Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəli Əsmətov
Vəli Əsmətov(azərb. Vəli Yadulla oğlu Əsmətov‎; 2 iyun 1963, Çay Üzü, Yardımlı rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1995), tibb elmləri doktoru (2006), professor (2009), farmakologiya kafedrasıın professoru (2009), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (1992). == Həyatı == Vəli Yadulla oğlu Əsmətov 2 iyun 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-ci ildə Çayüzü kənd orta məktəbinin birinci sinfinə getmiş, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I-müalicə profilaktika fakültəsinə daxil olmuşdur. Elə həmin ildə də öz istəyi ilə hərbi xidmətə getmişdir. 1981–1984-cü illərdə keçmiş Sovetlər Birliyinin nəzarətində olan Qarşılıqlı İqtisadi Yardım Şurasına daxil olan Avropa Dövlətlərinin ərazisində kəşfiyyatçı kimi hərbi xidmətdə olmuşdur. 1984–1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə profilaktika fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Ali təhsil aldığı illərdə yüksək intellekti ilə fərqləndiyinə görə, V kursda oxuyan zaman Respublikada keçirilən terapiya olimpiadasının qalibi olub və bu uğur onun Semferepol şəhərində keçirilən Ümumittifaq terapiya olimpiadasına göndərilməsi ilə nəticələnib. Ümumittifaq olimpiadanın qalibi olması onun gələcək koryerası üçün bünövrə olub.
Əsmətxanım Məmmədova
Əsmətxanım Məmmədova — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, şərqşünas alim, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti. == Həyatı == Məmmədova Əsmətxanım Bəyəhməd qızı 1941-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə C. Cabbarlı adına 187 nömrəli məktəbi əla qiymətlərlə bitirib və BDU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1963-cü ildə III kursda oxuyarkən "Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər" məruzəsinə görə Moskva Dövlət Universitetinin Fəxri fərmanı və fəxri tələbə bileti ilə təltif edilib. 1965-ci ildə universiteti bitirən Ə. Məmmədova Elmi Şuranın qərarı ilə kafedrada saxlanılıb, 1966-cı ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Onun 2007-ci ildə nəşr olunan "Fars dilində vurğu" eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. "Fars dilinin orfoqrafiyası" kitabı bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Alimin "Lətifələr, yumoristik hekayələr və tapmacalar" adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birgə) çap olunan dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Ə. Məmmədova bir sıra jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir. Uzun illər pedaqoji təcrübəyə malik Əsmətxanım Məmmədovanın 150-yə yaxın məqaləsinin Azərbaycanda və xaricdə çap olunmuşdur. Xüsusi ilə vurğulamaq lazımdır ki, onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsinin İranda müxtəlif dillərdə 4 dəfə çap olunmuşdur.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Əsmə
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. == Bioqrafiya == Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub. 1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib. Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. == Karyerası == Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.
İsmət Abasov
İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), İqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini. == Həyatı == İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur. İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur. 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi. İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.
İsmət Axundov
İsmət Axundov — azərbaycanlı rəssam, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Mirzə Qədim İrəvaninin nəticəsi, Münəvvər xanımın oğlu. == Həyatı == İ.Axundov 1925-ci ildə anadan olmuşdur, orta təhsilini İrəvanda almış, sonradan Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Bədii fondun direktoru olmuşdur (1972-ci ilə kimi). Əsasən peyzaj janrında çalışmışdır. İçəri şəhər, Şamaxıya həsr olunmuş əsərləri xüsusi maraq doğurur.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu. 1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır.
