Bermud adaları
beş
OBASTAN VİKİ
Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar. == Tarix == Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
Bern tramvayı
Bern tramvayı — Bern şəhərinin ictimai nəqliyyat növlərindən biridir. Tramvay şəbəkəsi üç marşrutdan ibarətdir və Riffelalp tramvayı istisna olmaqla İsveçrənin ən kiçik nəqliyyat sistemi sayılır. Bern şəhərinin tramvay və digər ictimai nəqliyyat növləri Barnomobil təşkilatının dəstəyi ilə fəaliyyət göstərir. == Xəttlər == Hal-hazırda Bern tramvayın ümumi uzunluğu 33,449 km-ə bərabər 5 xətti mövcuddur: == Tarix == Bern tramvayı 1 oktyabr 1890-cı ildə açılmışdır. Əvvəlcə pnevmatik tramvaylar istifadə olunurdu (yəni sıxılmış hava ilə çalışan tramvaylar). 1894-cü ildən şəhərdə həmçinin buxarlı tramvay fəaliyyət göstərməyə başlamışdır. 1902-ci ildən etibarən, Bernin bütün tramvay şəbəkəsi elektrifikasiya olunmuşdur. Bern erkən dövrdən aşağı əsaslı tramvayların istismarına başlamışdı. Aşağı döşəməli tramvayların ilk seriyası (Be4 / 8, № 731–742 tipli) 1990-cı ildə fəaliyyətə başlamışdır. İkinci seriya artıq Combino tramvayları idi.
Bern-sür-Uaz
Bern-sür-Uaz (fr. Bernes-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 2 200 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 35 km şimalda, Serji belediyyənin 18 km şimal-qərbdə yerləşir.
Bern Coğrafiya Cəmiyyəti
Bern Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft Bern‎) — İsveçrə Konfederasiyasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Bern şəhərində yerləşir. Prezidenti Elizabet Bəşlindir. == Tarixi == Cəmiyyətin əsası 15 may 1873-cü ildə İsveçrənin Bern şəhərində qoyulmuşdur. Təşəbbüskarı və qurucu prezidenti professor Albert Şaffter olmuşdur. == Fəaliyyəti == Assosiasiya müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Səyahətləri İsveçrədə 1-4 gün müddətində, xaricdə is 1-2 həftə müddətində olan coğrafi ekskursiyalardan ibarətdir. Üzvlər üçün öz nəşrləri çap olunur.
Bern
Bern — İsveçrənin paytaxtı və dördüncü böyük şəhəri.Bu şəhər Albert Eynşteynin fəaliyyət göstərdiyi , Tobleron şokoladlarının hazırlandığı , Emmental pendirinin istehsal olunduğu yerdir. == Tarixi == Qədim əfsanəyə görə Bern şəhəri 1191-ci ildə "Berchthold V. von Zähringen" tərəfindən qurulmuşdur. Ovladığı (bu şəhərdə rastına çıxdığı) ilk heyvan ayı olmuş və o ayının şərəfinə şəhəri Bern adlandırmışdır. Bar (bear) almancada ayı deməkdir. == Coğrafiyası və iqlimi == İsveçrənin mərkəzindən 20 km şimalda yerləşir. Bern yayda sərin, qışda soyuq olur.
Randa Bern
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Bern-syür-Uaz
Bern-sür-Uaz (fr. Bernes-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 2 200 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 35 km şimalda, Serji belediyyənin 18 km şimal-qərbdə yerləşir.
Ədalət fəvvarəsi (Bern)
Ədalət fəvvarəsi (alm. Gerechtigkeitsbrunnen‎) — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu). == Fəvvarə == Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır. == Heykəl == Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını — qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb — bu onun qərarlarının bütövlüyünü simvolizə edir.
