Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abramtsevo-Kudrino oyma sənəti
Abramtsevo-Kudrino oyma sənəti — XIX əsrin sonlarında Moskva yaxınlığındakı Abramtsevo mülkünün yaxınlığında formalaşmış ağac üzərində oyma sənəti. Sənətkarlığın yaranması Abramtsevo mülkünün rəssamları və ilk növbədə 1882-ci ildə Savva Mamontovun mülkündə olan Xotkovo, Axtırka, Kudrino, Mutovki kəndlərindən olan oyma ustalarının oxuduğu və işlədiyi dülgərlik və oyma emalatxanası təşkil edən Yelena Polenova ilə sıx bağlıdır. Seminar təşkil edilərkən maarifləndirici fəaliyyətə, tələbələrdə yaradıcı əhval-ruhiyyənin yaradılmasına və saxlanmasına xüsusi diqqət yetirilmişdir. Seminarda oyma vərdişlərini öyrənməklə yanaşı, rəsm və rəngkarlığın əsasları öyrədilmişdir. Abramtsevo Muzey-Qoruğunda dərslər keçirilmiş, əmlakda böyük bir xalq sənəti kolleksiyası toplanmışdır. Seminarın məzunları hədiyyə olaraq öz işlərini təşkil etmək üçün alətlər almışdılar. 1890-cı ildə tələbələrdən biri V. P. Vornoskov doğulduğu Kudrino kəndində öz istehsalatını qurmuş, Abramtsevo emalatxanasının sifarişi ilə işləməyə başlamışdır. Əvvəlcə kiçik olan bu emalatxana gələcək sənətkarlığın əsasını təşkil etmişdir. Kudrino emalatxanasında ornamental oymağın xüsusi üslubu formalaşmış, yastı relyefli oymağın həndəsi oyma ilə uğurlu birləşmələri tapılmış, utilitar əşyalarda oyma dekorasiyanın üzvi istifadəsi prinsipləri müəyyən edilmişdir. İşin ilk illərində peşəkar rəssamlar Vasili Sokolov, Sergey Malyutin və Əl Sənəti Muzeyinin işçiləri xüsusi "Vornoskov" üslubunun hazırlanmasında böyük köməklik göstərmişdilər.
Çində daş oyma sənəti
Çində daş oyma sənəti müxtəlif mənşəli və rəngli bəzək daşlarının işlənməsi ilə əlaqəli zərgərlik növüdür. == Tarixi == Sənətkarlar, işlənməsi asan olan taxta və gil üzərində uzun müddət işlədikdən sonra bəzək daşlarına diqqət yetirdilər. Daşdan və vulkanik şüşədən hazırlanan məhsullar işlənməsi çətin və uzun müddət tələb edirdi. Çində daş oyma sənətinin inkişafının başlanğıcı olaraq Eramızdan əvvəl 5-ci minillik qeyd edilir. Bu zaman, ritual baltalar və bıçaqlar yuvarlaq hissələrlə yəşimnən hazırlanmışdı və kənarlarına diqqətlə cilalanmış və itilənmiş bıçaqlar tutacaqa bərkidilməsi üçün dəliklər qazılmışdı. Çində Arxeoloji tapıntılar arasında eramızdan əvvəl IV–I minilliklərə aid yəşim məhsullarının nümunələri aşkar edilmişdir. Süd ağından parlaq yaşıl rəngə qədər fərqli bir rəngə sahib olan mineralın işlənməsi çətin idi və cilalanma qabiliyyəti ilə diqqəti cəlb edirdi. Həm düz yəşim lövhələr, həm də kiçik parçalar işlənirdi. Sərt (polad kimi), ağır xammalın işlənməsində xüsusi emal vasitələri istifadə edilirdi. Ancaq psixoloji cəhətdən hazır olan və bir parça üzərində aylarla işləyə bilən Çinin sənətkarları qiymətli daşlarla necə ustalıqla davranmağı öyrəndilər.
Alar oymağı
Alar oymağı—Şahsevən elinin qollarından biri. == Tarixi == Alarlı оymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı оlmayıb. Alarlı оymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı оymağının qоlları Əbülhəsənbəyli, səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı оğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan оlmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı. Alarlı оymağının sоn başçısı Hüseyn ağa Vətəndust оlub.
