Aya İrini Kilsəsi

Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir.

Aya İrini Kilsəsi
Aya İrini
Αγία Ειρήνη
41°00′34″ şm. e. 28°58′52″ ş. u.
Ölkə
Tikdirəni
Üslubu Bizans memarlığı
Saytı
Aya İrini Kilsəsi xəritədə
Aya İrini Kilsəsi
Aya İrini Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Aya İrini Kilsəsi (2013)

İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır.

İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIIIIX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir.

Muzey işləri[redaktə | mənbəni redaktə et]

Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır. III Əhməd dövründə Osmanlı imperiyasının müxtəlif regionlarından göndərilən əsərlər Ayya İrinidə iki ayrı hissədə Mecma-i Esliha-i Atika (Qədim Silahlar Kolleksiyası) və Mecme-i Asar-ı Atika (Qədim Əsərlər Kolleksiyası) adları ilə yığılmışdır. Bu muzey 1875-ci ildə Çinili köşkə köçürüldü. 1908-ci ildə yeni bir hərbi muzeyin yaradılması üçün Ayas İrinidə müxtəlif tarixi materiallar saxlanıldı. Açılan bu muzey 1949-cu ilə qədər hərbi muzey kimi xidmət etmişdir.

1974–76-cı illər arasında aparılan tədqiqatlar zamanı nəmdən təmizlənməsi üçün ətrafındakı torpaq qalıqları çıxarıldı. 1973-cü ildən bu yana, xüsusilə İKSV daxilində bir çox sənət tədbirinə ev sahibliyi etmişdir.

Qaleriya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 archINFORM (alm.). 1994.