Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəlirlik əyrisi
Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Gəlirli (Qars)
Gəlirli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 311 nəfərdir (2022).
Pivovarovun gəlirli binası
Pivovarovun gəlirli binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Rostov-na-Donu şəhəri Şaumyan küçəsi ev 45/28 ünvanında yerləşir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina 2004-ci il 29 dekabr tarixli qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın adının kimin adından götürülməsi dəqiq müəyyən edilməmişdir. Pivovarovun gəlirli binası XIX əsrin sonları XX əsrin əvvəllərində həkim Petr Pavloviç Çubuxçiev tərəfindən inşa edilmişdir. Bina 1915-ci ilə qədər onun mülkiyyətində olmuşdur. Binada onun həkim kabineti yerləşirdi. Bu kabinetdə əsasən dəri xəstəliklərinin müayinəsi və malicəsi təşkil edilirdi.
Ter-Abramyanın gəlirli binası
Ter-Abramyanın gəlirli binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Sadovnaya küçəsi, ev 51 ünvanında yerləşir. Bina 1886-cı ildə inşa edilmişdir. Bina regional əhəmiyyətli tarixi, arxitektur abidələri siyahısına daxil edilmişdir. Bu qeydiyyata 2009-cu il 1 yanvar tarixindən qeydiyyata alınmışdır. Bina borokko stilində inşa edilmişdir. Yaşayış binası kimi istifadə edilir. ХIХ əsrdə rostovli sahibkarın Rostov-na-Donu şəhərinin bir çox yerində kitab mağazaları olmuşdur. 1880—ci illərə qədər onun tipoqrafiyası və kitabxanası icarəyə götürülmüş binada yerləşirdi. İşlərinin genişlənməsi ilə ona xüsusi və geniş ev tələb olunmuşdu.
Laşın gəlirli binası (Rostov-na-Donu)
Laşın gəlirli binası və ya A. P. Livudun gəlirli binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində dörd mərtəbəli bina. Bina Rostov-na-Donu şəhərinin puşkinskaya küçəsi ev 75 ünvanında yerləşir. Bina Maksik Qorki adında mədəniyyət və istirahət parkının əks tərəfində yerləşir. Bina XX əsrin əvvələrində inşa edildir. Binanın inşasına çəkilən xərclər Aleksandr Edmundoviç Laş tərəfindən ödənilmişdir. Binanın ən zəngin və prestijli mənzillərinin pəncərəlıri Puşkinskaya küçəsinə açılır. Elə də prestijli olmayan mənzillər isə isə həyətə baxırdı. Bina sovet hakimiyyəti qurulduqdan sonra milliləşdirilmişdir. Binanın əsas fasadı Puşkinskaya küçəsinə baxır. Hazırda bu tikili çox mənzilli yaşayış binası kimi istifadə edilir.
Resker və Xosudovskinin gəlirli binası (Rostov-na-Donu)
Resker və Xosudovskinin gəlirli binası — Rostov-na-Donu şəhəri Budyonnı küçəsi 1916-1943-cü illərdə mövcud olmuş bina. Böyük vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdır. Ünvan: Rostov-na-Donu şəhəri, Budyonnı prospekti, ev 10. Resker və Xosudovskinin gəlirli binası 1916-cı ildə tacirlər Resker və Xosudovskinin vəsaiti hesabına inşa edilmişdir. Boris Ermoloviç Xosudovski bur ticarətçi idi və tütüt ticarəti ilə məşğul olurdu. Üstəlik onun «Qafqaz-Don mühəndis bürosunda» kontoru vardı. E. L. Resker belə tütün ticarəti ilə məşğul olurdu. 1914-cü ildə Resker və Xosudovskinin gəlirli binasının yerində kiçik bir tütün mağazası olmuşdur. Bu mağaza iki tacirə məxsus idi. Birinci dünya müharibəsinin başlandığı dövrdə bu iki biznesmen tədricən varlanırdı.
