BOL

1. обильный, изобильный, достаточный; 2. обильно, достаточно;
BOKSÇULUQ
BOL-BOL
OBASTAN VİKİ
Ferdinand Bol
Ferdinand Bol (nid. Ferdinand Bol (24 iyun 1616, Dordrex – 24 avqust 1680, Amsterdam) Holland rəssamı 1631-1637-ci illərdə Rembrandtın şagirdi olmuşdur. 1652-ci ildə Amsterdama gəlir. 1660-cı ildən rəssam kimi tanınmağa başlanır. Amsterdamda onun şərəfinə küçə mövcuddur.
Manute Bol
Manute Bol (16 oktyabr 1962 – 19 iyun 2010) — Sudan basketbolçusu. == Həyatı və karyerası == Manute Bol 1962-ci ildə Sudanın cənubunda anadan olub. Manute Bol 1985–1994-cü illərdə NBA-da çıxış edib. George Mureşan gələnədək, o, NBA tarixinin ən ucaboy basketbolçusu sayılıb. Rumıniyalı George Mureşan kimi, 231 sm boya malik Manute Bol 10 mövsüm ərzində "Vaşinqton Bullits", "Qolden Steyt Uorriors", "Filadelfiya 76" və "Mayami Hit" klublarında çıxış edib. Oyunçu karyerasını başa vurduqdan sonra isə o, Sudanın xeyriyyə və hüquq – müdafiə təşkilatında çalışıb. Manute Bol böyrək xəstəliyindən müalicə olunmaq üçün 2010-cu ilin may ayında Sudandan ABŞ-yə qayıdıb. Lakin sabiq basketbolçunun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin iyun ayında Kanzas ştatının Şarlottsvill şəhər xəstəxanasında 48 yaşında vəfat edib.
Timo Bol
Timo Bol (8 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Timo Bol Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Timo Bol Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Timo Bol Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Metyu Bol (rəqqas)
Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır. Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur. O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir. Bol Londonun, Holborn səmtində yaşayır.
Bol Məhsulun Təminatı (1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == Məzmun == Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bol məhsulun təminatı (film, 1961)

"Bolqarıstan" kolxozu (film, 1959)
"Bolqarıstan" kolxozu — qısametrajlı sənədli film. 1959-cu ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur.
A Bola
A Bola (İngiliscə: "Top") Lissabonda dərc edilən portuqal dilində idman qəzetidir. == Tarix və Profil == A Bola 1945-ci ildə Kandido de Oliveyra və Ribeyro dos Reis tərəfindən Lissabon şəhərində təsis edilmiş və həftədə 2 dəfə çap edilirdi. 1995-ci ildən etibarən isə qəzet gündəlik olaraq çap edilməyə başlandı. Qəzetin aşağı hissəsində "Bütün idmanların qəzeti" başlığı əks olunsada əslində böyük ölçüdə futbol mövzusunu özündə əks edir. 1952–53 mövsümündən etibarən, qəzet Portuqaliya liqasının bombardirinə Gümüş top (Portuqaliya) mükafatını təqdim etməkdədir. Qəzet həmçinin Portuqaliya müstəmləkəsi olmuş bəzi Afrika ölkələrində çox populyardır. 2006-cı ildən etibarən isə qəzet portuqal əsilli əhalinin geniş yayıldığı Nyuark və Nyu-Cersi kimi Amerika Birləşmiş Ştatları şəhərlərində çap edilməkdədir. 2014-cü ildən isə qəzetin televiziya kanalı fəaliyyət göstərməkdədir.
Abdallı (Bolnisi)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir. Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər.
Acı boletus
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Alek Bolduin
Aleksandr Rey "Elek" Bolduin III (ing. Alexander Rae «Alec» Baldwin III; 3 aprel 1958[…]) — ABŞ aktyorudur. Kim Beysinqerin keçmiş həyat yoldaşıdır. == Maraqlı faktlar == Alek Bolduin ətli qidaları sevmir. Bu səbəbdən vegeteriandır. == Şəxsi həyatı == 1993–1999-cu illər ərzində Alek Bolduin Kim Beysinqer ilə evli olmuş, ondan İrland adlı qız övladı 1995-ci ildə dünyaya gəlmiş və 1999-cu ildə boşanmışlar. 2012-ci ildə Hilari Tomas ilə ailə həyatı qurur.
