irimolekullu
irinaxma 2021
OBASTAN VİKİ
Kim Çen İrin titul siyahısı
Şimali Koreyada Kim Çen İrin adının qarşısında müəyyən titullar istifadə olunur. O, 1994-cü ildən 2011-ci ilədək ölkə rəhbəri, KXDR dövlət müdafiə komitəsinin sədri, Koreya Əmək Partiyası MK-nin baş katibi olmuşdur. Başçının adı xüsusi şriftlə ya qalın, yada daha böyük hərflərlə qeyd olunur. Bu da öz növbəsində bu şəkildə yazılır "위대한 령도자 김정일동지께서<…>지적하시였다." (Böyük Rəhbər yoldaş Kim Çen İr əmr edirdi…). Titullar KƏP MK-də hazırlanır, onların adının çəkilməsi isə siyasi vəziyyətdən asılı olaraq dəyişir. Analoji vəziyyət 1948–1994-cü illərdə KXDR-na başçılıq edən Kim Çen İrin atası Kim İr Senin dövründə də mövcud idi. Bəzi alimlər Şimali Koreya liderlərinin titullarının tam siyahısını toplamağa cəhd göstərmişdilər. Aşağıda Kim Çen İrin titul siyahısı verilib.
Amblyseius irinae
Amblyseius irinae (lat. Amblyseius irinae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius irinae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. == Tarixi == İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. == Muzey işləri == Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
Lionlu İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
İrina (Bizans imperatriçası)
Afinalı İrina (yun. Ειρήνη η Αθηναία)(təq. 752[…], Afina – 9 avqust 803[…], Lesbos) — Bizans imperatriçası. == Həyatı == Afinalı əsilzadə ailələrindən birinə mənsub olan İrina uşaq yaşlarında valideynlərini itirməsi səbəbilə əmisi və Balkanlardakı əyalət birliklərindən birinə rəhbərlik edən Konstantin Srantapekin himayəsində böyüdü. 1 noyabr 769-cu ildə Konstantinopola göndərildi və həmin ilin 17 dekabr tarixində imperator V Konstantinin oğlu Leoyla evləndirildi. Cütlüyün bu evlilikdən gələcəkdə taxta çıxacaq yeganə oğlu Konstantin dünyaya gəlir. Qaynatasının ölümündən sonra 775-ci ildə əri IV Leo adıyla taxta çıxdı. Bu qısa müddət ərzində ərinin ikonomaxiya cərəyanını şiddətlə dəstəkləməsinə baxmayaraq Afinalı İrina sarayda bu siyasəti yumşaltmağa çalışdı. Rəvayətə görə, sırf bu məsələ səbəbilə imperator xanımıyla yataqlarını ayırmışdır. Aralarındakı soyuq münasibətə baxmayaraq ərinin ölümünün ardından 780-ci ildə taxta çıxan azyaşlı oğlu Konstantinə naibə olaraq xidmət etdi.
İrina (Trabzon imperatriçası)
İrina Paleoloq (yun. Εἰρήνη Παλαιολογίνα) (təq. 1315, Konstantinopol – ən tezi 1341) — 13-cü Trabzon imperatriçası. == Həyatı == Bizans imperatoru III Andronikin nikahdan kənar doğulan qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. 1335-ci ildə Bizans və Trabzon imperiyaları arasında qurulan ittifaqa əsasən, Trabzon imperatoru Vasileylə evləndirildi. Ancaq çox keçmədən əriylə münasibətləri pisləşdi. Belə ki, İrinadan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi. Trabzon kilsəsi tərəfindən nikahları pozulsa da, Konstantinopol baş patriarxı bunu qəbul etmədi. Nikahının ləğv edilməsinə baxmayaraq Trabzonda nüfuz sahibi olan İrina Paleoloq 6 aprel 1340-cı ildə ərini zəhərləyərək öldürdü və tərtib etdiyi saray çevrilişiylə taxtı ələ keçirdi.