Alpavut oymağı
Alpavut oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri. == Adaçımı == Alpavut adının dürlü yozumu var. Alp əski türk dilində "igid", "qoçaq", qut isə cəmlik bildirən formantdır. Deməli, alpavut, alpaqut igidlər, ərlər anlamındadır. Alpavut adının bir variantı da alpağutdur. Alpağut adı "Divani lüğət it-türkdə" belə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ keçməyən igid". Alpağut həm də hərbi rütbə, ünvan olub. Kül təkin yazılarında deyilir: "Öncə gəlmiş qoşununu Kül təkin qovub toxarlardan bir qəbilə, alpağulardan on nəfəri Tona təkinin dəfnində mühasirə edib öldürdü". Alpağut VIII əsr uyğur abidələrində döyüşçü anlamındadır. Son çağlarda isə qıpçaq və qazan tatarlarının bir çox şivələrində bəy-böyük, mal-mülk yiyəsi kimi işlənmişdir.
Ağcaqoyunlu oymağı
Аğcaqoyunlu oymağı — Qacar elinin böyük qollarından biri. Bu oymaq Ağqoyunlu tayfa ittifaqına daxil idi. Ağcaqoyunlular Sultan Yaqub bəy Bayandurun ölümündən sonra Rüstəm mirzəyə tərəfdar çıxmışdılar. Ağcaqoyunlu-Qacarlar Ağqoyunlular dövlətinin süqutundan sonra Qızılbaş tayfa birliyinə qatıldılar. Ağcaqoyunlu oymağı əsasən Çuxursəəd (İrəvan ətrafında) və Qarabağ əyalətlərində məskunlaşmışdılar. Ağcaqoyunlu oymağının əmirləri İrəvan əyalətini idarə edirdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. Onlardan Gülabı xan Ağcaqoyunlu-Qacar, Əmirgunə xan Ağcaqoyunlu-Qacar, Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar və başqaları daha çox tanınıblar.
Baharlı oymağı
Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar. J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur.
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Bilici oymağı
Bilici oymağı — Kəngərli elinin oymaqlarından biri. Bu oymağın nümayəndələri Naxçıvan xanlığının qurulmasında, genişlənməsində önəmli rol oynamışdılar. Elin vəkilləri çox zaman bu oymaqdan çıxırdı. Bilici oymağının əhalisi həm də Naxçıvan xanlığının silahlı qüvvələrinin əsasını təşkil edirdi. Oymağın çox, qələbəlik sayda olması qoşun toplamaq işini asanlaşdırırdı. Naxçıvan xanları vilayət daxilində nizam-intizamı qorumaq, kənardan xanlığa qarşı törənən hər hansı bir təhlükənin qarşısını almaq üçün Bilici qoşunundan daim istifadə edirdilər. Bilici oymağının Ərəbxanlı, Qışlaq, Tat adlı oba və kəndləri vardı. Bilici oymağından xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli.
Boğayrı oymağı
Boğayrı və ya Bəğayrı Gəraylı elinin oymaqlarındandı.3 əsr qabaqdan İsfərayenin neçə qismində və Nişapur ilə Səbzivarın neçə kəndində yaşayırdılar.Əfşarlar dövründə, Boğayrıların neçə başçısı Azərbaycan və Gürcüstanın baş komandiri və Farsın hakimi oldular.Fətəli şah Qacar dövründə bu tayfanın bəzi əmirləri dəfələrlə Qacar dövlət ilə düşmənçiliyə qalxdılar. Onların ən məşhuru Səadət Qulu xan Boğayrı və qardaşları idi.Nasirəddin şah Qacar dövründə Boğayrı əmirlərinin gücü, tədricən azaldı və irsi hükimət Boğayrı əmirlərinin ailəsindən çıxdı.İndi bu oymağın törəmələri Esfərayenin Bam və Səfiabad şəhərləri ilə yanaşı Məşhəd və Tehranda da yaşayırlar. == Bəğayirilər Nadir şah dövründə == Nadirqulu xana qarşı fitnə quran qüvvələr bununla da kifayətlənmədilər. Onlar qərara aldılar ki, Nişapurla Səbzəvar arasında məskunlaşan Bəğayiri tayfasına divan tutsunlar. Çünki bu tayfa Nadiri müdafiə edirdi və həmin tayfanın talan edilməsi Nadiri də özündən çıxara bilərdi. Nadir Herata tərəf hərəkət etdiyi zaman doğrudan da Səbzəvar ətrafında toplanmış olan dəstələr Bəğayiri camaatını soyub talamağa başladılar. Bəğayiri camaatı onları təhdid edən təhlükənin xeyli ciddi olduğunu görüb şah qoşunlarına qarşı müxalifət yaratdılar və müqavimətə əl atdılar. Eyni zamanda baş verənlər barədə Nadirə xəbər göndərdilər. Bu xəbəri alan kimi Nadir qoşunları ilə yenidən Məşhədə döndü. Əbdali əfqanları da bundan istifadə etdilər.
