Lev Yaşin

Lev Yaşin (21 oktyabr 1929[1][2][…] və ya 22 oktyabr 1929, Moskva, RSFSR, SSRİ[1]20 mart 1990[3][4], Moskva, RSFSR, SSRİ) — əfsanəvi sovet futbol qapıçısı, 5-qat SSRİ çempionu, "Qızıl top" mükafatını almış yeganə qapıçı.

Lev Yaşin
rus. Лев Иванович Яшин
rus. Лев Иванович Яшин
Ümumi məlumatlar
Tam adı Lev İvanoviç Yaşin
Ləqəbi Qara hörümçək
Doğum tarixi 21 oktyabr 1929(1929-10-21)[1][2][…] və ya 22 oktyabr 1929(1929-10-22)
Doğum yeri
Vəfat tarixi 20 mart 1990(1990-03-20)[3][4] (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti[d]
Boyu 1.89 m
Çəkisi 82 kq
Mövqeyi Qapıçı
Karyerası
Klub karyerası[* 1]
1949—1971 SSRİ Dinamo Moskva 326 (0)
Milli yığma[* 2]
1956 SSRİ SSRİ (Olimpiya) 6 (0)
1954—1967 SSRİ SSRİ 74 (0)
Təltif və medalları
Olimpiya Oyunları
Qızıl Melburn 1956 futbol
Avropa çempionatları
Qızıl Fransa 1960
Gümüş İspaniya 1964
Hökumət mükafatları
Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet futbolunun görkəmli şəxsiyyətlərindən olan Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə Moskvada doğulub.

O, futbolçu karyerası ərzində yalnız "Dinamo" (Moskva) klubunda çıxış edib. 1949-cu ildən "Dinamo" (Moskva) klubunda oynamağa başlayan qapıçı 5 il sonra SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə Dinamo Moskva klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın tərkibində Anatoli Banişevski ilə birgə çıxış edib.

1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən "Qızıl top" mükafatı verilib. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb.

1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra o, bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb. Buna görə də Yaşin 1984-cü ildə bir ayağından məhrum olub. Lakin o, yenə siqareti tərgitməyib. Nəticədə 20 mart 1990-cı ildə 61 yaşında dünyasını dəyişib.

  1. 1 2 3 4 Яшин Лев Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Lev Ivanovich Yashin // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Brozović D., Ladan T. Lav Ivanovič Jašin // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]