Müqəddəs Ruh kilsəsi (Bern)
Müqəddəs Ruh kilsəsi (alm. Heiliggeistkirche‎) – Bernin mərkəzində, Şpitalqasse adlanan döngədə yerləşən orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən yevangelik-reformator kilsəsi. Kilsə Müqəddəs Ruh ordeninin bilavasitə səyi nəticəsində öz hazırkı görünüşünü əldə etmişdi. Dini xidmətləri ilə yanaşı hazırda kilsə binası sərgi, konsert, danışıqlar və digər tədbirlər üçün istifadə olunur. Şpitalqasse 44-də yerləşən Löbegge ilə müqayisədə, bu kilsə Dəmiryol meydanının əsas memarlıq kompozisiyasını təşkil edir. 1865-ci ilə kimi kilsə Kristoffelturm qülləsindən qərbdə yerləşirdi. 1860-cı ildə Bern şəhərində ilk bütün lazımi qaydalara uyğun dəmir yolu stansiyasının məhz Müqəddəs Ruh kilsəsinin arxasında inşa olunması qərara alınmışdır. == Sələfi kilsə == Müqəddəs Ruh ordeninin Bern şəhərindəki fəaliyyəti 1228-ci ildə, qərbi Tseringerştadt qapılarından 150 metr məsafədə və hazırkı kilsə ərazisində kiçik xəstəxana və müqəddəs Ruh kapellasının tikintisi ilə başlamışdır. Həmin kapella 1496-cı ildə yeni tikilmiş kilsə ilə əvəz edilmişdir. XV əsrin ortalarından sonra, Müqəddəs Ruh Konvensiyanın tədricən tənəzzülü və 1528-ci ildə Reformasiyanın qəbulundan sonra, son iki müqəddəs Ruh üzvləri öz vəzifəsindən istefa edərək Berndən deportasiya olunmuşdular.
Adolf Bernard Meyer
Adolf Bernard Meyer (alm. Adolf Bernard Meyer‎; 11 oktyabr 1840, Hamburq – 5 fevral 1911, Berlin) — alman antropoloqu, ortinoloqu və etimoloqudur. 1870-ci illərdə İndoneziya arxipelağında mühüm işlər görmüş, səyahətini bitirdikdən sonra Drezden muzeyində direktor çalışmışdır. 1884-cü ildə Yeni Qvineyada tapılmış nadir quş növü Meyer şərəfinə "Epimachus meyeri" adlandırılmışdır. == Əsərləri == Das Hemmungsnervensystem des Herzens. Berlin 1869. Abbildungen von Vogelskeletten (1879-95) Publikationen des königlichenethnographischen Museums zu Dresden (1881-1903) Album von Philippinentypen (1885-1904) The Birds of Celebes (1885) The Distribution of Negritos (1899) Studies of the Museum (of Natural History) and kindred Institutions of New York, etc.
Albert Bernhard Frank
Albert Bernhard Frank (alm. Albert Bernhard Frank‎; 17 yanvar 1839, Drezden – 27 sentyabr 1900, Berlin, Almaniya imperiyası) — Alman bioloqu, botaniki və mikoloqu. == Elmi əsərləri == 1893: Lehrbuch Der Botanik Nach Dem Gegenwartigen Stand Der Wissenschaft, Volumen 1 (Libro de texto de Botánica De acuerdo con el estado actual de la ciencia). Ed. Engelmann. 669 pp. Reeditó en 2010 BiblioBazaar, 686 pp. ISBN 1144420709. 1896: Pflanzenschutz: Anleitung für den praktischen landwirt zur erkennung und bekämpfung der beschädigungen der kulturpflanzen. Im auftrage der Deutschen landwirtschafts-gesellschaft, Sonderausschuss für pflanzenschutz, Volumen 1 (Protección de las Plantas: Guía práctica para el agricultor detectar y combatir los daños a los cultivos.
Albrext fon Bernştorf
Albrext fon Bernştorf (22 mart 1809, Vittendyorp[d] – 26 mart 1873, London) — Prussiya dövlət xadimi. oktyabr 1861-ci ildə o Adolf Hohenloh-İngelfingenin hökumətində xarici işlər naziri təyin edilir və passiv nazir qraf Aleksandr fon Şeilintzi əvəz edir. Bununla da kabinet daha da konservativ mövqe tutur.