İsmət Hacıyev
İsmət Şölət oğlu Hacıyev (20 yanvar 1993; Quba, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Hacıyev 1993-cü il yanvarın 20-də Quba şəhərində anadan olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == İsmət Hacıyev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan İsmət Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Hacıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İsmət Məmmədov
İsmət Hikmət oğlu Məmmədov (2 avqust 1993; Kürdəmir rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Məmmədov 1993-cü il avqustun 2-də Kürdəmir rayonunun Sor Sor kəndində anadan olub. Ailəli idi. 2 yaşlı Dəniz adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İsmət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Məmmədov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunun Sor Sor kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmət Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmət Namazov
İsmət Nüsrət oğlu Namazov (17 iyul 1996, Mahmudlu, Şəmkir rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Namazov 1996-cı il iyulun 17-də Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2002–2013-cü illərdə Y. Əsgərov adına Mahmudlu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İnci və Tunar adında iki övladı yadigar qaldı. == Hərbi xidməti == İsmət Namazov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmət Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. İsmət Namazov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İsmət Nəcəfov
İsmət Məhəmməd oğlu Nəcəfov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Qax rayonunun Sarıbaş kəndində anadan olub. 1940-cı ildə Qax orta məktəbinə daxil olmuş, 1950-ci ildə həmin məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və universitetdə Lenin təqaüdü ilə oxumuşdur. 1955-ci ildə ADU-nu fizika ixtisası uzrə fərqlənmə diplomu ilə bitirmiş və 1956-cı ildə Moskva Dövlət Universitetinin nəzəri fizika ixtisası uzrə aspiranturasına daxil olmuşdur. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Evlidir, İki övladı var. == Təhsili, elmi dərəcə və elmi adları == 1950–1955-ci illərdə Bakı Dövlət Universiteti fizika fakültəsinin tələbəsi. 1956–1959-cu illərdə MDU-nun aspirantı. 1959-cu ildə MDU-da "Tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması proseslərində polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
İsmət Qayıbov
İsmət İsmayıl oğlu Qayıbov (8 oktyabr 1942, Kirovabad – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. == Həyatı == === Erkən illəri === İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar (II) soyundandır. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirir. 1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilir. === Prokurorluq fəaliyyəti === 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir.
İsmət Qurbanov
İsmət Firuz oğlu Qurbanov (22 aprel 1998; Şəmkir rayonu, Azərbaycan — 4 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Qurbanov 1998-ci il aprelin 22-də Şəmkir rayonunun Varlı Həyat kəndində anadan olub. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ismət Qurbanov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan İsmət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Qurbanov noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmət Səttarov
İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. == Həyatı == İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur. 2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib. 2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir. İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir. Evlidir, bir övladı var.
İsmət İmanov
İsmət Qismət oğlu İmanov (2 aprel 1998, Ərəbmehdibəy, Ağsu rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İsmət İmanov 2 aprel 1998-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2004-2015-ci illərdə almışdır. İsmət orta məktəbi bitirdikdən sonra 2016-cı ilin 4 aprelində hərbi xidmətə yollanmışdır. Bu müddətdə Qazax rayonunda ön cəbhədə xidmət etmişdir. 2017-ci ilin oktyabr ayında hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsindən sonra ölkədə qismən səfərbərlik elan olundu. İsmət İmanov da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmışdır. Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində 29 sentyabr 2020-ci ildən etibarən könüllü əsgər kimi iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
İsmət İnönü
Mustafa İsmət İnönü (türk. Mustafa İsmet İnönü; 24 sentyabr 1884[…], İzmir, Aydın vilayəti – 25 dekabr 1973[…], Ankara) — Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. Etnik kökən olaraq kürd olan İsmət İnönü Bitlisli Kürümoğulları nəslindən olmuşdur. "Kürümoğulları" mənşə etibarilə türk-oğuz boyu olan "Göklən"lərin törəmələridirlər. Prezident vəzifəsini Mustafa Kamal Atatürkün ölümündən bir gün sonra, 11 noyabr 1938–22 may 1950-ci illər arasında icra etmişdir. Cümhuriyyət Xalq Partiyası konqresi tərəfindən ona "Milli şef" ünvanı verilmişdir. İnönü İstiqlaliyyət müharibəsində iştirak etmiş, Lozanna müqaviləsini imzalamış və dəfələrlə baş nazir vəzifəsini icra etmişdir. 1925–1937 illəri arasında 12 il fasiləsiz baş nazir olmasına baxmayaraq, Türkiyə Cümhuriyyəti tarixinin ən uzun müddətdə: cəmi 17 il 11 aylıq bir müddətdə baş naziri olmuş şəxsdir. Türkiyə Qurtuluş Savaşı dövründəki 1-ci və 2-ci İnönü döyüşlərində göstərdiyi xidmətlərə görə 1934-cü ildə Türkiyədə "Soyadı Qanunu" qəbul edildikdən sonra Mustafa Kamal Atatürk tərəfindən Mustafa İsmət Paşaya İnönü soyadı verilmişdir. == Erkən həyatı və Osmanlı dövrü == İsmət İnönü, 24 sentyabr 1884-cü ildə İzmirdə Rəşid Əfəndi və Cevriyə Təməlli xanımın ikinci oğlu olaraq dünyaya gəlir.
