krım-tatarlar

krım-tatarlar
krım-tatar
kriket
OBASTAN VİKİ
Tatarlar
Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri. Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır. Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir. Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar. == Adlanmaları == === İndiki tatarlar === Tatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar: "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi) "Qazanlılar" (казанлылар), yəni "Qazan şəhəri / Qazan xanlığı sakinləri, qazanlılar" "Bulğarlar" (булгарлар), yəni "bulqarlar" (Qeyd: müasir slavyan xalqı olan bolqarlarla səhv salınmamalıdır) "Törklər" (төркләр), yəni "türklər" (Qeyd: təxminən azərbaycanlıların özlərini vaxtilə əsasən "türklər" adlandırmaları kimi; Anadolu/Türkiyə türkləri ilə səhv salınmamalıdır) (bu ad bəzən həmçinin başqırdlara da şamil olunurdu) === "Tatar" adı === Rusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər. "Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu. Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar.
Azərbaycanda tatarlar
Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir. == İcma == Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur. Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi: == Din və dil == Tatarlar əsasən müsəlmandırlar. İslam dininin hənəfi məzhəbində etiqat edirlər. == Cəmiyyət == Azərbaycan Respublikasında tatarlara aid icmalar: Azərbaycan Respublikasında tatarların "Tuqan Tel" cəmiyyəti (Bakı) Azərbaycan Respublikasında tatarların "Yaşlek" cəmiyyəti (Bakı) == Bayramlar == Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər.
Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, Qırım, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Ayıdağ (Krım)
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Belaqorsk (Krım)
Qarasuvbazar ya da Beloqorsk (1944-cü ilə qədər Qarasubazar; ukr. Білогірськ, krımtat. Qarasuvbazar, Къарасувбазар) — Krım yarımadasında yerləşən şəhər. İnzibati cəhətdən Ukrayna, Krım Muxtar Respublikası, Beloqorski rayonu ərazisinə daxildir. == Coğrafiyası == Böyük-Qarasu çayı sahilində, Krımın paytaxtı Simferopol şəhərindən 42 km şərqdə yerləşir. Simferopolu Krımın şərqi ilə birləşdirən magistral yolu keçir (Sudak, Feodosiya, Kerç). == Adı == Şəhərin tarixi adı Qarasubazar olmuşdur. Krım-tatar dilində işlənən bu şəhər adı «Qarasuda bazar» mənasını verir. Şəhər ərazisindən kiçik olan Böyük-Qarasu çayı axır. Yunanlar isə şəhəri Mavron Kastron (Qara qəsr) olaraq adlandırırdılar.
Krım Platforması
Krım Platforması (ukr. Кримська платформа, ing. Crimea Platform, krımtat. Qırım platforması) — Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdır. Sammitdə Krım tatarlarının insan hüquqlarının qorunması, ətraf mühitin pozulması və Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması da müzakirə olunur. Platformanın açılış zirvəsi 23 avqust 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində baş tutmuşdur.
Krım Respublikası
Krım Respublikası (rus. Республика Крым, ukr. Республіка Крим, krh. Qırım Cumhuriyeti) — Rusiyanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublika, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Paytaxtı Simferopol (Ağməscid) şəhəridir. == Tarix == 2014-cü ilə qədər Ukraynanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar əyalət idi. 2014-cü ildən Rusiyanın işğalına məruz qalıb. == İnzibati quruluşu == Krım Respublikası və Sevastopol (Ağyar) birlikdə Rusiyanın Krım Federal Bölgəsində yerləşdirilib. Krım Respublikası 14 rayondan və 10 respublika tabeliyində olan şəhərdən ibarətdir. Krım Respublikasının iri şəhərləri Simferopol (Ağməscid), Kerç (Keriç), Yevpatoriya (Kezlev), Feodosiya (Kefe), Yalta, Canköy və Bağçasaraydır.
Krım Tatarcası
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım buxurkolu
Krım buxurkolu (lat. Cistus tauricus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Krım dağları
Krım dağları (ukr. Кримські гори, krımtat. Qırım dağları, Къырым дагълары), keçmişdə həmdə Tavr dağları adlanırdı — Krım yarımadasının cənub və cənub-şərq hissəsini əhatə edən dağ silsiləsi. Krım dağları üç silsiləyə bölünür. Dağların uzunluğu 160 km, eni isə 50 km təşkil edir. Dağların daxili silsiləsi 750 metr hündürlüyə malikdir. Maksimal hündürlüyü isə 1545 metr olan Roman-Koş dağı Babuqan yaylasında yerləşir. == İqlimi == Dağların iqlimi mülayim-sərin və rütubətlidir. Yağıntılar Aralıq dənizi iqliminə xasdır. Qış oktyabrın ortalarından martın sonlarına qədər davam edir.