Gəlincik
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Məliklik
Məliklik — xandan asılı vəziyyətdə olan, məlik tərəfindən başçılıq edilən kiçik feodal mülkiyyəti. Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
Səfirlik
Səfirlik — hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur. Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir. Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir. İranlılar dünyada xarici ölkələrin nümayəndələri üçün səfirlik yaradan ilk xalq olublar. Dünyada ilk səfirlik eramızdan əvvəl 445-ci ildə I Ərdəşirin əmri ilə Susada yunanlar üçün tikilmişdir.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Adi gəlincik
Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Böyük səfirlik
Böyük səfirlik (rus. Великое посольство) — Rusiya çarlığının hökmdarı I Pyotrun 1697–1698-ci illərdə Avropada diplomatik missiyası. Əsas məqsəd Qərb ilə hərbi-siyasi və mədəni-iqtisadi, eləcə də elmi əlaqələr yaratmaq olmuşdur. Pyotrun əmrinə əsasən Avstriya, Saksoniya, Brandenburq, Hollandiya, İngiltərə, Venesiya və Papalığa səfirlik göndərildi. Səfirliyin marşrutu Riqa və Köniqsberqdən keçərək Hollandiyaya, oradan İngiltərəyə getdi, İngiltərədən səfirlik yenidən Hollandiyaya qayıtdı, sonra Vyanaya getdi; səfirlik Venesiyaya çatmadı. == Məqsədləri == Böyük səfirlik bir sıra aşağıdakı mühüm vəzifələri yerinə yetirməli idi: Osmanlı imperiyasına qarşı mübarizədə Avropa ölkələrindən dəstək almaq (əsas məqsəd); Avropa dövlətlərinin dəstəyi sayəsində Qara dənizin şimal sahillərini əldə etmək; Azov kampaniyalarında qələbə ilə bağlı mesajlarla Rusiyanın Avropadakı nüfuzunu qaldırmaq;. İsveçlə qarşıdan gələn müharibədə Avropa dövlətlərinin dəstəyinə müraciət etmək; Xarici mütəxəssisləri Rusiyada xidmətə dəvət etmək, hərbi materialları, silahları əldə etmək; Çarın Avropa ölkələrinin həyatı və sərəncamları ilə tanışlığı. Onun praktiki nəticəsi İsveçə qarşı koalisiyanın təşkili üçün ilkin şərtlərin yaradılması oldu. == Ədəbiyyat == Дальберг Е. Оправдательное донесение Карлу XII-му Рижского губернатора Дальберга (по поводу посещения Риги Петром Великим в 1697 году) / Перевод и предисл. С. В. Арсеньева // Русский архив, 1889.
Gəlincik (dəqiqləşdirmə)
Gəlincik (lat. Mustela) — dələkimilər fəsiləsinə aid heyvan cinsi. Gəlincik (oyuncaq) — insanı təsvir edən oyuncaq növü.
Gəlincik (heyvan)
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Qaraquyruq gəlincik
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik hal Bu sözlərin sionu l,m,n,r lə bitir Bu sözlərin ikinci hecasında ı,i,u,ü llmalıdır.Bəzi istisnalar var:ovuc,sinif,eyib. Bu sözlər bu qaydaya uymur.Həmin sözlər iki yerə bölünür.Milli və alınma Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur.
