İRTİCALEN
İSABET
OBASTAN VİKİ
.is
.is — İslandiyanın internet kodu.
İS-7
EC-7 (obyekt 260) — Sovet ağır tankları. IS-7 ağır tankı, 1948-ci ildə təkmilləşdirilmişdir. 68 ton çəkisi, qalın şəkildə dizayn edilmiş zireh və 130 mm-lik çapa malik C-70 silahı ilə indiyə qədər SSRİ tərəfindən yaradılmış ən böyük tank olmuşdur. Bu tank çox baxımdan yenilikçi olmasına baxmayaraq, mübarizə bölməsinin çox praktik nizamlanması səbəbi ilə kütləvi istehsal üçün əsla qəbul edilmədi. İnanılmaz dərəcədə qorunan bir tank qülləsinə sahib idi və 150 mm-lik ön zirehi əyildiyi üçün müdafiə effekti dolayı yolla 2 dəfə artaraq 300 mm-ə çatırdı. Bu isə öz dövrü üçün inanılmaz bir nəticə əldə etmək demək idi. Lakin bu cür əyri zirehləri hazırlamaq həm o dövrdə, həm də müasir dövrdə olduqca çətin və mühəndislik nöqteyi-nəzərindən də mürəkkəb bir iş hesab olunur. Məhz bu səbəbdən də, bu tanklar kütləvi istehsala cəlb edilməmişdirlər.
İs 7
EC-7 (obyekt 260) — Sovet ağır tankları. IS-7 ağır tankı, 1948-ci ildə təkmilləşdirilmişdir. 68 ton çəkisi, qalın şəkildə dizayn edilmiş zireh və 130 mm-lik çapa malik C-70 silahı ilə indiyə qədər SSRİ tərəfindən yaradılmış ən böyük tank olmuşdur. Bu tank çox baxımdan yenilikçi olmasına baxmayaraq, mübarizə bölməsinin çox praktik nizamlanması səbəbi ilə kütləvi istehsal üçün əsla qəbul edilmədi. İnanılmaz dərəcədə qorunan bir tank qülləsinə sahib idi və 150 mm-lik ön zirehi əyildiyi üçün müdafiə effekti dolayı yolla 2 dəfə artaraq 300 mm-ə çatırdı. Bu isə öz dövrü üçün inanılmaz bir nəticə əldə etmək demək idi. Lakin bu cür əyri zirehləri hazırlamaq həm o dövrdə, həm də müasir dövrdə olduqca çətin və mühəndislik nöqteyi-nəzərindən də mürəkkəb bir iş hesab olunur. Məhz bu səbəbdən də, bu tanklar kütləvi istehsala cəlb edilməmişdirlər.
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
This is Love
This is Love (azərb. Bu sevgidir‎) — Yunanıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Demy Yunanıstanı Avroviziya 2017-də "This is Love" mahnısı ilə təmsil etmiş və finalda 19-cu yeri tutmuşdur.. Demy-nin Avroviziya səhnəsində ifa etdiyi mahnı ("This is Love") Yunanıstanın tanınmış bəstəkarlarından olan Dimitris Kantopulos tərəfindən bəstələnmişdir. Bəstəkar (Kantopulos) eyni zamanda Azərbaycanın 2013-cü ildə müsabiqədə təmsil olunduğu və ölkəyə 2-ci yer qazandırdığı "Hold Me" mahnısını bəstələmişdir.
A is for Allah
A is for Allah — Yusuf İslamın 2000-ci ildə çıxardığı albom.
