torpaq-qrunt
torpaq-meliorativ
OBASTAN VİKİ
Meliorasiya
Meliorasiya (lat. melioratio - yaxşılaşdırmaq) — torpaqların faydalı istifadəsi üçün yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir.Tətbiq sahəsinə görə meliorasiya üç əsas qrupa bölünür: Su rejimi əlverişli olmayan torpaqların meliorasiyası - Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası. Buraya izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya) daxildir. Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor, ağır gilli, lilli) torpaqların meliorasiyası. Bu qrupa şor torpaqların duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi meliorasiyası daxildir. Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların meliorasiyası. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin meliorasiyası. Qurutma, duzsuzlaşdırma və kimyəvi meliorasiyası da əsas mübarizə tədbiri ərazinin drenlənməsi, suvarma meliorasiyasında isə əsas tədbir suvarma şəbəkəsinin yaradılması və onun su mənbəyinə birləşdirilməsidir. Hər iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki, fitomeliorasiya və hidrotexniki üsullarla aparılır. Azərbaycan Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə şor olan, suvarılmalı, şorakətli, qurudulmalı və su eroziyasına qarşı mübarizə aparmalı torpaq vardır.
Kimyəvi meliorasiya
Kimyəvi meliorasiya — Torpağın xassələrini yaxşılaşdırmaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa kimyəvi təsir göstərmək üsulları sistemi. Kimyəvi meliorasiya üsulları: torpaqda yüksək turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) – qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması (neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); Kimyəvi meliorasiyaya həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. Kimyəvi meliorasiya adətən hidrotexniki meliorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların yuyulması). == Kimyəvi optium == Torpaq və su mühitində orqanizmin maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və nisbəti.
Meliorasiya mühəndisliyi
Meliorasiya mühəndisliyi — ixtisasında çayların və digər su mənbələrinin su еhtiyatlarından istifadə еtmək üçün inşa оlunan hidrоtехniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı və оnların tədqiqi üzrə mütəхəssislər hazırlanır. Bu iхtisasda tələbələrə su anbarlarının layihələndirilməsi, su еnеrjisindən istifadə оlunması, hidrоеnеrgеtik qurğular sistеminin yaradılması (su еlеktrik stansiyalarının tikintisi), su nəqliyyatı qurğuları tikintisi (gəmi hərəkəti yоlları və şlüzlər, gəmi qaldıranlar, gəmiçilik limanları) və digər su nəqliyyatı yоllarından istifadə оlunması, balıqçılıq təsərrüfatında yaradılan hidrоtехniki qurğular və daşqın sularından mühafizə üçün yaradılan hidrоtехniki qurğular kоmplеksi və s. öyrədilir. “Meliorasiya mühəndisliyi” ixtisasına yiyələnən məzunlar əkinə yararlı tоrpaq sahələrindən səmərəli istifadə еtmək üçün həyata kеçirilən kоmplеks mеliоrasiya tədbirlərini: müasir tələbatlara uyğun müхtəlif kоnstruksiyalarda irreqasiya və kоllеktоr-drеnaj sistеmlərinin layihələndirilməsini, tikintisini, istismarını, tоrpaq və su еhtiyatlarından səmərəli istifadə оlunması üsullarını,mеliоrasiya tikintilərinin ətraf mühitə təsirini öyrənir və gеniş prоfilli mütəхəssis kimi hazırlanır. Bu iхtisas və iхtisaslaşmaları bitirmiş mütəхəssislər Azərbaycan Mеliоrasiya və Su təsərrüfatı ASC-nin tabеliyində оlan müəssisələrdə, bu sahə üzrə fəaliyyət göstərən еlmi-tədqiqat institutlarında, su еlеktrik stansiyalarının tikinti və istismarında, həmçinin dəniz hidrоtехniki qurğuların tikintisində işləyə bilərlər. == Təsviri == Son 100 il ərzində təcrübəli mühəndislər Meliorasiyaya çayların əhliləşdirilməsi, nəhəng bəndlərin və kanal işlərinin tikintisi və Amerika Qərbinə məskunlaşma gətirən nəhəng elektrik stansiyalarının idarə edilməsi ilə vurğulanan zəngin tarix vermişlər. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisas üzrə magistratura təhsilini bitirən məzunlar tikinti-montaj, sənaye, istismar, su təsərrüfatı və enerji sahəsində, elmi-tədqiqat təşkilatlarında çalışa,həmçinin istənilən növ tikinti işlərinə rəhbərlik edə bilmə bacarıqlarına malik olurlar.Magistratura mərkəzində meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasına yiyələnən tələbələr ətraf mühitin mühafizəsi üzrə dövlət təşkilatlarında çalışa və su təsərrüfatı obyektlərinin və hidromeliorativ sistemlərin istismarı və yenidən qurulması ilə məşğul ola bilərlər. Bu gün meliorasiya mühəndisinin müəyyən bir intizam daxilində rol və məsuliyyətləri hər biri bu sahədə çalışan şəxsin yenilik və yaradıcılığına meydan oxuyan saysız-hesabsız layihə və proqramları əhatə edə bilər.Məsələn, inşaat mühəndisi bir layihədə sərfəli körpü və ya bənd layihələndirməkdən başqa bir layihədə bataqlıq ərazilər və ya balıq yetişdirmə koyları yaratmağa keçə bilər. Böyük çay sistemlərinin əməliyyat modellərinin yaradılması, bəndlərin təhlükəsizlik yoxlamalarının aparılması - iri betondan tutmuş kiçik torpaq konstruksiyalara qədər, nəhəng su elektrik stansiyalarının saxlanması... bütün bu vəzifələr - və daha çox!
Torpaq
Torpaq — yer qabığının bitki bitən üst münbit qatı. == Tərifi == Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir.
Ağ Torpaq
Ağ Torpaq — Frans-İosif Torpağı arxipelaqı daxil olan qrup. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Qrupa daxil adaların üzəri çoxillik buzla örtülmüşdür. Frans-İosif Torpağı arxipelaqının digər adalarından Şimal-Şərq boğazı ilə ayrılır. == Coğrafiyası == Qrupa daxil olan adalar: Yeva-Liv adası — ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Sahəsi 288 km², ən hündür nöqtəsi 381 metrdir.
Bremen (torpaq)
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. == Coğrafiyası == Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. == Radioaktivliyi == Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Torpaq (1988)
== Məzmun == Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Torpaq (dəqiqləşdirmə)
Torpaq — Yer qabığının bitki bitən üst münbit qatı. Torpaq (film, 1989) — Film. Torpaq (film, 2002) — Film. Torpaq (ərazi vahidi) — Almaniya və Avstriyanın federativ dövlət quruluşunun əsasını təşkil edən inzibati-ərazi vahidi.
Torpaq Ana
Torpaq Kadastrı
Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Torpaq istifadəçiliynin (sahələri üzərində hüquqların) dövlət qeydiyyatı == Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir.
Torpaq Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. == Görünüşü == Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). == Mədəniyyət == Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Torpaq aerasiyası
Torpaqdakı hava ilə atmosfer havasının mübadiləsi - dəyişilməsidir. Torpaq aerasiyasında torpaqdakı hava oksigenlə zənginləşir. Torpaq aerasiyası bitkinin boy atması və inkişafı üçün zəruridir.
Torpaq coğrafiyası
Torpaq coğrafiyası— Dünya üzrə torpaqların yayılmasının qanunauyğuluğunu öyrənən elmdir. Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində təbii şəraitin yayılması qanunauyğunluqlarına tabedir. Bu elm həm torpaqşünaslığın, həm də fiziki coğrafiyanın tərkib hissəsidir. == Torpaq coğrafiyasının strukturu == Torpaq coğrafiyası iki hissədən ibarətdir: Ümumi. Regional. Ümumi torpaq coğrafiyası əsasən torpaqəmələ gəlmənin və torpaqların yer kürəsi üzrə yayılmasının qanunauyğunluqlarını, regional torpaq coğrafiyası isə torpaqların zonallaşmasını və konkret bölgə üzrə yayımasını öyrənir . == Torpaq coğrafiyasının inkişaf tarixindən == Torpaqların müxtəlifliyi və fərqli yayılması çoxdan məlum olub. Ancaq onun bir elm kimi formalaşması XIX əsrə təsadüf edir. Vasili Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş vəmüəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, qara torpaqlar, şabalıdı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir. Dokuçayev aldığı nəticələri xəritəyə köçürərkən, eyni miqdara malik humus xətlərini birləşdirdikdə onların cənub-qərbdən şimal-şərqə doğru ən dolğun tərkibdə olduğunu qeyd etdi.
