеriаllаr Оrtа əsrlərin Еrkən və inkişаf еtmiş dövrünə аiddir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini III-XIX əsrlərə аid еtmək оlаr. Yаşаyış yеri tərk еdildikdən sоnrа оnun bir qismindən qəbiristаnlıq kimi istifаdə оlunmuşdur.
Aza (Şah Abbas) körpüsü
Aza (Şah Abbas) körpüsü - Ordubad rayonunun Aza və Darkənd kəndlərini birləşdirən körpüdür. == Tikinti materialı və memarlıq quruluşu == Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından beş aşırımlı şəkildə inşa edilmiş və zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatan körpünün uzunu 46 paqonometr, eni 3,5 metrdir. Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların-aşırımların oturacaqları təbii özüllər-qayalar üzərində hörüldüyü üçün tağlar arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğakəsən düzəldilmişdir. Böyük İpək yolu ilə hərəkət edən ticarət karvanlarının işini asanlaşdıran, onların rahatlığını təmin edən bu körpü Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində inşa edilmişdir. Bu yollarla şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının sahibləri keçdikləri ərazilərin malları ilə yanaşı Naxçıvan bölgəsinin məhsullarını da, o cümlədən duz, quru meyvə, sənətkarlıq məhsulları, xam ipək, ipək məhsullarını və s. də alıb aparır getdikləri ölkələrdə satırdılar . == Kitabəsi == Körpü zamanın sınaqlarına mətanətlə sinə gərərək əsasən salamat qalsa da, müəyyən vaxtlarda təbii fəlakətlər və tarixi hadisələr nəticəsində dağıntılara məruz qalmış, sonralar bərpa olunmuşdur. Belə bərpa işlərindən biri XIX yüzilliyin ortalarında aparılmışdır. Bu haqda vaxtılə onun üzərində ərəb-fars və rus dillərində qoyulmuş kitabələr məlumat vermişdir .
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilən ən yüksək fəxri adı — Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı almış şəxslərin siyahısıdır.
"Ağdamın azad olunmasına görə" medalı
"Ağdamın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Ağdamın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Kəlbəcərin azad olunmasına görə" medalından sonra taxılır.
"Belqradın azad edilməsinə görə" medalı
"Belqradın azad edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Cəbrayılın azad olunmasına görə" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Cəbrayılın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Suqovuşanın azad olunmasına görə" medalından sonra taxılır.
"Füzulinin azad olunmasına görə" medalı
"Füzulinin azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Füzulinin azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Xocavəndin azad olunmasına görə" medalından sonra taxılır.
"Kəlbəcərin azad olunmasına görə" medalı
"Kəlbəcərin azad olunmasına görə" medalı — İkinci Qarabağ müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycanın dövlət təltifi. == Təltif edilən şəxslər == "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. == Təltif edən orqan == "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti təltif edir. == Taxılma qaydası == "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Şuşanın azad olunmasına görə" medalından sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca KƏLBƏCƏR, aşağı qövs boyunca 15 NOYABR 2020 sözləri yazılmışdır. 15 NOYABR 2020 sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. KƏLBƏCƏR sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlərin siyahısı
"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlərin siyahısı məqaləsində Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların adları yer alır. == 29 dekabr 2020 == == 24 iyun 2021 == == 5 noyabr 2021 == Bu tarixdə təltif edilən bütün hərbi qulluqçular, ölümündən sonra təltif ediliblər.
"Laçının azad olunmasına görə" medalı
"Laçının azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Laçının azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Ağdamın azad olunmasına görə" medalından sonra taxılır.
"Praqanın azad edilməsinə görə" medalı
"Praqanın azad edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Qubadlının azad olunmasına görə" medalı
"Qubadlının azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. Səttarov Anar Balarza oğlu == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Qubadlının azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Zəngilanın azad olunmasına görə" medalından sonra taxılır.
"Suqovuşanın azad olunmasına görə" medalı
"Suqovuşanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Suqovuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Döyüşdə fərqlənməyə görə" medalından sonra taxılır.
"Varşavanın azad edilməsinə görə" medalı
"Varşavanın azad edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Xocavəndin azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Xocavəndin azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəbrayılın azad olunmasına görə" medalından sonra taxılır.
"Zəngilanın azad olunmasına görə" medalı
"Zəngilanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Zəngilanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Füzulinin azad olunmasına görə" medalından sonra taxılır.
"Şuşanın azad olunmasına görə" medalı
"Şuşanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Şuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda deyilir: Maddə 1. Təltif edilən şəxslər "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Qubadlının azad olunmasına görə" medalından sonra taxılır.
AZAL
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
AZAL-ın marşrut şəbəkəsi
Azərbaycan Hava Yollarının marşrut şəbəkəsi — AZAL aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir.
AZALJET
AZALJet — Azərbaycan Hava Yollarına məxsus aşağı büdcəli brend. 2016-cı il martın 27-sində yaradılan "AZALJet" brendi "Azərbaycan Hava Yolları"nın (Azal) 3,5 saata qədər olan reyslərini həyata keçirir. == Uçuş istiqamətləri == "AZALJet" aşağı büdcəli hava şirkəti 10-dan çox beynəlxalq uçuşlar həyata keçirir. == AZALJET"in donanması == "AZALJET" brendi altıda uçuşlar "Azərbaycan Hava Yolları"-nın hazırkı donanmasındakı E170, E190, A319, A320, B757 təyyarələri ilə həyata keçirilir.
AZAL Bakı PFK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. == Adları == AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) == Tarix == "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
AZAL PFK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. == Adları == AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) == Tarix == "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
AZAL stadionu
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Adil Azay
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Adil Azayev
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Adnan Azar
Adnan Azar, (1956 – 10 yanvar 2014, Ankara), Türk şair. TED Qeysəriyyə Kollecini və Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Arxeologiya ixtisasını bitirmişdir. Bir müddət Orta Doğu Texniki Universiteti`ndə Sosial Elmlər üzrə oxumuşdur. Şeirləri "E", "Göstəri", "Şeir-lik", "Yarın", "Yazko Ədəbiyyat", "Varlıq" kimi dərgilərdə dərc olunmuşdur. 1981-ci ildə "Akademiya Kittabevi Şeir Başarı Mükafatı"na layiq görülmüşdür. 10 yanvar 2014-cü ildə uzun müddət müalicə aldığı ağciyər xərçəng xəstəliyindən həyatını itirdi.
Albert Azaryan
Albert Vağarşakoviç Azaryan (erm. Ալբերտ Վաղարշակի Ազարյան; rus. А́льберт Вагарша́кович Азаря́н; 11 fevral 1929[…], Böyük Qarakilsə – 5 sentyabr 2023, İrəvan) — SSRİ bədii gimnastı, məşqçisi, beynəlxalq dərəcəli hakim (1970). Əməkdar idman ustası (1954). Ermənistan SSR əməkdar məşqçisi (1966). Ermənistan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi (1967). Üçqat olimpiya çempionu, dördqat dünya çempionu, ikiqat Avropa çempionu, on birqat SSRİ çempionu. == Həyatı == Albert Vağarşakoviç Azaryan 11 fevral 1929-cu ildə Böyük Qarakilsədə anadan olmuşdur. O, 1956-cı ildə Ermənistan Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. halqalarla hərəkətdə ikiqat Olimpiya çempionu (1956, Melburn; 1960, Roma), komanda çempionatında (1956), komanda çempionatında Olimpiya gümüş mükafatçısı (1960, Roma).

Digər lüğətlərdə