Karabakh is Azerbaijan Platforması

Karabakh is Azerbaijan ("Qarabağ Azərbaycandır") və ya qısa adı ilə KIAzİkinci Qarabağ müharibəsindən əvvəl bir qrup azərbaycanlı gənc tərəfindən yaradılmış və xüsusən də İkinci Qarabağ müharibəsi dövründə informasiya müharibəsində aktiv iştirak etmiş təşkilat. Platforma müxtəlif həştəqlər ilə dəfələrlə dünya trendində və müxtəlif ölkələrin ölkə trendində ilk sıraya qədər yüksəlməyə nail olmuşdur.[1][2][3]

Karabakh is Azerbaijan Platforması
KIAz
Loqonun şəkli
Növü Platforma, Təşkilat
Şüar Qarabağ Azərbaycandır!
Yaranma tarixi 13 iyul 2020
Qeydiyyat tarixi 25 oktyabr 2021
Mərkəzi
Yarandığı yer Azərbaycan Azərbaycan

"Qarabağ Azərbaycandır" (Karabakh is Azerbaijan; qısa adı KIAz) platforması 13 iyul 2020-ci ildə bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə yaradılmışdır.[1][2] Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Silahlı Qüvvələrinə və xalqına dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir.[2][4] Platforma yarandığı ilk günlərdən etibarən geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik platforması) , İsrail (Likud Gənclər qolu), ABŞ (Yəhudi icması, Amerikada yaşayan azərbaycanlılar), Norveç, Polşa, Fransa, Ukrayna, Gürcüstan və s. kimi ölkələrdə və Azərbaycanda olan müxtəlif platforma və diasporlar ilə əməkdaşlıq etməyə başlamışdır.[1][2][5]

Fəaliyyət istiqamətləri:[5]

  • İctimaiyyət arasında Qarabağ münaqişəsi haqqında düzgün rəy yaradılması;
  • İnformasiya müharibəsində düzgün işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, summitlər, forumlar, konfranslar, görüşlər və s.) təşkil edilməsi;
  • Gənclər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimlər, görüşlər və s.) təşkil edilməsi;
  • Platformanın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi;
  • Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi;

2021-ci il fevralın 2-də Gənclər Günü münasibətilə Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsində Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə komitənin rəhbəri, millət vəkili, vitse-spiker Adil Əliyev arasında görüş keçirilib.[6] Platformanın idarə heyətinin üzvü Şəbnəm Səfərova KIAz komandası adından ictimai-siyasi sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub.[6]

2021-ci ilin aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkənin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər.[7] Görüşdə platformanın idarə heyətinin üzvü Mürsəl Mürsəlli və komanda üzvü Adil Vəliyev KIAz komandası adından Vətən müharibəsində arxa cəbhədə fəal iştirakına görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub.[7]

İkinci Qarabağ müharibəsi dövründə CBC, İctimai TV, AzTv, Space tv, ATV və s. kimi yerli televiziya kanalları ilə yanaşı Al-Jazeera və NTR TV kimi xarici mediada və həmçinin 80-dən çox KİV-də platformanın fəaliyyəti ilə bağlı məlumat verilmişdir.[8] Əlavə olaraq 44 gün davam edən müharibə ərzində platforma tərəfindən 200-dən çox beynəlxalq media kanalı və beynəlxalq təşkilata baş verən hadisələr ilə bağlı press-reliz və məlumatlar göndərilmişdir. Komandanın üzvləri Türkiyənin Afrikada fəaliyyət göstərən yeganə türk kanalı olan NTR TV-də canlı debatlara qoşulmuş və Qarabağla bağlı həqiqətləri Cənubi Afrikada yaşayan insanlara çatdırmışdır.[8]

Qarabağ xatirələri

[redaktə | mənbəni redaktə et]
"Qarabağ xatirələri" layihəsi çərçivəsində KIAz komandasının çəkiliş prosesindən.