İrina Anastasiadi
İrina Anastasiadi — Yazıçı, tərcüməçi və publisist == Həyatı == 1968-ci ildə Tbilisidə anadan olub. Gürcüstanda "Xarici dillər" institutunu bitirib. 1993-cü ildə Yunanıstana miqrasiya edib. Hal-hazırda Sankt-Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin "Δρυίδες" (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir. Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabın müəllifidir. İrina Anastasiadinin "Günorta" hekayəsini Səid Əliyev tərcümə etmişdir.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. == Erkən həyatı == Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İrina Bekeşkina
İrina Bekeşkina (ukr. Ірина Ериківна Бекешкіна; 4 fevral 1952, İvdel, Sverdlovsk vilayəti – 20 mart 2020, Kiyev) – Ukraynalı sosioloq, siyasi və seçki sosiologiyası sahəsində mütəxəssis. 2010-cu ildən 2020-ci ilə qədər Demokratik Təşəbbüslər Vəqfinin direktoru idi. Ukrayna cəmiyyəti və siyasətinin öyrənilməsi sahəsində ixtisaslaşmışdı. Həm də tez-tez media şərhçisi və siyasət müdafiəçisi kimi çıxış edirdi. == Bioqrafiyası == Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəlsəfə fakültəsini və Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə doktoru olmuşdur. "Fəlsəfi Düşüncə" jurnalının elmi redaktoru, Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildən Ukrayna Milli Elmlər Akademiyası Sosiologiya İnstitutunun elmi işçisidir. 1996-cı ildən Demokratik Təşəbbüslər Fondunun direktor müavini, 2001-ci ildən isə elmi məsləhətçisidir.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
İrina Bilık
İrina Bilık (d. 6 aprel 1970, Kiyev, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2008). == Albomları == «Кувала зозуля» (1990) «Я розкажу» (1994) «Nova» (1995) «Так просто» (1996) «Фарби» (1998) «Ома» (2000) «Biłyk» (2002) «Країна» (2003) «Любовь.
İrina Bliznova
İrina Bliznova (6 oktyabr 1986, Krasnodar) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == İrina Bliznova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra İrina Bliznova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. İrina Bliznova Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.
İrina Borodavko
İrina Borodavko (d. 4 noyabr 1979) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == İrina Borodavko, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
İrina Dzyuba
İrina Dzyuba (16 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Dzyuba Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
İrina Jukova
İrina Jukova (22 noyabr 1974, Çerkasi) - Ukraynalı karyerasını başa vurmuş voleybolçu. == Həyatı == 1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001-2003), "Foppapedretti" (2003-2005), "Kruq Çerkası" (2006-2007), və "Zariçye-Odinçeva" (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur. 2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb.
İrina Karavayeva
İrina Vladimirovna Karavayeva (18 may 1975, Krasnodar) — Rusiyanı təmsil edən batut gimnastı. İrina Karavayeva, 2000, 2004 və 2008-ci illərdə Rusiyanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında qızıl medal qazanan İrina Karavayeva, həmdə Dünya Çempionatlarında 12 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == === 2000 Sidney Olimpiadası === İrina Karavayeva, 2000-ci ildə Rusiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karavayeva, 38.90 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu. === 2004 Afina Olimpiadası === İrina Karavayeva növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Karavayeva, 39.90 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı. === 2008 Pekin Olimpiadası === İrina Karavayeva sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Karavayeva, 36.20 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
İrina Kindzerskaya
İrina Kindzerskaya (13 iyun 1991, Kamenets-Podolski, Xmelnitski vilayəti) — Ukrayna əsilli Azərbaycanlı cüdoçu. İrina Kindzerskaya, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb. == Karyerası == === 2017 === İrina Kindzerskayanın birinci turniri 12-22 mayda baş tutan IV İslam Həmrəyliyi Oyunları oldu. Qrup mərhələsinin birinci görüşündə İrina Kindzerskaya Əlcəzair nümayəndəsi Sonya Asselah ilə üz-üzə gəldi. Həmin görüşdə İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə İrina Kindzerskaya Toqo cüdoçusu Essohanam Noelin Koro ilə üz-üzə gəldi. Bu görüşdə də İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Bununla da İrina Kindzerskaya qrup mərhələsini birinci pillədə başa vurdu və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Kayra Sayit oldu. Həmin görüşdə İrina Kindzerskaya rəqibinə ipponla məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurdu.
