Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Açıq yaşıl
Açıq yaşıl — 75% sarı və 25% yaşıl rəngləri qarışdırılaraq əldə edilir. == Ümumi məlumat == Hex dəyəri "#BFFF00", RGB dəyəri "192, 255, 0", CMYK dəyəri isə "20, 0, 100, 0"dır.
Sərmət Yaşıl
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Yaşıl kərtənkələlər
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Yaşıl kəryənkələlər
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Yaşıl mamırlar
Bryaceae (lat. Bryaceae) — bitkilər aləminin mamırkimilər şöbəsinin yarpaqlı mamırlar sinfinin yaşıl mamırlar dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 17 cinsə aid 1300-ə yaxın növ daxildir.
Yaşıl müqavimət
Yaşıl müqavimət (ərəb. أخضر المقاومة) — Müəmmər əl-Qəzzafinin öldürülməsindən sonra yaranan hərbi təşkilat. Müqavimət Seyf əl-İslam Müəmmər əl-Qəzzafi tərəfindən Liviya torpaqlarını Milli Keçid Şurasından və xarici işğalçılarından azad etmək məqsədilə yaradılıb. == Yaranması == Müəmmər Qəddafinin devrilməsinə və Cəmahiriyyə quruluşunun süquta uğramasına rəğmən, Liviyada bir çox insan hələ də keçmiş hökuməti dəstəkləyir. Keçid Şurasının təhlükəsizliyi təmin edə biləcək vahid, güclü hökuməti qura bilməməsi, həmçinin ərzaq məhsullarının qiymətinin qalxmasına və işıqların mütəmadi söndürülməsinə görə Şuradan narazılıq günü-gündən artır. Bütün bunlar səbəb olub ki, Keçid Şurasına qarşı bir təşkilat yaransın. Yaşıl Müqavimət Müəmmər Qəzzafinin ölümündən cəmi bir neçə həftə sonra Seyf əl İslam tərəfindən təsis edildi. Təşkilatın qabağında ilkin hədəf kimi zindanlarda saxlanılan günahsız insanları azad etmək qoyulub. Yarandıqdan dərhal sonra, Yaşıl Müqavimət Liviya xalqının böyük rəğbətini qazanıb. Əhalisinin 70%-ni yəhudilər təşkil edən Misurata istisna olmaqla, Liviyanın hər şəhərində təşkilatı dəstəkləyənlər var.
Yaşıl nezara
Yaşıl nezara (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Əksər hallarda bədəni tamamilə yaşıl, bəzən isə tutqun boz, səthi sıx, zərif xətlidir. Baş nisbətən qabağa çıxmış və əyilmiş formadadır. Qarnının II seqmentindən (buğumundan) qabağa doğru şiş çıxıntı uzanmışdır. İy vəzilərinin dəliyi qısa və enlidir. İy vəzinin axarı arxa döşün ortasına qədər ancaq uzanır. Bu ön tərəfdən kəsik və bir qədər qalxmış haldadır. Bədəninin uzunluğu 11 – 17 mm – dir. İmaqo mərhələsində qışlayır.
Yaşıl noxud
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Yaşıl nərə
Yaşıl nərə (lat. Acipenser medirostris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Yaşıl psixotriya
Yaşıl psixotriya (lat. Psychotria viridis) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü. == Sinonimləri == Palicourea viridis (Ruiz & Pav.) Schult. Psychotria glomerata Kunth Psychotria microdesmia Oerst. Psychotria trispicata Griseb.
Yaşıl qurbağa
Yaşıl qurbağa(lat. Hyla savignyi) — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdır Uzunluğu 47 mm təşkil edir. Aşağı hissəsi limon və ya qırmızı rəngdə olur. Onlara yarımsəhra və səhra ərazilərində belə rast gəlinir. Onlara insanların yaşayış məntəqələrinə yaxın ərazilərində belə rast gəlinir. Onlara 400–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Gizli həyat tərzi keçirir və uzun müddət tərpənməz qalır. Əsasən ikiqanadlılar və hörümçəklərlə qidalanır. Qışlama noyabr ayından başlayır.
