gənzik
gərayi
OBASTAN VİKİ
Dinarə Gərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Dost Dosta Tən Gərək (2007)
Film siçanla pişiyin macəralarından bəhs edir Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Elektrik gərginliyi
Elektrik gərginliyi — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı әdәdi qiymәtcә görülәn işә bәrabәr olan kәmiyyәt. Aşağıdakı düsturla hesablanır: U = A q {\displaystyle U={A \over q}} Burada q {\displaystyle q} - elektrik yükü, A {\displaystyle A} - elektrik yükünü dövrənin ixtiyari iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik qüvvəsinin gördüyü işdir. Potensiallı elektrik sahәsindә (elektrostatik sahәdә) bu iş yükün getdiyi yolun formasından asılı deyil. Bu halda iki nöqtә arasındakı elektrik gərginliyi (vә ya sadәcә gәrginlik) onların arasındakı potensiallar fәrqi ilә üst-üstә düşür. Әgәr sahә qeyri-potensiallı olarsa, onda gərginlik yükün nöqtәlәr arasında getdiyi yolun formasından asılı olur. Kәnar qüvvәlәr adlanan qeyri-potensiallı qüvvәlәr istәnilәn sabit cәrәyan mәnbәyinin daxilindә tәsir göstәrmәk imkanına malikdir. Cәrәyan mәnbәyinin sıxaclarındakı gәrginlik vahid müsbәt yükün mәnbәdәn kәnarda yerlәşәn yol boyunca yerdәyişmәsi zamanı elektrik cәrәyanının gördüyü işlә ölçülür; bu halda gərginlik mәnbәnin sıxaclarındakı potensiallar fәrqinә bәrabәr olub Om qanunu ilә tәyin edilir: U = ε − I r {\displaystyle U={\varepsilon }-{Ir}} burada I {\displaystyle I} – cәrәyan şiddәti, r {\displaystyle r} – naqilin daxili müqavimәti, R {\displaystyle R} – dövrәnin xarici müqavimәti, ε {\displaystyle \varepsilon } isә mәnbәnin elektrik hәrәkәt qüvvәsidir (e.h.q). Açıq dövrәdә ( I {\displaystyle I} = 0 {\displaystyle =0} ) gәrginlik mәnbәnin e.h.q.-nә bәrabәrdir. Ona görә dә dövrә açıq olduğu zaman mәnbәnin e.h.q.-ni çox vaxt onun sıxaclarındakı gərginlik kimi tәyin edirlәr. Dәyişәn cәrәyan halında gərginlik adәtәn tәsiredici (effektiv), yәni dövr әrzindәki orta kvadratik qiymәtlә tәyin olunur.
Emosional gərginlik
Emosional gərginlik— Emosional stresin orqanizmin münaqişəli şəraitlərdə reaksiyası kimi müasir təsəvvürlər stresin təbiətinə baxışları dəyişdirdi və diqqəti humoral mexanizmlərin mərkəzi və vegetativ sinir sisteminin reaksiyaları tərəfindən həyata keçirilməsinə yönəltdi. Xüsusilə, müasir dövrümüzün emosional gərgin şəraitlərlə zəngin olması insan həyatının risk faktorlarla qarşılaşmasına şərait yaradır və əlbəttə ki, sağlamlığa ciddi təsir göstərərək insan həyatını təhlükə qarşısında qoyur. Elmi-texniki tərəqqi, elm -təhsil prosesinin mürəkkəbləşməsi və informasiya bolluğu insan həyatını emosional gərginlik yaradan faktorlarla zənginləşdirmişdir ki, məhz bu da insanın emosional vəziyyətinin və bununla əlaqədar mərkəzi sinir sisteminin emosional gərginlik zamanı fəaliyyətının öyrənilməsini aktual problemə çevirmişdir.Adaptasiya proseslərinin öyrənilməsi emosional gərginlik və stres anlayışları ilə sıx əlaqədardır.Yol verilən həddən artiq emosional gərginliyin artması zamanı orqanizm müdafiə ehtiyatlarını mobilizasiya edir.Əgər stres təsir kəsilmirsə, ikinci mərhələ başlayır; bu mərhələdə uyğunlaşma mexanizmləri ilə stres faktor arasında mübarizə başlayır.Daxili tarazlıq sistemlərinin ehtiyat imkanları qurtaqdıqdan sonra, stresin üçüncü mərhələsi başlayır və bu ehtiyatların tükənməsi ilə nəticələnir.Əgər stres davam edərsə, onda orqanizmdə hər hansı " stres xəstəliyinin " əmələ gəlməsi labüddür. Bu hal distres adlanır və orqanizmin stres şəraiti ilə mübarizə aparmağa gücü çatmır.Beləliklə, emosional gərginlik və stres insan həyatının əsas hissələrindən biri sayılır və ondan qaçmaq qeyri-mümkündür. Eyni zamanda stresin təlim və tərbiyə kimi mürəkkəb proseslərə tənzimləyici, yaradıcı və formalaşdırıcı təsirinin də vacibliyini qeyd etmək lazımdır.Lakin stres təsir insanın uyğunlaşma imkanlarından yuxarı olmamalıdır, əks təqdirdə insanın əhval- ruhiyyəsi pozularaq nevrotik və somatik xəstəliklərə səbəb ola bilər.Yaşadığımız müasir dövr ücün stres vəziyyəti xəstəlik sayılmır. Əgər stres olmasaydı, insan həyatı tamamilə mənasız olardı.Məhz stres canlı orqanizmlərin həyat aktivliyinin təmin edərək normal səviyyədə saxlanmasına nail olur.