İrina Klimenko
İrina Kotova
İrina Kotova (17 noyabr 1976, Minsk) — Belorus rəssam. == Bioqrafiya == 1996–2002-ci illərdə Minsk şəhərinin Belarus Dövlət Rəssamlıq Akademiyasının Qrafika şöbəsində təhsil almışdır. 2003–2007-ci illərdə Parisdə təhsil almışdır.2007-2009-cu illərdə Sorbonna Tədqiqat İnstitutunda Parisdə, İncəsənət tarixi kafedrasında təhsil almışdır. == Şəxsi sərgilər == 2005 -Amerika Birləşmiş Ştatlarının Pravoslav Kilsəsinin dəstəyi ilə 2006 - Belarusun Fransadakı səfirliyi, Paris 2010-2011 - Belarus Respublikasının Milli İncəsənət Muzeyi, Minsk 2011 - Belarusiya Dövlət İncəsənət Akademiyası, Minsk 2012 - Rusiya Elm və Mədəniyyət Mərkəzi, Paris 2013-2014 - Parisdə Orthodoxie.com saytının qalereyası 2014- Milli Tarix-Mədəniyyət Muzeyi == Sərgi dueti == 2013-2014 - Parisdə Rusiyanın Dünya Qalereyası == Qrup sərgiləri == 1991 - Kızılay Muzeyində, Moskva, Rusiya 1995-1996 - Çernobıl Qurbanlarının Kanada Fondu, Kanada tərəfindən təşkil edilən beynəlxalq sərgi 2000 - "Мастак і кніга" respublika sərgisi, Belarusun Minsk şəhərindəki incəsənət sarayı 2000 - Belarusiya Dövlət Rəssamlıq Akademiyası, Minsk 2003 - Beynəlxalq "Alberobello Arte Edition 2003" sərgisi, Alberobello, İtaliya 2003 - 3-cü Beynəlxalq İncəsənət Salonu,Fransa 2004 - 4-cü Beynəlxalq İncəsənət Salonu,Fransa 2006 - 5-ci Beynəlxalq İncəsənət Salonu, Fransa 2006 - Belarusun Fransadakı səfirliyi, Paris 2006 - Respublika Gənclər Sərgisi, Minsk şəhərindəki Sənət Sarayı, Belarus 2009 - Beynəlxalq sərgi, Belarus Respublika Sarayının, Minsk, Belarus 2011 - Belarus Respublikasının Milli Kitabxanası == Performansın əbədi olması == 10 yanvar 2014-cü ildə Parisdə John XXIII-nin konsert salonunda Fransanın məşhur yazıçısı Kristof Levallois və Belarusiya mənşəli bəstəkar Kirill Zaborovla birgə yaradılmış interaktiv ədəbi və müəllif ifasında "Momentin əbədiyyəti" adlı ilk təqdimat yaradılıb. == Kitab təsvirləri == İrina Kotova kitabın yeni ingilis dilində versiyasını nümayiş etdirdi (2010-cu ildə Londonda nəşr olunan Motovilov ilə Serov Seraphim söhbətində) == Təqdimatlar, hesabatlar, sənədli filmlər == 2009 - Belarus rəsmisi İrina Kotovanın yaradıcılığı Parisdəki Fransız İncəsənət Tarixi Milli İnstitutunda Fransız yazıçısı və publisist Kristof Levalloisin hesabatında təqdim edildi. 2010 - Belarus Respublikasının Milli İncəsənət Muzeyində İrina Kotovanın sərgisinin açılışından bir hesabat Belarus 1 kanalının çıxışı üçün hazırlanmışdır. 2014 - Martın 1-də Belarusiyalı rəssam İrina Kotovanın işinə həsr olunmuş proqram İnternetdə yayımlandı. == Nəşr == 2010 - İrina Kotovanın əsərlərindən ibarət albomu Üç dildə yazıçı Kristof Levallois ilə birgə Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Belarus Respublikasının Fransadakı səfirliyi və Fransanın Belarusdakı səfirliyi və Belarus Rəssamlar Birliyinin iştirakı ilə hazırlanmış və nəşr olunmuşdur.
