(Qəbələ)
bir qulplu qab (həm suqabı kimi, həm də qatıq çalmaq üçün işlədilir). – Mahmud babası üçün kö:də qatıx gətirdi
KOZAR
KÖBƏK
OBASTAN VİKİ
İrott-kö
İrott-kö (mac. Írott-kő) və ya Geşribenşteyn (alm. Geschriebenstein‎; ) — Avstriya və Macarıstan sərhədində yerləşən və hündürlüyü 884 metr (2,900 ft) olan dağ. == Coğrafiyası == İrott-kö Köseq dağlarının, Qərbi Macarıstanın (Transdanubiya), eləcə də Burgenlandın ən hündür dağdır. Dağın hündürlüyü Avstriya mənbələrinə görə – 884 metr (2,900 ft), Macarıstan mənbələrinə görə isə – 883 metr (2,897 ft). İrott-kö dağı Macarıstanın ən hündür zirvələri siyahısında 44-cü yerdədir. Avstriya tərəfdən dağa ən yaxın qəsəbələr Rextnits və Lokkenhausdur. Macarıstan tərəfdən dağa ən yaxın ən yaxın isə Köseqdir. == Adı == Dağın macar dilindəki əvvəlki adları Fenyoheq (mac. Fenyőhegy; mənası – Şam ağacı) və Salkö (mac.
İstallos-Kö dağı
İstallos-Kö (İstallosko; mac. Istállós-kő) — Macarıstanın Xeveş əyalətində olan dağ. Hündürlüyü 958,1 metr olan bu dağ Byükk massivində ikinci, ölkə daxilində isə altıncı ən yüksək zirvədir. 2014-cü ilə qədər İstallos-Kö masivin ən yüksək zirvəsi hesab olunurdu. Ancaq yeni ölçmə işləri nəticəsində məlum oldu ki, Silvasi-Kö dağının hündürlüyü 960,7 metrdir.. Silvarsvarad yaşayış məntəqəsindən dağ zirvəsinə və orda olan mağaraya uzunluğu bir neçə yüz metr olan turist cığırı qalxır. == İstallos-Kö mağarası == Uzunluğu 57 metr olan bu mağara dəniz səviyyəsindən 600 metr yeksəkli yerləşir. Əsasən Trias dövrünün əhəngdaşlarından təşkil olunan mağarada ilk tədqiqat işlərini 1911-ci ildə Palo Roşko aparmışdır. Mağara həm təbiət, həm də arxeoloji abidə kimi önəmlidir. Mağaranın daxilində yaşı 30 000-40 000 il olan daş və sümük əmək alətləri, mağara ayısının, bizonun sümükləri və paleolit dövrünə aid ocaq yeri tapılmışdır.
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 10 sentyabr 1947-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Köniqsberqin alınmasına görə" medalı
"Köniqsberqin alınmasına görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib.
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
"Qardaş köməyi" təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. == Məqsədi == Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. == Fəaliyyəti == Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
15 iyul Şəhidlər Körpüsü
Boğaziçi körpüsü və ya Bosfor körpüsü (türk. Boğaziçi Köprüsü, Boğaz Köprüsü; ing. Bosphorus bridge, First Bosphorus Bridge) — Bosfor boğazı üzərindən salınan ilk asma körpü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.Körpünün uzunluğu 1560 metr, əsas aşırımın uzunluğu 1074 metr, körpünün eni 33 metr, suyun üstündə dayaqların hündürlüyü 165 metr, yoldan ötən hissədən suyun səthinə qədər 64 metrdir.Hər gün körpüdən təxminən 600 000 sərnişin daşıyan 200 000-dən çox nəqliyyat vasitəsi keçir. Uzunluğuna görə körpü dünyada 13-cü yerdədir. Körpüdən geçiş pulludur, piyada keçişi isə qadağandır (körpüdən özünü atıb intihar etməyə cəhd göstərənlərin sayının çoxluğu üzündən). Osmanlı İmperatorluğu dövründən bəri boğazı körpü ilə keçmək fikri Boğaziçi körpüsünün inşasına qədər illər ərzində tez-tez gündəmə gəlmişdir. Cümhuriyyətin ilk illərində varlı bir iş adamı olan Nuri Demirağ körpü üçün fərdi layihələr hazırladı və 1931-ci ildə San Fransiskoda Qızıl Qapı körpüsünü inşa edən Bethlehem Polad Şirkəti üçün bir layihə çəkdi. Demirağın həyata keçirilməyən layihəsindən başqa, 1951-ci ildə bir alman şirkəti tərəfindən hazırlanan bir layihə də reallaşmadı. == Körpünün tikintisi == Dövlət 1953-cü ildə edilən bir araşdırmadan sonra körpünün inşasında maraqlı oldu.