Aleksandr Bernştam
Bernştam Aleksandr Natanoviç (18 sentyabr (1 oktyabr) 1910, Kerç, Tavriya quberniyası[d] – 10 dekabr 1956, Leninqrad) — Sovet şərqşünası == Həyatı == Sankt-Peterburq universitetinin professoru idi. Orta Asiyanın tarixini, arxeologiyasını və etnoqrafyasını incələdi. Pamirdə zəngin bir iskit (skif) uygarlığını (svilizasiyasını), Orta Tyan-Şan bölgəsində də hun mədəniyətinin qalıntılarını gün işığına çıxardı. Qədim şəhərlərdə, özəlliklə, Balasaqunda da qazıntılar apardı, qara-xitay uygarlığıyla ilgili ilk qalıntıları tapdı.
Bernard Bolsano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Bernard Cribbins
Bernard Cribbins (29 dekabr 1928, Qlodvik[d] – 27 iyul 2022) — karyerası yetmiş ili əhatə edən ingilis aktyoru, səs sənətçisi və müğənnisidir.
Bernard Herrmann
Bernard Herrmann (ing. Bernard Herrmann; 29 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 1975[…], Los-Anceles, Kaliforniya) — ABŞ bəstəkarı, "Oskar", BAFTA və Qremmi mükafatları laureatı, bir çox kinofilmlərin musiqisinin müəllifi. == Həyatı == Bernard Herrmann 29 iyun 1911-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Bernard Herrmann 1930–1940-cı illərdə "Dünyanın müharibəsi" və "Vətəndaş Keyn" radio tamaşalarında Orson Uellslə əməkdaşlıq etmişdir. O, Alfred Hiçkokun 1955–1964-cü illər arasında çəkilmiş bütün filmlərinə musiqi tərtibatı vermişdir. Onun şah əsəri Hiçkokun "Psixo" filminə yazdığı musiqi hesab olunur. Uzunmüddətli əməkdaşlıqdan sonra Hiçkokla aralarında inciklik yarananır və bəstəkar Fransua Trüffo, Brayan De Palma kimi rejissorlarla işləməyə başlayır. Onun kinoda son işi 1976-cı ildə rejissor Martin Skorsezenin "Taksi sürücüsü" filminə yazdığı musiqi olur. Bernard Herrmann 1975-ci ildə Los-Ancelesdə vəfat etmişdir. Herrmannın yaradıcılığı o qədər yüksək səviyyədə olmuşdur ki, təkcə Ancelo Badalamenti və "The Beatles" qrupuna yox, eləcə də müasir filmlərə öz təsirini göstərdi.
Bernard Kamunqo
Bernard Kamunqo (1 yanvar 2002, Kasulu, Tanzaniya) — Amerika Birinci Liqası təmsilçilərindən olan "Nort Texas" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Tanzaniya futbolçusu. == Erkən illəri == Kamunqo Tanzaniyanın Kasulu şəhərində anadan olmuşdur. O, ailəsi birlikdə ABŞ-yə köçmüş və bir müddət qaçqın düşərgəsində yaşamışdır. Daha sonra Texas ştatının Abilin şəhərinə köçmüşdür. ABŞ-yə köçdükdən sonra Kamunqo Abilin orta məktəbinin futbol komandasına yazılmışdır. Orta məktəbi bitirdikdən sonra Kamunqo qardaşı İmani ilə birlikdə potensialını artırmaq üçün onlayn axtarışlara başlamışdır. İştirak haqqı 500 dollar olan yoxlanışdan sonra İmani sadəcə 90 dollara tapdığı MLS təmsilçisi Dallas klubunun ehtiyat komandası olan "Nort Texas" klubuna yoxlanışa çağırılmışdır. == Klub karyerası == 2021-ci ilin yanvar ayı boyunca yoxlanışda olan Kamunqo öz oyunçu bacarıqları ilə "Nort Texas" klubunun baş məqşçisi Erik Killi heyran etmiş və 25 mart 2021-ci ildə oyunçu ilə peşəkar müqavilə imzalanmışdır. Kamunqo öz peşəkar karyerasında debütünü 24 aprel 2021-ci ildə Fort Loderdeyl klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Hope Avayevunu əvəz etmişdir.