İsmət Əliyev
İsmət Rəşid oğlu Əliyev (1959, Əmirxeyir, Krasnoselsk rayonu) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Apellyasiya Şurasının Sədri. == Həyatı == Əliyev İsmət Rəşid oğlu 1959-cu ildə Ermənistan Respublikasında Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Ailəlidir, iki övladı var. 23 iyul 2015-ci ildə vəfat edən atası professor Rəşid Əliyev uzun illər Azərbaycan Texniki Universitetində İdman kafedrasının müdiri vəzifəsində çalışıb. == Təhsili == 1981-ci ildə fərqlənmə diplomu ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. == Fəaliyyəti == 1981-ci ildən Daxili İşlər orqanlarında xidmət edir. 1981–2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi; Baş dövlət avtomobil müfəttişi; Bölmə rəisi; Təbliğat və təşviqat şöbəsinin rəis müavini; İdarə rəisinin müavini; Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi; Dövlət Yol Polisi İdarəsinin rəis müavini; Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini; 2009–2014-cü illərdə isə DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Əhmət Nurmambet
Əhməd Nurmambet — Dobrucada anadan olmuş Krım tatarı. O, rumın ordusunda xidmət etmişdir. Əhməd Nurmambet tanınmış xalq musiqiləri ifaçısı Qədriyyə Nurmambetn atası və polkovnik Refiyik Qadirin bacısı oğlu olmuşdur. == Həyatı == Əhməd 1893-cü ildə Avstriya-Macarıstanda anadan olmuşdur. Onun dayısı olan polkovnik Refiyik Qadir onu hərbi karyera qurmağa yönəltmiş və 1900-cu ildə Əhməd İaşidəki hərbi məktəbdə təhsil almağa başlamışdır. Bazargicdə o, Kazarnadan olan Pakizə ilə tanış olmuş və onunla 1931-ci ildə evlənmişdir. Bu evlilikdən onların ik övladı olmuşdur: Qədriyyə və Çingiz. Qızı Qədriyyə Nurmambet tanınmış musiqi ifaçıs olmuş və "Dobruca bülbülü" ləqəbi ilə tanınmışdır. Əhməd Nurmambetov 1953-cü ildə vəfat etmişdir. == Karyerası == 1909-cu ildə buradakı təhsilini tamamladıqdan sonra leytenant rütbəsində rumın ordusunun süvari birliklərində xidmət etməyə başlamışdır.
