Qızqala mis-polimetal təzahürü
Təzahür Qoşqarçayın aşağı axın hövzəsində Qızqala dağı adlanan yüksəklikdən təxminən 500 m. cənub-şərqdə yerləşir. Təzahür sahəsində kvars-barit, kvars-karbonat, kvars-polimetal damarcıqları daşıyan brekçiyalaşmış süxurların qırıntıları içərisində Cu, Zn, Pb və Ag minerallaşması qeyd olunur. Sahənin litoloji tərkibində tuflar, brekçiyalar, tufqumdaşları iştirak edir. Bu süxurlar Üst təbaşir yaşlı andezit-bazalt tərkibli subvulkanik kütlələr ilə yarılırlar. Filizləşmiş qırıntılardan götürülmüş şırım və nöqtəvi sınaqlarda Ag 3,2-5,6 q/t-dan 28,71-3706, 4 q/t.-a qədər, Au 0,1 q/t, Cu 0,02-1,75 q/t, Zn 0,1-0,33 q/t.- a qədər təşkil etmişdir. Çovdar kəndindən şərqdə, Qoşqarçayın orta axını hövzəsində yerləşir.
Tektonik cəhətdən Çovdar antiklinalının tağ hissəsini əhatə edir. Təzahür sahəsində üst bayos yaşlı riodasit tərkibli tuflar, tufalevrolitləri, tufqumdaşları iştirak edir. Təzahür sahəsində şimal-şərq istiqamətində uzanan və qalınlığı 25-60 m.