Gəlirlilik səviyyəsi
Gəlirlilik səviyyəsi,ROI (от ing. return on investment) və ya ROR (ing. rate of return) — biznesə qoyulan investisiyaların məbləği nəzərə alınmaqla, biznesin gəlirlilik və ya mənfəətsizlik səviyyəsini əks etdirən maliyyə əmsalı. ROI adətən faizlə, daha az tez-tez isə fraksiya şəklində ifadə edilir. Bu göstəricinin də aşağıdakı adları ola bilər: qoyulmuş kapitalın gəlirliliyi, investisiyanın qaytarılması, gəlirlilik, qoyulmuş kapitalın gəlirliyi, gəlir dərəcəsi. ROI mənfəət və ya zərər məbləğinin investisiya məbləğinə nisbətidir. Mənfəət dəyəri faiz gəliri, mühasibat mənfəəti/zərəri, idarəetmə uçotu üzrə mənfəət/zərər və ya xalis mənfəət/zərər ola bilər. İnvestisiya məbləğinin dəyəri aktivlər, kapital, biznesin əsas məbləği və pulla ifadə edilən digər investisiyalar ola bilər. İnvestisiyaların effektivliyini qiymətləndirməyin sadə yolu investisiya aktivinin saxlanması dövründə əldə edilən ümumi mənfəətin qoyulan investisiyanın dəyərinə nisbətinin hesablanmasıdır. Bu göstərici aktivin saxlandığı dövr üçün gəlirlilik adlanır.
Pandora (gəlincik)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Dividend gəliri
Dividend gəliri (ing. dividend yield) — bir səhm üzrə illik dividendlərin səhmin qiymətinə nisbətidir. Bu dəyər ən çox faizlə ifadə edilir. Bir şirkətin səhm qiyməti 1124,37 rubl və bir səhm üçün 28 rubl dividend ilə dividend gəliri bərabər olacaq: 28 1124 , 37 ⋅ 100 % = 2 , 49 % {\displaystyle {\frac {28}{1124{,}37}}\cdot 100\,\%=2{,}49\,\%} . 1990-cı illərə qədər yüksək dividend gəliri əksər investorlar üçün səhmin aşağı qiymətləndirilməsinin əlaməti kimi xidmət edirdi, aşağı isə onun həddindən artıq qiymətləndirilməsini bildirirdi. 90-cı illərin iqtisadi və birja bumu zamanı bu göstərici gəlir mənbəyi kimi səhmlərin qiymətlərinin artmasına daha çox əhəmiyyət verən investorlar arasında populyarlığını xeyli itirdi. Belə ki, S&P 500 indeksindən şirkətlərin səhmlərinin orta dividend gəlirinin 1982-ci ildəki 6,7%-dən 1998-ci ildə 1,4%-ə düşməsinə baxmayaraq, birjada bum daha iki il davam etdi. 2001–2002-ci illərdə fond bazarlarının düşməsi ilə dividend gəlirləri yenidən investisiya qərarlarında mühüm amil oldu. Bu göstəricinin son vaxtlar artan populyarlığı Almaniyanın DAX fond indeksinin ən yüksək dividend gəlirinə malik 15 şirkətini əhatə edən yeni DivDAX fond indeksinin yaradılmasında özünü göstərir. 2001–2007-ci illərdə Rusiya fond bazarının səhmləri üzrə dividend gəliri təxminən 8–10% gəlirlə orta hesabla 1–2% təşkil etdi.
Mənfəət gəliri
Mənfəət gəliri (ing. earnings yield) — əgər şirkətin vergidən sonrakı bütün mənfəəti dividendlər kimi bölüşdürülərsə, səhmdarın əldə edəcəyi gəlir. Səhm üzrə mənfəətin (E) səhmin qiymətinə nisbətini təmsil edir (P). Qiymət-mənfəət nisbətinin tərsidir. Mənfəət gəlirliyi faizlə ifadə edilir ki, gəlir bu göstəricini mövcud uzunmüddətli faiz dərəcələri ilə müqayisə etməyə imkan verir (məsələn, Fed modeli). Mənfəət gəliri ayrı-ayrı səhmlərin, sektorun və ya bütün fond bazarının gəlirliliyini istiqrazların gəliri ilə müqayisə etmək üçün istifadə edilə bilər. Tipik olaraq, səhm gəlirləri risksiz ABŞ dövlət xəzinə istiqrazları üzrə gəlirdən yüksəkdir. Bu gəlirliliyin bir hissəsi dividendlərin ödənilməsinə getsə də, bəziləri bölüşdürülməmiş mənfəət kimi saxlanıla bilər. Səhmlərin bazar qiyməti səhm investisiyaları ilə bağlı əlavə riski əks etdirmək üçün arta və ya azala bilər. Fed modeli fond bazarı dəyərinin məcmu səviyyəsini qiymətləndirmək üçün bir üsul kimi mənfəət gəlirindən istifadə edir, baxmayaraq ki, bu yanaşma çox vaxt mübahisəlidir.
