Reykyavik
reys
OBASTAN VİKİ
Reyn
Reyn (alm. Rhein‎, fr. Rhin, nid. Rijn) — Avropanın əsas çaylarından biri. Çay mənbəyini İsveçrənin cənub-şərqindəki Alp dağlarının Qraubünden kantonundan götürür. İsveçrə-Lixtenşteyn, İsveçrə-Avstriya və İsveçrə-Almaniya sərhədlərinin bir hissəsini təşkil edir. Bundan sonra Reyn Fransa-Almaniya sərhədinin çox hissəsini təşkil edir, bundan sonra Almaniyanın Reyn bölgəsindən əsasən şimala doğru axır. Almaniyada Reyn əsasən qərb istiqamətinə çevrilir və Hollandiyaya axır və orada isə Şimal dənizinə tökülür. Çayın adını daşıyan iki alman torpağı mövcuddur: Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz. Reyn Hövzəsinin Hidrologiyası üzrə Beynəlxalq Komissiya və EUWID, iqlim böhranı nəticəsində çayın növbəti 30-80 il ərzində həcmində kütləvi azalma və ya hətta tamamilə quruya biləcəyini iddia edir.
Aşağı Reyn
Aşağı Reyn (fr. Haut-Rhin) — Şimal-Şərqi Fransada departament, Qrand-Est rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-67. İnzibati mərkəzi - Strasburq (inzibati bölgə). Əhali sayı - 1 115 226 nəfər (2010-cu il məlumatına görə). == Coğrafi mövqeyi == Şöbənin sahəsi 4755 km².Şöbənin ərazisində Reyn çayı axır. == Tarixi == Aşağı Reyn yaradılışından sonra iki dəfə, Almaniyanın tərkib hissəsi olub: İlk dəfə (1871-ci ildən 1918-ci ilə qədər) Fransa-Prussiya müharibəsində məğlubiyyət nəticəsində, ikincisi (1940-1945) - İkinci Dünya müharibəsi dövründə. == İnzibati-ərazi bölgüsü == Aşağı Reyn şöbəsində İnzibati islahatdan əvvəl 7 rayon var idi. Aqno-Visambur — 144 icma; Molsem— 77 icma; Savern— 172 icma; Selesta-Ersten — 101 icma; Strasbur — 33 icma.
II Reyn
"II Reyn" (alm. Rhein II‎) — alman fotoqrafı Andreas Qurskinin 1999-cu ildə çəkdiyi fotoşəkil. Bu əsərlə Andreas Qurski dünyanın ən bahalı fotoqrafı kimi tarixdə düşmüşdür. Belə ki, "II Reyn" fotoşəkli 2011-ci ildə Nyu-Yorkun "Kristay" hərrac evində 4.3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
Reyn vilayəti
Reyn vilayəti və ya Reynland (alm. Rheinland‎ "Reynland" kimi təlləfüz edilir) — müasir Almaniyanın daxilində yerləşən Reyn çayının orta axarı boyunca yerləşən tarixi bölgə (Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya).
Reyn çayı
Reyn (alm. Rhein‎, fr. Rhin, nid. Rijn) — Avropanın əsas çaylarından biri. Çay mənbəyini İsveçrənin cənub-şərqindəki Alp dağlarının Qraubünden kantonundan götürür. İsveçrə-Lixtenşteyn, İsveçrə-Avstriya və İsveçrə-Almaniya sərhədlərinin bir hissəsini təşkil edir. Bundan sonra Reyn Fransa-Almaniya sərhədinin çox hissəsini təşkil edir, bundan sonra Almaniyanın Reyn bölgəsindən əsasən şimala doğru axır. Almaniyada Reyn əsasən qərb istiqamətinə çevrilir və Hollandiyaya axır və orada isə Şimal dənizinə tökülür. Çayın adını daşıyan iki alman torpağı mövcuddur: Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz. Reyn Hövzəsinin Hidrologiyası üzrə Beynəlxalq Komissiya və EUWID, iqlim böhranı nəticəsində çayın növbəti 30-80 il ərzində həcmində kütləvi azalma və ya hətta tamamilə quruya biləcəyini iddia edir.