Yaşıl qılıncbalıq
Yaşıl qılıncbalıq (lat. Xiphophorus hellerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin qılıncbalıq cinsinə aid heyvan növü. Yaşıl qılıncbalıq əsasən gur axıntıya sahib Mərkəzi Amerika çaylarında, istiliyi 20-30 dərəcəyə çatan şirin sularda yaşayır. Bu balıqlar üçün ideal su istiliyi +26-28 dərəcədir. Dişi fərdlər erkək fərdlərdən daha böyük olur. Erkək fərdlər quyruqlarında qılıncı xatırladan çıxıntı ilə fərqlənir. Yosunla qidalanırlar, quru yemlərinin tərkibində spirulinanın olması sağlam inkişafları üçün vacib əhəmiyyət daşıyır. Yağlanmamaları, iç parazitlərin meydana gəlməməsi üçün canlı yem və bol zülallı qidalarla az bəslənmələri gərəkdir. Erkək fərdlər bir-birinə qarşı aqressiv davranır; ancaq akvariumdakı başqa balıq növləri ilə yaxşı yola gedirlər. Əsasən suyun orta və üst hissəsində üzürlər.
Yaşıl qızlarquş
Yaşıl qızlarquş (lat. Merops persicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü. Əsasən Əlcəzair, Mərakeş, Türkiyə, Azərbaycan və Qazaxıstanda yayılıb.
Yaşıl qızlarquşu
Yaşıl qızlarquş (lat. Merops persicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü. Əsasən Əlcəzair, Mərakeş, Türkiyə, Azərbaycan və Qazaxıstanda yayılıb.
Yaşıl qızılağac
Yaşıl qızılağac (lat. Alnus alnobetula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Bu bitki iri kol, yaxud hündürlüyü 3–12 m olan və hətta yaşlı vaxtlarda belə hamar boz gövdəyə malik ağacdır. Uzunluğu 3-8 sm, eni 2-6 sm sm olan yaşıl, parlaq yarpaqlara malikdir. Çiçəkləri salxım şəkilli olub, yazın sonlarında yarpaqlar açdıqdan sonra açır. Erkəkcik salxımların uzunluğu 4-8 sm, dişicik salxımların uzunluğu 1 sm, eni 0,7 sm olur. Meyvəsi payızın sonlarında yetişir. Toxumları 1–2 mm uzunluğunda açıq qəhvəyi rəngdə olur. == Sinonimləri == Betula viridis Chaix Alnaster viridis (Chaix) Spach Semidopsis viridis (Chaix) Zumagl.
Yaşıl rəng
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Yaşıl santolina
Yaşıl santolina (lat. Santolina rosmarinifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin santolina cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi sahilləridir. == Botaniki təsviri == Hündürlüyü 60 sm-ə çatan yiğcam çətirli yarımkol bitkisidir. Yarpaqları ətirlidir. İyun ayında çiçəkləyir, toxumları sentyabrda yetişir. Santolinanın borucuq çiçəkləri xırda, yarımkürə formalı səbətlərə yığılmışdır. Toxum və qələmlə çoxaldılır. == Ekologiyası == İsti, günəşli yerləri sevir, quraqlığa davamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində introduksiya olunmuşdur.
Yaşıl sionizm
Yaşıl sionizm — Sionizmin ilk növbədə İsrailin ətraf mühit problemləri ilə maraqlanan növü. Yaşıl sionizm İsrailə məxsus ətraf mühit problemləri ilə İsrailin yəhudi dövləti olaraq mövcud olmasını dəstəkləyir. Termin Dünya Sionist Konqresində, Dünya Sionist Təşkilatında və onun tərkibində olan təşkilatlarda iştirak etmiş ilk ekoloji qurum olan Aytsim partiyası üçün ticarət nişanıdır.