"Memories in Karabakh" ("Qarabağda xatirələr") ideya-konsepti hüquqi olaraq Azərbaycan Respublikasının torpağı olan Qarabağ və onun ətraf bölgələrində tarixən məskunlaşmış, yaşamış və Ermənistan Silahlı Qüvvələrinin işğal rejimi nəticəsində öz yurdlarını tərk etmək məcburiyyətində qalmış Azərbaycan vətəndaşlarının xatirələrindən ibarət bədii-bioqrafik janrda çox seriyalı, qısametrajlı veriliş layihə proqramıdır.[9]

Layihədə Azərbaycanın işğal edilmiş fərqli ərazilərində eyni problemlərlə üz-üzə qalmış insanların problemlərinin işıqlandırılması, yerli əhaliyə qarşı törədilən cinayətlərim, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan insanların çəkdikləri çətinliklərin və hazırda gündəlik məişət həyatlarının beynəlxalq arenaya əks etdirilməsi nəzərdə tutulur.[9]

Layihənin hədəf auditoriyası:[9]

  • Qarabağla bağlı geniş məlumata malik olmayan yerli və xarici vətəndaşlar;
  • Mədəniyyət, siyasət və ictimaiyyət xadimləri;
  • Yerli və xarici jurnalistlər;
  • Xarici media portalları;

Layihə çərçivəsində görülən işlər:

Layihənin ilk mərhələsində çəkiliş qrupu tərəfindən AğdamCəbrayıl rayonlarında çəkilişlər həyata keçirilmişdir. Bu çəkilişlər sosial media hesablarında, layihənin rəsmi YouTube kanalı və eyni zamanda bir sıra xarici televiziya kanallarında paylaşılmışdır. Rəhbərlik tərərfindən video materialların müxtəlif dillərdə tərcümə edilməsi də nəzərdə tutulmuşdur.[9] Hazırda layihənin növbəti mərhələləri üstündə hazırlıqlar davam edir. Layihə çərçivəsində məşhur kəşfiyyatçı, "Xanı" ləqəbli[10] Səyyaf Əhmədov da Birinci Qarabağ müharibəsi ilə bağlı xatirələrini bölüşüb.[10] Bu, bu günə qədər heç bir media quruluşuna müsahibə verməmiş Əhmədov, ilk dəfə KIAz-a müsahibə vermişdir.[11]

KIAZ Platformasının fəaliyyəti "Əl-Cəzirə" kanalında işıqlandırılıb.

13 iyul 2020-ci il tarixindən etibarən KIAz tərəfindən ermənilərin Qarabağdakı fəaliyyətini dünya ictimaiyyətinə çatdırmağı hədəfləyən günlük marafon seriyası həyata keçirilir.[1] Ümumilikdə ABŞ, Almaniya, Türkiyə, Rusiya və s. kimi ölkələrin Twitter platformasında tarix, beynəlxalq münasibətlər, araşdırma və s. mövzularda 80 (günlük 1) marafon baş tutmuşdur.[1] Marafon müddətində "Türk Dünyası Birlik platforması", "Likud Gənclər qolu", "Hollandiyada yaşayan Türklər" və s. xarici və onlarla yerli platforma ilə birlikdə 160 000-dən çox gəncin iştirakı ilə ümumilikdə 8 milyon tvit atılmış, nəticədə atılmış tvitlər 2 milyard insana çatmışdır.[2][5]

Karabakh is Azerbaijan platformasının daxilində fəaliyyət göstərən KİAzMedia-da gənclər tərəfindən müxtəlif sahələrdə araşdırma işləri həyata keçirilir. Həyata keçirilən araşdırmalar faktlara və hüquqi sənədlərə əsaslanaraq aparılır.

KİAzMedia tərəfindən yerli və xarici media qurumları üçün 2-ci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri daxilində SuriyaLivandan olan muzdlu əsgərlərin döyüşdürülməsi haqqında araşdırma aparılmış və video kontent hazırlanmışdır. Hazırlanan video kontent Kanadalı siyasi analitiklər, Al-Jazeera kanalı, müxtəlif ölkələrin Azərbaycandakı səfirləri və bir çox dövlət rəsmisi tərəfindən paylaşılmışdır.[mənbə göstərin]

İkinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən qətlə yetirilmiş mülki şəxslər haqqında dünyaya məlumat vermək üçün Naftalan şəhərində qətlə yetirilmiş azyaşlı futbolçu Şəhriyar Qurbanova həsr edilən layihə #JusticeForNaftalan həştəqi ilə ermənilərin müharibəni konflikt zonadan xaricə, yəni Azərbaycanın digər ərazilərinə daşımaq istəklərini və əsasən mülki əhalini hədəf almalarını əks etdirmək üçün həyata keçirilmişdir. Layihənin əsas məqsədi müharibə zamanı ermənilərin beynəlxalq hüquqa zidd fəaliyyətlərinin dünya ictimaiyyətinə çatdırmaq olmuşdur. Fəaliyyət onlarla yerli şirkətin və bir çox tanınmış şəxsin iştirakı ilə həyata keçirilmişdir.

"Niyyətimiz Qarabağ"

[redaktə | mənbəni redaktə et]
Karabakh is Azerbaijan komandası Şuşada.