Rembrandt van Reyn
Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[…], Leyden, Hollandiya qraflığı[…] – 4 oktyabr 1669[…], Amsterdam, Hollandiya qraflığı[…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır. 1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur.
Reyn (Mortal Kombat)
Reyn (ing. Rain) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Herne (Şimali Reyn-Vestfaliya)
Herne (Şimali Reyn-Vestfaliya) (alm. Herne‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 51.41 km2, əhalisi 154 417 nəfərdir (2013).
Rembrant Harmens van Reyn
Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[…], Leyden, Hollandiya qraflığı[…] – 4 oktyabr 1669[…], Amsterdam, Hollandiya qraflığı[…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır. 1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur.
Yuxarı Reyn
Yuxarı Reyn (fr. Haut-Rhin) — Şərqi Fransada departament, Elzas rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-68. İnzibati mərkəzi - Kolmar (inzibati bölgə). Əhali sayı - 765.634 nəfər (şöbələri arasında 29-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 3525 km².Şöbənin ərazisində Reyn çayı axır. === İnzibati bölgü === Department 6 rayonu və tərkibinə 377 bələdiyyə daxil olan 31 kantonu birləşdirir: Qeyd edək ki, Fransada dairənin inzibati mərkəzinə suprefektura deyilir və suprefekt tərəfindən idarə olunur. Əgər dairə mərkəzi eyni vaxtda departamentin mərkəzidirsə belə olan halda artıq suprefektura deyil, prefektura adlanır. == Tarixi == Yuxarı Reyn - 1790-ci ildə mart ayında yaradılmış, ilk 83 şöbədən biri keçmiş Elzas vilayətində yerləşir.
Mönster (Aşağı Reyn)
Mönster (fr. Munster) – Fransanın şimal-şərqində yerləşən şəhər.
Mönster (Yuxarı Reyn)
Mönster (fr. Munster) – Fransanın şimal-şərqində yerləşən şəhər.
Yuxarı Reyn dairəsi
Yuxarı Reyn dairəsi (alm. Oberrheinischer Reichskreis‎) 1500-cü ildə keçmiş Yuxarı Lotaringiya hersoqluğu, Şvabiyanın Elzas bölgəsi və Burqundiyanın Savoyya hersoqluğu da daxil olmaqla Qərbi Frankoniyanın böyük hissələrinin ərazisində yaradılmış Müqəddəs Roma İmperiyasının İmperiya dairələrindən bir idi. Dairənin Reyn çayının qərbindəki bir çox əyalətləri 1678/79 Nimveqen müqavilələri ilə Kral XIV Lüdovik dövründə Fransa tərəfindən ilhaq edilmişdi.
Şimali Reyn-Vestfaliya
Şimali Reyn-Vestfaliya (alm. Nordrhein-Westfalen‎) — Almaniyanın ərazisinə görə dördüncü və əhaləsinə görə birinci vilayətidir. Paytaxtı Düsseldorf, ən böyük şəhəri Köln şəhəridir. 1946-cı ildə Prussiyanın hissələri olan Şimali Reyn və Vestfaliya regionlarının birləşməsi nəticəsində yaranmışdır. Almaniyanın 10 ən böyük şəhərlərindən dördü, Köln, Düsseldorf, Dortmund və Essen burada yerləşir. Əhalisinin sayı 17,5 milyon nəfərdir və azalmağa doğru gedir. Şimali Reyn-Vestfaliya Almaniyanın ən sənayeləşmiş regionudur.