Karabakh is Azerbaijan Platforması
Karabakh is Azerbaijan ("Qarabağ Azərbaycandır") və ya qısa adı ilə KIAz — İkinci Qarabağ müharibəsindən əvvəl bir qrup azərbaycanlı gənc tərəfindən yaradılmış və xüsusən də İkinci Qarabağ müharibəsi dövründə informasiya müharibəsində aktiv iştirak etmiş təşkilat. Platforma müxtəlif həştəqlər ilə dəfələrlə dünya trendində və müxtəlif ölkələrin ölkə trendində ilk sıraya qədər yüksəlməyə nail olmuşdur. == Fəaliyyəti == "Qarabağ Azərbaycandır" (Karabakh is Azerbaijan; qısa adı KIAz) platforması 13 iyul 2020-ci ildə bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə yaradılmışdır. Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Silahlı Qüvvələrinə və xalqına dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir. Platforma yarandığı ilk günlərdən etibarən geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik platforması) , İsrail (Likud Gənclər qolu), ABŞ (Yəhudi icması, Amerikada yaşayan azərbaycanlılar), Norveç, Polşa, Fransa, Ukrayna, Gürcüstan və s. kimi ölkələrdə və Azərbaycanda olan müxtəlif platforma və diasporlar ilə əməkdaşlıq etməyə başlamışdır. Fəaliyyət istiqamətləri: İctimaiyyət arasında Qarabağ münaqişəsi haqqında düzgün rəy yaradılması; İnformasiya müharibəsində düzgün işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, summitlər, forumlar, konfranslar, görüşlər və s.) təşkil edilməsi; Gənclər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimlər, görüşlər və s.) təşkil edilməsi; Platformanın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi; Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi; 2021-ci il fevralın 2-də Gənclər Günü münasibətilə Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsində Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə komitənin rəhbəri, millət vəkili, vitse-spiker Adil Əliyev arasında görüş keçirilib. Platformanın idarə heyətinin üzvü Şəbnəm Səfərova KIAz komandası adından ictimai-siyasi sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub. 2021-ci ilin aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkənin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər.
İs­mayıl bəy Daruğə
İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu Axundov — şair, Əhməd Ağdamskinin qaynatası. == Həyatı == İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Qəza idarəsində işləmiş, bir müddət şəhər bazarının darğası olmuşdu. Şuşa şəhərinin darğası idi, ona görə də "Daruğə" təxəllüsü götürmüşdü. Məclisi-üns üzvlərindən olmuşdur. İsmayıl bəy Daruğə 1891-ci ildə vəfat edib. İsmayıl bəy erməni silahlılarına qarşı vuruşmuş, şəhər camaatını müdafiə etmişdi.
My name is İntiqam
My name is İntiqam — Rejissor Emil Abdullayevin filmi. == Film haqqında == Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtubeda 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. Çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəti baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
Love is Forever (Leonora mahnısı)
Love is Forever (azərb. Sevgi əbədidir‎) — Danimarkanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Leonora "Love is Forever" mahnısı ilə Danimarkanın Melodi Grand Prix yarışmasında qələbə qazanaraq Danimarkanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsində Danimarkaya qələbə qazandıran "Only Teardrops" mahnısının bəstəkarı Liza Kabbl və eyni zamanda Melani Vehpe və Emil Rozendal Ley tərəfindən bəstələnmişdir. Mahnıda ingilis dili ilə yanaşı fransız, danimarka və alman dilində olan sözlərdən də istifadə olunmuşdur.
My name is İntiqam 1
My name is İntiqam — Rejissor Emil Abdullayevin filmi. == Film haqqında == Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtubeda 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. Çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəti baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
Yuki Yuna is a Hero
Yuki Yuna is a Hero (yaponca: 結城友奈は勇者である, Hepbörn: Yūki Yūna wa Yūsha de Aru, azərb. "Yuki Yuna bir qəhrəmandır"‎) — "Takahiro IV Project" adlı layihənin bir parçası olaraq "Studio Gokumi" tərəfindən hazırlanmış və Seyci Kisi tərəfindən çəkilmiş 12 seriyalıq Yaponiya anime-serialı. Serial Yaponiyada MBS telekanalında 16 oktyabr və 25 dekabr 2014-ci il tarixləri arasında efirə verilmişdir. Anime "Pony Canyon" şirkətinin Şimali Amerika leyblı "Ponycan USA" tərəfindən lisenziyalanmışdır. "ASCII Media Works" şirkəti tərəfindən çoxsaylı ranobe və manqa seriyaları nəşr olunmuşdur. 2015-ci ilin fevral ayında Yaponiyada bir "PlayStation Vita" videooyunu satışa çıxarılmışdır. 2014-cü ilin dekabr ayında "Windows" platforması üçün bir vizual roman satışa çıxarılmışdır. Prikvel ranobesi və sikvel serialından ibarət olan II anime mövsümü layihəsi 2017-ci ilin mart ayından 2018-ci ilin yanvar ayına qədər davam etmişdir. == Süjet == Anime-serialın süjeti Yaponiyanın Şikoku adasında yerləşən, uydurma Sanşu şəhərində keçir. Bu şəhər gerçək həyatdakı Kaqava prefekturasının Kanonci şəhərinə əsaslanır.
"Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsi
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == 1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması: "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının; "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır. 2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.
"Dalğa" Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
"Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956)
"Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur. 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir. Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür. İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir. 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır. 1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 20 oktyabr 1956-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
"İqlim" Elmi-İstehsalat Müəssisəsi
İqlim Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İqlim" Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur. 1961-ci ildə zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ildə zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu–aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri. 1974-cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və "Nauka" (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb. 1978-ci ildə BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, "İqlim" Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olub. 1993-cü ildən 2005-ci ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.
"İstiqlal" medalı (Türkiyə)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi. Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
"İstiqlal" ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. == Tarixi və statusu == "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. == Təsviri == "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
"İstiqlal" ordeni ilə təltif edilənlərin siyahısı
"İstiqlal" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsdiq edilən və 06.12.1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təsis edilən "İstiqlal" ordeni 1992–2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub. 1995-ci ildən indiyə kimi 72 nəfər bu ordenlə təltif edilib. "İstiqlal" ordeni ilə təltif edilən 72 nəfərdən 63 nəfəri Azərbaycan vətəndaşı, 9 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 2 nəfər — Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif edilib. Ordenlə təltif edilən 72 nəfərdən cəmi 8 nəfəri qadındır — Mirvarid Dilbazi, Leyla Bədirbəyli, Vera Şirye, Əminə Dilbazi, Zeynəb Xanlarova, Fidan Qasımova, Xuraman Qasımova və Fatma Səttarova. "İstiqlal" ordeni ilə təltif edilənlərdən ən gənci Şeyxülislam Hacı Allahşükür Paşazadə (50 yaşında), ən yaşlısı isə Lətif Hüseynzadə (99 yaşında) idi. "İstiqlal" ordeni ilə təltif edilənlərdən 34 nəfəri Heydər Əliyev tərəfindən, 38 nəfəri isə İlham Əliyev tərəfindən təltif olunub.
"İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi. Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
"Şah İsmayıl" ordeni
"Şah İsmayıl" ordeni — Azərbaycan Respublikasının ali hərbi ordeni. "Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət təltifidir ki, bu ordenlə heç kim təltif edilməyib. == Statusu == Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər. "Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər: — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə; — Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə; — görkəmli sərkərdəlik fəaliyyətinə görə; — respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə. "Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır. == Təsviri == "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: — boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden; — paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden; == "Şah İsmayıl" ordeni poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur.
1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925)
1925-ci ildə Bakı neftçilərinin istirahəti sənədli filmi 1925-ci ildə çəkilmişdir. Film "Kino-Mədənçi" studiyasında istehsal edilmişdir. Filmdə Bakı neftçilərinin fədakarlıqla işlədikləri kimi, səmərəli istirahət etməyi də bacardıqlarından bəhs olunur. == Məzmun == Filmdə Bakı neftçilərinin fədakarlıqla işlədikləri kimi, səmərəli istirahət etməyi də bacardıqlarından bəhs olunur. Operator: İvan Tartakovski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
1967-ci il Ərəb-İsrail müharibəsi
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə. Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.
