İrina Kuçinskaya Yakovlevna (d.29 05 1975-ci il Bakı şəhəri) — coğrafiya üzrə fəlsəfə doktoru.
İrina Kuçinskaya | |
---|---|
İrina Kuçinskaya Yakovlevna | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
İxtisası | fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası |
Təhsili | Bakı Dövlət Universiteti |
İ.Y.Kuçinskaya 29.05.1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə BDU-nun coğrafiya fakültəsini fərqlənmə diplonu ilə bitirmişdir.
Həmin ildə AMEA-nın akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşünaslıq" bölməsində kiçik elmi işçi, vəzifəsinə işə qəbul olunmuşdur.1997-2000 illərdə institutun əyani aspiranturasında təhsil almışdır.2011-ci ildən aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir.2003-cü ildə "Cənub-Şərqi Qafqazın şimal yamacının müasir landşaftlarının differensiyası xüsusiyyətləri (KŞ indikasion-landşaft deşifrlənmə materialları əsasında)" mövzusunda namizədlik dissertasiyasımüdafiə etmişdir.Elmi tədqiqatları əsasən landşaftşünaslıq, ekoloji-landşaftşünaslıq, və areokosmik metodların landşaft tədqiqatlarına tətbiqi sahələrini əhatə edir.2003-cü ildə Qazaxtısdan keçirilən gənc alimlərin elmi konfransında 11 yeri tutmuş və diplomla mükafatlandırılmışdır. Bakıda, Moskvada, Tiflisdə, Kiyevdə, Minskdə, Barnualda, Alma-Atada,Londonda, Mayamidə, Ruminiyada, və s.keçirilən elmi konfranslarda iştirak etmişdir.[1]
Bir monoqrafiyanın, 57-ə yaxın məqalə və tezisin müallifidir.
1. Conditionality of change of landscape-ecological situation of the northern slope of the South-Eastern Caucasus by exodynamic processes. Azərb. МЕА Xəbərləri. Yer Elmləri, 2003, №4, с. 12-16.
2. Ландшафтно - экологическая дифференци-ация горных геосистем. Баку, 2011.
3. Динамика изменения ландшафтно - экологической обстановки на Большом Кавказе (в пределах Азербайджана). "Вопросы географии и геоэкологии", Алматы, №3, 2013, с. 50-58.[2]