Yuki Yuna is a Hero (yaponca: 結城友奈は勇者である, Hepbörn: Yūki Yūna wa Yūsha de Aru?, azərb. "Yuki Yuna bir qəhrəmandır") — "Takahiro IV Project" adlı layihənin bir parçası olaraq "Studio Gokumi" tərəfindən hazırlanmış və Seyci Kisi tərəfindən çəkilmiş 12 seriyalıq Yaponiya anime-serialı. Serial Yaponiyada MBS telekanalında 16 oktyabr və 25 dekabr 2014-ci il tarixləri arasında efirə verilmişdir. Anime "Pony Canyon" şirkətinin Şimali Amerika leyblı "Ponycan USA" tərəfindən lisenziyalanmışdır. "ASCII Media Works" şirkəti tərəfindən çoxsaylı ranobe və manqa seriyaları nəşr olunmuşdur. 2015-ci ilin fevral ayında Yaponiyada bir "PlayStation Vita" videooyunu satışa çıxarılmışdır. 2014-cü ilin dekabr ayında "Windows" platforması üçün bir vizual roman satışa çıxarılmışdır. Prikvel ranobesi və sikvel serialından ibarət olan II anime mövsümü layihəsi 2017-ci ilin mart ayından 2018-ci ilin yanvar ayına qədər davam etmişdir.
Yuki Yuna is a Hero | |
Seriya üçün əsas personajları təsvir edən reklam şəkli. | |
結城友奈は勇者である (Yūki Yūna wa Yūsha de Aru) azərb. Yuki Yuna bir qəhrəmandır | |
---|---|
Janr | maho-şoco, dram |
Anime | |
Rejissor | Seyci Kisi |
Ssenarist | Makoto Uezu Takahiro |
Bəstəkar | Keyci Okaba (Monaka) |
Studiya | Studio Gokumi |
Digər lisenziyalar | |
Kanal | MBS, TBS, CBC, BS-TBS |
Buraxılış tarixi | 16 oktyabr 2014 — 25 dekabr 2014 |
Seriyalar | 12 (seriya siyahısı) |
Çap mediası | |
| |
Video oyun | |
Hazırlayan | Minato Soft |
Janr | Vizual roman |
Platforma | Windows |
Buraxılış tarixi |
|
Video oyun | |
Yūki Yūna wa Yūsha de Aru: Jukai no Kioku | |
Hazırlayan | FuRyu |
Janr | Ekşn |
Platforma | PlayStation Vita |
Buraxılış tarixi |
|
Video oyun | |
Hazırlayan | Minato Soft |
Janr | Vizual roman |
Platforma | Windows |
Buraxılış tarixi |
|
Anime | |
Yuki Yuna wa Yūsha-bu Shozoku | |
Studiya | W-Toon Studio |
Vaxt | hər biri 7 dəqiqə |
Anime | |
Yuki Yuna is a Hero: Washio Sumi Chapter | |
Rejissor | Seyci Kisi (baş direktor) Daysey Fukuoka |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Keyci Okabe (Monaka) |
Studiya | Studio Gokumi |
Lisenziya | Amazon.com (striminq) |
Kanal | MBS, TBS, CBC, BS-TBS, AT-X |
Buraxılış tarixi | 6 oktyabr 2017 — 17 oktyabr 2017 Teatr skrininqi 18 mart 2017 (I hissə) 15 aprel 2017 (II hissə) 8 iyul 2017 (III hissə) |
Seriyalar | 7 (seriya siyahısı) |
Anime | |
Yuki Yuna is a Hero: Hero Chapter | |
Rejissor | Seyci Kisi (baş direktor) Daysey Fukuoka |
Ssenarist | Makoto Uezu Takahiro |
Bəstəkar | Keyci Okabe (Monaka) |
Studiya | Studio Gokumi |
Lisenziya | Amazon.com (striminq) |
Kanal | MBS, TBS, CBC, BS-TBS, AT-X |
Buraxılış tarixi | 24 noyabr 2017 — 5 yanvar 2018 |
Seriyalar | 6 (seriya siyahısı) |
Anime-serialın süjeti Yaponiyanın Şikoku adasında yerləşən, uydurma Sanşu şəhərində keçir. Bu şəhər gerçək həyatdakı Kaqava prefekturasının Kanonci şəhərinə əsaslanır. Hekayə Tanrılar dövürünün (神世紀, Shinseiki?) 300-cü ilində baş verir. Yuna, Mimori, Fu və İtsuki "Sanşu Orta Məktəbinin Qəhrəman Klubu"nun (yaponca: 讃州中学勇者部, Hepbörn: Sanshū Chūgaku Yūsha-bu?) üzvüdürlər və özlərini yardım istəyənlərə kömək etməyə həsr ediblər. Onların adi günlük həyatlarındakı bir gün, "Qəhrəman Klubu"nun üzvləri qəfildən işığın partlayışına tutulur və özlərini qəribə bir meşədə tapırlar. Onlar burada insanlığı qoruyan tanrı "Şincu"nu (yap. 神樹, azərb. "İlahi ağac") məhv etmək istəyən Verteks adlı sirli məxluqlara rast gəlirlər. Yuna və dostları özlərini Şincuya həsr olunan "Tayşa" təşkilatı tərəfindən verilən xüsusi bir telefon applikasiyasından istifadə edərək dünyanı qaçınılmaz bir məhvdən qorumaq üçün sehrli güclərlə "qəhrəmanlar"a çevirməlidirlər.