BİY

nid. (interjection expressing fear, wonder, etc.): ah! oh!

BİVİCDAN
BİY-BİY
OBASTAN VİKİ
Narbuta biy
Narbuta biy (1749-1798)—1764 -1798-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. == Həyatı == 1764-cü ildən 1798-ci ilə qədər Kokand xanlığını Əbdülkərim biyin nəvəsi Narbuta biy minq idarə edirdi. Məlumatlara görə Narbuta biy uzun müddət hakimiyyətdən imtina etmişdi. Deyilənlərə görə, onun Fərqanədə hakimiyyəti təhlükəli idi. Kokandın tanınmış əyanları təntənəli surətdə Narbuta biyin qarşısında sədaqət andı içdilər. Ancaq bundan sonra Narbuta biy Fərqanənin hakimi olmağa razılıq verdi.. Narbuta biyin xanlığı dövründə Cust və Namanqan separatist hakimlərinin qüvvələri tərəfindən əzildi. Sonra o, üsyançı Xocənd hakimi üzərində qələbə çaldı, eyni zamanda Ura-tube formal olaraq Buxaradan asılı qaldı. Narbuta biyin xanlığı dövründə Kokand xanlığının ərazisi xeyli genişləndi. XVIII əsrdə Daşkənd iri ticarət mərkəzi idi, Qazaхıstan, Rusiya, Orta Asiya xanlıqları ilə karvan ticarəti yüksək səviyyəyə çatmışdı.
Biya (mifologiya)
Kratos (yun. Βία — "qüvvət, zor" ) — yunan mifologiyasında qüvvət, zor ilahəsi titan tanrı Pallantın və ilahə Stiksin qızı, Kratos(güc), Zel (qısqanc), Nikanın (zəfər) bacısı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi. Esxilin "Zəncirlənmiş Prometey" faciəsində Zevsin qulluqçusu. Əfsanələrin birində Prometeyi Hefestin rəhbərliyi altında zəncirləyən personaj.
Biya çayı
Biya (c.alt. Бий-суу: Bıy — «bəy», suu — «su») — Altay Respublikası və Altay diyarı ərazisindən axan, Ob çayını sağ qolunu təşkil edən çay. == Coğrafiyası == Çayın uzunluğu — 301 km, hövzəsinin sahəsi — 37 000 km² təşkil edir. Teleskoe gölündən başlayaraq Katun çayı ilə birləşir, sonradan isə Ob çayın məbərində bu çayı əmələ gətirir. Yuxarı axarkarda çayı suyu nisbətən soyuqdur (10-15 °C), aşağıya doğru isə temperaturu qalxır. Çay turistik məqsədlərlə istifadə edilir. Burada çoxlu sayda astana vardır. Onların hündürlüyü bəzən bir metrə çatır. Əsas astabaları: Yurtok, Pıjinski, Kebezenski, Sarıkoşinski, Turaçok kəndində yerləşən Kipyatok. Sonuncu astana Udalovka kəndində yerləşir.
Biyac
Biyac (fars. بیاج‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 104 nəfər yaşayır (31 ailə).
Biyambare
Biyambare (bosn. Bijambare) — mağaraları ilə məşhur olan Bosniya və Herseqovinanın dağlıq bölgəsi. İliyaş icmasının şimal-şərq hissəsində, Nişiçi və Krivaeviçi kəndləri arasında yerləşir. Buraya Sarayevo-Olovo avtomobil yolu ilə çatmaq olar, orada dağlara və Biyambara mağaralarına aparan asfalt yolu var. Bu mağaraların əksəriyyəti ictimaiyyət üçün açıqdır. Biyambare xüsusi qorunan təbiət ərazisi hesab olunur (sahəsi 370.3 ha). Yenidən qurulma işləri sayəsində yollar çəkildi, elektrik işıqlandırma işləri aparıldı, məlumat lövhələri quraşdırıldı və s. Dəniz səviyyəsindən optimal hündürlük (orta hesabla 950 m), sıx iynəyarpaq meşələri, çəmənliklər, göllər və dərələri olan iki çay, səkkiz mağara, qaya massivləri və təmiz hava alpinizm, speleologiya, xizək sürmə və ya sadəcə gəzinti üçün ideal şərait yaradırlar. Biyambarenin orta hissəsi mağaralar, itən çaylar, qıfabənzər çökəkliklər və qayalı massivlər kimi xüsusiyyətlərə sahib bir karst anklavıdır. Səkkiz mağara üç üfüqdə kifayət qədər kiçik ərazidə yerləşir.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa glycyphyllos (L.) Medik. Hedyphylla glycyphylla (L.) Rydb. Hedyphylla vulgaris Steven Tragacantha glycyphyllos (L.) Kuntze === Heterotipik sinonimləri === Astragalus gliciphyllos Neck. Astragalus glycyphyllos proles bosniacus (Beck) Asch. & Graebn. Astragalus glycyphyllos f. bosniacus Beck Astragalus glycyphyllos var. rotundifolius Čelak.
Biyançəli (Maku)
Biyançəli — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 26,5 km. cənub-qərbdə, Maku-Poldəşt avtomobil yolunun üstündədir.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Biyarcomənd
Biyarcümənd — İranın Simnan ostanının Şahrud şəhristanının Biyarcümənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,246 nəfər və 706 ailədən ibarət idi.
Biyarcümənd
Biyarcümənd — İranın Simnan ostanının Şahrud şəhristanının Biyarcümənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,246 nəfər və 706 ailədən ibarət idi.