Enliyarpaq gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Gərab
Gərab (Luristan)
Gərab (Luristan)
Gərab— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Tarhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,270 nəfər və 687 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqdırlar.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində daşnaklar tərəfindən xaincəsinə qətlə yetirilmişdi. Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı. Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.
Gərami (Həştrud)
Gərami (fars. گرامي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (20 ailə).
Gəravi (Soyuqbulaq)
Gəravi (fars. گراوي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (8 ailə).
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. Kənd Qusar maili düzənliyində yerləşir. Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Haciyə xanım Gərgəri
Pərinisa xanım — Haciyə xanım Gərgəri adıyla tanınan Qudrət xanın qızı və Hacı Hüseynqulu xanın bacısı Qacar dövründə Gərgər mahalının hakimi idi.Mehdiqulu xan Hidayət məşhur Xatirələr və Xətərlər kitabında Haciyə xanım Gərgəridən Gərgər hakimi kimi ad aparır və yazır:"Gərgər mahalı Culfanın iki ağaclıqındadır.Bu nahiyənin hökuməti Haciyə xanım Gərgərinin əlindədir". .Mehdiqulu xan Hidayət.Xatirələr və Xətərlər.5-ci çap.Tehran:Züvvar nəşrləri,1996.ISBN 964-401-021-3.
Hacı Gəray türbəsi
Hacı Gəray türbəsi — Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə. Türbəni onun oğlu I Məngli Gəray tikdirib. 1466-cı ildə Hacı Gəray, 1515-ci ildə isə I Məngli Gəray burada dəfn olunublar. Hər ikisi bu türbədə dəfn ediliblər. 2007-ci ildə Türkiyə hökuməti tərəfindən Zəncirli Mədrəsə və Hacı Gəray türbəsinin yenidən qurulması üçün 2.75 milyon dollar pul ayrılıb. 2008-ci ilin payızında türbənin altından krım xanlarının və yaxınlarının qalıqları olan 18 qəbir aşkarlanıb.
Hamarçiçək gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Hisar Gərmxan
Hisar Gərmxan — İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Gərmxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 716 nəfər və 182 ailədən ibarət idi.
Həsənəli xan Gərrusi
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
III İslam Gəray
III İslâm Gəray (1604, Bağçasaray – 1654 və ya 10 iyul 1654, Bağçasaray) — 1644–1654-cü illərdə hakimiyyətdə olmuş Krım xanı. III İslam, I Səlamət Gərayın oğludur. 1644-cü ildə Osmanlı sultanı, Sultan İbrahim tərəfindən böyük qardaşı IV Mehmed Gərayın yerinə xan elan edilmişdir. 1648-ci ildən etibarən Zaporojye Kazaklarının Atamanı Boqdan Xmelnitski ilə Reç Pospolitaya qarşı ittifaq yaratmışdır. Bu ittifaq Krım xanlığını gücləndirmişdir. Birlikdə 1649-cu ildə Zbaraj və 1651-ci ildə Beresteczko müharibəsində iştirak etmişdirlər. 1654-cü ilə Pereyaslavl müqaviləsi ilə Polşa ilə sülh bağlayaraq Çar Rusiyasına qarşı ittifaq yaratmışdırlar. IV Mehmed Gəray xan dövründə Övliya Çələbi Krıma gəlmiş, xanlıq dövründə Krımdakı həyatı, paytaxt Bağçasaraydakı yaşayışı və xana aid məlumatların dövrümüzə qədər gəlib çatmasına səbəb olmuşdur. III İslâm Gəray xan, Kazaklar tərəfindən öldürülmüşdür. Daha sonra qardaşı IV Mehmed Gəray yenidən xan olmuşdur.