Bernard Levis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Bernard Liç
Bernard Hovell Liç (ing. Bernard Howell Leach; 5 yanvar 1887[…], Britaniya Honkonqu[d] – 6 may 1979, Sent-Ayvs[d], Kornuoll[d]) – yapon dulusçuluq sənətini tədqiq etməsinə görə tanınan ingilis dulusçu, keramikaçı, müəllif, filosof və yazıçı. O, Qərb dünyasını yapon dulusçuluq sənətinin müxtəlif üslubları ilə tanış etmişdir. == Həyatı == Liç Honkonqda doğulmuş, təhsilini İngiltərədə almışdır. Sleyd İncəsənət Məktəbivə London İncəsənət Məktəbində təhsil aldıqdan sonra 1909-cu ildə Yaponiyaya getmiş, Yaponiyanı ofort texnikası ilə tanış etmişdir. Yaponiyada keçirdiyi 2 ilin ardından Kenzan məktəbinin 6-cı nəsildən olan ustasından dulusçuluq sənəti öyrənməyə başlamışdır. Kenzan məktəbi XVIII əsrin əvvəlində Kenzan Korinin qardaşı olan Kenzan Oqata tərəfindən qurulmuş dulusçuluq məktəbi idi. Liç və dostu Kenkiçi Tomimoto Kenzan dulusçuluğunun 7-ci nəslini təmsil etmək üçün sertifikat əldə etmişdirlər. Liç yapon dulusçuluq sənətinin müasir təmsilçisi olan Hamada Şoci ilə də yaxın münasibətlər qurmuşdur. Liç və Hamada 1920-ci ildə İngiltərəyə gedərək Sent-Ayvsda "Leach Pottery" şirkətini qurmuş, Qərb dünyasında ilk dəfə Asiya stilində olan ənənəvi dulusçuluq sobası tikmişdirlər.
Bernard Luis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Bernard Martin (ekoloq)
Martin Bernard (ing. Bernard Martin) — Kanadalı balıqçı və ekoloq. 1999-cu ildə Ətraf Mühitin Mühafizəsi üzrə Qoldman mükafatına layiq görülüb. == Bioqrafiya == Martin Nyufaundlend ştatının Petti Harbor Maddox Kouv şəhərində balıqçı ailəsində anadan olub. Ailəsi artıq dörd nəsildir ki, treska ovu ilə məşğul olmağa davam edir. == Treska ovuna qoyulan moratorium == Treska ovu uzun əsrlər boyu Nyufaundlenddə həyat tərzi olmuşdur, lakin İkinci Dünya müharibəsindən sonra sənaye həddən artıq balıq ovu və ətraf mühitin deqradasiyası balıqçılıq sahəsinə ciddi ziyan vurur. Nəticədə treska balıqlarının sayı kəskin şəkildə azalır. Martin və digər balıqçılar ovların azaldığını görür və vəziyyətlə bağlı hökuməti xəbərdar edirlər. Onlar ümid edirlər ki, treska ovu kvotalarının azaldılması ovların azalmasının qarşısını almağa kömək edəcək. Onlar Petti Harbor Maddox Kouv şəhəri ətrafında qorunan balıqçılıq ərazisi qururlar və 1983-cü ildə treska balıqlarının kommersiya ovlanmasına nəzarət etmək üçün Balıqçılar Kooperativini təşkil edirlər.