Yaşıl siyasət
Yaşıl siyasət — ekologiya və ətraf mühitin qorunmasına önəm verən, şiddətə qarşı və cəmiyyətdə ədaləti müdafiə edən prinsiplər üzərində qurulmuş ideologiya. Yaşıl siyasətdə təbiətin və sülhün qorunması əsas məqsədlərdir. Yaşıl siyasətin beynəlxalq rəmzi günəbaxandır. Yaşıl siyasətin müdafiəçiləri Yaşıllar hərəkatını başladaraq, xüsusən 1980-ci illərin əvvələrindən etibarən bir çox ölkədə partiya qurmuşdur. Yaşıl siyasət öz adını Almaniyada 1979-cu ildə qurulan Yaşıllar Partiyasından götürür. Almaniyada fəaliyyət göstərən bu partiya məqsədlərinə çatan ilk yaşıllar partiyasıdır. Yaşıl siyaset Avropada elmi sahələrdə "siyasi ekologiya" olaraq da adlandırılır. Həmçinin "yaşıllar" adlandırılan, yaşıl siyasəti dəstəkləyən şəxslər sülhsevər, ətraf mühitin qorunmasına önəm verən insanlar olarag da görülməkdədir.
Yaşıl tarif
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır: - Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi; - Yetərli olan minimum yaşıl tarif; - Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti; - Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər; - Mümkün olan qiymət azaldılması. Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri: - Yüksək effektivlik; - İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə; - Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması və mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davamlılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır.
Yaşıl tikinti
Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür. Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir. Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur: enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək; insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək; tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq. Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.
Yaşıl türbə
Yaşıl türbə — İldırım Bəyazidin oğlu Sultan I Mehmed tərəfindən 1421-ci ildə tikilmişdir. Memarı Hacı İvaz Paşadır. Bursanın simvolu halına gələn tikili şəhərin hər yerindən görünə bir mövqeyə malikdir. I Mehmed sağlığında türbəni tikdirib, 40 gün sonra da vəfat etmişdir. Türbədə Sultan Mehmed ilə oğulları Şahzadə Mustafa, Mahmud və Yusif ilə qızları Səlcuq Xatun, Sittin Xatun, Ayşə Xatun və dayəsi Dayə Xatuna aid olmaqla cəmi 8 sanduqə (məzar) vardır. == Memarlıq == Kənardan baxanda birmərtəbəli görünən türbə, sanduqə yerləşdiyi salon və bunun altında yer alan beşik tonuzlu məzar otağı ilə bərabər iki mərtəbəlidir. Xarici divarlar turkuaz kaşılarla örtülüdür. Türbənin içi, sanduqə, mihrab, divarlar, cümlə kapisi ilə fasad örtükləri da saxsıdan düzəldilmişdir. Qibləyə baxan mehrabı bir sənət əsəridir. Buradakı saxsılar İznik çinicilikinin şah əsər nümunələridir.
Yaşıl tısbağa
Yaşıl tısbağa və ya yaşıl dəniz tısbağası (lat. Chelónia mýdas) — Dəniz tısbaları fəsiləsinə aid canlı. Yaşıl tısbağalar (Chelonia Brongniart, 1800) cinsinin yeganə nümayəndəsidir. Əvvəllər isə Avstraliya yaşıl tısbağası bu cinsə daxil olsa da, hazırda Natator cinsinə daxildir. == Növün təsviri == Yaşıl tısbağalar əsasən Dünya okeanın sularında, Atlantik okean və Sakit okeanının tropik və subtropik qurşağın sahil sularında yayılmışlar. Yaşıl tısbağa 80–150 sm arası olan çanağa sahibdir. Çəkisi isə 70–200 kq arasında dəyişir. Ancaq nadir hallarda uzunluğu 200 sm və çəkisi 400–500 kq olan fərdlər müşahidə edilir. Adının yaşıl tısbağa olmasına baxmayaraq, rəngi zeytuni yaşıl rəngdən tutmuş, qəhvəyi rəngdə olan fərdlərə rast gəlinir. Onların üzərində sarı və ağ ləkələr müşahidə edilir İlk illər yaşıl tısbağa açıq dənizdə yaşayır.