Allium bolanderi
Allium bolanderi (lat. Allium bolanderi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Anna Boleyn
Anna Boleyn (1507[…] – 19 may 1536, London qalası) — İngiltərə kraliçası, VIII Henrinin ikinci arvadı, I Yelizavetanın anası. == Həyatı == Anna Boleyn 1507-ci ildə Londonda anadan olub. Öz dövrünə görə mükəmməl təhsil alan Anna 1514-cü ildə ingilis şahzadəsi Mariya Tüdorun rəiyyəti tərkibində Fransaya köçərək Fransız kral sarayında təhsilini davam etdirir. 1520-ci ildə isə siyasi problemlərə görə ingilislər vətənlərinə dönməli olurlar. Onların sırasında 13 yaşlı Anna da olur. Vətənə qayıdan Anna kral sarayında diqqəti gözəlliyi ilə deyil ağlı və davranışı ilə cəlb edir. 1522-ci ildə o ilk dəfə olaraq kral VIII Henrinin gözünə dəyir. Cavan və ağıllı Anna kralı heyran edir, lakin Anna kralın məşuqələrindən biri olmaq istəmir və ona görə də kralın diqqətinə laqeyd qalır. Kral isə ailə həyatından razı deyildi, həyat yoldaşı Araqonlu Ketrin dünyaya oğlan gətirmirdi. Bircə sağ qalan övladları isə Mariya idi.
Apocynum bolanderi
Kənafabənzər kəndir (lat. Apocynum cannabinum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin kəndir cinsinə aid bitki növü. == Sinonimləri == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Arenaria bolosii
Arenaria bolosii (lat. Arenaria bolosii) — qərənfilkimilər fəsiləsinin qumluca cinsinə aid bitki növü.
Arxitektor Boldırevin binası (Novoçekassk)
Arxitektor Boldırevin binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Novoçekassk şəhəri Krasnoarmeysk küçəsi, ev 18 ünvanında yerləşir. == Tarixi == Binanın sahibi və layihəsinin müəllifi arxitektor Sergey İvanoviç Boldırev olmuşdur. Sənətinə görə o, mühəndis idi. Onun haqqında 1900-cu il qeydlərində bildirilir. O, titul məsləhətçisi, daha sonradan isə saray məsləhətçisi olmuşdur. Vizbesenski kilsəsinin tikilmə işlərinə rəhbərlik edənlərdən biri olmuşdur. Bu tikilini 1903-cü ildə inşasına başlamışlar ancaq tikinti işləri 1905-ci ildə başa çatmışdır. Oda məlum idi ki, onu general Belyavski ilə qohumluq əlaqələri birləşdirirdi.
Arxitektor Boldırevin binası (Novoçerkassk)

Azərbaycan-Bolqarıstan futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 26.07.2000 Varna YO Bolqarıstan – Azərbaycan 2:1 20.02.2002 Sofiya YO Bolqarıstan – Azərbaycan 3:0 17.11.2004 Bakı YO Azərbaycan – Bolqarıstan 0:0 09.09.2014 Bakı AÇSO Azərbaycan – Bolqarıstan 1:2 13.10.2015 Sofiya AÇSO Bolqarıstan – Azərbaycan 2:0 25.03.2024 Bakı BT Azərbaycan – Bolqarıstan 1:1 === U-21 === 14.08.2013 Loveç, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 3:1 === U-19 === 23.10.2018 Sofiya YO Bolqarıstan – Azərbaycan 0:0 25.10.2018 Sofiya YO Bolqarıstan – Azərbaycan 2:1 === U-17 === 22.09.2008 Qrudzendz, Polşa AÇSO Bolqarı – Azərbaycan 1:3 19.05.2012 Kişinyov, Bolqarıstan BT Bolqarıstan – Azərbaycan 1:3 24.10.2012 Sliven, Bolqarıstan AÇSO Bolqarıstan – Azərbaycan 4:1 06.01.2016 Sankt-Peterburq BT Azərbaycan – Bolqarıstan 2:0 16.10.2017 Qorna-Oryaxovitsa, Bolqarıstan AÇSO Azərbaycan - Bolqarıstan 2:1 04.09.2022 Sofiya, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 4:0 07.09.2022 Sofiya, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 2:1 === Klublar === 17.07.1996 Bakı, Azərbaycan UEFA Kub. Neftçi – Lokomotiv Sofiya 2:1 24.07.1996 Sofiya, Bolqarı UEFA Kub.
Azərbaycan-Bolqarıstan münasibətləri
Azərbaycan–Bolqarıstan münasibətləri — Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 28 may 1999-cu ildə Azərbaycan Respublikasının prezidenti 2 ölkə arasında iqtisadi-ictimai və elmi texniki komisyanın yaradılması haqqında sərəncam imzalamışdır. 25-27 sentyabr 2002-ci ildə Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev Bolqarıstanın Müdafiə Naziri Svinarovun dəvəti ilə Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 26-31 oktyabr 2002-ci ildə Bolqarıstanın eks-prezidenti Jelyu Jelev BSU-nun dəvəti ilə mühazirələr oxumaq üçün Bakıda səfərdə olmuşdur.
Azərbaycan–Boliviya münasibətləri
Azərbaycan–Boliviya münasibətləri — Azərbaycan Respublikası ilə Boliviya Çoxmillətli Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin iyul ayının 8-də qurulmuşdur.