İrina Krivko
İrina Valerevna Krivko (belar. Ірына Валер’еўна Крыўко; 30 iyul 1991, Senno[d], Vitebsk vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarında estafetdə çempion. == Bioqrafiyası == İrina Krivko Vitebsk vilayətinin Senno şəhərində anadan olub. Beşinci sinifdə oxuyunda keçmiş biatlonçu, bədən tərbiyəsi müəllimi Valentina Gordetskanın diqqətini çəkmişdir.İrinanı idman məktəbinin məşqçisi Valeri Mixayloviç Lektorova göstərdilər. Tezliklə kiçik qardaşı Viktor da biatlonçu oldu. 2018-ci ildə Belarusiya millisinin servis işçisi Artyom Leşçenko ilə evləndi. 2009-cu ildə beynəlxalq yarışlarda debüt etdi və Kanadada Kenmor qəsəbəsində keçirilən yeniyetmələrin dünya çempionatında fərdi yarışda dördüncü yeri tutdu. Kanadalı biatlonçu Yolen Odduya təxminən 10 saniyə məğlub oldu. Sprintdə 14-cü, təqibdə isə səkkizinci oldu.
İrina Kupçenko
İrina Petrovna Kupçenko (rus. Ирина Петровна Купченко; 1 mart 1948, Vyana) — sovet rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1989). == Həyatı == İrina Kupçenko 29 fevral 1948-ci ildə Vyanada anadan olub. Kiyev Universitetinin xarici dillər fakültəsində (1965–1966), B. Şuşkin adına Teatr Texnikumunda (1970) təhsil alıb. 1969-cu ildən Rusiyada filmlərə çəkilir. İndiyə qədər 50-ə yaxın filmə çəkilib. Y. Vaxtanqov adına Akademik Teatrın aktrisasıdır. Lenin komsomolu mükafatı (1981), "Nika" mükafatı (1987), Rusiya Dövlət mükafatı (2001), XI Beynəlxalq Kinofestivalın (Monreal, Kanada, 1987) ən yaxşı aktirsa nominasiyasının laureatıdır. == Filmoqrafiya == Özgə ömür (film, 1987) Nakəs (film, 1991) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
İrina Kuçinskaya
İrina Madziy
İrina Madziy (ukr. Ирина Богданівна Мадзій; 12 mart 1970, Kostanay vilayəti – 11 aprel 2021, Borşçiv[d], Ternopil vilayəti) — Ukrayna jurnalisti. == Həyatı == İrina Madziy 12 mart 1970-ci ildə Qostanay vilayətində anadan olmuşdur. İvan Franko adına Lvov Milli Universitetinin jurnalistika fakültəsini bitirib. 2007-ci ildən 2021-ci ildə vəfat edənə qədər Ukrayna Jurnalistlər Birliyinin üzvü idi. 11 aprel 2021-ci ildə Ukraynanın Borşçiv şəhərində vəfat etdi.
İrina Malkova
İrina Malkova — rus qadın voleybolçu. 2013-cü ildən Dinamo Kazan blokçusudur. Blokları zamanı 294 sm yüksəkliyə qədər tullana bilir. Perspektivi az olmayan 25 yaşlı voleybolçu Rusiya milli komandasına bir dəfə belə dəvət almamışdır.

Значение слова в других словарях