Əlmət rayonu
Əlmət rayonu (tatar. Әлмәт районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənmub-şərqində yerləşir. İnzibati mərkəzi Əlmət şəhəridir. == Coğrafiyası == Rayonun ərazisi 2542.93 km² -dir. Şimaldan Sarman, Zəy və Aşağı Kama, qərbdən Yeni Şimçə və Çirmeşən ilə, cənubdan Leninoqorsk və Buqulma ilə, şərqdə Aznakay rayonları ilə həmsərhəddir. Ərazisinin orta hündürlüyü 200-300 m-dir. Kiçu, Stepnoy Zai və Ursalbaş çayları axır. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Samara əyalətinin Buqulma mahalına, 1930-cu ilə qədər isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna aid idi. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
Əsməd Muxtarova
Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri, "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru. == Həyatı == 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır.
Əxmət Söləymənov
Əxmət Söləymənov (tam adı: Əxmət Möxəmmətvəli ulu Söləymənov; başq. Сөләймәнов Әхмәт Мөхәмәтвәли улы; d. 15 mart 1939, Nəbi, Böryən, Başqırd MSSR, SSRİ – ö. 21 noyabr 2016, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstanın görkəmli folklorşünası. == Həyatı və fəaliyyəti == Əxmət Söləymənov 1939-cu il martın 15-də Başqırdıstandakı Böryən rayonunun Nəbi kəndində kasıb bir ailədə anadan olmuşdur. O, 1957-ci ildə rayon mərkəzindəki orta məktəbi bitirdikdən sonra iki il kolxozda işləmiş; 1958-ci ildə hərbi xidmətə aparılmışdır. Onu diribaşlığına görə hərbi xidmət dövründə tankçılar hazırlayan kursa yazıblar. Nəticədə tank komandiri olmuş, hərbi məktəb bitirməsə də, ali təhsili olmasa da ona zabit rütbəsi verilmişdir. 1961-ci ildə əsgəri xidmətini leytenant rütbəsində başa vurub öz kəndlərinə dönür. Elə həmin il Ufadakı Başqırdıstan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə daxil olmuşdur.
İsmət Büyükataman
İsmət Büyükataman (22 dekabr 1953, Mərzifon, Amasya ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb. 1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub. 1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.
Dixotomik əsmə
Anemonastrum dichotomum (lat. Anemonastrum dichotomum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Əyilgən əsmə
Anemonastrum flaccidum (lat. Anemonastrum flaccidum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Qaymaqçiçəyinəbənzər əsmə
Anemonoides ranunculoides (lat. Anemonoides ranunculoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemonanthea ranunculoides (L.) Gray Anemone nemorosa subsp. ranunculoides (L.) Ces. Anemone ranunculoides L. Pulsatilla ranunculoides (L.) Schrank == Yarımnövləri == Anemonoides ranunculoides subsp. ranunculoides Anemonoides ranunculoides subsp. wockeana (Asch.
Yeni Əlmət (Bakalı)
Yeni Əlmət (başq. Яңы Әлмәт, rus. Новоальметьево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 19 km, kənd sovetliyindən (Kiləy): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95 %) üstünlük təşkil edir.
Emmet Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
İsmet Büyükataman
İsmət Büyükataman (22 dekabr 1953, Mərzifon, Amasya ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb. 1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub. 1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.
ESET NOD32
ESET NOD32 Antivirus və ya NOD32 — Slovakiya şirkəti ESET tərəfindən hazırlanmış bir antivirus proqram paketidir. ESET NOD32 Antivirus, Home Edition və Business Edition olaraq iki versiyada satılır. Business Edition paketləri, ESET Remote Administrator-u server yerləşdirilməsinə və idarə olunmasına, təhdid imzası verilənlər bazası yeniləmələrinin əks olunmasına və Microsoft Windows Server əməliyyat sistemlərinə quraşdırılma imkanına imkan verir. == Texniki məlumat == Bir şəbəkədə NOD32 istifadəçisi şəbəkəni "güzgü serveri" ilə yeniləyə bilər.
Səməd Abdullayev (əsgər)
Səməd Sədiyar oğlu Abdullayev (17 iyun 2002; Qaraxıdır, Göyçay rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Səməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Səməd Abdullayev oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.