KUT

(Zaqatala)
mal-qara üçün unlu kəpəkdən bişirilmiş çörək. – İtə kut ver yesin
KUŞTUKUR
KUTXA
OBASTAN VİKİ
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnı Kut burnu
Krasnı Kut burnu (ukr. Красний Кут) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Zavodskoe kəndi yaxınlığında yerləşir. Ərazisində balıqçılıq təsərrüfatı inkişaf etdirilmişdir.
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. == Coğrafi mövqeyi == Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Ust-Kut
Ust-Kut (rus. Усть-Кут) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Xəlil Kut
Xəlil Paşa, Xəlil Kut (1882 və ya 1881, Konstantinopol – 20 avqust 1957, İstanbul) — Türkiyə hərbi xadimi, general. == Həyatı == Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir. Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur. Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi.
Yaqorliski Kut
Yaqorliski Kut — Qara dəniz sularında, Ukraynanın Xerson vilayəti ərazisində yerləşən yarımada. Şimaldan və qərbdən Yaqorliski körfəzi, cənubdan isə Tendrovski körfəzi ilə əhatələnir. Yarımadanın qərbində yerləşən 5540 ha ərazi Qara dəniz biosfer qoruğu ərazisinə daxildir. == Adının mənası == Yarımadanın adı türk dilindən keçmədir və mənası "düzgün olmayanların yolu". Zaparoji kazakları vaxtı ilə yarımada sahillərindən duz toplayarkən türkləri narahat edirdilər. == Hərbi paliqon (1959–1994) == 1959–1994 illərdə yarımadanın böyük hissəsi Qara dəniz donanmasınınpaliqonu olmuşdur. Paliqon ləğv edildikdən sonra 4700 ha-lıq yarımada ərazisi qoruğa birləşdirilmişdir. Burada paliqonun inşasına qədər burada balıqçı qəsəbəsi olan Svobodnı Port olmuşdur. Qəsəbə 1959-cu ildə ləğv edilmişdir. == Mənbə == Echoes of the Ancient Borysthenes.
Krasnı Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
"Kutuzov" ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Adel Kutuy
Adel Kutuy (tatar. Гадел Кутуй; 28 noyabr 1903 – 15 iyun 1945) — Sovet tatar elmi fantastika yazıçısı, şair və dramaturq, jurnalist, müharibə müxbiri. == Bioqrafiya == Adel Kutuy Tatarski Kanadey kəndində (indiki Penza vilayətinin Kuznetsk rayonunda) anadan olub. 1922-ci ildə Kazana köçür və 5 ildən sonra tatarların ən görkəmli beş yazıçısından biri kimi tanınır. 1927-ci ildə Şamil Osmanovun dəvəti ilə oktyabr inqilabının 10 illik yubileyində birinci Kazan yayım stansiyasında diktor işləyir. Vladimir Mayakovskidən təsirlənərək LEF, SULF, yəni Sul Cəbhəsi — Sol Cəbhə tatar yaradıcılıq birliyini qurur. 1930-cu ildən sonra ən məşhur romanlarını yazır. 1942-ci il mayın 25-də könüllü olaraq Qırmızı Ordu sıralarına yollanır. Qərb və Don cəbhələrində 75-ci Əlahiddə Qvardiya minaatan diviziyasının tərkibində döyüşür. Stalinqrad döyüşündə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilir.
Apollon Kutateladze
Apollon Karamanoviç Kutateladze (gürc. აპოლონ ყარამანის ძე ქუთათელაძე; 25 dekabr 1899 (6 yanvar 1900), Xoni, İmereti – 25 iyun 1972, Tbilisi) — Sovet, gürcü rəssam-rəssam, qrafika rəssamı. SSRİ xalq rəssamı (1970). == Həyatı == Potidə gimnaziyada, sonra "Qafqaz Rəssamları Təşviq Cəmiyyəti"nin məktəbində (1914–1915), Tiflisdə N.V.Sklifosovskinin (1915) rəngarlıq-rəssamlıq məktəbində təhsil almışdır. 1916-cı ildə könüllü olaraq hərbi xidmətə getdi. 1916–1921-ci illərdə Zakariya Tuşmalişvilinin alayında poruçik rütbəsində xidmət etmişdir. 1921-ci ildə Gürcüstan Müstəqillik Müharibəsinin iştirakçısı olmuşdur. Müstəqillik müdafiəçiləri məğlub olduqdan sonra o, Metexi qalasında həbsdə saxlanılmış güllələnmədən son anda xilas olmuşdur. 1922–1926-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında G.İ.Qabaşvili, E.E.Lansere, İ.A.Şarlmandan təhsil almış, ardınca Leninqradda təlim keçmişdir. 1920-ci illərin əvvəllərində o, "Nialgi" (Krokodil, Tiflis) satirik jurnalının redaksiyasında işləmişdir.
