Tarık Buğra
Tarık Buğra və ya Süleyman Tarık Buğra (2 sentyabr 1918, Konya, Konya vilayəti – 26 fevral 1994, İstanbul) — türk jurnalist həmçinin roman, hekayə, pyes və lətifə yazarı. Cümhuriyyət dövrü türk ədəbiyyatının tanınmış yazarlarındandır. Ədəbiyyatın bir çox janrında əsər yazsa da daha çox romanları ilə tanınır. 1991-ci ildə dövlət mükafatına layiq görülüb.
== Həyatı ==
Tarık Buğra 1918-ci ildə Anadolunun Akşehir qəsəbəsində Mehmet Nazim bəylə Nazikə xanımın ailəsində dünyaya gəlmişdir. Ailədə dörd uşaq olmuşlar. T. Buğranın anası isə Akşehirdə doğulmuş, 15 yaşında Nazim bəylə evləndirilən, türkmən ailəsinin qızı olan Nazikə xanımdır. Nazikə xanım yaşının az olmasından dolayı Buğranın anası deyil, sanki böyük bacısı kimi görünürdü. Hələ uşaq yaşlarında anasının Yunus Əmrədən ona oxuduğu şeirlərin və dinlətdiyi ilahilərin onun böyüməsi, həyatı dərk etməsində böyük rolu olmuşdur. Valideynləri kiçik Buğranın ilk müəllimləri və yol göstəriciləri olmuşlar.