Acı çay körpüsü

Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür.[1]

Acıçay körpüsü
16 aşırımlı körpü
16 aşırımlı körpü
Xəritə
38°07′01″ şm. e. 46°15′53″ ş. u.HGYO
Ölkə  İran
Şəhər Təbriz
Yerləşir Təbriz şəhristanı
Üslubu Azərbaycan memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, TürkiyəRusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur.

Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır.

Restavrasiyalar

[redaktə | mənbəni redaktə et]

Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir. Bu zaman körpünü memar Hacı Seyid Hüseyn Tacir restavrasiya etmişdir.

Körpü sonuncu dəfə İran Mədəni İrsi Təşkilatı tərəfindən əsaslı restavrasiya edilmiş və İranın milli irsi siyahısına daxil edilmişdir.[1]

  1. 1 2 hamshahrionline. "آشنایی با پل آجی چای - آذربایجان شرقی" (Farsca). www.hamshahrionline.ir. 2012. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.