Bernard Medoff
Bernard Medoff (29 aprel 1938, Kuins, Nyu-York ştatı – 14 aprel 2021, Federal Tibb Mərkəzi[d], Şimali Karolina) – "əsrin fırıldaqçısı" 29 iyun 2009-cu ildə Nyu-York məhkəməsi "əsrin fırıldaqçısı" adını qazanmış Bernard Medoffa hökm oxuyub. "Əsrin maliyyə piramidası"nın qurucusuna nə az, nə çox- 150 illlik həbsxana cəzası kəsilib! "Nasdaq" adlı keçmiş fond birjasının sahibi olan B.Medoff tarixdə ən böyük məbləğdə- 64,8 milyard dollarlıq maliyyə piramidasını qurmuşdu. Medoffun vəkilləri onun yaşını (71) nəzərə alaraq, hakimdən 12 illlik cəza istəsələr də, məhkəmə maksimal cəza müddəti kəsib. Qeyd edək ki, Medoffa qarşı 11 maddə üzrə, o cümlədən qiymətli kağızlarla maxinasiyalar, çirkli pulların yuyulması, fırıldaqçılıq və yalançı şahidlik üzrə ittihamlar irəli sürülmüşdü. İttihama görə, B.Medoff şüurlu şəkildə ayrı-ayrı fiziki şəxsləri, kompaniyaları, bankları, sosial və təqaüd fondlarını illik 46 faiz təmiz gəlir vəd etməklə öz piramidasına cəlb edib. Bundan əlavə, fırıldaqçı milyarder işə əsasən onun biznesinin mahiyyətini anlamayan təcrübəsiz şəxsləri götürürmüş. Qeyd edək ki, aldadılan şirkətlər arasında dünya şöhrətli kompaniyalar da var. Bunlara misal olaraq, HSBS, BNP Paribas, Credit Agricole, UniCredit, Nomura, Royal Bank of Scotland kimi bankları göstərmək olar.
Bernard Monqtomeri
Bernard Lou Montqomeri (ing. The Viscount Montgomery of Alamein; 17 noyabr 1887[…] – 24 mart 1976[…], Olton[d], Hempşir qraflığı[d]) — ingilis feldmarşalı. == İlk illəri == Bernard Montqomeri 1887-ci ildə Londonda, Kenningtonda doğulub. Bir Anqlo-İrlandiya Anqlikan rahibi olan Atası Henri Montqomery və həyat yoldaşı Maudun (qızlıq soyadı Farrar) doqquz uşağının dördüncüsü idi. 1901-ci ildə, Yepiskop Montgomery İncili Yaymaq Cəmiyyəti katibi oldu və ailəsi Londona döndü. Montqomery St. Paul Məktəbinə getdi. Bir leytenant olaraq sentyabr 1908-ci ildə 1. Tabur Kral Warwickshire Alayına qatıldı və ilk dəfə İngilis Hindistan'ında o il xidmət etdi. 1910-ci ildə teğmenliğe qalxma etdi.
Bernard Montqomeri
Bernard Lou Montqomeri (ing. The Viscount Montgomery of Alamein; 17 noyabr 1887[…] – 24 mart 1976[…], Olton[d], Hempşir qraflığı[d]) — ingilis feldmarşalı. == İlk illəri == Bernard Montqomeri 1887-ci ildə Londonda, Kenningtonda doğulub. Bir Anqlo-İrlandiya Anqlikan rahibi olan Atası Henri Montqomery və həyat yoldaşı Maudun (qızlıq soyadı Farrar) doqquz uşağının dördüncüsü idi. 1901-ci ildə, Yepiskop Montgomery İncili Yaymaq Cəmiyyəti katibi oldu və ailəsi Londona döndü. Montqomery St. Paul Məktəbinə getdi. Bir leytenant olaraq sentyabr 1908-ci ildə 1. Tabur Kral Warwickshire Alayına qatıldı və ilk dəfə İngilis Hindistan'ında o il xidmət etdi. 1910-ci ildə teğmenliğe qalxma etdi.