25 müxtəlif ölkədən olan gənc tərəfindən Ermənistanın destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olması, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışması və Azərbaycanın hüquqi ərazisi olan Qarabağ zonasının işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışmasını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu və sonda "Karabakh is Azerbaijan (Qarabağ Azərbaycandır)" cümləsini söyləyən video çarx hazırlanmışdır.

Layihədə Qazaxıstan, İndoneziya, Almaniya, Misir, Konqo, Özbəkistan və s. kimi ölkələrdən olan xarici vətəndaşlar da iştirak etmişdir.[12]

Project NightFall

[redaktə | mənbəni redaktə et]

Aqon Heyr tərəfindən həyata keçirilən Nightfall layihəsi dünyada 10 milyonlarla şəxs tərəfindən izlənilir. İkinci Qarabağ müharibəsi zamanı Aqon Heyrin Nightfall layihəsi ilə tərəfləri sülhə səsləməsi və Ermənistanın çox gözəl bir yer olduğunu açıqlaması səbəbi ilə KİAz komandası tərəfindən Qarabağ müharibəsi və Azərbaycanın sülh üçün gördüyü işlər haqqında sənədli video-kontent hazırlanmış və göndərilmiş, nəticədə Nightfall-da paylaşılan video silinmişdir.

Yardım aksiyaları

[redaktə | mənbəni redaktə et]
Karabakh is Azerbaijan Platforması Azərbaycan əsgərinin yanında.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dönəmdə Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları ilə birgə cəbhə bölgələrində çoxsaylı yardım kampaniyaları həyata keçirilmişdir. Hazırda da davam edən bu xeyirxah missiyada bir sıra ictimai fəallar da yaxından iştirak edib.[13]

Yardım kampaniyaları zamanı yığılan 70 000 manat vəsait hesabına Murovdağ, həmçinin Kəlbəcər, Qubadlı, Füzuli, Tərtər, HadrutZəngilan rayonlarında olan Azərbaycan əsgərlərinə ərzaq, geyim və lazımi əşyalar göndərilmişdir.[13]

"Qarabağ Azərbaycandır" qrupu əsgərlərlə yanaşı, həftəiçi qazi və şəhid ailələrini də ziyarət edərək, onların ehtiyaclarını qarşılamağa çalışmışdırlar. Komanda eyni zamanda, onları bir sıra problemlərinin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqələndirib. Həftə sonları işğaldan azad olunmuş rayonlara və əsgərlərə yardımlar üçün səfərlər təşkil edilib.[13]

Bundan əlavə, BMU əməkdaşlarının təşəbbüsü ilə evi olmayan və vaqonda yaşayan bir ailəyə ev tikilməsi üçün də kampaniya başladılıb və toplanan vəsait hesabına hal-hazırda tikinti işləri aparılır.[13]

Məqalə və məlumat bazası

[redaktə | mənbəni redaktə et]

Layihə çərçivəsində beynəlxalq arenada Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın lehinə yazılan siyasi, iqtisadi və tarixi məqalələrin hazırlanması və 12 müxtəlif dildə tərcüməsi həyata keçirilir.

Bir qrup müəllim və tələbə tərəfindən məlumat bazasının hazırlanması prosesi hələ də davam etdirilir.

"Şəhidimiz" portalı

[redaktə | mənbəni redaktə et]

Layihə Birinci Qarabağ müharibəsində iştirak etmiş və şəhid olmuş şəxslər haqqında məlumatların dolğun və doğru olmamasını və müharibədə iştirak edən şəxslər haqqında vahid bir məlumat bazasının formalaşdırılmaması səbəbi ilə yaranmış problemləri nəzərə alaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan rayonlarının azad edilməsi üçün həyata keçirilən Vətən müharibəsində qısa müddət ərzində əldə edilmiş uğurların, işğal edilmiş rayonların azad edilməsi uğrunda iştirak etmiş azərbaycanlı şəhid və qazilərin xatirlərinin əbədiləşdirilməsi və tanıdılması istiqamətində vahid portalın yaradılmasını nəzərdə tutur. Portalda Şəhid ailələri və Qazilər haqqında məlumatlar, müsahibələrin olması nəzərdə tutulmuşdur.

"X" ideya-konsepti Azərbaycanda dini, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların ölkə prezidentinin çağırışı ilə dəmir yumruq ətrafında sıx birləşməsini, Vətən müharibəsiərzində əldə edilmiş uğurların, şəhid və qazilərin xatirlərinin əbədiləşdirilməsi, tanıdılması və Azərbaycan vətəndaşının birlik və bərabərliyini əks etdirəcək bir layihədir.