300 araqvinli körpüsü
300 araqvinli körpüsü (gürc. 300 არაგველის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Ortaçala su anbarının üzərində yerləşir. Metexi körpüsü (axar ilə aşağıda) ilə Dmitri Quliya körpüsü (axarı ilə yuxarı) arasında yerləşir. == Adı == Körpü bu ərazidə hələ XIX əsrin ortalarında mövcud olmuşdur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun adını daşımışdır. O, 25 min rublu körpüdən şəhər sakinlərinin sərbəst keçidi üçün verir. Adanın müasir adı 300 araqvinlinin şərəfinə verilmişdir. körpü bu adı 1952-ci ildə almışdır. == Tarixi == XV əsrdə müasir körpünün yerləşdiyi ərazidə Katex körpüsü vardı.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ASAN Könüllüləri Gənclər Təşkilatı
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
AZE Nakhchivan-Köln FK
AZE Nakhchivan-Köln Futbol Klubu — Almaniyanın Köln məhkəməsinin VR 20194 saylı qərarı ilə qeydiyyatdan keçmişdir. == Tarixi == 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib. == Məqsədi == 5 yanvar 2019 tarixində qeydiyyatdan keçib. Klubun məqsədi professional futbol komandası yaradaraq, bu sahədə addımlar atmaq, futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Futbol komandaları üçün Kölndə təlim məşq toplanışları, məşqçilər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, komandalar arasında informasiya mübadiləsinin həyata keçirilməsini hədəflənir. Həmçinin futbol klubu daxilində Uşaq Futbol Akademiyası da fəaliyyət göstərir.
Abdurrahman Köksaloğlu
Abdurrahman Köksaloğlu (1930 – 15 iyul 1980, Şişli, İstanbul ili) — Türkiyə siyasətçisi. == Həyatı == Abdurrahman Köksaloğlu 1930-cu ildə Sivasın Suşehri ilçəsinə bağlı Karalar kəndində anadan olub. 1956-cı ildə Cumhuriyyət Xalq Partiyasına daxil olub. CHP Şişli təşkilatının rəhbərliyində çalışan Köksaloğlu 1963-cü ildən 1973-cü ilədək İstanbul Bələdiyyə Məclisinin üzvü seçilib. 1973-cü il seçkilərində İstanbuldan CHP millət vəkili seçilən, Köksaloğlu 1977-ci il seşkilərində yenidən Türkiyə Böyük Millət deputatı seçildi. 15 iyul 1980-ci ildə Şişlidəki iş yerində iki silahl tərəfindən qətlə yetirildi. Mustafa Sarıgülün ilk həyat yoldaşı Gülsüm Köksaloğlunun atasıdır.
Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Acı çay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Acıçay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Ada körpüsü
Ada körpüsü (serb. Мост на Ади) ― Sebiyanın paytaxtı Belqrad şəhərində, Sava çayı üzərində körpü. Körpü Çukaritsa və Yeni Belqrad bələdiyyələrini birləşdirən Ada Siqanliya adasının ucundan keçir. Körpü dirəyi, böyük miqdarda betonla möhkəmləndirilmiş və daha möhkəm təməl yaratmaq üçün bir qədər böyüdülmüş adanın ucunda yerləşir. İnşaat 2008-ci ildə başlamış və körpü 1 yanvar 2012-ci ildə açışmışdır. Bitişik yolların inşası isə 2013-cü ildə başa çatdırılmışdır. Körpü dizayn elan edildikdən dərhal sonra həm peşəkarlar, həm də siyasətçilər iki hissəyə bölündü: onların bir qismi körpünün bütün Belqrad körpülərinin ən gözəli və ən funksionalı olduğunu iddia edərkən, digərləri körpünü çox bahalı və lazımsız bir meqalomaniakal olaraq adlandırdı. Hələ 2012-ci ildə açıldığı gündən bu yana körpü şəhərin simvollarından biri və "musiqi kliplərində və filmlərdə əsas dekor" olmuşdur. Ada körpüsü "paytaxtı ən çox təmsil edən körpü" adlandırılır. == Yer == Ada körpüsü şəhər daxilində Sava çayı üzərində yerləşən ən çox istifadə olunan körpüdür.