1993 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
1993 Qadınların İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
1997 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ikinci dəfə 1997-ci ildə İranın Tehran şəhərlərində keçirilmişdi. Oyunlarda 21 ölkədən 748 idmançı, 95 komanda, 290 hakim və 8 beynəlxalq müşahidəçi iştirak etmişdilər. Ən çox medal qazanan ev sahibi İran komandası oldu. == İştirakçılar == == İdman növləri == Oyunlarda keçirilən idman növləri arasında atletika, badminton, qılıncoynatma, həndbol, cüdo, üzgüçülük və voleybol var idi.
2001 Qadınlar arasında İslam Oyunları
Qadınların İslam Oyunları üçüncü 2001-ci il noyabr ayının 2–8 tarixlərində İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 23 ölkədən 795 idmançı və 84 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışda 34 ölkə iştirak edirdi, lakin ABŞ-də 11 sentyabr hücumları və Əfqanıstan müharibəsi səbəbiylə beynəlxalq müşahidəçilərin sayı kimi ölkələrin sayı da azaldı. Yarışa 389 hakim və 9 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Ən çox medal qazanan 185 medalla ev sahibi İran oldu, bu da oyunlarda təqdim olunan medalların təxminən yarısı qədər idi. == İştirakçılar == == İdman növləri == Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: badminton, basketbol, şahmat, qılıncoynatma, futzal, gimnastika, həndbol, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
2005 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları dördüncü dəfə 2005-ci il sentyabr ayında İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 45 ölkədən 1316 idmançı və 200 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışa 12 ölkədən olan 516 hakim və 15 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Bir çox ölkə budəfəki yarışa ilk dəfə qatılmışdır, o cümlədən ABŞ, Şərqi Asiya, Avropa və Afrikadan olan ölkələr. Ən çox medal qazanan 102 medalla ev sahibi İran oldu. == İştirakçı ölkələr == == İdman növləri == Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: atletika, badminton, basketbol, qılıncoynatma, futzal, qolf, gimnastika, həndbol, cüdo, karate, skvoş, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
2005 İslam Həmrəyliyi Oyunları
2005 İslam Həmrəyliyi Oyunları və ya I İslam Həmrəyliyi Oyunları — Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutmuş olan idman oyunlarıdır. 8-20 aprel tarixləri ​​arasında baş tutmuş olan oyunlarda 6000-ə idmançı iştirak etmişdir. 55 dövlətin iştirakı ilə bu oyunlar baş tutmuşdur. Əbdülməcid bin Əbdüləziz tərəfindən rəsmi açılışı edilib. Oyunlar Kral Əbdüləziz Stadionunda baş tutmuşdur.
2009 İspaniya Superkuboku
İspaniya Super Kuboku 2009 — Kubokun qalibi "Barselona" olmuşdur.
2010 İslam Həmrəyliyi Oyunları
II İslam Həmrəyliyi Oyunları — 2010-cu ildə keçiriliməsi nəzərdə tutulan idman oyunları. İdman oyunu baş tutmamış, təxirə salınmışdır. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında Tehranda (İran) keçirilməsi planlaşdırılırdı. Lakin 2009-cu ilin mayında məlum oldu ki, Fars körfəzinin adı ilə bağlı mübahisə yarandığından İran onların keçirilməsini 2010-cu ilin aprel ayına qədər təxirə salmağa məcbur olub. Belə ki, oyunlar barədə çap məhsullarında "Fars körfəzi" sözunun işlədilməsindən sonra, Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri bu ifadənin istifadəsinə etiraz ediblər. Onlar bunun əvəzinə “Ərəb körfəzi” və ya sadəcə “Körfəz” ifadəsinin işlədilməsini təkid edirdilər. Tərəflər razılığa gəlmədiyi üçün 2010-cu il yanvarın 17-də II İslam Həmrəyliyi Oyunlarının keçirilməyəcəyi açıqlandı.
2013 İslam Həmrəyliyi Oyunları
İslam Həmrəyliyi Oyunları — 2013-cü ildə İndoneziyada keçirilən idman oyunları. == İştirakçı ölkələr == 2013 İslam Həmrəylik Oyunlarında 41 ölkə iştirak etmişdir.