Krım dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım körpüsü
Krım körpüsü və ya Kerç körpüsü — Kerç boğazından keçən transport körpüsü. Körpü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü həm də Tuzla adası ilə Tuzla dilini birləşdirir. Körpü iki paralel hissədən — avtomobil yolundan (A-290) və dəmiryol xəttindən ibarətdir. Körpünün ümumi uzunluğu 19 km-dir. Krım körpüsü Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə körpü Avropanın ən uzun körpüsü hesab olunur.Ancaq nəzərə almaq lazımdır ki, körpünün bir hissəsi mübahisəli Krım ərazisinə daxildir. Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəldi. Ukrayna və Rusiya arasında olan münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi.
Krım kəkotusu
Satureja taurica (lat. Satureja taurica) — dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Krım kərtənkələsi
Krım kərtənkələsi (lat. Podarcis tauricus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Ümumi məlumat == Ümumi uzunluğu 20-24 sm təşkil edir. Üzəri yaşımtıl rəngdə olub iki uzunsov tünd ləkəyə malik olur. Buxax hissəsi erkəklərdə yaşıl və ya narıncı, dişilərdə isə yaşıl və ya ağ rəngdə olur. Başları qısa, quyruqları isə uzun olur. Əsasən otlu əraziləri, çöllükləri, yol kənarlarını xoşlayırlar. Hündürlüyü 1800 metrə qədər olan ərazilərdə rast gəlinir. Quyruqlarını atma xüsusiyyətlərinə malik olurlar. Yumurta qoymaqla çoxalırlar ящерица.
Krım müharibəsi
Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin, yəni Osmanlının qələbəsi ilə başa çatmışdır. == Tələbləri == Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768–1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787–1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806–1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı.
Krım qotları
Krım qotları — Qara dəniz ətrafındakı torpaqlarda, xüsusən də Krımda yaşamış qot tayfasıdır. Onların dili olan Krım qot dili XVII-XVIII əsrlərdə tarix səhnəsindən silinmişdir. V əsrdən başlayaraq, digər qot xalqları kimi xristianlaşan Krım qotları da 500-cü illərdə Konstantinopoldakı pravoslav kilsəsinə tamamilə bağlandılar. Xəzərlər 787-ci ildə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını ələ keçirdilər və bununla da Krımda qotların hökmranlığına son qoydular.
Krım quşarmudu
Krım quşarmudu (lat. Sorbus turcica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarmadası, Kiçik Asiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4-5 m-dək olan, az budaqlanan ağacdır. Yarpaqları uzunsov lələkvari bölünmüş, alt tərəfi bozumtul-keçəlidir, uzunluğu 5-7 sm, eni 3-5 sm-dir. Çiçəkləri ağ qalxanlarda yerləşir. Meyvələri şarşəkilli, diametri təxminən 10 mm, yetişdikdə qırmızı-narıncı, az bilinən mərciməklidir. May ayında çiçək açır, avqust-sentyabrda meyvə verir. == Ekologiyası == İşıqsevən bitkidir. Orta dağ qurşağında qayalıq yerlərdə təsadüf edilir.
Krım tarixi
Krım tarixi—Krımın keçmişi. == Ən qədim tarix == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir. Kimmerlər bu yarımadanı e. ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonra skiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Qədim yunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı. E.ə. əvvəl VI - V əsrlərdə əraziyə türkmənşəli skiflər və sarmatlar hakim olublar. Daha sonra yunan Pantom çarlığının təsirinə düşən yarımada yenidən skiflərin əlinə keçir.
Krım tatarları
Krım tatarları (krımtat. qırımtatarlar, къырымтатарлар) — tarixi vətənləri Qara dənizin şimalı, Krım yarımadası olan türk xalqları qrupunun qıpçaq yarımqrupuna aiddir. Krım Tatarları məclisinin sədri rəsmi olaraq Refat Çubarovdur. == Mənşə və tarix == === 1944-cü il deportasiyası === 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardılar. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanətdə" ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə — Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi. Tezliklə Serov və Tabulov tərəfindən 18–22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. Beləliklə, 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı. Mayın 20-nə 180,014 nəfər artıq köçürülmüşdü. Nəhayət 22 may tarixində yekun hesablamalara əsasən 194,155 nəfər Krım tatarı deportasiya olunmuşdu. Onlardan 151,083 nəfər Özbəkistan SSR-da (təxm.