II Dövlət Gəray
II Dövlət Gəray (1648 – iyun 1725, Təkirdağ) — XXX Krım xanı. Doğum tarixi və yeri dəqiq bilinmir. Atası Gəraylar sülaləsindən olan Krım xanı I Səlim Gəraydır. Gənclik illəri haqqında yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumat isə İkinci Vyana mühasirəsinin ardından 1683-cü ildə taxta çıxan II Hacı Gəray tərəfindən kalqay (birinci vəliəhd) elan edilməsidir. Nurəddin (ikinci vəliəhd) təyin edilən kiçik qardaşı Əzəmət Gərayla birlikdə Budin əyalətinin mühafizəsiylə vəzifələndirildi. Ancaq onun bu vəzifəsi çox çəkmədi. Cəmi 9 ay sonra yerli əyanlarla münasibətləri pisləşən II Hacı Gəray 1684-cü ilin iyununda paytaxtdan qovuldu. Üstəlik xanın kalqayı Dövlət Gəray və vəziri Bahadır ağa da bu üsyanı yatırmaq əvəzinə səssiz qaldılar. Xan sarayına hücum edən üsyançılar İstanbula elçi göndərərək kalqayın sürgündəki atası Səlim Gərayın yenidən hakimiyyətə gətirilməsini tələb etdilər.
II Mehmed Gəray
II Mehmed Gəray və ya Semiz Mehmed Gəray (1532-1584) — 1577-1584-cü illərdə hakimiyyətdə olan Krım xanı. II Mehmed Gəray atası Krım xanı I Dövlət Gərayın Rusiya və Reç Pospolita üzərinə etdiyi bir çox yürüşlərdə iştirak etmişdir. 1555-ci ildə böyük qardaşı kalga Sultan Əhməd Gərayın ölümündən sonra kalga təyin edilmiş və atasından sonra taxtın varisi təyin edilmişdir. Atasının hakimiyyəti dövründə Mehmed Gəray kalga vəzifəsini tutdu. 1558-ci ilin qışında, böyük Krım tatar ordusunun başında olan kalga Mehmed Gəray Or bərzəxidən Cənubi Rusiya torpaqlarına yürüş etdi. 1570-ci ildə böyük orduya (50-60 min nəfər) rəhbərlik edən Mehmed və Adil Gəray Ryazan və Kəşir ərazilərinə yürüş etdilər. 1571-1572-ci illərdə kalga Mehmed Gəray atası ilə birlikdə Rusiyaya qarşı iki böyük yürüşdə iştirak etdi. 1566-cı ildə kalga Mehmed Gəray Krım ordusunun əsas qüvvələri ilə Macarıstana qarşı yürüşə başladı və burada Osmanlı ordusu ilə birlikdə Avstriya-Macarıstan İmperiyasına qarşı hərbi əməliyyatlarda iştirak etdi. 29 iyun 1577-ci ildə Krım xanı I Dövlət Gəray Bağçasarayda öldü. Atasının ölümündən sonra 45 yaşlı Mehmed Gəray Krım taxtına çıxdı.
II Mehmed Gəray türbəsi
II Mehmed Gəray türbəsi — Krımın Bağçasaray şəhərinin Eski Yurt qəsəbəsində yerləşən xan türbəsi. Burada ata, oğul və nəvə olan II Mehmed Gəray (1532—1584), II Səadət Gəray (təxminən 1550—1587) və III Mehmed Gəray (1584—1629) Krım xanları dəfn olublar, həmçinin Murad Gəray və Səfa Gərayın da qalıqları burada yerləşir. 2014-cü ildən Krımı işğal edən Rusiya Federasiyasında bura federal əhəmiyyətli mədəni irs obyektidir, beynəlxalq səviyyədə bu əraziləri ölkəsinin bir hissəsi sayan Ukrayna isə buranı milli əhəmiyyətli mədəni irs abidəsi hesab edir. Hazırkı dövrdə II Mehmed Gəray türbəsi Bağçasaray Tarixi, Mədəni və Arxeoloji Muzey-Qoruğunun qorunan obyektlərindən biridir. 1584-cü ilin yazında Osmanlı sultanı III Murad II Mehmed Gərayı Səfəvi-Osmanlı müharibəsində kömək etməyi rədd etdiyi üçün hakimiyyətdən məhrum etdi və onun yerinə əvvəllər türk torpaqlarında yaşamış kiçik qardaşı II İslam Gərayı gətirdi. Həmin ilin may ayında İslam Gəray Osman Paşanın dəstəyi ilə Qılınc Əlinin Osmanlı donanması ilə Kefeye çatdı. Krım xanı II Mehmed sultana itaət etməyib Kefeni mühasirəyə aldı, lakin Əli bəy Şirinin başçılıq etdiyi Krım bəyləri sultanın fərmanına qarşı çıxmamağa qərar verdilər və yeni xanın tərəfinə keçdilər. Mehmedə sədaqəti ancaq Mənsurov nəslindən olan noqay murzaları qorudular. Devrilən II Mehmed Gəray zadəganların və ordunun dəstəyini itirərək, oğulları Səadət, Murad və Səfa ilə Mənsur bəylərinin müşayiəti ilə mübarizəni davam etdirmək üçün Kefədən Noqay ordasına qaçdı ki, orada güc-qüvvət toplasın. Xanın arxasına kiçik qardaşları şahzadələr Alp Gəray, Səlamət və Mübarek Gəray qoşunla birlikdə düşdülər.
