Rembrant Harmens van Reyn

Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[1][2][…], Leyden, Hollandiya qraflığı[7][6][…]4 oktyabr 1669[1][3][…], Amsterdam, Hollandiya qraflığı[8][9][…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi.

Rembrandt
nid. Rembrandt Harmenszoon van Rijn
Doğum adı Rembrandt Harmenszoon van Rijn
Doğum tarixi 15 iyul 1606(1606-07-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 oktyabr 1669(1669-10-04)[1][3][…] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vesterkerk kilsəsi[d]
Həyat yoldaşı
  • Saskiya van Eylenbürx[d] (16341642)[4]
Partnyorları
  • Hendrikye Stoffels[d] (16471663)
Fəaliyyəti rəssam, boyakar[d], rəssam-qravürçü[d], rəsm kolleksioneri[d], işləmə ustası, kolleksiyaçı, vizual incəsənət rəssamı
Təhsili
Janrlar portret rəssamlığı[d], dini rəssamlıq[d], mifologiya rəssamlığı[d], janr rəssamlığı[9], tarix rəssamlığı[9][4], avtoportret, peyzaj[9][4], portret[9][4], tronie[d][9], natürmort[9], vanitas[9][4]
Stil Holland rəssamlığının qızıl dövrü[10]
Tanınmış işləri
Tələbələri Karel Fabricius[11][4], Ferdinand Bol[4]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620–23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır.

1625–31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634–42), sonra isə Hendrike Stoffels (təqr. 1649–63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.).

1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur. Bu illərdə portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli miqdarda sifariş almış, yanına çoxlu şagird gəlmişdir.

Həyatının sonlarında yoxsulluqla üzləşən rəssam 1662-ci ildə həyat yoldaşının ölü bədənini məzarından çıxararaq məzar yerini satmışdır.[12]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rembrandt (1606–1669) — Dünya rəngkarlığının zirvələrindəndir. "Həkim Tulpun anatomiya dərsi" (1632) əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. Burada bütün personajlar psixoloji cəhətdən Tulpa tabedir.

Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləyir. Məs. "İbrahimin qurban kəsilməsi" (1635). O, tez-tez Saskiyanı və oğlunu təsvir edir. Məs. "Saskiyanın portreti" (1634), "Avtoportret" (1634). Daha məşhur əsərləri "Danaya" (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitajın laboratoriyasında əsəri rentgen şüaları vasitəsilə tədqiq etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun üzərində yenidən işləyib), "Gecə qarovulçusu", "Müqəddəs ailə" (1645), "Xəstələri dirildən İsa" (1649), "Xendrikke pəncərə önündə", "Avtoportret" (1652), "Xendrikke Stoffelsin portreti" (1656–1657), "Yəhudi gəlini" (1666), "Səfil oğulun qayıtması" (1668–1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, "Titusun portreti" (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.

Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir. Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənirdi. O, işıq-kölgə effektlərinə üstünlük verən rəssam idi.

O, 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsmlər yaratmışdır. Onun dini və mifoloji mövzudakı əsərlərinə "Müqəddəs ailə", "Danaya"nı göstərmək olar. Həyatının sonlarında rəssamın yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təşkil edir. Bu əhvali-ruhiyyə rəssamın "Yan Siks" rəsmində daha çox hiss olunur.

Rembrandt yaratdığı portretlərdə ("Doktor Tülpün anatomiya dərsi" (1632), "Saskiyanın portreti" (təqr. 1634), "Saskiya ilə avtoportret" (təqr. 1635) və s.) obrazların səciyyəvi cizgilərini məharətlə verə bilmişdir. Rembrandtın bu dövrdə çəkdiyi süjetli kompozisiyalarda ("Çarmıxdan endirilmə" (1634), "İbrahimin qurban verməsi" (1635), "Danaya" (1636), "Samsonun gözlərinin çıxardılması" (1636)) bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətlər, digər tərəfdən isə obrazların realist şərhi özünü büruzə verir.

Rembrandt 1642-ci ildə məşhur "Gecə gözətçisi" əsərini başa çatdırmışdır.

Rembrandtın məşhur əsəri "Danaya"nın sirri XX əsrin 60-cı illərində açılıb. Tədqiqatçılar əsəri rentgen şüaları ilə işıqlandırıblar, nəticədə məlum olub ki, Zevslə əlaqəyə girən çariçanın iki siması var. Əsərin ilk versiyasında rəssamın 1642-ci ildə vəfat etmiş həyat yoldaşı Saksiya təsvir olunsa da, final variantda Rembrandt özünün yeni məşuqəsi Herta Dirksi təsvir edib.

  1. 1 2 3 4 Rembrandt (nid.).
  2. 1 2 Rembrandt // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. 1 2 Rembrandt Harmensz. van Rhijn // Rembrandt Harmensz. van Rhijn. 2009.
  4. 1 2 3 4 5 6 7 8 ECARTICO (ing.).
  5. 1 2 Rembrandts sporen aan de Universiteit Leiden. Leyden Universiteti, 2013.
  6. 1 2 3 4 Groot C. H. A Catalogue Raisonné of the Works of the Most Eminent Dutch Painters of the Seventeenth century Based on the work of John Smith (alm.). 1914. S. 1.
  7. 1 2 http://www.bbc.co.uk/news/uk-scotland-13682474.
  8. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  9. 1 2 3 4 5 6 7 8 9 RKDartists (nid.).
  10. https://www.mauritshuis.nl/en/discover/exhibitions/rembrandt-and-the-mauritshuis/.
  11. http://www.nationalgallery.org.uk/paintings/carel-fabritius-young-man-in-a-fur-cap.
  12. David S. Kidder , Noah D. Oppenheim. Entelektüelin Kutsal Kitabı (türkçe). Maya Kitap. 2012.