Krım xanları
Krım xanlarının siyahısı, 1441–1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787–1789) və Bəxt Gərayın (1789–1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Krım xanlığı
Krım Xanlığı və ya Krım Yurdu (Krım Tatarcası: Qırım xanlığı; Rusca: Крымское ханство; Ukrayna dili: Кримське ханство) — 1441–1783-cü illər arasında Krımda hökm sürmüş Krım-Tatar dövləti idi. Qızıl Ordanın yerini alan dörd xanlıqdan ən uzun müddət hökm sürən xanlıqdır. 1475-ci ildən 1774-cü ildə bağlanan Kiçik Qaynarca sazişinə qədər Osmanlı İmperiyasına bağlı qaldı. == Tarixi == XIII və XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq Çölünə irəliləyən Tatar qəbilələri, köçəri həyatlarını tərk edərək Krıma yerləşirdi. Qızıl Ordanın süqutundan sonra bu bölgədə başlayan hakimiyyət qurma yarışı Çingiz Xanın oğullarından Cuçinin kiçik oğlu Toka Teymur soyundan gələn və tatarları idarə edən Hacı Gəray tərəfindən qazanıldı. Litvada XV əsrin əvvəllərində doğulmuşdu. Böyüdükdən sonra "Şirin" qəbiləsinin köməyiylə Krımda hakimiyyət qurdu. 1441 tarixində öz adına pul kəsdirdi. Xanlığın quruluş tarixi buna görə 1441 qəbul edilir. == Osmanlı himayəsi == Hacı Gərayın övladları uzun müddət taxta çıxmaq üçün bir-biri ilə vuruşduqda Osmanlı imperiyası mübarizənin daha da uzanmaması və Krım taxtında Osmanlıya sadiq birinin oturması üçün Hacı Gərayın oğlanlarından biri olan Məngli Gəraya qardaşlarına qarşı döyüşdə kömək etdi və Krım xanı olaraq "iki qitənin və iki dənizin xanı" titulunu qazanmasına şərait yaratdı.
Krım yarımadası
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, Qırım, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Krım çölü
Krım çölü (ukr. Степовий Крим, krımtat. Qırım çölü, Къырым чёлю) — Krım yarımadasının şimal hissəsində, Şərqi Avropada yerləşən fiziki və coğrafi ölkə. Ərzaisinin Krımın təxminən üçdə ikisini tutur. Şimalda Qara dəniz ovalığı, Karkinitsk və Sivaş körfəzi, cənubda Krım dağları, qərbdə Qara dəniz və şərqdə Sivaş körfəzi və Kerç yarımadası ilə həmsərhəddir. == Geoloji quruluş == Krım çölü İskit platforması ilə əlaqəli hamar bir düzənlikdir və səthindən dəniz neojen və kontinental dördüncü çökünlülərindən ibarətdir. Şimali Krım ovalığı və Mərkəzi Krım düzənliyindən, Tarxankut yüksəkliklərindən ibarətdir. Hündürlüyü 50 m-ə qədər olan sahil qayalıqlarından ibarətdir. == İqlimi == Krım çölünün iqlimi uzun və isti yayı və qısa mülayim qışı ilə orta kontinentaldır. Bu cür iqlim şəraiti, Krım çölünün ərazisini işğal edən hava kütlələri üçün praktik olaraq heç bir maneə olmaması ilə əlaqələndirilir.