Qəbizlik
Qəbizlik — Qəbizlik nadir və ya çətin bağırsaq hərəkətlərinə aiddir. Nəcislər çox vaxt sərt və quru olur. Digər simptomlar arasında qarın ağrısı, şişkinlik və bağırsaqların tam boşalmadığı hissi ola bilər. Qəbizliyin ağırlaşmalarına hemoroid, anal fissura və ya nəcisin tıxanması daxil ola bilər. Böyüklərdə bağırsaq hərəkətlərinin normal tezliyi həftədə üç dəfədir. Körpələr gündə üç-dörd dəfə, kiçik uşaqlar isə gündə iki-üç dəfə nəcis edirlər. Qəbizliyin bir çox səbəbi var. Ümumi səbəblərə nəcisin yavaş hərəkəti, bağırsaq sindromu və çanaq dibinin pozulması daxildir. Əsas müşayiət olunan xəstəliklərə hipotiroidizm, diabet, Parkinson xəstəliyi,, qeyri-qluten həssaslığı, kolon xərçəngi, divertikulit və iltihablı bağırsaq xəstəliyi daxildir. Qəbizliklə əlaqəli dərmanlara opioidlər, bəzi antasidlər, kalsium kanal blokerləri və antikolinerjiklər daxildir.
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Yokohama Gəlincik Evi
Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe, azərb. Yokohama Gəlincik Evi‎) – Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. 1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur. Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir. Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir.
Yokohama Gəlincik Muzeyi
Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe, azərb. Yokohama Gəlincik Evi‎) – Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. 1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur. Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir. Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir.
Azalan gəlirlər qanunu
Azalan gəlirlər qanunu, və ya azalan gəlirlər, — istehsal amillərindən birinin (torpaq, əmək, kapital) müəyyən dəyərlərdən yuxarı artmasının gəlirin (nəticənin) getdikcə daha az miqdarda, yəni gəlirin artım sürətinin artmasına səbəb olduğunu bildirən iqtisadi qanun. (nəticə) istehsal amilinin artım tempindən azdır. Azalan gəlir qanunu istehsal xərcləri ilə məhsul arasındakı əlaqəni müəyyən edir. Başqa sözlə desək, azalan gəlir qanunu əlavə məhsul istehsalı ilə bir istehsal amilinin dəyişməsi arasındakı əlaqəni əks etdirir, digər amillərin həcmi isə sabit qalır. Gəlirlərin azalması qanununun mənasının izahı aşağıdakı kimi ola bilər: bir amilin (əməyin) əlavə tətbiq olunan məsrəfləri digər amilin (torpaq) sabit miqdarı ilə birləşdirilir. Nəticə etibarı ilə, yeni əlavə xərclər getdikcə daha kiçik həcmdə əlavə məhsul istehsal edir. Məsələn, kargüzarların işlədiyi bir ofisiniz var. Zaman keçdikcə binaların ölçüsünü artırmadan məmurların sayını artırsanız, onlar bir-birinin yolunu tutacaq və ola bilsin ki, xərclər gəlirdən çox olacaq. Bir Gəlirlərin azalması qanunu yalnız istehsalın bir amili (və ya bir neçə amili) dəyişdikdə, qalanları isə dəyişməz qaldıqda etibarlıdır. Əgər, əməyin miqdarı dəyişərsə, o zaman torpağın miqdarı sabitdir.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Elnur Qədirli
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb. Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur.
Möhsün Qədirli
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.