My name is İntiqam (film, 2014)
My name is İntiqam — Rejissor Emil Abdullayevin filmi. == Film haqqında == Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtubeda 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. Çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəti baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
My name is İntiqam 2: Moldova
== Mövzu == İntiqam Ağayev artıq Moldovaya yollanır. Səyavuş və İntiqam çalışırlar ki, İntiqam Kişinyovun meri seçilsin. Ancaq onun rəqibi Qabriel onun mer seçilməsinə mane olur. Və bu zaman onların sərgüzəştləri davam edir. İntiqam köməyə dostu Dünyamalını çağırır. Dünyamalı ona kömək edir. İntiqamın üzərindən Qabrielin yerləşdirdiyi kameranı çıxardır. İntiqam və Qabriel televizora səs verməyə çıxırlar. Səs vermədə ən çox səslə Qabriel qalib olur. İntiqamın atası onu geri gətirir.
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir. Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanmışdır. 2015-ci ilin Hesabatına müxtəlif inkişaf səviyyəsinə malik və dünyanın fərqli regionlarını əhatə edən daha 25 dövlət üzrə hesablamalar əlavə edilmiş və təhlil olunan ölkələrin sayı 62-yə çatdırılmışdır. 2016-cı ildə tədqiq olunan ölkələrin sayı 99-a çatmışdır. == İndeks haqqında == Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən "qısa" və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın "sərbəst buraxılması"ndan keçir. Bu iki fəlsəfə (solçuluq və sağçılıq) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir. Dövlətin iqtisadiyyata müdaxilə formaları arasında modelyaradıcı müdaxilə formalarını ayrıca təsnifləşdirilir. Bunlar elə müdaxilə formalarıdır ki: iqtisadi modellər, ilk növbədə, belə müdaxilələrin səviyyəsinə görə fərqlənir. Məsələn, daxili bazarın qorunması məqsədilə idxalın məhdudlaşdırılması xarici ticarət rejiminin liberallıq səviyyəsini və dolayısı ilə həm də iqtisadi sistemin ümumi liberallıq səviyyəsini aşağı salır.
A Corpse is Buried Under Sakurako's Feet
Beautiful Bones: Sakurako's Investigation (azərb. Gözəl sümüklər: Sakurakonun tədqiqatı‎), A Corpse is Buried Under Sakurako's Feet və ya Yaponiyada tanınan adı ilə Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru (櫻子さんの足下には死体が埋まっている, azərb. Cəsəd Sakurakonun ayaqları altında basdırılıb‎) – Tetsuonun rəssamlığı ilə Şiori Ota tərəfindən yazılan ranobe seriyası. Kadokawa Shoten 2013-cü ildən bəri 9 cildini buraxmışdır və bir milyon nüsxəsini nəşr etmişdir. Troyca tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 2015-ci ildə yayımlanmışdır. 23 aprel 2017-ci ildə Fuji TV-də ranobe əsasında çəkilən dorama yayımlanmağa başlamışdır. == Məzmun == Sakurako Kuco 20 yaşlarının ortalarında olan gözəl, dahi qadındır. Lakin onun bütün həyatı bir şeylə bağlıdır: sümüklər. Belə ki, Sakurako osteoloqdur. Sümüklər və skeletlərlə vaxt keçirməyi çox sevir.
My name is İntiqam 2: Moldova (film, 2015)
== Mövzu == İntiqam Ağayev artıq Moldovaya yollanır. Səyavuş və İntiqam çalışırlar ki, İntiqam Kişinyovun meri seçilsin. Ancaq onun rəqibi Qabriel onun mer seçilməsinə mane olur. Və bu zaman onların sərgüzəştləri davam edir. İntiqam köməyə dostu Dünyamalını çağırır. Dünyamalı ona kömək edir. İntiqamın üzərindən Qabrielin yerləşdirdiyi kameranı çıxardır. İntiqam və Qabriel televizora səs verməyə çıxırlar. Səs vermədə ən çox səslə Qabriel qalib olur. İntiqamın atası onu geri gətirir.

Значение слова в других словарях