Torpaq kolloidləri
Torpaq kolloidləri - ölçüsü 0,2 mkm-dən (bəzi müəlliflərə görə 0,1 mkm-dən) kiçik torpaq hissəciklərinə deyilir. == Kolloid == Ümumiyyətlə kolloid hər hansı maddənin yüksək dərəcədə kiçik hissələrə parçalanmış (və ya disperslik) halı adlanır. Hər bir bərk cismi xırdalamaq yolu ilə kolloid halına salmaq olar. Təbii halda torpağın kolloid hissəcikləri kəltənlər və aqreqatlar şəklində birləşmiş olurlar. Onları yenidən kolloid hissəciklərə ayırmaq üçün torpaq natrium ionları ilə doydurulur. Kolloid hissəciklər yarandıqları mühitdə asılı halda olur. Kolloidlərin bu halına zol deyilir. Kənar təsir nəticəsində kolloidlər zol halını itirib çökməyə başladıqda bu hadisə koaqulyasiya (pıxtalaşma) adlanır. Kolloidlərin yükünü itirmiş və iriləşmiş yumşaq çöküntülərinə gel deyilir. Torpaq kolloidləri mineral, üzvi və üzvi-mineral olmaqla üç qrupa bölünür.
Torpaq mikroorqanizmləri
Torpaq mikroorqanizmləri == Torpaq mikroorqanizmlərin növləri == Torpaqda mikroorqanizmlərin bir çox növləri – bakteriyalar, aktinomisetlər və göbələklər məskən salmışdır. Hesablamalar göstərir ki, çürüntülü torpağın 2-15 sm dərinlikdə olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər bakteriya, 20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min yosunlar, 1 milyona qədər ibtidailər və s. olur. == Torpaqda mikroorqanizmlərin rolu == Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə mineral birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və heyvanların istifadəsinə qaytarırlar. Bitkilərin karbohidratlı qidası üzvi maddələrin mikroorqanizmlər tərəfindən CO2 -yə qədər parçalanması nəticəsində əmələ gəlir. Torpaqda mənimsənilə bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ gəlir. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərindən asılı olaraq, oradakı mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə dəyişirlər. == Torpağın mikrobiotası == Torpağın mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın şumlanması, ona müxtəlif gübrələrin verilməsi və s. böyük təsir göstərir. Zəif qələvili əkin torpaqlarında bakteriyaların miqdarı çox, nisbətən turş, bataqlıq və ya torflu torpaqlarda isə az olur.
Torpaq rakşiləri
Torpaq rakşiləri (lat. Brachypteraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Torpaq sahəsi
Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhəddi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. == Hüquqi statusu == Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamaşdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. == Bölünən torpaq sahələri == Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirələ bilər. == Bölünməz torpaq sahələri == Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədi ilə dövlət qeydiyyatına alına bilən topraq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasında 1 m² torpaq sahəsi Dövlət Torpaq kadastrında hüquqi qeydiyyata alına bilər.
Torpaq sovkası
Torpaq sürüşməsi
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Torpaq vergisi
Torpaq çərşənbəsi
Torpaq çərşənbəsi və ya Axır çərşənbə — Novruz bayramının sonuncu, dördüncü çərşənbəsi. Xalq arasında "İlaxır çərşənbə" kimi də adlanır. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “Zında çərşənbə", "Xak çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Torpaq şibyəyeyəni
Torpaq şibyəyeyəni (lat. Eilema palliatellum) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi çox kiçikdir. Qanadları açılmış halda 8-10 mm-dir. Ön qanadları açıq-sarıdır. Bu növ əvvəlki növdən açıq rəngli alnı ilə fərqlənir. Tırtılı boz-qonur rəngdə olub, kürək üzərindəki xətt tünddür, yan xətlər çirklənmiş sarıdır. Başı qaradır. == Həyat tərzi == Tırtılı torpaq şibyələri ilə qidalanır və bu mərhələdə qışlayır. M.A.Darçeva, V.V.Dubatolovun məlumatlarına görə tırtılına mərkəzi Kopetdağda kütləvi surətdə rast gəlinir.