Bəhmənli oymağı
Bəhmənli oymağı — Cavanşir elinin böyük və qədim qollarından biri. == Tarixi == Qarabağ xanlarının ulu babası Pənahəli ağa Gəncə-Qarabağ bəylərbəyləri olan Ziyadoğlu-Qacarlara xidmət edirdi. Sonra xidmətdən çıxıb elinə döndü. Cavanşir elinin Bəhmənli oymağında məskunlaşdı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində yazır: "Pənahəli bəy əslən Sarıcalı tayfasındandır…Gəncə vilayəti xanlarının işi tərəqqidə olduğu zaman o, Gəncə tərəfə gedib onların (Gəncə xanlarının) hüzurunda xidmət etdi. Uca himmət sahibi olan Pənahəli bəy qulluq etməyi özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şir qüvvətli cavan bəxti ona yar olub, çox varlandı. Evləndi, əziz və xoşbəxt bir oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu.(Bax: Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, səh.31).
Bəydili oymağı
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Didvarlı oymağı
Didvarlı oymağı — Kəngərli elinin qolu. XVIII-XIX əsrin ortalarına aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan Kəngərli mənşəli bir sıra oymaq, tayfa və tirələrin içərisində Didvarlı oymağının da adı çəkilir. İran hökmdarı Nadir şah Avşarın hakimiyyəti dövründə (1736–1947) inzibati cəhətdən Naxçıvandakı Didvarlı oymağı öz aralarından çıxmış vəkil və ağsaqqallar rəhbərlik edirdilər. Naxçıvan diyarının və Dərələyəz mahalının bir sıra kəndində yaşamış Didvarlı oymağı maldarlıqla məşğul olmuşlar. Babək rayonunundakı Didivar kəndinin adı Didvarlı oymağı ilə əlaqədardır.
Dəmirçili oymağı
Dəmirçili oymağı — Zülqədər elinin oymaqlarından biri. == Yayılması və yerləşməsi == Dəmirçili oymağınin yayıldığı yerlər: Qəhrəmanmaraş, Malatya, Tokat və Çorumdakı bir çox kəndlər, Azərbaycan, Gürcüstan və İran əraziləridir. Avşar elinin Salmanlı oymağının bir parçası olduğu da söylənilir. Oymaq Diyarbəkir və Şanlıurfadakı bir çox məskənlərə ad vermişdi. Bunlardan başqa Ağqoyunlu tayfa ittifaqına da qatılmışdı. XVI əsrdə Dəmirçili oymağının bir qolunun yurdları Əlbistan, Pınarbaşı, Tarsus və Qanqalda idi. Dəmirçilinin bir bölümü Zülqədər elinin tərkibində Səfəvi dövlətinə qatılmışdı. Günümüzdə bunlar Güney Azərbaycanda Şahseven konfederasiyası içində və Quzey Azərbaycanda Qazax bəlgəsində qərar tutur. Səfəvilər də Zülqədər qrupunda yer alan oymaqlardandır. Şah Abbas zamanında Fars bəylərbəyi Bünyad bəy bu oymaqdan idi.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Gündüzlü oymağı
Gündüzlü oymağı — Avşar elinin qədim və böyük qollarından biri Gündüzlülər Xorasandan Anadoluya qədər hər yerə yayılmışdılar. Qaracaoğlan qoşqularının birində deyir: Faruq Sümər öz ünlü "Oğuzlar" kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından götürdüyümüz yazını oxucularımıza təqdim edirik. Avşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qrıq xandan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqribən 800 metr solda dəyirmanların yerləşdiyi Sulu və yaşıl sahənin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü adlanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yolunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üstünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr vasitəsilə birbaşa Payasa enmək mümkün idi: Alan yaylası, Qatır holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şimalında, Gündüzlünün cənub-qərbindəki Dərbsak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.