Yaşıl yemişan
Yaşıl yemişan (lat. Crataegus viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yasin
Yasin — Məhəmməd peyğəmbərin adlarından biri. Quranda 36-cı surə. "Ya" "ey" ədatını bildirir. Ərəb dilində hər bir hərfin zuburu və bəyyinəsi var, eləcə də hər bir səsə bir ədəd uyğundur. Zubur hərfin kağız üzərində yazılışı, bəyyinə isə tələffüz zamanı yazılışdan artıq çıxarılan səslərdir. "Sin" hərfinin zuburu "s", bəyyinəsi isə "in"-dir. "S" səsinə 60, "i" səsinə 10, "n" səsinə isə 50 ədədi uyğundur. Deməli "sin" hərfinin zuburu 60, bəyyinəsi 60-dır (10+50=60). Diqqət çəkən məqam ondan ibarətdir ki, ərəb dilində "sin" yeganə hərfdir ki, zuburu bəyyinəsinə bərabərdir. Deməli, Allah-taalanın Peyğəmbərə (s) Yasin kimi müraciət etməyi bu anlama gəlir: Ey Sin, yəni "Ey zahiri və batini eyni olan!".
Ali-Yasin
Ali-Yasin — Məhəmməd peyğəmbərin Əhli-Beyti. Qurani-Kərimin Saffat surəsinin 130-cu ayəsinin (سلـٰم على ال ياسين) hərəkəsiz oxunuş formalarından biri - "səlamun əla ali yasin" — "Ali-Yasinə salam olsun!"-dur .
Lev Yaşin
Lev Yaşin (21 oktyabr 1929[…] və ya 22 oktyabr 1929, Moskva, RSFSR, SSRİ – 20 mart 1990, Moskva, RSFSR, SSRİ) — əfsanəvi sovet futbol qapıçısı, 5-qat SSRİ çempionu, "Qızıl top" mükafatını almış yeganə qapıçı. == Həyatı == Sovet futbolunun görkəmli şəxsiyyətlərindən olan Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə Moskvada doğulub. == Karyerası == O, futbolçu karyerası ərzində yalnız "Dinamo" (Moskva) klubunda çıxış edib. 1949-cu ildən "Dinamo" (Moskva) klubunda oynamağa başlayan qapıçı 5 il sonra SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə Dinamo Moskva klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın tərkibində Anatoli Banişevski ilə birgə çıxış edib. 1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən "Qızıl top" mükafatı verilib. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb. 1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra o, bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb.
Raşid Gezal
Rachid Ghezzal (ərəb. رشيد غزال‎; 9 may 1992[…]) Super Liqa klubu Beşiktaş və Əlcəzair milli komandasında cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçudur. Gezal karyerasına 2012-ci ilin oktyabrında debüt etdiyi "Lion"da başlayıb. O, bütün yarışlarda 119 oyunda iştirak edib və 13 qol vurub. 2017-ci ilin avqustunda Gezal azad agent olaraq "Monako"ya keçdi. == Klub karyerası == === Lion === 2010-cu ilin iyulunda Lion Metropoliteninin Desines Şağpyu (fr. Decines-Charpieu) şəhərində anadan olmuş Gezal Lion ilə beş illik müqavilə imzaladı. Ardıcıl iki mövsüm "Championnat National 2" də klubun ehtiyat komandası ilə çıxış etdikdən sonra 2012–13 mövsümündən əvvəl o, menecer Remi Qarde tərəfindən böyük komandaya yüksəldi və 31 nömrəli formaya sahib oldu. Gezal böyük komandada debütünü 4 oktyabr 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin İroni Kiryat Şmona klubu ilə səfər matçında etdi. 2013–14 mövsümündə Gezal Lionda ikən ilk altı ayda belindən zədə aldı və bu, onu 10 yanvar 2014-cü ilə qədər maça çıxmamağa məcbur etdi, bu müddət ərzində Lionun 32 oyununu buraxdı.
