İrina (Bizans imperatriçası)

Afinalı İrina (yun. Ειρήνη η Αθηναία)(təq. 752[1][2][…], Afina9 avqust 803[1][2][…], Lesbos[3]) — Bizans imperatriçası.[4][5][6]

Afinalı İrina
yun. Ειρήνη η Αθηναία
ƏvvəlkiIV Leo
SonrakıI Nikefor
ƏvvəlkiMariya
SonrakıEvdokiya
Şəxsi məlumatlar
Doğum tarixi təq. 752[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 avqust 803(0803-08-09)[1][2][…]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı IV Leo
Uşağı VI Konstantin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Afinalı əsilzadə ailələrindən birinə mənsub olan İrina uşaq yaşlarında valideynlərini itirməsi səbəbilə əmisi və Balkanlardakı əyalət birliklərindən birinə rəhbərlik edən Konstantin Srantapekin himayəsində böyüdü. 1 noyabr 769-cu ildə Konstantinopola göndərildi və həmin ilin 17 dekabr tarixində imperator V Konstantinin oğlu Leoyla evləndirildi. Cütlüyün bu evlilikdən gələcəkdə taxta çıxacaq yeganə oğlu Konstantin dünyaya gəlir.

Qaynatasının ölümündən sonra 775-ci ildə əri IV Leo adıyla taxta çıxdı. Bu qısa müddət ərzində ərinin ikonomaxiya cərəyanını şiddətlə dəstəkləməsinə baxmayaraq Afinalı İrina sarayda bu siyasəti yumşaltmağa çalışdı. Rəvayətə görə, sırf bu məsələ səbəbilə imperator xanımıyla yataqlarını ayırmışdır. Aralarındakı soyuq münasibətə baxmayaraq ərinin ölümünün ardından 780-ci ildə taxta çıxan azyaşlı oğlu Konstantinə naibə olaraq xidmət etdi.

VI Konstantin səltənətinin ilk 10 ilində taxta naibəsi ünvanıyla imperiyanı idarə edən Afinalı İrina ilk öncə ərinin ögey qardaşlarının üsyanını yatırdı. Daha öncə üsyan edən və sürgün olunan qaynı Nikefor bu dəfə ələ keçirilərək monastıra həbs olunur. Taxt iddiasını gücləndirmək üçün oğlu VI Konstantini 782-ci ildə Frank kralı Karlın qızı Rotrudla nişanlansa da, siyasi səbəblərlə 788-ci ildə nişan ləğv edildi.

Ardından Siciliya valisi tərəfindən çıxan üsyanı amansızlıqla yatıran Afinalı İrina valinin paytaxtdakı ailə üzvlərinə ağır işgəncələr verdi. Siciliyaya nəhəng donanma göndərərək bölgədəki Bizans nüfuzunu gücləndirdi. Qaçan vali ərəblərə sığınmışdır.

VI Konstantin atası kimi ikonomaxiya tərəfdarı olsa da, taxt naibəsi olan anası İrina tam bir ikonopərəst idi. Bu səbəblə bir çox ikonomaxist saray əyanı və ordu mənsublarını vəzifədən aldı. Bu isə ana-oğul arasındakı taxt mübarizəsini alovlandırırdı. Nəhayət 790-cı ildə Afinalı İrinanın naibəliyinə son qoyuldu və VI Konstantin hakimiyyəti təkbaşına ələ aldı. Anasının apardığı intriqalar və saray əyanlarının müxalifəti səbəbilə 2 il sonra - 792-ci ildə anasını imperatriça olaraq ortaq monarx elan etməyə məcbur oldu. Ancaq Afinalı İrina bununla da kifayətlənmədi və 797-ci ildə baş tutan saray çevrilişiylə oğlunu taxtdan endirdi. Gözlərinə mil çəkilən VI Konstantin bir neçə gün sonra vəfat etdi. Afinalı İrina isə səltənəti təkbaşına idarə etməyə davam etdi.

Ancaq bir qadının imperatriça olmasını nə saray əyanları, nə də Roma papası təsdiqlədi. Ona qarşı tərtiblənən saray çevrilişiylə paytaxtda olmamasından istifadə edərək saray əyanları səltənətə son qoydu. Taxt-tac güclü saray əyanlarından olan Nikefor tərəfindən ələ keçirildi. Paytaxta gətirilən Afinalı İrina öncə Böyükadada bir kilsəyə həbs edilsə də, daha sonra Midilli adasına sürgün olundu və 9 avqust 803-cü ildə burada vəfat etdi. Cənazəsi Konstantinopola gətirildi və mərasimin ardından Böyükadada həbs olunduğu kilsəyə dəfn olundu.

  1. 1 2 3 4 Irene (Eirene) // FemBio database (alm.).
  2. 1 2 3 4 Schäfer J. Eirene Irene // Ökumenisches Heiligenlexikon. 1998.
  3. 1 2 Ирина (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1894. Т. XIII. С. 317.
  4. Norwich, John J. (1991). Byzantium: The Apogee. Alfred A. Knopf, Inc. ISBN 0-394-53779-3
  5. Alexander, Paul Julius (1985). The Byzantine Apocalyptic Tradition. University of California Press. p. 66 (note 21). ISBN 9780520049987
  6. Cooper, Eric; Decker, Michael J. (2012). Life and Society in Byzantine Cappadocia. Springer. p. 42. ISBN 9781137029645