Hacılar oymağı
Hacılar oymağı — Zülqədər elinin böyük qollarından biri. Öncə Qeysəri ətrafında yaşayırdılar. Sonra Azərbaycana gələrək Qarabağ əyalətində məskunlaşdılar. Bu oymaq tarixi ədəbiyyatda bəzən Hacılı kimi də yazilir. == Oymağın yaranması, yayılması == Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir. Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub.
Hacıxanlı oymağı
Hacıxanlı oymağı — Şahsevən elinin qolu. == Hacıxanlı oymağının tarixi == Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı.
Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.
Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur. Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. == Tarixi == Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə еdən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qörxlü oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qırxlı oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Saraçlı oymağı
Saraçlı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. == Adın mənşəyi == Saraclı adı etno-toponimdir. Saraclı (müxtəlif şəkillərdə - Sırac/Sıraç, Sarac, Saraclu/Saraçlu/Sarraçlu/Saraçlı, Saraclar, Salac) 24 oğuz boyundan Bəydili (müxtəlif şəkillərdə - Beğdili, Beydili, Beqdeli) boyunun oymaqlarından birinin adıdır.
Sepanlı oymağı
Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.
Sırxavənd oymağı
Sırxavənd oymağı—Kolanı elinin qollarından biri. == Tarixi == Sırxavənd adını Surxay və vənd pəsvəndindən (şəkilçisindən) alıb. Kolanı elinin qollarından biridir. Qarabağ xanlığında Kolanı mahalında yaşam sürürdü. İbrahim xanın dövründə oymağın başçısı Bayraməli bəy Sırxavənd idi. 1823-cü ildə obanın yüzbaşısı Mərdan bəy Sırxavənd olmuşdu. Kirmanşahda yaşayan Səncabi elinin də Sırxavənd adlı tayfası var. == Ən yeni dövr == Qarabağ müharibəsinin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun "Sinəmdə yurd dağı var" adlı kitabı Sırxavənddə doğulan "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir. Kitabda həmçinin Aran Qarabağla Dağ Qarabağın "sərhəddi" olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açılır. == Həmçinin bax == Sırxavənd == Mənbə == Ənvər Çingizoğlu, Kolanı eli, Bakı: Mütərcim, 2015, 320 səh.
Masutatsu Oyama
Masutatsu Ōyama (yap. 大山倍達, kor. 최영의, 崔永宜) — Kyokuşinkay karatenin əsasını qoyan məşhur karate ustasıdır. Kyokuşin karate məktəbinə maraq məhz əfsanəvi usta Masutatsu Oyamanın adı ilə baglıdır. == Həyatı == 1923-cü ildə Cənubi Koreyanın Qunsan əyalətində anadan olan Masutatsu Oyama karateçilərin yeni nəslinə aiddir. Mənşəcə koreyalı olub, etnik azlığa mənsub idi. Məşhur olduğu Masutatsu Oyamanın imzası – gənclik arzusunu təcəssüm etdirir (Hərfi mənada öz nailiyyətlərini yüksək dağ kimi toplamaq). Orta məktəbi Seulda bitirmiş və Aviasiya məktəbində təhsil almaqdan ötrü 1938-ci ildə Yaponiyaya köçmüşdür. Bir çox ləqəbləri ilə tanınmışdır. Gənclik illərində cüdo və boksla məşğul olmuşdur.
Oymaq iyesi
Phytoseius lyma
Phytoseius lyma (lat. Phytoseius lyma) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius lyma Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Uqo Oyama
Huqo Hoyama (9 may 1969) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Huqo Hoyama Braziliyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Huqo Hoyama Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Huqo Hoyama Braziliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yoşimatsu Oyama
Yoşimatsu Oyama — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
İvao Oyama
== Məlumat == Yaponiyanın 1904–1905-ci il rus imperiyası üzərində fenomenal qələbəsində dəniz müharibələrində əgər əsasən Toqo qalibiyyətli sərkərdə sayılırsa, quru qələbələrində bu şərəfə markiz marşal Oyama layiqdir. Hərçənd ki, general Maresuke Noqi və xüsusilə feldmarşal Talesada Kurokinin və baron Yakosato Okunun adlarını xatırlamamaq da insafsızlıq və ədalətsizlik olardı. Oyama(1842–1916) markiz və marşal idi. Yaşı 60-ı keçsə də, onun sərkərdəlik dühası 1904–1905-ci il rus-yapon müharibəsində özünü parlaq surətdə əks etdirdi. Oyama 1885–96-cı illərdə Yaponiyanın hərbi naziri idi. Müharibə başlayanda o, Mancuriya və Lyaodun yarımadasında quru qoşunların baş komandanı təyin olundu. Admiral Toqonun Port-Arturu təslim olmağa məcbur etməsində heç şübhəsiz ki, general Noqinin qalanın qurudan beşqat keçilməz hasarlarını dağıdıb müdafiə istehkamlarını tamamilə məhv etməsinin həlledici rolu oldu. Lakin Ernest və Trevor Düpilər yazır: "Mancuriyada rusların böyük qüvvələri vardı. Yaponlar rus ordularını əzib Yalu çayından geri atdılar. Ruslar Lyaoyanda böyük qüvvə cəmləşdirmişdilər.