Viktoriya (Hessen və Reyn şahzadəsi)
Hessen və Reyn şahzadəsi Viktoriya (5 aprel 1863, Vindzor sarayı – 24 sentyabr 1950, London) — IV Lüdovik və I Viktoriya və Konsort şahzadə Albertin qızı Böyük Britaniya şahzadəsi Alisin qızı;
Coşua Reynolds
Ser Coşua Reynolds (ing. Joshua Reynolds; 16 iyul 1723[…], Plimpton[d], Devon qraflığı – 23 fevral 1792[…], London) — tarixi janr və portretçi rəssamı, XVIII əsr ingilis portret məktəbinin nümayəndəsidir. Kral İncəsənət Akademiyasının prezidenti və London Kral Cəmiyyətinin üzvü olmuşdur. Antik incəsənətin öyrənilməsi məqsədilə yaradılmış həvəskar Cəmiyyətin üzvü olmuşdur. == Həyatı və təhsili == 1723-cü il 16 iyul tarixində Plimptonda, Devonşir qraflığında anadan olub. Atası onun tibb sahəsində nəzərdə tutsa da, amma cavan oğlanın tez bir zamanda xüsusi sənətə sevgisi və portretçi Corc Riçardsonun traktatlarını oxuması rəsm haqqında onun əsl istedadını müəyyən etdi. 1741–ci ildə Londonda Reynolds portretçi T. Qudsonun şagirdləri sırasına daxil olub, onun rəhbərliyi altında üç il məşğul olmuş, növbəti üç ili Devonportda və yenidən Londonda keçirmiş, 1746–1749–cu illər arası İtaliyaya getmiş və burada, əsasən, böyük ustaları Tisianı, Korredconu, Rafaeli və Mikelancelonu öyrənmişdir. 1752–ci ildə Londona qayıdışında o, özünə yüksək və qeyri-adi mahir portretçi kimi hörmət qazandı və ingilis rəssamları arasında yüksək mövqe tutdu. Ölümünə bir il qalmış o, görmə qabiliyyətini itirmişdir. 23 fevral 1792-ci ildə Londonda vəfat etmişdir.
Estadio Reyno de Navarra
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Karl Reyneke
Karl Reyneke (alm. Carl (Heinrich Carsten) Reinecke‎; 23 iyun 1824, Altona, hazırda Hamburqun tərkibindədir — 10 mart 1910, Leypsiq) — alman bəstəkarı, drijoru və pianoçusu. == Həyatı == Karl Reyneke 23 iyun 1824-cü ildə Almaniyanın Altona şəhərində anadan olmuşdu. 6 yaşından atası ilə bərabər musiqi ilə məşğul idi. 1835-ci ildə öz doğma şəhərində pianoçu kimi çıxış etmişdi. Sonra Avropaya qastrol səfərlərinə çıxmışdı. Karl Reyneke 10 mart 1910-cu ildə Almaniyanın Leypsiq şəhərində vəfat edib. == Əsərləri == "Kral Manfred" komik operası | König Manfred (1867) Ein Abenteuer Händels, operetta, 1874 Auf hohen Befehl, comic opera, 1886 Der Gouverneur von Tours, comic opera, 1891 Symphony No. 1 in A major, Op. 79, 1858 Symphony No.
Lili Reynhart
Lili Poline Reynhart -1996-cı il 13 sentyabrda anadan olub, Amerikalı aktrisa. == Həyatı == ReynhartOhayo ştatının Klivlend şəhərində anadan olub və yaxınlıqdakı Bay Village şəhərində böyüyüb. 10 yaşından etibarən mahnı oxumaq, aktyorluq etmək və rəqs etməyi özündə inkişaf etdirən Lili anasından onu Nyu-Yorka aparmasını xahiş edir. Reynhart18 yaşında olarkən Los Angeles şəhərinə köçür. Orada öz aktyorluq qabiliyyətini davam etdirir amma 5 aydan sonra Lili bundan imtina edir. == Karyera == Reynhart televiziya serial olan Qanun və Sifariş: Xüsusi Qurbanlar Birliyi seriyalında qonaq qismində rol aldı. Reynharteyni zamanda Lilith (2011), Dalğalanmayan, amma Boğulan (2012), Yayın Kralları (2013), Gibsonburg (2013), Forever's End (2013), Miss Stivens (2016) və Yaxşı Qonşu (2016) filmlərində rol almışdır. Reynhart, Ben Foster və Elle Fanning ilə birlikdə Mélanie Laurent'ın Galveston (2018), və Lorene Scafaria'nın Hustlers (2019) filmində, Cennifer Lopez, Keke Palmer, Cardi B və Constance Wu ilə birlikdə rol aldı. 14 iyun 2019-cu ildə isə Reyinhartın Richard Tanne'nin " Kimyəvi ürəklər" filmində Grace Town rolunu canlandıracağı elan edilib. "Kimyəvi Ürəklər" Amazon Studios tərəfindən efirə çıxacaq və hal-hazırda elan tarixi isə bəlli deyil.