Layihənin əsas məqsədi vətəndaşlarımızın birliyini, bərabərliyini, Qarabağ üçün ortaq mübarizəsini, ölkə prezidentinin ətrafında sıx birləşməsini, Vətən müharibəsi ərzində əldə edilmiş uğurların, şəhid və qazilərin xatirlərinin əbədiləşdirilməsi və tanıdılması istiqamətində vahid portalın yaradılmasını ilə Vətən müharibəsini əbədilşətirməyi və gələcək nəsillərə çatdırmağı hədəfləyir.

Azərbaycan alpinistləri ilə birlikdə Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m. hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olmuş 2783 nəfər azərbaycanlı hərbi qulluqçularının şərəfinə xatirə lövhəsi yerləşdirdik. Xarıbülbül gülü formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunmuşdur.

Sosial təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

13.07.2020 tarixindən etibarən ermənilər tərəfindən fake və dezinformativ məlumatların yayımlandığı 1500-ə yaxın hesabı silinmiş, əlavə olaraq vətəndaşlarımızın ermənilər tərəfindən silinən 2000+ hesabı geri qaytarılmışdır.

Psixo-sosial təlimlər

[redaktə | mənbəni redaktə et]

KIAz platforması və "Azərbaycanda Sosial İş" İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi ilə psixo-sosial təlimlərə də başlanmışdır. İlk tədbir 27 yanvar "ABŞ da hərbi sosial iş" mövzusunda onlayn olaraq keçirilmişdir. 130-a yaxın insanın iştirakı ilə təlim 3 saata yaxın davam etmişdir.[14]

O cümlədən indiyə kimi bir sıra mövzularda vebinar və seminar tipli tədbirlər və müxtəlif görüşlər keçirilmişdir.

Qarabağ İnkişaf Forumu

[redaktə | mənbəni redaktə et]

"Karabakh is Azerbaijan" platformasının və Azərbaycan Gənclik Platformasının birgə təşkilatçılığı ilə "Qarabağ inkişaf forumu – 2021" adlı onlayn tədbir keçirilib.[15][16][17][18]

Tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqati çıxış edərək fotojurnalistikanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı önəmindən bəhs edib.[15][16][17]

Sonra millət vəkili Ceyhun Məmmədov informasiya müharibəsinin günümüzdə də davam etdiyini və gənclərin bu yolda daha çox çalışmalı olduğunu bildirib.[15][16][17]

Forumda, həmçinin Qarabağın azərbaycanlı icmasının sədr müavini Gülməmməd Məmmədov, jurnalist, səyyah Azər Qərib, Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan "CNN Türk" kanalının müxbiri Fulya Öztürk, siyasi şərhçi Əli Hacızadə və Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Elmin Xəlilov çıxış edərək müharibə dövründə dünya telekanallarının Azərbaycana qarşı haqsızlıqlarından, informasiya müharibəsində sosial medianın rolundan, Azərbaycan və Türkiyə qardaşlığının daha da inkişaf etdirilməsinin önəmindən, Qarabağın turizm potensialından və s. danışıblar.[15][16][17]

Tədbirdə Türkiyə səfirliyinin birinci müavini Barış Sayqın, Norveçdə yaşayan ictimasi-siyasi fəal, "CAN" təşkilatının sədri Şərvin Nəcəfpur və İtaliyada fəaliyyət göstərən, diaspora fəalı, "Həmrəy olaq" təşkilatının sədri Türkan Həsənova da öz fikirlərini bölüşüblər.[17]

Sonda Qarabağla bağlı sual-cavabla tədbir yekunlaşıb. Suallara düzgün cavab verən gənclərə mükafatlar ayırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.[16][17]

"Qarabağ İnkişaf Forumu"nun mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.[18]

İdarə heyəti

[redaktə | mənbəni redaktə et]

Karabakh is Azerbaijan Platformasının idarə heyəti aşağıdakı kimidir:[1][2]

  • Ağayev Sənan
  • Ataxanlı Nihad
  • Gəncəli Ceyhun
  • Xəlilov Yusif
  • İmaməliyev Uğur
  • Mürsəl Mürsəlli
  • Namazlı İlkin
  • Seyidova Nərmin
  • Səfərli Rüstəm
  • Səfərova Şəbnəm
  • Sərkərov Urfan
  • Həmidli Lalə

İdarə heyəti tabeliyində beynəlxalq münasibətlər, araşdırma, tərcümə və bir neçə qrup fəaliyyət göstərir.