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Aşiq olma
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Ayumi Oya
Ayumi Oya (d. 8 noyabr 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Berkun Oya
Berkun Oya (3 mart 1977, Bursa) — Türk teatr yazıçısı, teatr və kino müdiri. == Həyatı == Qaraçay mənşəlidir. Orta təhsilini Özəl Koç Liseyində tamamladı. 1998-ci ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsini bitirib. Elə həmin il Krek Teatr Şirkətini qurdu. 2003-cü ildə İstanbul Dövlət Teatrının tələbi ilə Yakup Kadri Karaosmanoğlunun Yaban romanını canlandırdı . 2002-ci ildə televiziya üçün hazırladığı və TRT- də yayımladığı "Şapkadan Atam Çıxtı" serialının ssenari müəllifi və prodüseri idi. 2003-cü ildə CNN Türk kanalında Defakto və 2005-ci ildə NTV, kanalında İnfoman adlı Televizor proqramlarını hazırladı və təqdim etdi. 2007-ci ildə ekranlara çıxan "Yaxşı Yeni İllər London" adlı filmi idarə etdi. 44.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. == Qısa şaxələr == Əzələ şaxəsi lat. ramus musculares — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Oya Aydoğan
Oya Aydoğan (d. 10 fevral 1957; Ərzincan - ö. 15 may 2016; İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Ölümündən bir neçə gün öncə aorta damarının deşilməsinə görə xəstəxanaya yerləşdirilmişdi. 12 saat davam edən əməliyyatdan sonra ayılmamış 15 may 2016-cı ildə saat 07.15-də xəstəxanada vəfat etmişdir.
Oya Unustası
Oya Unustası (31 mart 1988) — türkiyəli aktrisa. == Həyatı == Oya Unustası, 31 mart 1988-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti məzunudur. İlk olaraq "İtirənlər klubu" adlı filmdə rol almışdır.
Oya Uysal
Oya Uysal (12 may 1952, İstanbul) — Türkiyə şairi. Yazıdığı ilk şeir 1968-ci ildə nəşr edilmişdir. doğdu. Yazığı şeirlər Adam Sanat, Milliyet Sanat, Gösteri, Düşler və Yaşasın Edebiyat jurnallarında da nəşr edilmişdir. Hal-hazırda şeirləri Kitap-lık, Varlık və Yasakmeyve jurnallarında nəşr olunur. Gənclik dövründə beş kitab nəşr etdikdən sonra 1980-ci illərin ikinci yarısında şeir yazmağa ara verən şair, Uçuruma Düşen Nehir (1997) əsəri ilə Ceyhun Atuf Kansu şeir mükafatına, Mevsimini Kaybetmiş Rüzgâr əsəri ilə 1999 Camal Süreya şeir mükafatına layiq görülmüşdür. 2003-cü ildə nəşr olunan Günaydın Sevgili Gece əsərindən sonra 2008-ci ildə Kimselerin Akşamı, 2012-ci ildə Uzak Olan Sendin, 2014-cü ildə isə Siyah Zaten bir Gecelik adlı şeir kitabı nəşr olunmuşdur.