Raşid Nəjmetdinov
Raşid Hibyatoviç Nəjmetdinov (tatar. Räşit Hibät ulı Näcmetdinov, Рәшит Һибәт улы Нәҗметдинов; 15 dekabr 1912, Aqtöbe, Turqay vilayəti, Rusiya imperiyası — 3 iyun 1974, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — beynəlxalq dərəcəli şahmat idman ustası, dama üzrə idman ustası, SSRİ-nin əməkdar məşqiçisi (1962), RSFSR-in beş qat çempionu, komanda yarışması üzrə üç qat SSRİ çempionu. == Bioqrafiyası == Aqtöbe şəhərində, kasıb kəndli ailəsində anadan olmuşdur. Beş yaşında valideynlərini itirmişdir. Raşidi uzaq qohumları saxlamış anca 1921-ci ildə baş verən aclıq zamanı yetimxanaya verilmişdir. Raşidin əcdadları əslən Nijni Novqorod vilayətinin Krasnıy Ostrov kəndindən gələmələrdi. Bu kənddən bir çox tanınmış ilahiyyatçılar çıxmışdır. 1922-ci ildə Rəşidin böyük qardaşı - Kavi, gələcəyin məşhur tatar yazıçısı Kavi Najmi kiçik qardaşını Kazana, öz yanına gətizdirdi. 1930-cu ildə məktəbi bitirdikdən sonra Raşid Kazan Kimya Texnologiyaları İnstitutunun tədqiqat şöbəsinə daxil oldu. Lakin çox keçmədən işləməyə məcbur oldu.
Yasif Kərimov
Yasif Kərimov (3 mart 1973, Yeni Daşkənd, Bərdə rayonu – 22 avqust 1992, Drombon, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Yasif Kərimov 1 mart 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 24 mart 1992-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağırılmışdır. Sıravi əsgər Yasif Kərimov 18136-cı hərbi hissənin avtomatçısı idi. 22 avqust 1992-ci ildə Ağdərənin Drambon kəndi yaxınlığında gedən döyüşdə top qəlpəsindən şəhid olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur. El qəhrəmanı Məşədi Qasımın nəvəsidir. Şair Qəmgin Fəzinin oğludur. Jurnalist Sənubər Fəziqızının qardaşıdır. == Xatirəsi == Yasif Kərimovun təhsil aldığı Yeni Daşkənd kənd tam orta məktəbi onun adını daşıyır.
Yasif Nəsirli
Nəsirli Yasif Mirzə oğlu (23 dekabr 1938, Kavdar, Cəbrayıl rayonu) — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999). == Həyatı == Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirmişdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1973), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi və orada Kollegiya üzvü (1975-1987) olmuşdur. Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri (1987-1991) vəzifəsində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olmuşdur.
Yasin Abbasov
Yasin İbrahim oğlu Abbasov (14 iyul 1963, Xanqərvənd, Qasım İsmayılov rayonu – 12 mart 1996) — şəhid. == Həyatı == Yasin Abbasov 14 iyul 1963-cı ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Teyyub Abbasov Birinci Qarabağ müharibəsi zamanı Goranboy rayonundaki birinci batalyonda xidmət etmişdir. A.Teyyub 12 mart 1996-cı ildə şəhid olmuşdur.
Yasin Adli
Yacine Adli (29 iyul 2000, Vitri-sür-Sen) — Əlcəzair əsilli Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. == Həyatı == 29 iyul 2000-ci ildə anadan olub. == Klub karyerası == === PSJ === Yasin Adli 2013-cü ildə "PSJ" klubunun uşaq komandasına qoşulur. Adli 19 may 2018-ci ildə "PSJ"-nin əsas heyətində, Liqa 1 matçında "Kann" klubuna qarşı oyunda debüt edir. O, səfərdə 0:0 hesablı heç-heçə ilə bitən oyunun 83 dəqiqəsində Kristofer Nkunku əvəz edir. 2 iyul 2018-ci ildə Adli "PSJ" ilə ilk peşəkar müqaviləsini imzalayır. === Bordo === 31 yanvar 2019-cu ildə, 2018–19 qış transfer pəncərəsinin son günü, Adli "PSJ"nin liqadakı rəqiblərindən olan "Bordo" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 4+0.5 illik müqavilə bağlayır. Transferin qiyməti 5,5 milyon avro və növbəti satışdan 40% qazanc şərti ilə olur.