Luiz Reyner
Luiz Reyner (ing. Luise Rainer; 12 yanvar 1910[…], Düsseldorf, Almaniya imperiyası – 30 dekabr 2014[…], London) — ABŞ və Almaniya aktyoru, Oskar mükafatı laureatı == Həyatı == Əslən avstriyalı Reyner 1936-cı ildə "The Great Ziegfeld" və bir il sonra "The Good Earth" filmindəki rollarına görə bir-birinin ardınca iki dəfə Oskar mükafatı aldıqdan sonra Hollivudun ən parlaq ulduzuna çevrilib. Lakin Reyner studio rəhbərliyi onun çəkilmək istədiyi filmlərdə iştirakına imkan vermədikdə gəlirli müqaviləni rədd edərək Hollivudu tərk edib. Reynerin aktrisa kimi karyerasının böyük hissəsini Avropada qurub, Britaniya filmlərində və Amerikanın bəzi filmləri və tele şoularında iştirak edib. Luiz Reyner 30 dekabr 2014-cü ildə 104 yaşında Londondakı evində vəfat edib. Aktrisa pnevmoniyadan əziyyət çəkirmiş.
Maykl Reynhard Hess
Maykl Reynhard Hess (alm. Michael Reinhard Heß‎; 1967, Almaniya, Offenbax am Main) — filologiya elmləri doktoru, İmadəddin Nəsimi irsinin araşdırıcısı. == Həyatı == Maykl Reynhard Hess 1967-ci ildə Offenbax am Main şəhərində anadan olub. O, Frankfurtdakı Johann Wolfgang Goethe adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb. Daha sonra Azad Berlin Universitetində (Freie Universität) "İmadəddin Nəsimi irsi" fundamental araşdırmasını aparıb. Araşdırmalarını 2005-ci ildə bitirərək doktorluq dərəcəsini alıb. == Fəaliyyəti == Maykl Reynhard Hess 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin türk dillərindən klassik şərq poeziyasının tərcüməçisidir. Araşdırmaçının Azərbaycanla bağlı bir neçə kitabı mövcuddur. Bunlardan ən əsası araşdırmaçısı olduğu Nəsimi irsi haqda olan "İlah-insanın dili.
Mikania reynoldsii
Mikania reynoldsii (lat. Mikania reynoldsii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Rayan Reynolds
Rayan Reynolds (ing. Ryan Rodney Reynolds; 23 oktyabr 1976[…], Vankuver, Britaniya Kolumbiyası, Kanada) — Kanada aktyoru. == Həyatı == Rayan Reynolds 23 oktyabr 1976-cı ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində doğulub. Kiçik yaşlarından çəkilməyə başlayıb. Sonra ABŞ-yə dəvət olunub. Çəkildikləri filmlərdən biri də Dedpuldur. Film üzərində ilk işlər 2004-cü ilin fevralında New Line Cinema tərəfindən başladılmışdır. 2005-ci ilin fevralında 20th Century Fox bu layihə ilə maraqlanmışdır. 2009-cu ilin mayında film üçün ssenari yazılmağa başlanmış, 2011-ci ilin aprelində isə Tim Miller filmin rejissoru olmuşdur. Filmin set dövrü Kanadanın Vankuver şəhərində 2015-ci ilin martında başlayıb mayında bitmişdir.