Müstəmləkəçilikdən azad olma
Müstəmləkəçilikdən azad olma (ing. Decolonization) — müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik və suverenliyin verilməsi. Müstəmləkə imperiyalarının ləğv edilməsi siyasəti 1941-ci ildə Atlantik Xartiyanın qəbulunda elan edilmişdi. Xartiya ABŞ-nin müstəmləkə ərazilərinin bazarlarına buraxılması barədə tələbindən sonra qəbul edilmişdi. == Terminin tətbiqi == Dekolonizasiya termininin mənaları və tətbiqləri mübahisəlidir. Dekolonizasiyanın mənasını siyasi müstəqillikdən kənara çıxaran geniş yanaşmalar mübahisələrə səbəb olmuş və tənqidlərə məruz qalmışdır. Bir qrup araşdırmaçılar analitik cəhətdən bu terminin əsassız olduğunu müdafiə etdilər, digərləri iddia edirdilər ki, “dekolonizasiya” üçün elmi və praktiki tətbiqlər şəxsiyyətlər haqqında şəksiz və əsaslı anlayışları öyrənməyə imkan verir. Dekolonizasiya ilə bağlı ilk araşdırmalar 1960-1970-ci illərdə ortaya çıxdı. Bu dövrə aid mühüm kitab Martinika müəllifi Frantz Fanonun "Yerin bədbəxtləri" (1961) əsəri idi ki, bu əsər dekolonizasiyanın bir çox aspektlərini ortaya qoydu. Dekolonizasiyanın sonrakı tədqiqatları iqtisadi bərabərsizlikləri müstəmləkəçiliyin mirası kimi, eləcə də insanların mədəniyyətlərinin məhvi kimi nəzərdən keçirdi.
Oyya-de-Alkoy
Oyya-de-Alkoy (isp. Hoya de Alcoy) — İspaniyada yerləşən rayon.
Oyya-de-Kastalya
Oyya-de-Kastalya (isp. Hoya de Castalla) — İspaniyada yerləşən rayon.
Yox olma hadisəsi
Yox olma hadisəsi (kütləvi yox olma və biotik krizis olaraq da adlandırılır) - geniş miqyasda və sürətli şəkildə Yer üzərindəki bioloji müxtəlifliyin azalmasıdır. Bu kimi hadisələr çoxhüceyrəli orqanizmlərin çoxluğunda və müxtəlifliyindəki kəskin dəyişmələrlə təyin olunur. Bu, növləşmə nisbətinə nəzərən yox olma nisbətinin artdığı zaman baş verir. Son 540 milyon ildə böyük kütləvi yox olmaların təxmin edilən sayı beşdən iyirmiyə qədər dəyişir. Bu fərqliliklərə səbəb "əsas" və ya "böyük" kimi qəbul edilən yox olma hadisələrini təsvir etmək üçün seçilən başlanğıclar və keçmiş müxtəlifliyi ölçmək üçün seçilən məlumat bazasıdır. Çünki dünya üzərindəki çoxu müxtəliflik və biokütlə mikroorqanizm səviyyəsindədir və bu da ölçməni çətinləşdirir, qeyd olunan yox olma hadisələri ümumi müxtəliflik və həyat çoxluğundansa, rahatlıqla müşahidə olunan, biosferin bioloji olaraq kompleks komponentlərinə təsir edir. Yox olma qeyri bərabər nisbətdə baş verir. Fosil qeydlərə əsaslanan dünyadakı yox olmanın arxa plan əmsalı hər milyon ildə dəniz canlılarının təsnifat fəsillərini üçün təxminən 2-5 aralığındadır. Dəniz fosillərinin yox olma əmsalını ölçməkdə istifadə olunmasına səbəb onların qurudakı fosillərə nisbətdə daha dəqiq fosil qeydi verməsi və üstün stratiqrafik aralığa səbəb olmasıdır. Təxminən 2.45 milyard il baş verən Böyük Oksidləşmə hadisəsinin tarixdəki ilk böyük yox olma hadisəsi olduğu ehtimal olunur.
Cinsi məmnun olma
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir. İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Çal, oyna! (xalq mahnısı)
Çal, oyna! — Azərbaycan xalq mahnısı. Ermənilər keşiş Komitasın əsəri kimi təqdim edirlər. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır. == Haqqında == Xalq mahnılarının, məişət mahnıları qrupuna daxildir və öz növbəsində məişət mahnılarının lirik mahnılar növünə aiddir. Sözlərinin və musiqisinin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Mahnı bəzən "Mehribanım, mehriban" kimi də adlandırılır. İlk dəfə 1965-ci ildə, Rafiq Babayev və Rəşid Behbudovun tərtibatı ilə "Qaya qrupu"nun ifasında efirdə səslənmişdir. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır.. Mahnı ümumiyyətlə, Rast muğamı təməlindədir.
Əmlaka sahib olma hüququ
Transformerslər: Yox olma dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. == Məzmun == Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Alma
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.