Aden körfəzi
ƏdƏsn körfəzi (ərəb. خليج عدن‎, fr. golfe d'Aden) Ərəb dənizində yerləşən və Hind okeanına aid olan körfəz. Körfəzinin şimal sahilində Ərəbistan yarımadası və orda olan Yəmən ölkəsi məskunlaşıb, şərq və qərbdə isə Afrika kontinenti ilə Somali və Cibuti. Həmdə qərbdə Tacura körfəzinidə qeyd etmək olar. Şərq sərhədi Qvardafuy burnunun meridianı sayılır (51°16’E). Körfəz Babülməndəb boğazı vasitəsilə Qırmızı dənizlə birləşir. Körfəzin iqtisadi əhəmiyyəti ondadıki, o, Fars körfəzindən Avropaya neftin nəqli üçün su yolu kimi istifadə edilir. XXI əsrdən başlayaraq burada dəniz quldurluğu problemi ortaya çıxmışdı. Əsas limanları: Əl Mukəlla (Yəmən), Ədən (Yəmən), Cibuti (Cibuti), Berabera (Somali) == Etimologiyası == Körfəz Öz adını Yəmənin əvvəlki paytaxtı və ən böyük şəhəri olan Ədən şəhərindən alıb.Liman-şəhər olan Ədən bu körfəzin ismini daşıyır.
Adi köpgəröküz
Adi köpgəröküz (lat. Oryx gazella) — köpgəröküz cinsiə aid heyvan növü.
Adi köstəbək
Adi köstəbək və ya Avropa köstəbəyi (lat. Talpa europaea) — köstəbəklər cinsinə aid məməli heyvan növü. == Xarici görünüşü == Görünüşdə bu tipik bir köstəbəkdir. Bədən uzunluğu - 12-16 sm, quyruq uzunluğu - 2-4 sm; çəki 70-119 q. Gözlər kiçik, bir pinhead ilə, lakin xarici görünən, çünki dəridə 0,5–1 mm uzunluğunda bir dar yarıq var (baxmayaraq ki, Qafqazda yaşayan ən köstəbəklərin gözləri bağlıdır). Xarici qulaq yoxdur. Kürk, moldun yeraltı tunelində hər hansı bir istiqamətdə hərəkət etməsinə kömək edən irəli və ya geri deyil, yuxarı istiqamətdə böyüyür. Kürk rəngləri qaranlıq qara, bədənin aşağı hissəsi bir qədər yüngüldür. Bəzən rəngi rəng pozuqluqları var: ağ rəngli, solğun rəngli rəngli, boz və qəhvəyi mollər. Quyruq saçları toxunma funksiyasını yerinə yetirir, çünki köməyi tunellərdə geri hərəkət edə bilər.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Akaba körfəzi
Akaba körfəzi ya Əqəbə körfəzi (ərəb. خليج العقبة‎; ivr. ‏מפרץ אילת‏‎) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xətdinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Akaşi Kaikyo körpüsü
Akaşi Kaykyo körpüsü (yap. 明石海峡大橋) — dünyada ən uzun asma körpüdür. Yaponiyada yerləşən bu körpü Honşu və Avaji adalarını birləşdirir. "Mirvari Körpü" adi ilə də tanınır. == Tarixi == Asma körpü tikilməzdən əvvəl bütün daşımalar Akaşi boğazı vasitəsi ilə həyata keçirilirdi. Bu isə olduqca təhlükəli idi. Çünki boğazda tez-tez güclü qasırğa baş verirdi. 1955-ci ildə yenə də belə bir qasırğa baş verir və 2 daşıyıcı gəmi qəzaya uğrayır. Bundan sonra Yapon dovləti ciddi tədbir görməyə məcbur olur. Və asma körpünün layihəsi hazırlanır.