Krım şamı
== Ümumi məlumat == Krım Şamı ağacdır, 20–40 m hündürlüyündədir, dirək gövdəsinin diametri 60 sm-ə çata bilir, çətiri geniş, dağınıq, yastı və dəyirmidir, üfüqi uzanmış budaqları ucdan yuxarı qalxandır, dirək gövdəsinin aşağı hissəsinədək qabığı qaradır, dərin-şırımlıdır, yuxarı hissəsində isə qırmızımtıldır. Cavan zoğları sarımtıl-qonuru rənglidir, parıldayandır. Tumurcuqları milvarıdır, iridir (16–35 mm), düzünədir, qatlanmayan pulcuqludur. Pulcuqvarı yarpaqları açıqsarı rənglidir, yarpaq qını boyda və yaxud da ondan uzundur. Yarpaq qını 18–26 mm uzunluqdadır. İynəyarpaqları tündyaşıl rənglidir, çox sıxdır, sərtdir və ucdan tikanlıdır, bir qədər əyiləndir, 8-12 sm, bəzən isə 18 sm-ə qədər uzunluqda və 1,6-2,1 mm enində olurlar. Hər bir dəstədə 2 ədəd tikanlı iynəyarpaq yerləşir. İynələrin en kəsiyində 2 dəstə boruları vardır. Qatran yolları parenximadadır. Qozaları uzunsov yumurtavarıdır, çox qısa saplaqlı və ya oturaqdır, dikdurandır, tək-tək və ya bir neçəsi (2-4 ədədi) bir yerdə topa halında olur, qəhvəyi, sarımtıl-qonuru rənglidir, parıldayandır, 5-12 sm uzunluqda, 4,5-7 sm enindədir.
Krım əhalisi
== Krımın XVIII əsr sonu — XXI əsr əvvəli etnik tərkibinin dəyişməsi == Krım əhalisi üç əsr ərzində əsasən Krım tatar çoxluqdan çox millətli tərkibə dəyişirdi: XVIII əsrin birinci rübü — 467 000 nəfər (95,1 % Krım tatarları, 2,6 % yunanlar, 2,1 % ermənilər, 0,2 % krımçaklar və karaimlər) 1760–70-ci illər — 454 700 nəfər (92,6 % Krım tatarları, 4 % ermənilər, 3,1 % yunanlar, 0,3 % krımçaklar və karaimlər) 1795-ci il — 156 400 nəfər (87,6 % Krım tatarları, 4,3 % ruslar, 1,9 % yunanlar, 1,7 % qaraçılar, 1,5 % karaimlər, 1,3 % ukraynalılar, 0,8 % yəhudilər, 0,6 % ermənilər, 0,1 % almanlar, 0,1 % bolqarlar) 1816-cı il — 212 600 nəfər (85,9 % Krım tatarları, 4,8 % ruslar, 3,7 % ukraynalılar, 1,4 % karaimlər, 1,3 % ermənilər, 0,9 % yəhudilər, 0,8 % yunanlar, 0,7 % almanlar, 0,4 % bolqarlar) 1835-ci il — 279 400 nəfər (83,5 % Krım tatarları, 4,4 % ruslar, 3,1 % ukraynalılar, 2,4 % qaraçılar, 2 % yunanlar, 1,5 % ermənilər, 1,1 % karaimlər, 0,9 % yəhudilər, 0,7 % almanlar, 0,4 % bolqarlar) 1850-ci il — 343 500 nəfər (77,8 % Krım tatarları, 7 % ukraynalılar, 6,6 % ruslar, 2 % yunanlar, 1,9 % qaraçılar, 1,3 % karaimlər, 1 % ermənilər, 1 % almanlar, 0,9 % yəhudilər, 0,5 % bolqarlar) 1858-ci il — 331 300 nəfər (73 % Krım tatarları, 12,6 % ruslar, 4 % ukraynalılar, 2,4 % yunanlar, 2 % qaraçılar, 1,8 % yəhudilər, 1,5 % almanlar, 1,3 % ermənilər, 0,8 % karaimlər, 0,6 % bolqarlar) 1864-cü il — 198 700 nəfər (50,3 % Krım tatarları, 28,5 % ruslar və ukraynalılar, 6,5 % yunanlar, 5,3 % yəhudilər, 2,9 % ermənilər, 2,7 % almanlar, 1,7 % karaimlər, 1,6 % bolqarlar) 1897-ci il — 546 700 nəfər (35,6 % Krım tatarları, 33,1 % ruslar, 11,8 % ukraynalılar, 5,8 % almanlar, 4,4 % yəhudilər, 3,1 % yunanlar, 1,5 % ermənilər, 1,3 % bolqarlar, 1,2 % polyaklar, 0,3 % türklər) == Ədəbiyyat == Водарский Я. Е., Елисеева О. И., Кабузан В. М. Население Крыма в конце XVIII — конце XX веков (Численность, размещение, этнический состав). — Москва, 2003 Результаты переписи 2001 == Mənbə == Krım etnosları Крым и его жители Журнал "Вокруг Света" № 5 (5).