Campaolo Kutillo
Campaolo Kutillo (Giampaolo Cutillo; İtaliya) — İtaliyanın Azərbaycan Respublikasındakı səfiri. == Həyatı == C.Kutillo 1970-ci ildə Neapolda anadan olub. Diplomatik xidmətdə 1994-cü ildə fəaliyyətə başlayıb. 1998-ci ildə İtaliyanın Venesuelanın paytaxtı Karakasda konsulu təyin edilib, 2001-ci ildə ölkəsinin Pakistandakı səfirliyində, 2005-ci ildə isə İtaliya XİN-in Cənubi Asiya və Okeaniya Baş bürosunda çalışıb. 2009-cu ildə isə Mumbaya (Hindistan) baş konsulu təyin edilib. Campaolo Kutillo 2013-cü ilin iyulunda diplomatik missiyası başa çatmış Mario Baldini əvəz edir.
Con Maksvell Kutzee
Con Maksvell Kutzee (ing. John Maxwell Coetzee; 9 fevral 1940[…], Keyptaun, Cənubi Afrika Birliyi) — CAR əsilli yazıçı, tənqidçi, dilçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2003), iki dəfə Buker mükafatı almış ilk yazıçı (1983, 1999). == Həyatı == Con Maksvell Kutzee əslən Cənubi Afrikadan olan yazıçı, tərcüməçi və pedaqoqdur. Son illər Avstraliyada yaşayır. Həm ata, həm də ana tərəfdən XVII əsrdə Danimarkadan Afrikanın cənubuna köç edən mühacirlərin nəslindəndir. Ana babalarından birinin polyak olduğu haqqında məlumatlar mövcuddur. Orta təhsilini Keyptaundakı katolik məktəbində, ali təhsilini isə Keyptaun universitetində almış, universiteti 1960-cı ildə ingilis dili və ədəbiyyatı, 1961-ci ildə isə riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirmişdi. Keçən əsrin 60-cı illərinin əvvəllərində bir müddət Böyük Britaniyada yaşayan Kutzee burada kompüter proqramçısı kimi çalışmışdı. Eyni zamanda təhsilini də davam etdirmiş və bu dəfə Keyptaun universitetindən incəsənət magistri dərəcəsi almışdı. Müəllif həyatının həmin dövrünü "Uşaqlıq" (1997) və "Gənclik" (2002) avtobioqrafik romanlarında işıqlandırmışdı.
Georgi Kutoyan
Georgi Kutoyan (erm. Գեորգի Կուտոյան, 30 sentyabr 1981, İrəvan – 17 yanvar 2020, İrəvan) — Ermənistan dövlət siyasi xadimi, hüquqşünas, 2016-2018-ci illər arası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru. == Həyatı == Georgi Kutoyan 1981-ci ildə İrəvanda anadan olub. === Təhsili === 1997-2002 -ci illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2002-2005- ci illərdə Ermənistan Milli Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunda aspiranturanı bitirib. Hüquq elmləri namizədidir. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Tafts Universitetinin Fletçer hüquq və diplomatiya məktəbini bitirib. 2002-2010 -cu illərdə Erməni-Rus (slavyan) Universitetində, Ermənistanın dövlət idarəçilik akademiyasında, Ermənistan Milli Elmlər Akademiyasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2005-2006 -ci illərdə Ermənistan Baş Prokurorluğunun elmi-tədris mərkəzinin elmi işçisi, daha sonra hüquq və struktur islahatları şöbəsinin prokuroru vəzifəsində çalışıb. Kutoyan 2019-2020-ci tədris ili üçün Kembric Universitetində təhsil almaq üçün Cambridge Trust Scholarship təqaüdünə layiq görülmüşdü.
Kuti dövləti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Kutikula
Kutikula — yarpağın həm alt, həm də üst səthini əhatə edən epidermis, bir sıra hüceyrə təbəqəsi şəklində qoruyucu bir toxumadır. Ön hüceyrələrin xarici divarları, kutikula adlanan nazik mumlu bir maddə ilə örtülmüşdür. Mumlu kutikula suya davamlıdır, beləliklə yarpaq səthindən su itkisini minimuma endirir. Kəsik yarpağın üst səthində ümumiyyətlə daha qalındır, buna görə yarpaqların üst səthi alt səthdən daha parlaq görünür.
Kutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Kutişxa
Kutişxa (gürc. კუტიშხა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 110 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 0,5 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 6, თბ., 1983. — გვ. 89.
Kutkaşen sultanlığı
Qutqaşen sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu. Lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü.
Kutlu Arslan
== Kutlu Arslan == Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamarın maliyyə naziri (meçurçuxucesi).
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Kutniqışlaq
Kutniqışlaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ərtik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qütbi qışlağı formasında qeyd edilmişdir. Toponim «dağ çıxıntısı, dağ qolu» mənasında işlənən kut sözünə Azərbaycan dilində «qoyun və başqa heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri» mənasında işlənən qışlaq sözünün birləşməsi ilə əmələ gəlib «dağ çıxıntısı yanında yerləşən qışlaq» mənasını ifadə edir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı üə dəyişdirilib Hovtaşen qoyulmuşdur.
Kutriqurlar
Kutriqurlar — Bulqarların qolu. == Tarixi == Kutriqurlar utiqurlar, haylantürklər və başqa türk kökənli tayfalarla V-VI yüzilliklərdə Don və Dunay çayları arasında qərar tutmuşdular.. Bizans tarixçisi Prokopi Qeysərli bir məlumata dayanaraq yazır ki, kutriqurlar və utriqurlar ilk zamanlarda bir dövlət ətrafında birləşmişdilər. 463-cü ildə bulqarlar hunları məğlub etdilər. Bulqarlar bir çox türk soylarının birləşməsiylə 630-cu ildə ortaya çıxdılar. Böyük Bulqar xanlığını Kubrat xan qurdu. VII əsrin ilk yarısında Xan Kubrat Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigurlar, Utiqurlar, Sabirlər və Onoqurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bulqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə Bulqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı olan Xəzərlər bu dövləti məğlub etməyi bacarmışlar.
Kutsan
Kuttinirpaak Milli Parkı
Kuttinirpaak Milli Parkı (ing. Quttinirpaaq National Park) — Kanadanın şimalında yerləşən milli parkı. Elsmir adasınının cənub-şərqində, Nunavut əyalətinin Kikiktaluk bölgəsində yerləşir. Kanadanın ən şimalda yerləşən milli parkıdır. Dünya üzrə isə Şimal-şərqi Qrenlandiya Milli Parkından sonra dünyada ikinci ən şimalda yerləşən milli parkdır. İnuktitut dilində "Kuttinirpaaq" "dünyanın ucu" deməkdir. 1988-ci ildə Elsmir Adası Milli Parkı kimi qurulmuşdur. 1999-cu ildə indiki adını almışdır. 2000-ci ildə tam olaraq milli park statusu almışdır. Vud Buffalo Milli Parkından sonra Kanadanın ikinci ən böyük milli parkıdır.
Kutub-i ərbəə
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır: əl-Kafi — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; əl-İstibsar — müəllifi Şeyx Tusi. == Haqqında nəql olunan kəlamlar == Şeyx Hürr Amili belə deyir : Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir. Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir : “Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. "Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir” == İstinadlar == == Həmçinin bax == Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı. == Xarici keçidlər == "Kutub-ərbəə — wikishia". az.wikishia.net (az.).
Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Kutuzov adası
Kutuzov adası — Ussuri çayında yerləşən iri ada. İnzibati cəhətdən Rusiya Xabarovsk diyarı Bikinski rayonu ərazisinə daxildir. Ussuri çayının orta axarında, Rusiyaya aid Lonçakovo və Çinə mənsub olan Situnsyançjuan kəndləri yazınlığında yerləşir. Adanın əks tərəfində İlinskaya dağı yerləşir. Yaxınlığından Rusiya-Çin sərhədi keçir. Səthi düzəndir və bataqlaşmaya məruz qalmışdır. Bılkov adası ilə arasından orta axar keçir.
Kutuzov ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Kutəkumə (Astara, İran)
Kutəkumə (fars. كوته كومه‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 906 nəfər yaşayır (220 ailə). Əsasən sünni müsəlman olan bu bölgənin sakinlərinin (şafi məzhəbi) dili talışçadır. == Coğrafiya == Kənd Ləvəndəvildən 9 kilometr aralıda yerləşir. Kutəkumənin ən cəlbedici görməli yerləri Laton şəlaləsi və Qamo qaynar su bulağıdır.

Значение слова в других словарях