Reyna Trindl
Reyna Trindl (トリンドル 玲奈, Torindoru Reyna, 23 yanvar 1992, Vyana) – Avstriya-Yaponiya modeli, tarentosu və aktrisası. == İlk illəri == Reyna 23 yanvar 1992-ci ildə Avstriyanın Vyana şəhərində doğulmuşdur. Anası yapon, atası avstriyalıdır. Luna (ルナ, Runa) adlı balaca bacısı var. Atasının iş yeri ilə əlaqədar olaraq tez-tez köçməli olub, Fransa və ABŞda yaşayıb. Lakin liseyin birinci sinifindən etibarən Yaponiyanın Tokio şəhərində yaşamağa başlayıb. Reyna Beynəlxalq Xristian Universitetinin liseyindən məzun olduqdan sonra Keyo Universitetinə daxil olub. Lakin karyerası ilə əlaqədar olaraq 2015-ci ilin sentyabrına qədər universitetdən məzun ola bilməyib. == Karyerası == Reyna liseyin ikinci sinifində oxuyan zaman Platinum Production tərəfindən kəşf edilmiş və modellik etməyə başlamışdır. "JJ" və "Vivi" jurnallarının ekslüsiv modeli olduqdan sonra "With" jurnalının ekslüsiv modeli olmağa qərar vermişdir.
Reynald Temari
Reynald Temari (d. 1967) — Taiti Futbol Federasiyasının rəhbəri. FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 2015-ci ilin may ayında 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub. Cəzaya səbəb onun 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli miqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.
Reynaldi Atmanegara
Reynaldo
Reynaldo — ad. Reynaldo (futbolçu, 1989) — braziliyalı futbolçu, "Qarabağ FK" futbol klubunun oyunçusu. Reynaldo Qarqano — Uruqvay Şərq Respublikasının xarici işlər naziri (2005–2008).
Reynaldo Qarqano
Reynaldo Qarqano (isp. Reinaldo Apolo Gargano Ostuni; d. 26 iyul 1934, Paysandu, Uruqvay – ö. 5 fevral 2013, Montevideo, Uruqvay) — Uruqvay Şərq Respublikasının xarici işlər naziri (2005-2008). == Həyatı == 26 iyul 1934-cü ildə Paysandu şəhərində anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1956-cı ildə Uruqvay Sosialist Partiyasına daxil olmuşdur. 1964-1974-cü illərdə həmin partiyanın həftəlik dərgisi olan "El Sol"un baş redaktoru, 1970-1973-cü illərdə isə "El Oriental" qəzetinin baş redaktoru olmuşdur. 1974-1984-cü illərdə Latın Amerikası ölkələrində və İspaniyada mühacirətdə olmuş, bu müddətdə İspaniya Sosialist Fəhlə Partiyası ilə yaxından əməkdaşlıq etmişdir. 1984-cü ildən Uruqvay Senatının üzvü, 2001-ci ildən Uruqvay Sosialist Partiyasının sədri idi. 2005-ci il martın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur.
Reynaldo Vaskes
Reynaldo Vaskes (3 yanvar 1956, San-Pedro-Sula[d]) — Salvador Futbol Federasiyasının sabiq prezidenti. == Həbsi == Reynaldo Vaskes ölkəsində sosial sahə üçün yığılan üzvlük haqqını mənimsəməkdə təqsirli bilindiyi üçün 2015-ci ildə həbs edilmişdir. Onun məhkəmə prosesi 2017-ci ildə başa çatmış və 8 il müddətində azadlıqdan məhrum edilmiş və onun 400 min avro ödəməli olduğu barədə qərar da çıxarılmışdır.
Reynaldo dos Santos Silva
Reynaldo Dos Santos Silva (24 avqust 1989) — braziliyalı futbolçu, "Qarabağ FK" futbol klubunun oyunçusu. == Həyatı == == Karyerası == 2013-cü ilin yanvar ayında "Qarabağ"a Belçikanın "Anderlext" klubundan transfer edilib və komandanın ən önəmli simalarından biri olub. Hücumçu 2013/14 mövsümündə vurduğu 22 qolla Azərbaycan futbol çempionatının bombardiri olub.
Reyncer
Reyncer (ing. ranger - "qəribə", "Ovçu", "meşəbəyi", "atlı polis" == İdman == Reyncers (klub) — Qlazqo şəhərinin futbol klubu.