Biyelina
Biyelina (serb. Bijeljina) — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən şəhər və bələdiyyədir. Şəhər Banya Lukadan sonra Serbiya Respublikasının ikinci və Bosniya-Herseqovinanın isə beşinci ən böyük şəhəridir. Semberiyanın zəngin torpaqları üzərindədir. Biyelina 140.000-150.000 ətrafında əhali ilə Serbiya Respublikasının şərq hissəsinin qeyri-rəsmi mərkəzi halındadır. Biyelina şəhəri Serbiyadan 6 km və Xorvatiyadan 40 km uzaqlıqdadır. Məhsuldar torpaqları ilə bölgənin ərzaq istehsalı və ticarətində əhəmiyyətli yer tutur. Biyelina geniş şəhər mərkəzi kimi diqqət çəkir. == Tarixi == === Qədim dövr === Biyelina şəhərinin olduğu bölgəyə aid ən köhnə həyat qalıqları Daş dövrünə təsadüf edir (e.ə 5000-ci illə 3000-ci illər arası). Həmçinin, bölgədə Neolit dövrü, Tunc dövrü və Dəmir dövrünə aid qalıqlar da mövcuddur.
Biyi (Alye)
Biyi (fr. Billy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 840 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 566 nəfər (15-64 yaş) arasında 409 nəfər iqtisadi cəhətdən, 157 hərəkətsiz (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə bu 68.3%) idi. Fəal olan 409 nəfərdən 371 nəfəri (199 kişi və 172 qadın), 38 nəfəri işsizdir (14 kişi və 24 qadın). 157 hərəkətsiz 40 nəfər arasında şagird və ya tələbə, 72 nəfər təqaüdçü, 45 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Biysk
Biysk — Rusiya Federasiyasında, Altay diyarının cənub şərqində şəhər. Biysk rayonunun mərkəzi. == Əhalisi == Əhalisi 227,6 min (2005). == Coğrafiyası == Biya çayı (Ob hövzəsi) sahilində port. Biyskdən Novosi birsk–Taşanta avtomobil yolu (Çuya traktı) keçir. Dəmiryol stansiyası. Aeroport. == Tarixi == 1708–09-cu illərdə Bikatun ostroqu (qala) kimi salınmış, 1732-ci ildən Biya ostroqu adlandırılmışdır. 1782-ci ildə şəhər statusu almışdır. 1782–97-ci illərdə Kolıvan vilayətinin (1783-cü ildən Kolıvan quberniyasının), 1804–22-ci illərdə Tomsk quberniyasının qəza şəhəri idi.
Biyya (Fransa)
Binya (fr. Billiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01044. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 484 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Biyya (Fransa) ilə əlaqəli mediafayllar var.
Biyzua
Biyzua (fr. Billezois) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03028. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 377 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 229 nəfər (15-64 yaş arasında) arasında 170 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,2%, 1999-cu ildə 70,7%). 170 fəal 154 nəfərdən (85 kişi və 69 qadın), 16 nəfər işsizdir (5 kişi və 11 qadın). Fəal olmayan 59 nəfər arasında 21 nəfər şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bulon-Biyankur
Bulon-Biyankur (fr. Boulogne-Billancourt) — Fransada şəhər. Parisin cənub-qərbində sənaye peyki. == Əhalisi == Əhalisi 116,2 min (2011) nəfərdir. == Coğrafiyası == Sena çayının döngəsində, Bulon meşəsinin kənarındadır. == Tarixi == 1924-cü ilə qədər Bulon-sür-Sen adlanırdı. Şəhərdə 1920–30-cu illərin tikililəri (memarlar Le Korbüzye, J. Fidler, J. Pinqusson və b.) saxlanılmışdır. == Memarlığı == 30-cu illər muzeyi (1998-ci ildə yaradılmışdır; 1920–30-cu illərin boyakarlıq, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət kolleksiyası) fəaliyyət göstərir. Avtomobil (o cümlədən “Reno” zavodları) və aviasiya sənayesi; dəzgah və alətlər, elektrotexnika və elektron məhsulları, kimyəvi preparatlar, telefon aparatları; ətriyyat istehsalı inkişaf etmişdir.
Bulon-Biyankur (rayon)
Bonvil (fr. Bonneville) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — O-de-Sen. Suprefektura — Bulon-Biyankur. Rayonun əhalisi 2006-cı ildə 173 495 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 111 nəf / km² . Rayon ərazisi — 1558 km².
Korjinski biyanı
Korjinski biyanı (lat. Glycyrrhiza korshinskyi) - biyan cinsinə aid bitki növü.
Pol Biya
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933, Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi. Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi. Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır. Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı.
Teun Biyleveld
Teun Biyleveld (27 may 1998-ci ildə Niderlandda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Klub karyerası == === Yonq AZ === Biyleveld AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Biyleveld öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Ceymi Yakobsu əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə AFC-ya 1-0 hesabı ilə qalib gəlmişdir. === Yonq Ayaks === Biyleveld 1 iyul 2017-ci ildə Yonq Ayaks klubuna transfer olmuşdur. O, klub ilə debütünü 18 avqust 2017-ci ildə etmişdir. O, 72-ci dəqiqədə Matusiva ilə əvəz olunmuşdur. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Kambuura 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. == Botanik təsviri == Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. == Yayılması == Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Ural biyanı
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Vəzili biyan
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Xur və Biyabanək şəhristanı
Xur və Biyabanək şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,488 nəfər və 4,924 ailədən ibarət idi.