Yasin Cəfərov
Yasin Cəfərov — kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri, “Əməkdar müəllim”. == Həyatı == Yasin Cəfərov 1957-ci ildə Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Orta məktəbi Şuşa və Bakı şəhərlərində oxuyub. 1974-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və 1979-cu ildə oranı bitirib. 1979-83 illərdə təyinatla AMEA-nın Neft- Kimya Prosesləri institunda işləyib. 1984- cü ildən BDU-nun kimya fakültəsində işləyir. Hal-hazırda fiziki və kolloid kimya kafedrasının dosentidir. 1988-ci ildə “Bəzi Tl-Co(Sb)-Xalkogen sistemlərinin faza tarazlığı və termodinamiki xassələri” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb. 2017-ci ildə “Tallium-stibium (bismut) xalkogenidlərinin və onlar əsasında bərk məhlulların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “fiziki kimya” və “qeyri-üzvi kimya” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsi almışdır. === Təhsili və elmi dərəcə və elmi adları === 1974-1979 - tələbə, Kimya fakültəsi, BDU 1988 - k.e.n.,Kimya fakültəsi, BDU 1999 - dosent, Kimya fakültəsi, BDU 2017 - k.e.d., Kimya fakültəsi, BDU == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1979-1982 - baş laborant, AMEA-nin NKP institutu 1984-1993 - baş laborant, Fiziki və kolloid kimya kafedrası, BDU 1993-1998 - baş müəllim, Fiziki və kolloid kimya kafedrası, BDU 1998 - dosent, Fiziki və kolloid kimya kafedrası, BDU 2019-cu ildən "Kimyanın tədrisi metodikası" kafedrasının müdiridir.
Yasin Məmmədov
Yasin İman oğlu Məmmədov (3 may 1998, Ağamalı, Gədəbəy rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yasin İman oğlu Məmmədov 1998-ci il mayın 3-də Gədəbəy rayonu Ağamalı kəndində anadan olub. 2020-ci il oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasin Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Yasin Qaraməmmədli
Yasin Alı oğlu Qaraməmmədli (1 dekabr 1938, Başkeçid rayonu) — Azərbaycanlı alim, siyasi icmalçı, Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru. == Həyatı == Yasin Alı oğlu Qaraməmmədli 1938-ci il dekabrın 1-də Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olmuşdur. 1946-1954-cü illərdə səkkizillik təhsilini doğma kəndlərində almış, 1954-1958-ci illərdə Sarvanda - Marneuli Dövlət Pedaqoji Məktəbində oxumuş, sonra təhsilini Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində davam etdirmişdir. 1963-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bir il Saatlı rayonunun Krasnoselsk və Sabirabad rayonunun Aleksandrovsk kəndlərində müəllim və tədris hissə müdiri işləmiş, 1964-cü ilin yanvarında Bakıya qayıdaraq burada fəaliyyətini davam etdirmişdir. O, əvvəlcə Bakıdakı 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş, həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət olunmuş, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Ailəlidir 2 övladı var. == Fəaliyyəti == Mətbuat sahəsində çalışdığı illərdə elmi-pedaqoji fəaliyyətindən ayrılmamış, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Bədii xarakter anlayışı” mövzusunda tədqiqat işi aparmış, bir sıra elmi nəşrlərdə məqalələr dərc etdirmiş, 1978-ci ildə dissertasiya müdafiə edərək estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim vəzifəsini tutmuş, kafedranın dosenti seçilmiş, 1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1998-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.
