İrina Kindzerskaya (13 iyun 1991, Kamenets-Podolski, Xmelnitski vilayəti) — Ukrayna əsilli Azərbaycanlı cüdoçu. İrina Kindzerskaya, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb.
İrina Kindzerskaya | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ukr. Ірина Миколаївна Кіндзерська | |||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||
Tam adı | İrina Nikolay qızı Kindzerskaya | ||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
||||||||||||||||||||||||||||
Doğum tarixi | 13 iyun 1991 (33 yaş) | ||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||
Boyu | 180 sm | ||||||||||||||||||||||||||||
Çəkisi | 125 kq[1] | ||||||||||||||||||||||||||||
İdman növü | Cüdo | ||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
İrina Kindzerskayanın birinci turniri 12-22 mayda baş tutan IV İslam Həmrəyliyi Oyunları oldu. Qrup mərhələsinin birinci görüşündə İrina Kindzerskaya Əlcəzair nümayəndəsi Sonya Asselah ilə üz-üzə gəldi. Həmin görüşdə İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə İrina Kindzerskaya Toqo cüdoçusu Essohanam Noelin Koro ilə üz-üzə gəldi. Bu görüşdə də İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Bununla da İrina Kindzerskaya qrup mərhələsini birinci pillədə başa vurdu və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Kayra Sayit oldu. Həmin görüşdə İrina Kindzerskaya rəqibinə ipponla məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurdu. Komanda turnirində də mübarizə aparan İrina Kindzerskaya turnirin final görüşündə məğlub oldu və gümüş medalın sahibi oldu.
İrina Kindzerskayanın növbəti turniri 22-24 iyulda Belarusda baş tutan Belarus Open beynəlxalq turniri oldu. Həmin turnirin 1/8 final mərhələsində İrina Kindzerskaya Ukrayna nümayəndəsi Vasilina Kiriçeno ilə üz-üzə gəldi.
2017-ci ilin əsas turniri 28 avqust-4 sentyabrda Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatı idi. İrina Kindzerskaya Dünya Çempionatında sentyabrın 2-də mübarizə apardı. Turnirin təsnifat mərhələsində onun rəqibi Toqo nümayəndəsi Essohanam Noelin Koro oldu. Həmin görüşdə İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Litva nümayəndəsi Santa Pasenite oldu. Bu görüşdə də İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Bosniya və Herseqovina nümayəndəsi Larisa Çeriç oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İrina Kindzerskaya rəqibinə qalib gəldi (02:00) və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi 2016-cı il Rio-de-Janeyro Olimpiadasının bürünc medalçısı Çin cüdoçusu Yu Son oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İrina Kindzerskaya rəqibinə məğlub oldu (00:01) və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Niderland nümayəndəsi Tessi Saveluls oldu. Bu görüşdə İrina Kindzerskaya rəqibi üzərində qələbə qazandı və Dünya Çempionatının bürünc medalına sahib oldu. Bununla da İrina Kindzerskaya 7 ildən sonra Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın cüdoçu oldu (sonuncu dəfə 2010-cu ildə Ramilə Yusubova turnirin bürünc medalına sahib olmuşdu).
İslam Həmrəyliyi Oyunları | Azərbaycan | |||
İslam Həmrəyliyi Oyunları | Azərbaycan | |||
Belarus Open | Belarus | |||
Dünya Çempionatı | Macarıstan | |||
IJF Grand Slam | Şablon:Flaqifikasiya/UAE BƏƏ | |||
Dünya Çempionatı (Open) |