Bernard Xarms mükafatı
Bernard Harms mükafatı və medalı (alm. Bernhard-Harms-Preis und Medaille‎) — beynəlxalq iqtisadi mükafatlar. Mükafat hər 2 ildən bir Kiel Dünya İqtisadiyyatı İnstitutu (Almaniya) tərəfindən beynəlxalq iqtisadiyyat nəzəriyyəsinin inkişafına və dünya iqtisadi əlaqələrinin təkmilləşdirilməsinə mühüm töhfə vermiş alimlərə verilir. Mükafat ilk dəfə 1964-cü ildə institutun yaradılmasının 50 illiyi münasibətilə verilib. Mükafatın məbləği 25.000 € təşkil edir. Medal qeyri-müntəzəm olaraq institutun yaradıcısı Bernard Harmsın ənənəsinə uyğun olaraq institutun tədqiqat işinə töhfə vermiş iqtisadçılara verilir.
Bernard Şou
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist — ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar). == Həyatı == İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi.
Bernardino Antonio Qomes
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 29 oktyabr 1768 – 13 yanvar 1823, Lissabon) — Portuqaliyalı həkim, kimyaçı, botanik və parazitoloq. == Bəzi elmi əsərləri == Gomes, B.A. Memoria sobre a ipecacuanha fuca do Brasil. — Lisboa, 1801. — 33 p. Gomes, B.A. Observationes botanico-medicae de nonnullis Brasiliae plantis. — Liboa/Olisipone, 1803. Gomes, B.A. Memoria sobre a canella do Rio de Janeiro offerecida. — Rio de Janeiro, 1809. — 51 p.
Bernardino Antonio Qomes (kiçik)
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 1806 — 1877) — Portuqaliya botaniki və həkim. == Əsərləri == Bernardino António Gomes, A. Р. Cardoso. 1835. Exame da Agua Sulfurea do Arsenal da Marinha. 1857. Noticia da Vida e Trabalhos Scientificos do Medico Bernardino António Gomes.
Bernardino Luini
Bernardino Luini (ən tezi 1481 və ən geci 1482 – 1532, Milan) — Yüksək İntibah dövrünün şimali İtaliya rəssamı, Leonardo da Vinçinin tələbəsi və epiqonu, ən tanınmış leonardesklərdən biridir. Onun bir çox əsərələrini Leonardonun fırçası kimi qələmə verirdilər. Yerli mənbələrə əsasən, Luini çox məhsuldar rəssam olmuş, çoxsaylı freska və əsərlər yaratmışdır. Belə bir nəticəyə gəlmək olar ki, sənətkar durmadan tərəqqi edən emalatxananın rəhbəri olmuşdur.
Bernardisa Yuretiç
Bernardica Yuretiç (xorv. Bernardica Juretić; 18 avqust 1963) — xorvatiyalı psixoloq, humanitar fəal, Tihomir Orešković Kabinetinin Sosial Siyasət və Gənclər naziridir. == Erkən həyat və təhsil == 1863-cü il avqustun 18-də Omis yaxınlığında Sriyanenin kiçik Dalmat kəndində anadan olmuşdur. 1978-ci ildə doğma yurdunda ibtidai məktəbi bitirmişdir. Mayın 23-də, 1982-ci ildə Dubrovnik şəhərində məzun olduğu tibb məktəbinə daxil oldu. 1984-cü ildə, 21 yaşında, İtalyan Ancelle Della Carita'ya qoşularaq keşiş oldu. 1990-cı ildə, 27 yaşında , nəhayət, narkomanlara qarşı qayğı ilə bağlı digər öhdəliklər səbəbindən buranı tərk etdi. 1988-ci ildə məzun olduğu Roma Antik Universitetində təhsilini davam etdirdi; psixologiya mövzusunda "Frankın loqoterapi işığında insan əzabının məqsədi" mövzusunda dissertasiya müdafiə etdi. 1990-cı ildə həmin universitetdə magistr dərəcəsi alıb, "Psixoloji baxımdan AİDS olan insanlar" mövzusunda elmi işi müdafiə etmişdir.1995-ci ildə doktorluq proqramına daxil oldu. == Fəaliyyəti == 1984-1986-ci illərdə Freyunq (Almaniya) şəhərinin Bavariya vilayətində "qocalar evində" tibb bacısı kimi çalışıb.