II Qazi Gəray
II Qazi Gəray (1551 – mart 1608, Temrük) — Krım xanlığının hakimi, şair, bəstəkar. II Qazi Gəray I Dövlət Gərayın (1551–1577) oğludur. Birinci dəfə 1588-ci ildən 1596-cı ilədək, ikinci dəfə 1596-cı ildən 1607-ci ilədək Krım xanlığının hakimi olmuşdi. 1596-cı ildə I Fateh Gəray taxtı ələ keçirmişdi. Böyük qardaşı Məhəmməd Gərayın hakimiyyəti (1577–1584) dönəmində tatarların başında Səfəvilər dövlətinə yürüş etmişdi. 1579-cu ildə Krım tatarları yenidən Şirvan üzərinə yürüş edirlər. Bu dəfə buranı viran etdikdən sonra geri qayıdırlar. 1580/81-ci ildə üçüncü yürüşə gəlirlər. Lakin bu dəfə qızılbaş döyüşçüləri nisbətən asanlıqla tatarları Şirvandan sıxışdırıb çıxarırlar. Ancaq tezliklə Azərbaycanda tüğyan edən aclıq və qıtlıq üzündən Şirvanın müdafiə gücü zəifləyir və osmanlılar onu yenidən ələ keçirirlər.
II İslam Gəray
II İslam Gəray — 1584–1588-ci illər arasında hakimiyyətdə olan Krım xanı. Uzun müddət Osmanlıda qalması, ilahiyyat təhsili alması, bəlkə də yaşı onun güclü hökmdar olmasına mane olmuşdur. Döyüşlərin çoxunu qardaşı Alp Gəray aparmışdır. Hakimiyyətdə olduğu vaxtın əsas hissəsini qardaşı oğlu ilə münəqişədə keçirmişdir. Doğulduğu il bilinmir. Atası Dövlət I Gəray 1551-ci ildə taxta çıxdıqdan sonra İslam Sultan sarayına girov olaraq göndərilmişdir. Ömrünün 30 ildən çoxunu Osmanlıda keçirmişdir. Sultan məhkəməsindən ayrılaraq ilahiyyat təhsili almaq və Sufilərin mövləvilik nişanı üçün Konyaya getmişdir. 1584-cü ildə böyük qardaşı II Məhəmməd Gəray xan Osmanlının krımlalıları Səfəvilərin üzərinə göndərmək əmrindən imtina etdi. Sultan III Murad İslamı Krıma göndərdi və onu yeni Krım xanı olaraq təyin etdi.
IV Mehmed Gəray
IV Mehmed Gəray (Sofu) (1606 – 1674) — Krım xanıdır. "Sofu Mehmed Gəray xan" adı ilə də tanınır. (1641–1644) və (1654–1666) illərində hakimiyyətdə olmuşdur. Polşa və Litva Knyazlığı ilə ittifaq siyasətini müdafiə etmişdir. IV Mehmed xan olmaqla bərabər, dini və fəlsəfi şeirləri ilə məşhur bir şairdir. Şeirlərində "Kamil" təxəllüsündən istifadə etmişdir. Xanlığı dövründə yenidənqurma və mədəni həyatla bağlı işlərə önəm vermişdir. Sofu Mehmed Gəray xanın dövründə Övliya Çələbi Krım xanlığını ziyarət etdi və xanlıq dövründə Krımdakı həyatı, paytaxt Bağçasaraydakı yaşayışı və xana aid məlumatların dövrümüzə qədər gəlib çatmasına səbəb olmuşdur.

Digər lüğətlərdə