Azərbaycan–Bolqarıstan futbol matçları
== Kişilər == === Əsas milli komanda === 26.07.2000 Varna YO Bolqarıstan – Azərbaycan 2:1 20.02.2002 Sofiya YO Bolqarıstan – Azərbaycan 3:0 17.11.2004 Bakı YO Azərbaycan – Bolqarıstan 0:0 09.09.2014 Bakı AÇSO Azərbaycan – Bolqarıstan 1:2 13.10.2015 Sofiya AÇSO Bolqarıstan – Azərbaycan 2:0 25.03.2024 Bakı BT Azərbaycan – Bolqarıstan 1:1 === U-21 === 14.08.2013 Loveç, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 3:1 === U-19 === 23.10.2018 Sofiya YO Bolqarıstan – Azərbaycan 0:0 25.10.2018 Sofiya YO Bolqarıstan – Azərbaycan 2:1 === U-17 === 22.09.2008 Qrudzendz, Polşa AÇSO Bolqarı – Azərbaycan 1:3 19.05.2012 Kişinyov, Bolqarıstan BT Bolqarıstan – Azərbaycan 1:3 24.10.2012 Sliven, Bolqarıstan AÇSO Bolqarıstan – Azərbaycan 4:1 06.01.2016 Sankt-Peterburq BT Azərbaycan – Bolqarıstan 2:0 16.10.2017 Qorna-Oryaxovitsa, Bolqarıstan AÇSO Azərbaycan - Bolqarıstan 2:1 04.09.2022 Sofiya, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 4:0 07.09.2022 Sofiya, Bolqarıstan YO Bolqarıstan – Azərbaycan 2:1 === Klublar === 17.07.1996 Bakı, Azərbaycan UEFA Kub. Neftçi – Lokomotiv Sofiya 2:1 24.07.1996 Sofiya, Bolqarı UEFA Kub.
Azərbaycan–Bolqarıstan münasibətləri
Azərbaycan–Bolqarıstan münasibətləri — Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 28 may 1999-cu ildə Azərbaycan Respublikasının prezidenti 2 ölkə arasında iqtisadi-ictimai və elmi texniki komisyanın yaradılması haqqında sərəncam imzalamışdır. 25-27 sentyabr 2002-ci ildə Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev Bolqarıstanın Müdafiə Naziri Svinarovun dəvəti ilə Bolqarıstanda rəsmi səfərdə olmuşdur. 26-31 oktyabr 2002-ci ildə Bolqarıstanın eks-prezidenti Jelyu Jelev BSU-nun dəvəti ilə mühazirələr oxumaq üçün Bakıda səfərdə olmuşdur.
Bakı bolşevikləri (film, 1940)
Bakı bolşevikləri qısametrajlı sənədli filmi rejissor M. Slavinskaya tərəfindən 1940-cı ildə çəkilmişdir. Azərfilm və MSFSdə istehsal edilmişdir. Bakı bolşeviklərinin sovet hakimiyyəti uğrunda çar hökumətinə qarşı apardığı mübarizə filmin əsasını təşkil edir. == Məzmun == Tarixi-inqilabi filmdir. Bakı bolşeviklərinin sovet hakimiyyəti uğrunda çar hökumətinə qarşı apardığı mübarizə filmin əsasını təşkil edir.
Banat bolqarları
Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir. == Həyat və mədəniyyət == Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar. Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır.
Bayan (Bolqarıstan şahzadəsi)
Bayan — Birinci Bulqar dövlətinin şahzadəsi, I Simeonun ən kiçik oğlu idi. Onun sehrbaz olduğuna, istəyəndə bir qurd halına yaxud bir heyvan cildinə girə bildiyi inanılırdı.
Başqa Boleyn qızı (film, 2008)
"Boleyn qızlarından bir başqası (film, 2008).jpg" (ing. The Other Boleyn Girls) — Tüdorlar sülaləsinin zamanına aid bir filmdir. == Film haqqında == Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır. Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib. VIII Henrix 6 dəfə evlənmişdi — Anna Boleyn onun ikinci xanımı idi. Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu. Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur.
Bernard Bolsano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Bishovia boliviensis
Bolduin qraflığı (Alabama)
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Boldyor-Arıta
Boldyor-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şərqində Boldyor-Tyebyoleqe cənubunda isə Kubalax-Uesya qolları onun sahillərini yuyur. Qərbində Ot-Arı adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Burada 8 kiçik göl vardır.
Bolero
Bolero Moris Ravelin orkestr ifası üçün yazdığı ən məşhur musiqi kompozisiyasıdır. Bolerodan əvvəl Ravel bir sıra baletlər, suitalar bəstələmişdir. Bolero Ravelin rəqs hərəkətlərinə musiqi olaraq yeni bir yanaşması idi. Əsər orekstrada iki nəfərin ifası ilə başlayır, bütün orkestrın ifası ilə tamamlanır. == Musiqisi == Bolero böyük bir orkestranın ifası üçün bəstələnmişdir.

Значение слова в других словарях