Təhdidlər və fəaliyyətə qadağalar

[redaktə | mənbəni redaktə et]

Karabakh is Azerbaijan Platforması faəliyyəti boyu zaman-zaman erməni və ermənipərəst kütlələrin kiber hücumlarına məruz qalmış, idarə heyətinin üzvləri platformanın fəaliyyətinin dayandırılması üçün həmin kütlələrin təhdidləri ilə üzləşmişdir. Bir neçə dəfə platformanın rəsmi qrup və səhifəsi əsassız yerə əngəllənmiş, fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuşdur. Platformanın idarə heyətinin üzvlərinin sosial hesabları əsassız yerə dondurulmuş və bəzi hallarda isə silinmişdir.[mənbə göstərin]

KIAz Platformasının 45.000-dən artıq üzvlük rəsmi qrupu silindi

45.000 üzvlük qrupun silinməsi

[redaktə | mənbəni redaktə et]

21 fevral 2021-ci il tarixində "Karabakh is Azerbaijan" platformasının idarə heyəti 45 000-dən artıq üzvlük rəsmi qrupunun Facebook tərəfindən silindiyini və səhifələrinin də silinmə təhlükəsinin olduğunu açıqladı. Səhifə bir müddətlik Facebook tərəfindən əngəllənsə də sonradan səhifənin fəaliyyətini bərpa etmək mümkün olub. Lakin qrup ilə bağlı bir neçə dəfə Facebook-a rəsmi müraciət ünvanlansa da, bütün bunlar nəticə verməyib.[mənbə göstərin]

13 aprel 2021 tarixində platformanın idarə heyəti yeni qrupun fəaliyyətə başladığını elan etmişdir. Hal-hazırda yeni qrupun 3000-dən artıq üzvü var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 "Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı". axar.az. 2020-08-11. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  2. 1 2 3 4 5 6 "Karabakh Is Azerbaijan" platforması erməni yalanları ilə mübarizəyə başladı". baku.ws. 2020-08-11. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  3. "Azərbaycanlı gənclər #KarabakhisAzerbaijan həştəqini dünya trendi edib". diaspor.gov.az. 2020-07-17. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  4. ""Karabakh Is Azerbaijan" platforması yaradıldı". modern.az. 2020-07-30. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  5. 1 2 3 "Haqqımızda". karabakhisazerbaijan.com (KIAz-ın rəsmi veb saytı). 2021-04-30 tarixində arxivləşdirilib.
  6. 1 2 "Karabakh is Azerbaijan platforması "Fəxri fərman" ilə təltif olunub". karabakhisazerbaijan.com (KIAz-ın rəsmi veb saytı). 2021-04-30 tarixində arxivləşdirilib.
  7. 1 2 "Milli Məclisdə gənclərlə görüş keçirilib". azertag.az. 29 aprel 2021. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  8. 1 2 "BMU tələbələri düşmənin informasiya müharibəsinə qarşı platforma yaradıblar". beu.edu.az (BMU-nin rəsmi veb saytı). 6 oktyabr 2020. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  9. 1 2 3 4 "Qarabağ xatirələri". karabakhisazerbaijan.com (KIAz-ın rəsmi veb saytı). 2021-04-31 tarixində arxivləşdirilib.
  10. 1 2 "Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü". qafqazinfo.az. 2020-12-09. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  11. "Ağdamın yaşayan əfsanəsi — Kəşfiyyatçı XANI!" (müsahibə). KIAz Youtube kanalı. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  12. "We are stronger together" KIAz Instagram
  13. 1 2 3 4 "Vətən müharibəsində BMU əməkdaşları çoxsaylı yardımlar həyata keçiriblər". beu.edu.az (BMU-nin rəsmi veb saytı). 17 dekabr 2020. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  14. "Şəhid ailələri və qazilərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi ilə psixo-sosial təlimlərə başladıq" Arxivləşdirilib 2021-04-30 at the Wayback Machine. Karabakhisazerbaijan.com
  15. 1 2 3 4 ""QARABAĞ İNKİŞAF FORUMU – 2021" MÖVZUSUNDA ONLAYN TƏDBİR KEÇİRİLİB". cbc.az. 2021-03-15.[ölü keçid]
  16. 1 2 3 4 5 ""Qarabağ İnkişaf Forumu – 2021" adlı onlayn tədbir keçirilib". science.gov.az. 2021-03-16. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  17. 1 2 3 4 5 6 ""Qarabağ İnkişaf Forumu – 2021" keçirildi". metbuat.az. 15 mart 2021. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  18. 1 2 "Qarabağ İnkişaf Forumu keçiriləcək". azertag.az. 10 mart 2021. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.