Yasin Qarayev
Yasin Mikayıl oğlu Qarayev (22 may 1946, Dəllər Cırdaxan, Şamxor rayonu) — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru vəikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. == Həyatı == Yasin Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində aşağıdakı rolları ifa etmişdir 1. Aşıq Vəli, Mahmud — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) 2. Cəlal — ("Komsomol poeması", İskəndər Coşğun) 3. Volodya Kulikov — ("Unutmayın", Yusif Əzimzadə) 4. Elşad — ("Şəhərli oğlan", Qeybulla Rəsulov) 5. Əziz — ("Sağlıq olsun", İsi Məlikzadə) 6. Qarakişi — ("Gəl qohum olaq", İsi Məlikzadə) 7. Qulu — ("Tamahkar", Süleyman Sani Axundov) 8.
Yasin Rüstəmov
Yasin İsmayıl oğlu Rüstəmov (28 iyul 1956) — texnika elmləri doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Rüstəmov Yasin İsmayıl oğlu 28 iyul 1956-cı ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1973-ci ildə Bakı Dövlət Universiteti-nin (keçmiş Azərbaycan Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1978-ci ildə maye və qaz mexanikası üzrə tam kursu bitirərək "Mexanik" ixtisasını almışdır. Zaqafqaziya Layihə-Quraşdırma İşləri İdarəsində mühəndis olaraq əmək fəaliyyətinə başlamışdır. Uzun müddət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı sistemində müxtəlif vəzifələrdə işləmişdir. 1986-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Hidrotexnika və Meliorasiya institutunun aspiranturasına daxil olmuş, 1991-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində texnika elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-2001-ci illərdə Naxçıvan MR Dövlət Kommunikasiya Komitəsinin sədri olmuşdur. 2015-ci ildə texnika elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda dissertasiya şurasının üzvüdür. Elmi-tədqiqat layihələrinin üzvü və rəhbəri olmuşdur.
Yasin surəsi
36-cı surə Yasin surəsi (Məkkədə nazil olmuşdur, 83 ayədir). Adını ilk misra olan " Ya - Sin " hərflərindən alır . Xalq arasında Yasin ölən şəxsin arxasınca oxunur. İslam peyğəmbəri Məhəmmədin bu surəni "Quranın ürəyi" adlandırdığı üçün müsəlmanlar arasında əhəmiyyətli bir yerə sahibdir.
Yasin Əbdürəhmanov
Yasin Əbdülrəhmanov — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Yasin Əbdürəhmanov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929, Qahirə, Misir – 11 noyabr 2004[…]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.
Yaşıl palıd yarpaqbükəni
Yaşıl palıd yarpaqbükəni (lat. Tortrix viridana Linnaeus)-Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yarpaqbükənlər (Tortricidae) fəsiləsinə daxil olan kiçik olçülü kəpənəkdir. İmaqo: T.viridana yetkin fərdlərinin qanadlarının açıq vəziyyətdə ölçüsü 18–23 mm-dir. Ön qanadları bulanıq-yaşıl, arxa qanadları qəhvəyi-boz və ya bozumtul rəngdə olub üzəri ağımtıl saçaqlıdır. Pup: Pupları tünd-boz rəngli, ölçüsü 9–10 mm-dir. Tırtıl: Tırtıllar kiçik yaşlarında boz rəngli, böyük yaşlara keçdikcə bozumtul-yaşıl rəngdə olur. Böyük yaşlı tırtıllar 15–19 mm uzunluqda olub, bədəni çox uzun tükcüklərə malik çoxsaylı qəhvəyi ziyillərlə örtülmüşdür.. Tırtıllar təbiətdə mart-aprelin əvvəllərində, tumurcuqların oyanması ilə bir vaxtda görünür. Yumurta Yumurtalarının diametri 0,7 mm, forması daha çox dəyirmidir, dorzo-ventral tərəfdən yastılaşmışdır. Yumurtaları yeni qoyulduqda parlaq-sarı, sonradan açıq-qəhvəyi olur..