Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür.[1]
Acıçay körpüsü | |
---|---|
| |
38°07′01″ şm. e. 46°15′53″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Təbriz |
Yerləşir | Təbriz şəhristanı |
Üslubu | Azərbaycan memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur.
Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır.
Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir. Bu zaman körpünü memar Hacı Seyid Hüseyn Tacir restavrasiya etmişdir.
Körpü sonuncu dəfə İran Mədəni İrsi Təşkilatı tərəfindən əsaslı restavrasiya edilmiş və İranın milli irsi siyahısına daxil edilmişdir.[1]