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası — müәlliflik hüquqları sahәsindә beynәlxalq saziş; əqli mülkiyyətin qorunması sahəsində qəbul edilmiş ən qədim hüquqi sənədlərdən biridir. == Tarixi == Bern Konvensiyası müqaviləsinin ilk versiyası 9 sentyabr 1886-cı ildə Belçika, Fransa, Almaniya, Böyük Britaniya, Haiti, İtaliya, Liberiya, İspaniya, İsveçrə və Tunis tərəfindən Berndә (İsveçrә) imzalanmışdır. 5 sentyabr 1887-i ildə qüvvәyә minmişdir. 1886-cı ildə qəbul olunan, sonralar əlavələr edilən və müasirləşdirilən Konvensiyaya hazırda dünyanın əksər ölkələri qoşulub. balımsan Xədicə Amerika Birləşmiş Ştatları 16 noyabr 1988-ci ildə konvensiyaya qoşuldu və konvensiya 1 mart 1989-cu ildə ABŞ üçün qüvvəyə mindi. Əvvəllər Birləşmiş Ştatlar Konvensiyaya üzv olmaqdan imtina edirdi, çünki bu, müəllif hüququ qanununda, xüsusən mənəvi hüquqlar, müəllif hüququ əsərlərinin qeydiyyatı üçün ümumi tələbin aradan qaldırılması və məcburi müəllif hüququ bildirişinin ləğvi ilə bağlı məsələlərdə ciddi dəyişikliklər tələb edirdi. Bütün bunlar əvvəlcə ABŞ-nin 1910-cu ildə Buenos Ayres Konvensiyasını (BAC), daha sonra 1952-ci ildə digər ölkələrin istəklərini nəzərə alaraq Ümumdünya Müəlliflik Konvensiyasını (UCC) təsdiqləməsinə gətirib çıxardı. ÜƏMT-nin Paris 1971-ci il tarixli Berne revizyonu ilə bir çox başqa ölkələr, 1975-ci il Braziliya federal qanunu ilə ifadə edildiyi kimi müqaviləyə qoşuldu. Azərbaycan 1998-ci ildə Konvensiyaya qoşulmuşdur. Konvensiya iştirakçı dövlәtlәrin vәtәndaşlarının öz әrazilәrindә ilk dәfә çap edilmiş әsәrlәrinә müәlliflik hüquqlarını tәminetmә üzrә vәzifәlәrini müәyyәnlәşdirir.
Vəhşi fauna və flora və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Avropada vəhşi fauna və floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Konvensiya (ing. Convention on the Conservation of European Wildlife and Natural Habitats), və ya Bern Konvensiyası (The Bern Convention) — Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi üzrə beynəlxalq müqavilə. Konvensiya həm yaşayış mühitinin, həm də mühafizə edilməli olan flora və fauna növlərinin mühafizəsi, qadağan edilməli olan ov üsulları və balıq ovu vasitələri ilə bağlı müddəaları ehtiva edir. == Qəbul olunma tarixi == Bern Konvensiyası Avropa Şurası tərəfindən hazırlanmışdır. Konsepsiyanın yaradılması haqqında qərar 1976-cı ildə Avropa Şurası Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Konvensiya 1979-cu il sentyabrın 19-da Berndə keçirilən Ətraf Mühit Nazirlərinin 3-cü Avropa Konfransında imzalanmaq üçün açılmışdır. 1982-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qərargahı Strasburqda (Fransa) yerləşir. İndi konvensiyanı Avropa Şurasının üzvü olan 40 dövlət, həmçinin Avropa İttifaqı, Burkina Faso, Mərakeş, Tunis və Seneqal imzalayıb. Əlcəzair, San Marino, Kabo-Verde, Vatikan və Rusiya konvensiyanı imzalamamış və onun icraiyyə komitəsinin iclaslarında müşahidəçi statusuna malik ölkələrdir.