Aksay körpüsü
Aksay körpüsü — Rostov-na-Donu şəhərində yerləşən, Don çayı üzərində inşa edilmiş körpü. Körpünün ümumi uzunluğu 580 metrdir. 1964-cü ildə Don avtomagistralının 1062-ci kilometrliyində, gündəlik 7 min avtomobili qəbul etmək güçünə malik iki zolağı tətfil verilmişdir. Buradan keçən hər maşın 6 ton yük daşıya bilər. 1995-ci ildə körpüyə əlavə olaraq üçüncu zolaq inşa edilir. Hazırda hər il körpüdən 30 min maşın keçir. Hər maşına isə 8 ton yük düşə bilər. Körpü Don çayının mənsənbindən 60 km yuxarıda yerləşir. malikdir. == Adlanması == Körpü öz adını yerləşdiyi şəhərin adından almışdır.
Alfred Körner
`Alfred Körner (alm. Alfred Körner‎; 14 fevral 1926, Vyana – 23 yanvar 2020, Vyana) — hücumçu mövqeyində oynamış Avstriya futbolçusu. Digər futbolçu Robert Körnerin kiçik qardaşı. == Karyerası == === Klub === Karyerasının böyük hissəsini Rapid Vyana klubunda keçirmiş və onunla birlkidə yeddi Avstriya çempionatı, bir Avstriya kubokun və bir Mitropa kubokunu qazana bilmişdir. Karyerasını Admira Vyana klubunda bitirmişdir, klubun adı sonradan "Admira-Energi" olaraq dəyişdirilmişdir. === Milli === Millinin heyətində Alfred 47 oyuna 14 qol vurmuşdur. İlk oyununu 1947-ci ilin oktyabr ayında Çexoslovakiyaya qarşı keçirmişdir. 1948 Olimpiya Oyunları və 1954 (bürünc medal qazanmışdır) və 1958 Dünya Çempionatlarında iştirak etmişdir. Son oyunu 1958-ci ilin oktyabrında Fransa millisinə qarşı keçirdi.
Alimlər Köşkü
Alimlər Köşkü və ya Alimlər Pavilyonu ― İran İslam Respublikası tərəfindən Vyanadakı Birləşmiş Millətlər Təşkilatının ofisinə bağışlanan bir abidədir. Xatirə abidəsinin İran İslam Respublikası Xəbər Agentliyi tərəfindən verilən məlumata görə İslam və Əhəməni memarlığının birləşməsi olduğu iddia edilir, lakin sonuncusu dekorativ xüsusiyyətlərdə açıq şəkildə üstünlük təşkil edir; xüsusilə Fars sütunları və digər xüsusiyyətləri Persepolis və digər yerlərdə qalmış Əhəməni memarlığı nümunələrindən götürülmüşdür. Çaxartaq köşk forması, İslamdan əvvəlki dövrlərdən bu günə qədər qalmış Fars memarlığının bir nümunəsidir. Köşkün içərisində dörd məşhur Fars orta əsr alimlərindən olan Ömər Xəyyam, Əl-Biruni, Məhəmməd ibn Zəkəriyyə ər-Razi və İbn-Sinanın (Avisena) heykəlləri vardır. Bu abidə 2009-cu ilin iyununda İranın elmdəki dinc inkişafları münasibətilə bağışlanmışdır. Bu abidə Alireza Nazem Alroaya tərəfindən dizayn edilmiş və Sadeh Architecture City Construction tərəfindən inşa edilmişdir.
Alisa (səsli köməkçi)
Alisa — Yandex tərəfindən yaradılmış virtual səsli köməkçi. Təbii nitqi tanıyır, canlı dialoqu simulyasiya edir, istifadəçi suallarına cavab verir və proqramlaşdırılmış bacarıqlar sayəsində tətbiq olunan problemləri həll edir. Alisa smartfonlar, kompüterlər və avtomobillərdə işləyir. Yandex-in məlumatına görə, Alisa səs köməkçisinin gündəlik auditoriyası 8 milyon istifadəçi, Alisanın'nin aylıq auditoriyası isə 2019-cu ilin dekabrına 45 milyon nəfərdir.